Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə30/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
61
 
•  Ehtimal  edilən  qurbanların  qorunmadan  və  /  və  ya  zorla  cinsi  əlaqəyə  girməkdən  imtina  edə 
bilməməsinə dair dəlillər mövcuddur;  
•  Şəxsin alınmış və satılmış olmasına dair dəlillər mövcuddur;  
•  Qadınlardan ibarət qrupların digər şəxslərin nəzarəti altında olmalarına dair dəlillər mövcuddur; 
•  Hər  hansı  bir  etnik  mənsubiyyəti  və  ya  milliyyəti  olan  qadınların  xidmətlərinin  təklif  olunduğu 
fahişəxanalar və ya oxşar yerlər üçün elanların yerləşdirilməsi;  
•  Cinsi xidmətlər göstərən işçilərin ayrıca bir etnik mənsubiyyəti və ya milliyyəti olan müştərilərə 
xidmətlər göstərməsinin bildirilməsi.   
•  Cinsi xidmətlər göstərənlərin üzündə təbəssümün olmamasına və ya onların ünsiyyətə 
girməmələrinə dair müştərilər tərəfindən məlumatların verilməsi  
UNODC 2014 Mərkəzi Asiyanın hüquq-mühafizə heyətləri üçün insan alveri və miqrant qaçaqmalçılığı 
ilə bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 38 
 
Məcburi əmək 
Bu  indikatorlara  qurbanın  məcburi  əmək  üçün  istismar  olunub-olunmadığını  yəqin  etmək  üçün 
baxılmalıdır. Bunlar bütün vəziyyətlərdə o cümlədən ilk olaraq əməyin istismarı və ya tənzimlənən və 
ya  tənzimlənməyən  əməkçi  miqrantların  olduğu  müqavilədən  irəli  gələn  mübahisələr  kimi  görünən 
hallarda tətbiq olunmalıdır.  
Əməyin istismarının indikatorları 
•  Qruplar halında işlədikləri yerdə yaşama və bu yerləri ya ümumiyyətlə təkr etməmə, ya da nadir 
hallarda tərk etmə; 
•  Kənd təsərrüfatı və ya sənaye binaları kimi alçaldıcı, qeyri-münasib yerlərdə yaşama; 
•  Gördükləri işə uyğun gəlməyən şəkildə geyinmə: məsələn, onlarda qoruyucu vasitələr və ya isti 
geyim olmaya bilər; 
•  Yemək üçün ancaq qida atqıntıların verilməsi; 
•  Öz qazanclarına çıxış imkanının olmaması;   
•  Əmək müqaviləsinin olmaması;  
•  İş vaxtının həddən artıq olması; 
•  Bir sıra xidmətlər, o cümlədən iş, nəqliyyat və yaşamaq üçün yerə görə işəgötürəndən asılı olma; 
•  Yaşamaq üçün yerlə bağlı seçimin olmaması; 
•  İşəgötürənləri olmadan iş yerinin heç vaxt tərk edilməməsi; 
•  Sərbəst şəkildə hərəkət edə bilməmə; 
•  Onları iş yerində saxlamaq məqsədini daşıyan təhlükəsizlik tədbirlərinə məruz qalma; 
•  Cərimələr vasitəsilə intizaman öyrətmə
•  Təhqirlərə, istismara, hədə-qorxulara və ya zorakılığa məruz qalma; 
•  Əsas təlim və peşə lisenziyalarının olmaması; 
•  Məsələn,  sağlamlıq  və  təhlükəsizliklə  bağlı  əsas  bildirişlər  istisna  olmaqla,  bildirişlərin  yerli 
dildən başqa bir dillərdə yerləşdirilməsi.  
•  Sağlamlıq və təhlükəsizliklə bağlı bildirişlərin olmaması; 
•  İşəgötürən və ya idarə edən şəxsin digər ölkələrdən olan fəhlələrin işə götürülməsi üçün tələb 
olunan sənədləri göstərmək iqtidarında olmaması;  
•  İşəgötürən və ya idarə edən şəxsin  fəhlələrə ödənilən əmək haqları ilə bağlı qeydləri göstərmək 
iqtidarında olmaması; 
•  Sağlamlıq  və  təhlükəsizliklə  bağlı  avadanlığın  aşağı  keyfiyyətdə  olması  və  ya  ümumiyyətlər 
olmaması;   


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
62
 
•  Uşaqlar tərəfindən işlədilə bilmə üçün nəzərdə tutulan və ya dəyişiklik edilən avadanlıq; 
•  Əmək qanunlarının pozulmasına dair dəlillər;  
•  Fəhlələrin alətlərə, qidaya və ya yaşayış üçün yerə görə ödəniş etmələrinə və ya bu məsrəflərin 
onların əmək haqlarından tutulmasına dair dəlillər. 
UNODC 2014 Mərkəzi Asiyanın hüquq-mühafizə heyətləri üçün insan alveri və miqrant qaçaqmalçılığı 
ilə bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 39 
 
Ev köləliyi 
Çox güman ki, ev köləliyi üçün insan alveri qurbanlarının əksəriyyəti heç vaxt müəyyən olunmur və ya 
onlara  yardım  göstərilmir.  Ev  köləliyinə  dair  məlumatın  olmaması  və  bunun  başa  düşülməməsi 
dövlətlərin və müvafiq peşədə çalışanların fəaliyyətini məhdudlaşdırır.
 119
 
Ev köləliyinin indikatorları 
•  Ailə ilə birgə yaşama;  
•  Ailənin qalan üzvləri ilə birgə yemək yeməmə; 
•  Özəl yerin olmaması; 
•  Ümumi və ya qeyri-uyğun məkanda qalma; 
•  Hətta hələ də işəgötürənin evində yaşasa da, işəgötürən tərəfindən itkin düşmüş kimi məlumat 
verilmə;  
•  Sosial səbəblər üçün evi heç vaxt tərk etməmə və ya nadir hallarda tərk etmə
•  İşəgötürən olmadan heç vaxt evi tərketməmə;   
•  Yeməyə yalnız qida atqıntılarının verilməsi; 
•  Təhqirlərə, istismara, hədə-qorxulara və ya zorakılığa məruzqalma 
UNODC 2014 Mərkəzi Asiyanın hüquq-mühafizə heyətləri üçün insan alveri və miqrant qaçaqmalçılığı 
ilə bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 40  
 
Dilənçilik 
UNODC-nin 2014-cü il üçün Qlobal Hesabatında
120
 deyilir ki, dilənçiliyə məcbur etmə üçün uşaq alveri 
bəzi yerlərdə böyük bir problemdir. Dilənçilik həm də yaşlı insanlar arasında artmaqdadır.  
Dilənçilik və xırda cinayətkarlığın indikatorları    
•  İctimai yerlərdə və ictimai nəqliyyatda dilənçilik etməyə meylli olan uşaqlar, yaşlı insanlar və ya 
əlillər;  
•  Qanunsuz dərman (narkotik) daşıyan və / və ya satan uşaqlar; 
•  Əlil etmənin nəticəsi olduğu güman edilən fiziki zədələr; 
•  Eyni milliyyətdən və ya etnik mənsubiyyəti olan uşaqların yalnız bir neçə yaşlı insanla böyük 
qruplar şəklində hərəkət etməsi;  
•  Eyni milliyyətdən və ya etnik mənsubiyyəti olan yaşlı insan tərəfindən “tapılan” müşayiətsiz 
azyaşlılar; 
•  İctimai nəqliyyatda qruplar şəklində hərəkət etmə: məsələn, onlar qatarlarda birgə hərəkət edə 
və enə bilərlər; 
                                                            
119
 ATƏT 2010 Mühafizə olunmayan iş, nəzərə çarpmayan istismar: ev köləliyi məqsədilə insan alveri, səh.17 
120
 https:https://www.unodc.org/documents/data-and-analysis/glotip/GLOTIP_2014_full_report.pdf 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə