Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə275/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   271   272   273   274   275   276   277   278   ...   282

 

591


Canı qoyub gəlmişəm.... 

*** 


Cəza çəkib gəlmişəm

Hər bir zülmü çəkmişəm, 

Bit - birə məni  yedi, 

Cəhənnəmdən gəlmişəm 



Nəqarət: 

Tamam xəstə gəlmişəm, 

Qıçım yara gəlmişəm, 

Müalicə də yoxdur, 

Canı para gəlmişəm. 

*** 


Ata – ana deyir: 

Belə də zülüm olar? 

Hökumət belə olar? 

Başda oturan Kişi

Taxtdan düşsə, nə olar! 

 

Nəqaraət: 

Düzlük  olsa, nə olar! 

Məmur qansa nə olar! 

Ağlı olsa nə olar! 

Insan olsa nə olar! 

*** 

Müdir  deyir: 

Səlahyətli müdirəm, 

Nə istəsəm edirəm, 

Rüşvət verib gəlmişəm, 

Rüşvəti mən sevirəm. 

*** 


Vətəndaş deyir: 

Bu vətəndə sakinəm, 

Qulluq elə hər kiməm, 

Məndən rüşvət görməzsən, 

Işsiz qaldım, misginəm. 

*** 

Müdir  deyir: 

Mən insaflı olmaram, 

Pul yığmaqdan doymaram, 

Pulun verməsən bil ki

Kağıza qol qoymaram. 

*** 


Vətəndaş borc alıb verir və deyir: 

Mən yaman yanılmışam, 

Dövlətə  inanmışam, 



 

592 


Al, burnundan pul gəlsin, 

Mühacir yazılmışam. 

*** 

Avtomobil müffətişi deyir: 

Maşını vurub əzmisən, 

Fərqi yox, neynəmisən, 

Yüz ver, yoxsa, pis olar, 

Yaxşı pullu gəlmisən. 

*** 


Sürücü deyir: 

Yatıb zərərə düşmüşəm, 

Qorxudan büzülmüşəm, 

Abrın yoxdu? pul verim? 

Nahaq maşın sürmüşəm. 

26 Mart 2008 

 

Məmur deyir: 

Məmuram ha, məmuram, 

Hər bir işi uduram, 

Qanun mənimdir, çünki, 

Özüm yazıb, pozuram. 

*** 


Vətəndaş deyir: 

Nazıkdir məmur adın, 

Dələduz - əsil adın, 

Rüşvətxor da yaraşır, 

Adlansın sənin adın. 

*** 


Müəllim işinə ərizə 

verib cavab gözləyən 

vətəndaş deyir

Qış da getdi, yaz oldu, 

Bir cavab, ver nə oldu? 

İşsiz qaldım yoruldum, 

İş istədim,  pis oldu? 

 

Direktor ya rəyis 



ürəyində gülür və deyir: 

Bu nə qanmaz adamdı, 

Bilmir işlər pulnandı? 

Elə belə durmuşam? 

Necə qılınc müslmandı! 

 

Nəqarət: 

Bu lap avam adamdı, 




 

593


Təzə gəlib, Aydandı 

 

Sonra aşkar deyir: 

Yoxdur bir il hələ, 

O iş baxılır  hələ, 

Mənə ağıl öyrətmə, 

Gərək razılıq gələ. 

 

Nəqarət 

Eləmə sən vəlvələ, 

Işin gərək düzələ, 

Gərək tədbir görülə

Cibinə bax əlilə. 



Bazar, 30 Mart 2008 

Bayatılar davamı 

Səhiyyə naziri  deyir 

 

Əli insan olmadı, 



Sizin dərdə qalmadı, 

Indi pulsuz etmişəm, 

Səhiyyə pullu olmadı. 

 

Xəstə poliklinikaya gedir 



və deyir: 

 

“Hər şey”- deyir- “pulsuzdu”? 



Maaş da sizə çox xoşdu. 

Daha nələr  çatmır ki, 

Kömək, halım naxoşdu. 

 

Həkim, medsestra, qan 



götürən, ya Uzi EKQ, rentgen, 

iynə vuran deyir: 

 

Heç utanmır o kişi? 

Başna düşsün daş kişi! 

Yalan, özü pul yığır, 

Pulsuz olmaz ay kişi.! 

 

Hər şeyi mən  alıram, 



Özüm xəstə qalıram, 

Nəynən xidmət eləyim, 

Maaş yoxdur, yanıram. 

 

Xəstə mat qalır və deyir: 




 

594 


 

Işsizəm canım gedir, 

Neft pulu hara gedir? 

İndi kimə inanım? 

Bu millət hara gedir? 

23 May 2008 

---------------- 



Nələt 

 

Bağlayıb sən, zavodları, 



Çölə saldın, insanları, 

Baxmadın ki, necə onlar, 

Yaşasınlar, xəstə canlı, 

Nələt sənə, min-bir lənət. 

 

Işsiz qalıb, dərd çəkərək, 



Gecə- gündüz, kişi qadın, 

Qapı- qapı, hey gəzərək

Bağlı gördü, qapıları, 

Nələt sənə , lənət sənə. 

 

Yalanları düzüb –qoşdu, 



Eşidənin ağlı qaçdı, 

Necə qəşəng nitq söyləyir, 

Mənim ki, qarnım acdır, 

Min bir lənət, lənət sənə. 

 

Kəs dilini, utan bir az. 



Günahım nə, iş ver, pul ver, 

Xalqa məxsus, həm də mənə, 

Satdığın o qara neftdən. 

Lənət sənə, qoca şeytan. 

 

Yazıq insan necə olsun, 



Işsiz, pulsuz, necə varsın, 

Nə qədəri özün asdı, 

Nə qədəri sərhəd aşdı, 

Nə qədəri xəstə qaldı, 

Bəsdir daha zülmə dözdük, 

Əl çək bizdən, istefa ver! 



8 dekabr 2001 il 

--------------- 

Nədir dərdin,  yazıq millət! 

 

Nədir dərdin yazıq millət, 




 

595


Hey inləyir, zarıyırsan, 

İnsan kimi yaşamırsan, 

Qoyun kimi etinasız, 

Gözlərini sən döyürsən, 

Gəlib keçən hər bir şeyə. 

Əzrayılı gözləyirsən ? 

De niyə? 

Bir gün gələ ala canı? 

Lakin bil ki o əzrayıl, 

Yanındadır, oyan, ayıl, 

Eşidirsən onun səsin, 

Səhər tezdən axşamadək, 

Onun adı belecədir: 

“Dövlət hakim zümrəsidir”, 

Haqlar onun əlindədir , 

Yuxuyaca verib səni, 

Oğurlayıb hər bir səsi

Nefti, qazı, qumu, daşı, 

Məzlum edib vətəndaşı, 

Yamanca o dadanıbdır, 

Hakimiyyət kürsüsünə, 

Eşit, ayıl, bir az düşün, 

İnildəmə, rüşvət vermə, 

Ayıq ol sən, qulaq vermə, 

Eşitdiyin yalanlara. 

Özünə bax, ətrafa bax, 

Ayağa qalx! 

Birləş! bütün məzlumlarla, 

Sal sən yerə kürsülərdən , 

Harınlamış pulxorları, 

Tapda, dağıt yuvaların, 

Rüşvətxorun, şeytanların, 

Azad ol sən, bu bəladan, 

At küllüyə diktatorun, 

Yazdığını, qanunları. 

Edib səni məzlum, yazıq, 

Düşün, yarat, hamılıqla, 

Yeni düzgün ana yasa, 

Ədalətli qanunları, 

Rasional cəmiyyətin 

Yaradıcı ağlı ilə. 

16 fevral 2002 

---------------- 



Qiymət ver 

 



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə