Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə278/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   274   275   276   277   278   279   280   281   282

 

604 


Ağıllıdır, bir yol tapıb, yaşayacaq, bilirəm, 

Tapdığı  şeydən mənə də verəcəkdir, bilirəm, 

Millətim dözümlüdür çün, o ağıllıdır  yenə, 

Özünü, həm  iqtidarı, xalq saxlayacaq yenə. 

**** 

Dünya çaş qalacaq  mənim  iqtisadi   kəşvimdən, 



Xərc çəkmədən də alıram xeyir insan ömründən, 

Onun adına yazdığım, etdiyim, tikdiyimdən, 

Gəlirindən, aldığından, satdığından,  fikrindən, 

Yediyindən, təhsilindən, səhhətindən, cibindən, 

Sağlam- xəstə həyatından, pensiyadan, dəfnindən, 

Bunları yaxşı anlayıb, dözəcəkdir o yenə, 

Nə həddi var səsi çıxsın, bir az da dözsün yenə. 

**** 


Əməlimdən çəkinmərəm, əttövbə yorulmaram, 

Sənədə rüşvət almasam, əsla imza qoymaram

Çünki bu iş qanımdadır, rüşvətsiz qalammaram, 

Genimdən gəlir xasiyyət, neyləyim ki, mən “O” –yam, 

Mənim keçmiş vəzifəli  atamdandır, atmaram, 

Xətrimə dəyməz millətim, hörmət edib, təbimə, 

Özü gətirib qoyacaq,  cibə, dözəcək yenə. 

**** 


Yazdığım qanun, qərarla xeyrimi mən qoruram, 

Bölməm  onu haqq istəyən kimsə ilən, mən varam, 

Ağa – nökər sistem xoşdur, harda ki, mən ağayam, 

Qoymaram  ki dəyişməyə, qolu zorlu, pulluyam, 

Mən məhkəmə, həm parlament, polisəm - hamısıyam, 

Polis, məhkəmə heç atmaz, olar  mənnən - o mənəm, 

Onlar  haqqa, ədalətə satmaz məni -  o özüməm, 

Çünki Heydər səhvsiz qurub - varlı, məmur  xidmətnə

Heydər demişkən, dözümlü xalq dözəcəkdir yenə! 

**** 


Əlavə : əlacı nədir? 

Çərşənbə, 19 Mart 2008 

------------------- 



Qəlb məhbəsi 

 

Məhbəslər bölünər iki dəstəyə, 



Biri can üçündür - fiziki məhbəs, 

Ağlına gələni  edə bilmirsən, 

Bütün həyatını məhdud keçirsən, 

Fiziki məhbəsin ətraf dünyadır. 

*** 

Elə məhbəs var ki - qəlbin məhbəsi, 



Sən daim onun daxilindəsən, 


 

605


Özün yaradırsan, o səninlə gedir

Ağlın çatan zaman sərhədd dəyişir, 

Hara getsən, gecə - gündüz nə etsən, 

Sən həmişə iki növ məhbəsdəsən. 

*** 

Divarı görsənməz qəlb məhbəsinin, 



Himi - sənin bütün keçmiş tarixin; 

Divarı  ənənə, mədəniyyətin, 

Bütün adət, inam, nağıl, miflərin; 

Suvağı ictimai əxlaq, dəyərlər; 

Bəzəyi ən yeni bilik, fikirlər. 

Bu məhbəsin qəribə xassəsi vardır, 

Ordan çıxmaq yalnız səndən asılıdır, 

*** 


Onu yarıb çıxmaq gör necə çətindir, 

Onunçün sökəsən, gərək üç qatı 

Bəzəyi, suvağı,  bir də divarı, 

Hər qatda nə qədər qatlar da vardır? 

Sənin biliyindən ağlından asılıdır, 

Məhbəsdən əbədi  çıxa bilməzsən

Nə eləsən də sən, gəlib yenidən, 

Hörüləcəkdir o, sənin çevrəndə, 

Yeni divar, suvaq, yeni bəzəkdə, 

Yeni məhbəs bir az azadlıq olar. 

*** 

Azad olmaq istəsən sən qətiyyətlə, 



Özünə adətə,  gərək keçmişə, 

Ənənə, məntiqə  qalib gələsən, 

Sökməyə divarı qabil olasan. 

*** 


Buradan qaçanlar iki növ olar: 

Oğru, dələduzlar, bir də yalançılar; 

Alimlər, müdriklər, yaradıcılar, 

Üsyankar, mühəndis, ixtiraçılar. 

Orada əbədi dindarlar olar! 

Oranı əbədi seçib yaşarlar. 



13 Aprel 2008 

------------------- 



Nədən olur 

 

Səbəbi tap, nədən olur? 

Ömrü boyu insan tikir

Məqsəd tutur, arzu edir, 

Hey çalışır, zəhmət çəkir, 

Arzuları qurtaranda, 




 

606 


Onun  axır, sonu gəlir. 

*** 


Nədən olur fağır insan, 

Tez allanır yaxınına ? 

Yadlar buna cürət etməz, 

Səbəb budur: halal insan, 

Kəf gözləmir yaxınından. 

*** 


Nədən olur,  iki qanad, 

Öz əksinə hava çırpır?, 

Quş  havada qalır, uçur. 

*** 


Qadın kişyə naz  edəndə, 

Məhəbbətin gücü artır. 

İnsan yoxsul, ac olanda, 

Zəkası da  yaxşı artır. 

*** 

Nədən olur   ata – ana, 



Uşaqları hey danlayır, 

Böyüyəndə səfeh çıxır, 

Çünki təlim, öyüd əvvəl, 

Böyüklərə lazım gəlir. 

*** 

Əksli  şeylər birləşəndə, 



Nədən olur, bir şey olur? 

Ayıranda  heç nə olur, 

Nədən olur, tək olanda

Tənha insan gücsüz olur? 

Cüt olanda güclü olur. 

6 İyul 2006 

 

P.S. 



Nədən olur çalışsan da, 

Iş düzəlmir, ha baxsan da, 

Yüz ölçüb çox, danışsan da, 

Camahatı  allatsan da, 

Iş düzəlmir, arzu yetmir? 

*** 


Səbəb odur - vaxtı deyil, 

Bu işinin düzəlməyi, 

Səhv layihə qurmusan sən, 

Gerçəkliyi bilməmisən, 

Gücünü düz ölçməmisən, 

Elm, ağıla  çatmamısan, 

Qətiyyətin çatmır sənin. 



 

607


*** 

Ağa deyər sür dərəyə 

Baxmaz da heç bağ, bərəyə 

Arabaçı düşünməz ki, 

Özün qoyub o gicliyə? 

8 Aprel 2008 

------------------ 



Təriflə məni 

 

Tərifləyim səni, təriflə məni, 

Vəzifə böləndə unutma məni, 

Baxıram bizim ekrana, 

Uyuyuran gözəl sözlərdən, 

Həyat necə yaxşı görsənir, 

Rəhbər və işi  necə təriflənir, 

Elə bil  ki, cənnətdəsən sən, 

Beynim elə bil ki, bağlanıbdır, 

Zavodların, Konstruktor bürolarının, 

Fabriklərin bağlanmasını, 

Işsizliyi, pulsuzluqu unutmuşam, 

Unutmuşam dövlətin nadanlığını, 

Öz vətənindən insanları, 

Didərgin salmağını, 

Hər şeydən rüşvət yığmağını. 

Tərpənmək halında deyiləm, 

Bir az da keçsə danacam, 

Dövlətin müdafiəni təşkil etməməsini

Erməninin 7 rayonu tutmasını, 

Əhalini qırğına verməsini, 

Doğrudan dövlət nə ilə məşqul idi? 

Lakin qəfildən xilas oluram, 

Özümü inkar etməkdən : - 

Baxıram rus kanallarına, 

Baxıram öz həyatıma, 

Oyanıram dərin yuxudan, 

Həyatın gerçəkliyi  ayıldır məni! 

1998 

------------------ 



Təkəm 

 

Təkəm bu dünyada, bir dostum yoxdur, 



Qardaş, bacıdan da bir haray yoxdur, 

Biri dedi: “ görüm, işsiz qalasan” 

Digəri : “ tufağın, sənin dağılsın” 

Səhvin başa saldım, o -: “düşmən”- dedi, 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə