Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə44/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   37   38   39   40   41   42   43   44   45

Yeqzar Cəfərli  
 
 
184 
3.SSRİ tarixi şifahi. 
4.Xarici dil (kamal şəhadətnaməsində göstərilən dil)- 
şifahi. 
Bu dörd imtahandan əlavə iki il stajı olarsa, konkurs 
zamanı böyük köməyi olar. Əgər olmasa gərək bütün im-
tahanlardan “5” qiymət alsın. 
Şərq fakultəsinə ildə 7-8 nəfər adam qəbul edirlər. Yə-
ni 8 nəfər  ərəb bölməsinə, 8 nəfər fars bölməsinə, 8 nəfər 
isə türk bölməsinə tələbə götürürlər. Demək, cəmi 24 nəfər 
olur ki, bunlar ümumi fənlərdən dərsləri bir yerdə, xususi 
dildən isə ayrılıqda keçirlər. Bir sözlə, Şərq fakültəsinə da-
xil olmaq o biri fakültələrə  qəbul olunmaqdan çətindir. 
Amma savad olarsa inşallah mümkün olar. 
Siz Rüdabəni indidən həmin 4 fənnə hazırlaşdırmağa 
çalışın. Müəllim tutun. Və sairə. Hal ilə çarəsini görünüz. 
Vəziyyət belədir. Bacarsanız qızı bir yerdə  işə düzəldin. 
Məktəb və ya kitabxana olsa daha yaxşıdır. Əgər gələn il-
də qəbul imtahanlarına mən də düşərsəm, hökmən kömək 
edərəm. Və illa mümkün deyil. Amma savad birincidir. 
Hələlik xudahafiz, müxlisiniz Əli Fəhmi. 
Hacı Məhəmməd Qafqazlı dörd aydır ki, xəstədir, sa-
lamınızı ona yetirərəm. 
Əli Fəhmi 1969. 
 
 
 
 
 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
185
Hörmətli Rəfi müəllim! 
 
Əvvələn salam və ehtiram, saniyən  məktubunuzu al-
dım, məzmunundan müttəle olunca məsrur oldum. Lakin 
costocuda bularaq müəyyən etdim ki, məsələ başqa 
cürdür. Ali Təhsil Nazirliyi tərəfindən irəli sürülmüşdür 
ki, gərək 1972-1973-cü illərdə Xarici Dillər  İnstitutunun 
nəznində olan rus dili müəllimi  şöbəsi darülfununa keçi-
rilsin və əvəzində darülfununda birləşən fars, ərəb və türk 
şöbələri xarici dillər institutunun binasına köçürülsün. Da-
ha doğrusu dillər institutunun ixtiyarında olsun. Amma 
bu cür yerdəyişmə hadisəsinə razılıq verməyən idarələrdə 
böyük danışıqlar vardır. Xüsusən AQU belə  tədbirə  qə-
tiyyən razılıq vermir. Nəticə budur ki, hələ bu məsələ həll 
olumamışdır. Baxıb görəlim nədir. Nədirsə gözləyəlim. 
Məktubun cavabını gecikdirməyə  səbəb fevral ayının 
5-də qayınanamın vəfat etməsi və bununla əlaqədar sər- 
səlamətə  gələnləri qəbul etmək məşğuliyyəti olmuşdur. 
Hələ martın 15 nə qədər bu məsələ mənim başımı bərk qa-
rışdırmaqdadır. Hələlik sağ olun. Üzr istəyirəm. Qafqazlı 
başsağlığı vermək üçün gəlmişdi. Salamınızı yetirdim. 
Mirzə Lətifə salam söyləyin. Xudahafiz. 
 
Əli Fəhmi 1971. 
 
 
 
 
 


Yeqzar Cəfərli  
 
 
186 
Əziz və möhtərəm Rəfi müəllimin hüzuri  ailələrinə! 
Bəd əz səlam və ehtiram, Məktubunuzu alıb xoşhal ol-
dum. Amma qızcığazın keçən il instituta girə bilməməsi 
bir qədər kədər əmələ gətirdi. Lakin ümidvaram ki, gələn 
ildə müvəffəq olar inşallah. Saniyən istərdim ki, göndər-
diyiniz suallara beqədri qüvvə cavab verim. Məlumunuz 
olsun ki, sərv ağacı üç qisim olur. 
1. Sərvi- sohi, 2. Sərvi- naz, 3. Sərvi azad. 
Sohi sözü fars dilində düz şəkildə yüksələn şeyə deyi-
lir. Necə ki, gözəllərin qaməti qəddisohi adlanır. Bu cür 
sərvin iki budağı olur. Və  hər iksi yanlara əyilməyərək 
düz yuxarı qalxırlar. 
2. Sərvi-naz. Bu cür sərvin budaqları  hər tərəfə mayil 
olub, axarlı- baxarlı olur, naz  eyləyən gözəllər kimi özünü 
o tərəf, bu tərəfə burcudur( meylləndirir). 
3. Sərvi-azad. Bu cür sərv ağaclarının bütün budaqları 
əvvəldən düz olub dik yuxarı qalxır və  ətrafdakı digər 
ağaclara toxunmur. Bu cür sərv 3 şeydən azaddır. 
1. Əyilməkdən; 
2. Başqa ağaclara mane olmaqdan; 
3. Xəzandan və meyvə verməkdən azaddır. Bu cür 
sərvlər ilin bütün fəsəllərində yam-yaşıl olurlar. Xəzan bu-
nun yarpaqlarını tökə bilməz. Ona görə  də  həmişə bahar 
kimi göyçək, təravətli, qəddi-qaməti düz və həmişə bakirə 
kimi görünən sərvi- azada oxşadırlar. Necə ki, Füzuli de-
mişdir: 
Sərvi azad qəddinlə mənə yeksan görünür. 
Kim ki, sərgəştə ola baxsa xuraman görünür. 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
187
İkinci mənada azad o şəxsə deyilir ki, dünyanın qəm 
və qüssəsini birdəfəlik tullayıb, əlinə düşən malı, pulu, ne-
məti xərcləsin. Farslar belə şəxslərə mərde Azadegan dey-
irlər. Belə  şəxslərin həmişə  əlləri boş olar. Çünki, əllərin-
dən gələni həmin dəqiqədə keyf-mayasayə, dostlara, 
üxvane-səfaye sərf edirlər. Odur ki, Sizin göndərdiyiniz 
beytdə  Sədi  Əleyhirrəhimə düz buyurmuşdur;” Yeki be-
sərv qovt, gera mivei nemiari. Cəvab dad ke azadiqan tohi 
dəstənd. (Tərcüməsi: biri sərvdən soruşdu, niyə meyvən 
yoxdur. Cavab verdi ki, azadeganın  əlləri boş olur). Sədi 
burada mərde azadeganın  əliboş olmasını  sərvin meyvə-
dən azad olmasına təşbih etmişdir.Yaxud əksinə... 
İkinci məsələ- məlumdur ki, Farçe qədimdə, yəni atəş-
pərəstlik dövründə atın kişnəməsinə,  şirin nəriltisinə  və 
bir də günə, “şənbə” demişlər. Bizim axtardığımız üçüncü 
mənadır. Yəni,  şənbə sözü ( ruz, yəvm) deməkdir. Onlar 
İranın islamiyyəti qəbulundan sonra aimə günü müsəl-
man qaydası ilə tətil və bayram günü hesab edərək iki ai-
mə mənasındakı günləri “şənbə” sözünün əvvəlinə  sayla-
rı  gəlməklə  işlətmişlər. Cümə ertəsinə  “şənbə”, qalanları-
na isə Yek, do, se, çahar, pənc artırmışlar, Ancaq təkcə 
cümə ertəsi gününü saylarla əlaqələndirməmişlər. Eləcə 
“şənbə adlandırmışlar. Çünki, atəşpərəst olduqları zaman 
onların təhsüik günü şənbə olmuşdur. Yəhudilər kimi 
cümə ertəsi günü onların bayramları olduğu üçün və 
“şənbə adlandığı üçün günlərin sayını ondan sonra gələn 
gündən  başlamışlar. Yekşənbə( birinci gün), Düşənbə( 
ikinci gün) və ilaxır. Əgər onların xəlifədən qorxusu olma-
saydı cüməni də  şeş  şənbə adlandırardılar.  İslamı  qəbul 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə