Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə282/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   274   275   276   277   278   279   280   281   282

 

620 


Arayışın pulun ver

Get gələ düşsən neynim, 

Bunlar belə nədəndi? 

- Hamsı  idarədəndir. 

*** 

Günəşlidə kulub yox, 



Oxumağa qəzet yox, 

Iclas üçün otaq yox, 

Dərnək,təlim imkan yox, 

 

Mədənyət bura gəlsin, 



Yazdım bunu düzəltsin, 

Bakı şəhər hakimi, 

Prezident də qarışsın, 

 

Ey vah! sonra nə oldu ? 



Burda talkuç ucaldı. 

Bütün bunlar nədəndi? 

- Hamsı xəyanətdəndi. 

2 İyul 2006 

------------------------ 

Söylə, nədən olur? 

 

Söylə, nədən olur? 



İnama heç nə qalmır. 

Bu gün həqiqətsə, 

Sabah yalan olur. 

Dünən yalansa, 

Bu gün doğru olur. 

Söylə, nədən olur? 

Şair yanıb, yazır, 

Yandırır, o,  yaxır. 

Prezdent təqaüdü 

Alan kimi,.. susur. 

Susur, vicdan səsi. 

Elə bil ki, yoxmuş, 

Onun vicdan səsi. 

Hər şey boş imiş, 

Yazdıqları sözmüş, 

Yazıq hey  edirmiş, 

Qarın davasını. 

Şairlik  bu imiş. 

Yazıq... 

Söylə nədən olur?, 

Prezident də birdən, 



 

621


Qayğı çəkən olur, 

Şairə, rəssama , 

Mahnı oxuyana, 

Yazıçıya ... 

Verir xalq malından, 

Əlavə təqaüd. 

Başqaları halsız, 

Işsiz, xəstə, 

Həkimə də pulu, 

Yox, versin, sağalsın. 

Canın qoyur, 

Xalq yolunda, 

Siyasəti araşdırır, 

Tapır axmaqlığı, 

Sistemdə nadanlığı, 

Açır düzgün yolu, 

Başa salır, yaxşı yolu, 

Göstərir o, nəyi, 

Etmək olmaz! 

Heç yaramaz diktatura, 

Xalqa, yaxşı həyat qura, 

Prezident görmür bunu? 

Bu yazıqlar necə, 

Nəfsə əsir olub, 

Satır azadlığı, 

Vicdanını pula. 

Əsil  həqiqəti, 

Sənəti, əsəri, 

Göydə qapıb, 

Təqaüdü. 

Lazımdırmı bizə, 

Xalqın  boğazından, 

Kəsilmiş o pulla, 

Alınmış həqiqət, 

Yazılmış o əsər, 

Oxunmuş o mahnı? 

Bu pula alınmış, 

Yalnız  yalan olar, 

Saxta olar, təhrif olar. 

1 Fevral  - 10 Avqust 2007 

--------------- 

Hamı bəli söyləyir 

 

Bu gün hamı hər sözə bəli söyləyir, 



Hər sözün  cavabında bəli deyirik, 


 

622 


Bəli sevindirir, həvəsləndirir

Yoxlara yox demişik, bayram edirik. 

**** 

Işlərimiz bəlidən yaman düzəlir, 



Kef - əhvalımız kökəlir bəli sözündən, 

Bəli olan  cavablar necə şirindir, 

Biz cana doymuşuq xeyr, yox sözündən, 

**** 


Insanları alçaldıb daim yox sözü, 

Bəlidən yaranır yeni cəmiyyət, 

Bəli, zaman çönübdür bəliyə tərəf, 

Bəli  - deyib tutur, təmiz  bir niyyət. 

**** 

Bəliyə layiq yeni davranış gəlir, 



Münasibətə cavablar yalnız bəlidir, 

Yeni ağıl cəmiyyəti bəlilə gəlir, 

Insan yaxşı davranır, bəli eşidir. 

Sevgili sevgisinə bəli söyləyir, 

Bəli sözü insanı idarə edir, 

Bəli münasibəti evlərə girir, 

Bəli eşitmək üçün  insan dəyişir. 

11 May 2008 

---------------------- 



Güc ver tale dözə bilim 

 

Güc ver tale pisə qarşı dura bilim, 



Mənə qurlan o məkrlərə baxa bilim, 

Hələ davam edən hiylələri  aça bilim, 

Güc ver tale  çətinliyə dözə bilim. 

*** 


Xeyir verib pislikləri çox görmüşəm, 

Mən özümə layiq hörmət görməmişəm, 

Bu illəri mən havayı  gözləmişəm, 

“Səbr et”- deyib yaxşı günü gözləmişəm, 

Öz xoşumla necə böyük səhv etmişəm, 

Öz evimdə bir ilana yer vermişəm

Güc ver tale səhvlərimə dözə bilim. 

*** 


Hər gələn gün ümidimi qırır, gedir, 

Cavanlığım hissə - hissə qopur, gedir, 

Məhəbbətə şərik yoxdur, yanır, gedir, 

Xəstəliklər növbə tutub gəlib gedir, 

Güc ver tale bu zamana  dözə bilim. 

*** 


Arvad əksimə uşaqlara təlim verir, 


 

623


Elm sözünə üz turşudub rişxənd edir, 

Ona baxıb uşaq mənə şübhə edir, 

Yadlar məndən xeyir alır, “sağ ol” deyir, 

Güc ver tale bu təzada dözə bilim. 

*** 

Öz evimdə haqqım yoxdur ağzım açım, 



Topladığım biliklərdən söhbət açım, 

Uşaqlara xoşbəxtliyin yolun açım, 

Evi atıb yaşlı vaxtda hara qaçım? 

Güc ver tale  qocalığa  dözə bilim. 

*** 

Yanıram mən xeyli baxıb bu günümə, 



Necə olub mən dözmüşəm pis günümə, 

Hər sözümün əksin deyən bu Günümə. 

Dözə -dözə mən gəlmişəm son günümə, 

Güc ver tale  öz əksimə  dözə bilim. 

*** 

Neftdən bizə xilas yoxdur, səhv əldədir, 



Ağlı yoxdur, o pulları  yan xərclədir, 

Xalq kənarda, başına da, kül ənnədir, 

Bunlar hamsı tam qurulan bir fitnədir, 

Güc ver tale fitnələri aça bilim, 

Insanları aydın başa sala bilim, 

Çaşanları  düzgün yola sala bilim. 



22 May 2008 

---------------------- 

Toy bayramdır gündə bizim ölkədə. 

 

Həbsdə qalıb bizim torpaq hələ də, 



Erməni də güllə atır dəyqədə, 

Hökumətdə qeyrət yoxdur dəf edə, 

Toy bayramdır gündə bizim ölkədə. 

**** 


Hakim dəstə gündə bir şey uydurur, 

Kef etməyə çoxlu  bəhanə qurur, 

Erməni də yazıq görüb qudurur, 

Məmur sinfi  xalqa qanı uddurur, 

Kef qurulur gündə bizim ölkədə. 

**** 


Rüşvət yığır, məmur cibi hey dolur, 

Vətəndaşın işi düşsə pis olur, 

Üstü bəzək olan  eyibli olur

Getdikcə hər gizli, gəlir faş olur, 

Həqiqət görsənir insan mat olur, 

Toy bayramdır gündə bizim ölkədə. 




 

624 


**** 

Bir zaman gələcək neft qutaracaq, 

Nə elm, nə texnikadan əsər qalacaq, 

Torpaqları tutub məmur alacaq, 

Qalan əhali məmura nökər olacaq, 

Qaçan qaçıb yerdə yazıq qalacaq, 

Imkan tapan başın alıb qaçacaq, 

Garabağdan xalqın əli çıxacaq, 

7 rayon gavura peşkəş qalacaq, 

Iqtidar da yeni hava çalacaq, 

Yeni miflər xalqın başın qatacaq, 

Özünə yeni tərif, mahnı qoşacaq, 

Toy bayramdır hələ bizim ölkədə. 

12 May 2008 

--------------------------- 



Qiymət görmədim 

 

Məsləhət vermişəm çoxlu insana 



Ağıldan zəyifə, çaşan insana 

Zorla elətmişəm düzgün addımı 

Alıb xeyirini, keçib hamını 

Lakin qanmaz olub saymayıb məni 

Danıb öz borcunu,  insani Məni. 

Çox azı saxlayır, yadında səni, 

İnsanlıq, əxlaqa   rəayyət edir. 

Səndən nə lazımdır istismar edir, 

Verdiyi sözünə namərdlik edib, 

Yenə öz xeyrini birinci güdür, 

Görmədim özümə dünyada qiymət, 

Almışmı bir kimsə layiqli qiymət, 

Ana vətəninə, kəndi, elinə, 

Özgəyə  etdiyi yaxşı işinə ? 

Varmı yaxşılığı unutmayan kəs, 

Niyə yaddan çıxır yaxşı bir əməl? 

Tapmacadır bu sual hamıya əzəl, 

Özgə malı hamıya yaman xoş gəlir, 

Yaxşılıq  hamıya  təbii gəlir

Hər kəs öz dilində yaxşılıq deyir, 

Yaxşılıq görəndə yamanlıq edir, 

**** 


Bu işin mənasın gəlin anlayaq, 

Yamanlıq görəndə heç vaxt çaşmayaq, 

Yaşanan həyatla gəlin barışaq , 

Təbii səbəbi var hər iş əməlin, 

Hamı yalnız əvvəl özünü güdür, 



 

625


Özgə hər insanla rəqabət edir, 

Istifadə edib özgə köməyin, 

Əvəzin vermir ki, rəqib yaransın, 

Yamanlıq edir ki, rəqib olmasın, 

Hamıdan qabaqda özü dolansın, 

Axmaq günə düşür yaxşılıq edən, 

Deyir: “bu belədir”- dünyanı görən, 

Bu səbəb insanı  uzaq saxlayır, 

Hər yoldan keçənə yaxşı olmaqdan, 

Ehtiyat eləyir, peşman olmaqdan. 



6 İyul 2008 

------------- 



 

 

Ehtiyac güc gəlir. 

 

Genlərdən, mühitdən insan törəyir, 



Əsas xasiyyəti göylərdən gəlir, 

Üç amil insanla daim yoldaşdır, 

Dördüncü həyatdır, o daha başdır, 

Insanın addımı necə aşkardır, 

Ailənin hər üzvü başqa – başqadır, 

**** 


Qaranlıq yoxdur ki, təccüb edəsən, 

Onun addımına şübhə edəsən, 

Məlumdur addımı, onun əvvəldən, 

İnsan, doğulub, insan  olandan, 

Hər işə yaratmış lazımı alət, 

Lazımı  davranış, lazımı halət, 

Hər günə hazırdır lazımı üzü, 

Hər üzə göstərir lazımı üzü, 

*** 

Şirin nemət, para, əmlak xoş gəlir, 



Ehtiyac güc gəlir, əxlaq enilir, 

İnsan güclü olsa qürür oyanır, 

Görüb azadlığı atın oynadır. 

*** 


Paxıllıq yaranır, özgə yaxşısa, 

Azadlıq  çoxalır, biliyin olsa , 

Pul artanda insan çox azad olur, 

Biliksiz azadlıq lazımsız olur. 

*** 

Sevgini  görməsən sevgi oyanmır, 



Aldanan insanda inam da qalmır, 

İnsan cilddə olur, daim cild biçir, 




 

626 


Nabələd görəndə  o qorxuducu, 

Imkanlı, bilikli, mədəni, qoçu, 

Dayılı, dövlətli,  yaxud köməksiz

Kasıb, mərhəmətli, evsiz – eşiksiz, 

Səmimi cildindən birini  geyir. 

 

Bəzən birin, bəzən,  neçəsin geyir, 



Dini paltar geyib lap həccə gedir, 

Məqsədlərə görə cildlər  geyilir. 

 

İnsanı tanımaq əgər istəsən, 



Gərək öz ağlına ümid edəsən, 

Cildlərin çıxarıb, düzü görəsən. 



11 İyul 2008 

Gücüm çatmır 

 

Ürəkləri dəlib deşən havar səsi, 



Qətl - qırğında, güllə altda kömək səsi, 

Muğam deyən xanəndənin gözəl səsi, 

Sevgi, həsrət, ümid deyən həzin  səsi, 

Oyandırır gövrək qəlbi, titrəməsi, 

Gücüm çatmır sona qədər eşitməyə. 

**** 


İşsiz,  kasıb, xəstə olan vətəndaşın , 

Kömək deyib bir qapını tapmaması, 

“Hara gedim, neynim deyib” – karıxdığı, 

Əlac deyib qəlbdən yanıb ağladığı, 

Hallandırır, gücüm çatmır, durum baxım. 

**** 


Sən ey tanrı məzlumlara imdad eylə, 

Boynu yoğun məmurlardan xilas eylə, 

Həkim gəzən o qadına tifil ilə, 

Gücüm çatmır dərdlərinə şərik olum. 

*** 

Gündə neçə əziyyətlər gəlib çıxır, 



Neçə insan pis qanundan göyə çıxır, 

Nadanlığın qarşısında insan baxır, 

Dövlət ağzı  təriflərlə dolub axır, 

Işsizliyə, qaçqınlığa   bəzək yaxır, 

Gücüm çatmır sakit baxım dələduza, 

*** 


Təzadlarla dolub daşan bu həyata, 

Diktatorun yaratdığı  nadanlığa, 

Bu küllüyə, fitnələrə, qatışığa, 

Evi satıb rüşvət vermiş o məzluma, 




 

627


Xarici çox bəzək olan görüntüyə, 

Lakin onun içindəki  iyrəncliyə, 

Qanun deyib, haqsız yatan məhbus üzə

Qonaq  görsə çaşıb qalan qadın göznə, 

Düzü səhvi qarışdıran insanlara, 

Anlamayıb qovğa edən nadanlara, 

Gücüm çatmır sakit baxım, qəmlənmədən. 

*** 


Harınlamış məmurların vədlərini, 

Rüşvətxorun eyham vuran sözlərini, 

Ağasına  yalan qoşan mədhlərini, 

Gücüm çatmır əsas tapım eşitməyə. 

*** 

Uydurulan hekayəni dinləməyə, 



İşsiz qalan  müdrikləri seyr etməyə, 

Falçıların  yalanların eşitməyə 

Gücüm çatmır - düzü danıb, səhv deməyə. 

9 May - 26 İyun, 2008 

-------------- 



İnsanın həyatı 

 

İnsanın həyatı bir tamlıq olur, 

İnsanın həyatı hekayət olur, 

**** 


İnsan insan ilə daim inləşir, 

Yaşamaq məqsədi irəli çəkir, 

Əxlaq, adət yaranır nəzarət edir, 

Ailə, qəbilə, icma  yaranır, 

Insan da, icma da oxşar davranır, 

Hər biri özüçün daim çalışır, 

Nəyi qurban verir, nəyi qazanır, 

Dövrlərdən həyatın sikli törənir, 

Doğulma, böyümə, qocalma, ölmə, 

Bəbə, uşaq, cavan, yaşlı, qocalıq, 

İlk anlama, təlim, müdrik, bəbəlik. 

**** 


Budda demiş belə müdrik bir kəlam 

“Çoxluqlar məhv olur, təkə çevrilir,” 

Təklərdir əbədi qalan dünyada, 

Hər şey formasını daim dəyişir, 

Gəldiyi formaya  çevrilib düşür, 

Doğulduğu kimi bir gün yox olur, 

Görünməz dünyada məlumat olur, 

Yenidən toplanır, materya olur. 

**** 



 

628 


Insan daim qalır iki əkslikdə

Maddiyyət və əxlaq idarə edir, 

Hansı güclü olsa ora əyilir, 

Ağılın miqdarı çox təsir edir, 

Seçimin qərarın ağlımız verir, 

İnsanı ya xoşbəxt, ya bədbəxt edir, 

İnsan, ailə, icma  özünə edir, 

Ağıllı olanlar ortayla gedir. 

**** 

Bu ortanı gərək insan anlasın, 



Ağıllı balansı  gərək yaratsın, 

Heç nəyə üstünlük gərək verməsin, 

Birin digərinə qurban verməsin, 

Sonra nəticədən peşman olmasın. 

*** 

Icmada, ailədə nadan olanlar, 



Öz işin düzəldib kənar qaçarlar, 

Borcunu unudub qaçan insanlar, 

Özünü, icmanı bədbəxt edərlər, 

*** 


İnsan insan ilə xoşbəxtlik tapar, 

Həyatı birlikdə uğurlu qurar, 

Ailə, icma, dövlət birliklə qalar, 

İnkişaf, xoş həyat, gələcək yalnız, 

Birlikdə verilən qərarla olar, 

Birlikdə edilən  tədbirlə olar. 

Hüceyrə almasa qonşudan təsir 

Məhv olma proqramı özü işə düşür 

Bu vacib qanundur, siz gəlin bilin 

Bir birinizlə daim yaxşı inlənin 

*** 

Etdiyi səhvləri uşaq, cavanın, 



Diqqət verilməyib əldən qalanın, 

Şəri qoca vaxtda qarşıya çıxar, 

Əlacı da olmaz, əzablar artar. 

Öz  günahlarına  insan hey baxar

Düzəldə də bilməz, ürəkdən ağlar, 

Qocalıq günahı yumaqçün deyil, 

Qocalıq əkdiyini biçməkdir sən bil. 

 

26 İyun 2008 

-------------- 



Şorun tərifi 

 

Canım, gözüm dadlı şorum, 




 

629


Yoxdur sənə heç bir  sorum, 

Əl çəkmərəm səndən bir gün, 

Vurulmuşam o gün bu gün, 

Sənsən mənim əsas qidam, 

Çox yesəm də yorulmaram, 

Çörək sənlə yaxşı gedir, 

Pirojnalar, tortlar bişir, 

Sən həyatın əsasısan, 

Sümük üçün kalsiumsan, 

Bir az qatıq, yağ qatanda, 

Dadın artır dadlı qida , 

Çoxü büzür sənə ağzın, 

Pendir yeyir, baxıb arğın, 

Tərs düşəndə  tez - tez işi, 

Sənlə qurur yalnız işi, 

Çətin günün sən dostusan, 

Hörmətlisən, xilaskarsan,” 

Xalqa daim  qalacaqsan, 

Gözəl göyçək şor xanımsan, 

Xolestrin yoxdur səndə, 

Sən yaxşısan, ağappaq üz, 

Pendir nədir?- burselyoz , 

Dəllal bəzən  laf eləyir, 

Səni yağa  tay eləyir, 

Ayran qatır, su da qatır, 

Qiymətini o  qaldırır, 

Xoş adına qəsd eləyir

Sonra deyir, utanmadan, 

“Yağ da birdir, şor da birdir, 

Qazanc gəlsin, pul da birdir,” 

Lakin sənin öz yerin var, 

Heç nə səni əvəz etməz ! 

 

28 İyun 2008 

 

 

 



 

 

 



 

 

 



 

 



 

630 


 

 

HƏQIQƏTƏ PƏNCƏRƏ 

 

2008 



 

 

İlk nəşr 

 

Müəllif: Tofhid Mehdi. 



Bu kitab elmi-publisistik əsərdir. 

 

Kitabdan gənc nəsil, tələbələr,  



müəllim və şagirdlər və  

hər kəs fayda ala bilər. 

 

Bakı şəhəri 

 

Rasional Cəmiyyət Uğrunda   

İctimai Birlik 

 

Yeni Rasional Cəmiyyətə qoşulun. Xoşbəxt olun. 



Bu cəmiyyət Tofhid Mehdi tərəfindən kəşv edilmiş ən rasional - 

kamil, ədalətli, effektiv, ağlauyğun cəmiyyət quruluşudur.  

Burada insanlar rasional həyat tərzi ilə rasional cəmiyyət quruluşunda 

yaşayır, kollektiv ağılla idarə edirlər, rasional dünyabaxışları özləri 

dərk etməklə qəbul edirlər. 

Həyatınızı və cəmiyyəti rasional edin . 

 

http://rational.sayt.ws



 

 

 



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə