Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə277/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   274   275   276   277   278   279   280   281   282

 

600 


Səbr etsinlər bir az hələ

Növbəylədir hər bir tələ, 

Qurulacaq hər bir şəxsə, 

Kim etiraz etsə mənə. 



13 Fevral 2002 

----------------- 



Nadan idarə 

 

Xalqa ağa olub bir nadan müdir, 



İdarə görməyib, işi harınlıq, 

Naziri nə yazsa, o imza edir, 

Baxmır - “etmək olmaz, belə nadanlıq”. 

**** 


Qərarı ya gic, ya yarımçıq olur, 

Xalq məhv olur, zülümlər  çəkir, 

İllər keçir, birdən, o hali olur, 

Dəyişir qərarı, ağılı gəlir, 

**** 

Özünü qəhrəman qələmə verir, 



Çoxmu qalacaq gic əlində hamı? 

İmkan tapan insan, didərgin gedir

Gözləyir bütün xalq gələcək sonu. 

**** 


Bağlayıb ictimai mülk - zavodları, 

Məni işsiz qoymuş həmin bu nadan, 

Özü üçün qurub alver yolları, 

Xalqı  öz xeyrinə deyibdir qurban. 

**** 

Özəl edib çox mülk, yiyəsi olmuş, 



Qoymaz  kürsü, biznes, özgənin olsun, 

Məhv etmiş, çoxusun ucuzla almış, 

Istər təkcə özü sahibkar olsun. 

**** 


Iş vermirlər, “yaşın, çoxdur,” deyirlər, 

Nə  qanun, nə rəhbər köməyə gəlir, 

Hamsı hakim sinfə xidmət eləyir, 

Tofid işsiz qalıb, analiz edir, 



Yanvar 30, 2008 

--------------------------- 



Öz  halına qal. 

 

Mühit yaman dəyişib, xain çıxıbdır. 



Vətən, düzlük dəyərləri, yaddan çıxıbdır. 

Ümid  etmə dövlətə, fasıq  çıxıbdır, 

Ondan  pənah yoxdur, öz halına qal. 



 

601


 

Fəndgir,oğru, yaltaqlar - taxta çıxırlar. 

Dildə vətən, azadlıq, düzlük deyirlər, 

Işdə güdür ciblərin, rüşvət yığırlar. 

Çardan diqqət yoxdur, öz qayğına qal. 

 

Xalq adına tikilər, saray, mərkəzlər, 



Lakin varlı, məmurlar, xeyrini görər. 

Kasıbın pulu olmaz, kənardan kedər, 

Ondan sənə pay yoxdur, öz  halına qal. 

 

Kasıba  suvarmağa yox axar su da, 



Içməyə təmiz su yox, yaşasın o da. 

Varlı üçün xərclənir, onun payı da 

Tikir, idman, kef üçün fəşan saray da. 

Neynirsən, pulun yoxdu, öz halına qal. 

 

Hər kürsüdə rüşvətxor nadan durubdur. 



Qanun, icranı  öznə yaxşı qurubdur. 

Xalqa  işsizlik, kasıb, əzab yazıbdır, 

Köç get, zaman onundur, öz  halına qal. 

 

“Xalqım dözümlüdür” - düşünürsünüz, 



Mən dözmürəm, istərəm, verin  haqqımı. 

Öznüz  niyə dözmürsüz, zülm etməsəniz, 

Verin əmək, neft, qaz, kürü haqqımı. 

 

Çəkin siz  cəza - fağır, füqarə  kimi, 



Hər pisliyə, zillətə, əmələ görə, 

Xəyanətə, yalana, rüşvətə görə, 

Bərbad səhiyyə , təhsil,  xidmətə görə, 

Xalq torpağın satmağa, tələyə  görə, 

Gülünc, ağılsız, nadan  rəftara görə. 

 

Zülmə dözmək fikrim yox, eşidin sizlər 



Mən dözümlü deyiləm, ey İlham, Heydər! 

Bazar, 3 İyun 2007 

İşsiz günlər 

--------------- 



RÜŞVƏT VER 

 

Rüşvət ver, yaşa sən, azad quş kimi



Örkən doğanaqdan keçdiyi kimi, 

Hər şey, hər iş ancaq rüşvətlə keçər, 

Rüşvətə adətkər, qudurmuş rəhbər, 



 

602 


Yaşatmaz  heç kəsi,  rüşvət almasa, 

Alçaldıb hər kəsi ələ salmasa, 

Hər sənəd, imzanın öz haqqı vardır, 

Baxma Qərbə, işi, baxtı azaddır. 

Saxtakar rəhbərlər  özün qoruyar, 

Saxtakar yolla da, vəzifə tutar, 

Özünə sinanmış  alçaqlar tapar, 

Tərif yazmaq üçün yaltaqlar tutar

Polis , məhkəməni tabe eləyər, 

Oz hakimyətinə, xidmət etməyə. 

İnsan halı qalmaz, giley  etməyə 

Öz vətənində öz vətəndaşının. 

Varını alaraq  adi  insanın 

Əzablar verərək, müti qul eylər. 

Dünyaya hər insan rüşvətlə gələr, 

İnstitutda rüşvət, məktəbdə rüşvət, 

Həkimdə rüşvətdir, polisdə rüşvət, 

Məhkəmə  də rüşvət,  idarə rüşvət, 

Ver işə girəndə , öləndə rüşvət, 

Yol göstər ey tale, nə vaxtacan biz, 

Yaşamaqa rüşvət verəcəyik biz? 

Bunu deyib, donur, karıxmış məzlum, 

Gözdən tökür acı yaş zulum - zulum. 

Göy, cahan oyanır, həzin gurlayır, 

Yaşa yaşı qatıb, hamı ağlayır, 

İnsanın idrakı işə başlayır, 

Qəlbində eşidir, bir hökmlü səs: 

-“Tale mənəm, sən ey məzlum insan! 

Bəsdir ağladığın, bəsdir sızladın, 

Başına gələnin hamsını bil ki, 

Əvvəldən yaratmış o qoca tülkü, 

Məqsədi - absolyut istismar qurmaq! 

Rüşvət verdiyin o məmurdan qabaq, 

Digər bir rüşvətxor, baş rəhbər vardır, 

Axmaqlıq, rüşvətdə birinci vardır, 

Ona gedib çıxır hər şeyin ucu, 

Lakin əlnizdədir, rəhbərin canı, 

Toplaşın, yaramazı, salın aşağı, 

Sonra  həmişəlik xalqın iclası, 

Özü qanun yazsın, icranı etsin, 

Üstünlük verməsin heç bir kimsəyə”. 

9 May 2006 

---------------- 



Millətim dözümlüdür, dözəcəkdir yenə 

 


 

603


Nəyə görə mən məmuram, göydən gərək vəhy gələ? 

Rüşvət gətirməsə hər kəs hökmən düşər əngələ, 

Hamının əməli  gəlib  keçər əlimdən belə, 

Verməsə xidmət haqqını keçməz o iş əmələ, 

Millətim ki dözümlüdür, dözəcəkdir o yenə

Hörmətimi unutmaz o,  tərif edəcək yenə. 

**** 

 

 



Tuturam mən torpaqları kövşəndə hektar ilə, 

Bölüb sonra kusoklara, satıram gəlir ilə, 

Halına bələdəm gündə edib imtahan ilə, 

Cürət etməz heç biri də cəhl etsin məmur ilə, 

Qalsa da lüt, xəstə, susuz,dözəcəkdir xalq yenə, 

Ağlına gəlməz etiraz, gözün döyəcək yenə. 

**** 

Qoymamışam ona bir yol, haqq tələb etməyinə, 



Az danışıb unudacaq, getməz ta dərininə, 

Baxacaq özündən qabaq dubinka yeyəninə, 

Hoppanıb bəzən, düşəcək, bilirəm, öz yerinə, 

Millətim ki dözümlüdür, qalacaq “görməz”yenə, 

Baxacaqdır haqdan deyən, məhkum müxbirə yenə. 

**** 


Qarabağ  gedib, dalınca yeddi rayon, nə olub? 

Mən ki özümü  güdmüşəm,  təbimə sadiq olub, 

“Ağa  yalnız  düzün edər” - daim inam bu olub! 

Saxlayın tənqidi, haçan,  sözünüz vacib olub? 

Yenə yaxşı xidmət edin, tərif deyin, nə olub? 

Yalnız mənəm sizə ağa, dözəcəksiniz yenə, 

Alternativ yoxdur mənə, biləcəksiniz yenə. 

**** 


Varlıya  idman kompleksi, əyləncə, yol  qururam, 

Hovuz , müalicə, məktəb  xalq adına yapıram, 

Əslində onun xərcindən  yarı  gəlir alıram, 

Vəziyyət yaxşı dəyişmir, aldadıb, ad  alıram, 

Təzəni yenidən  təmir edirəm, pul qırıram, 

Olmasaydı bu millətin ehtiyacı bataram, 

Hara  ayırıb büdcəni,  cibimi dolduraram? 

Millətimə kəf  gəlirəm, baş açmayacaq yenə, 

Şənlənib, çəpiyi çalıb, unudacaqdır yenə. 

**** 


“Sağ ol”- deyirəm xalqıma, qiymətin mən bilirəm

Çox xeyir verir, nəinki, mal -heyvanlar, bilirəm, 

Heyvana qayğı, yem, isti, su lazımsa, bilirəm, 

İnsan bərkdir,  mən verməsəm, yaşayacaq, bilirəm , 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə