Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə38/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   34   35   36   37   38   39   40   41   ...   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
153
təhsil görmüş böyük alimin bəyəndiyi və məclislərdə ona 
hörmətlə yanaşdığı Molla Bülbül adlı bir axund idarə edir-
di. Axund da bu təlatumdan vahimələnmişdi: “Baxın təbi-
ət də Əli Fəhmi üçün qan ağlayır”- demişdir. Sanki, yaşa-
dığımız dünya axirət dünyası ilə çarpışır, mübarizə aparır, 
sevimli alim oğlunu əlindən buraxmaq istəmirdi. O, insan-
lara  əziyyət verməmək üçün dəfnini nə  qədər gizli saxla-
mağı tapşırsa da onun dəfni nəhəng bir izdihamla müşaiy-
ət olundu. Alimin dəfnində uzaq rayonlardan belə gəlmiş 
adamlar iştirak edirdi. O, Zaqafqaziya Müsəlmanları Kon-
qresinin üzvü olduğundan onun dəfnində dünya müsəl-
man təşkilatlarının, xüsusən də Daşkənd müsəlmanları ru-
hani idarəsinin nümayəndələri iştirak edirdi. Sevimli 
peyğəmbərimiz “Mən elmin şəhəri,  Əli isə onun qapısı-
dır”- demişdir. Yəni məni öyrənmək istəyən hər kəs  Əli-
nin vasitəsilə öyrənsin. Əli Fəhminin məzarının sinə daşı-
na Füzulinin adı yazılmış kitab həkk olunmuşdur. Bu isə o 
deməkdir ki, Füzulini öyrənmək istəyən hər kəs  Əli Fəh-
minin  əsərlərindən öyrənməlidir. Onun dəfnində yaxın-
dan iştirak edən şair qəzəlxan Həkim Qəni alimin dəfnin-
də baş verən təlatumu Nuhun tufanına bənzətmişdi. 
 
Dəfn eyləyəndə ərşi-fələklər də ağladı, 
Nuhun özündə yoxdu bu tufanı Fəhminin. 
Ey kaş əzəlcə mən keçinəydim, o heyif idi, 
Oldu deyəydilər Qəni qurbanı Fəhminin. 
 
Bax, beləcə xalqımız əsil elm fədaisi olan oğlunu itirdi. 
 


Yeqzar Cəfərli  
 
 
154 
Xatirəsinin əbədiləşdirilməsi 
 
Əli Fəhminin yazdığı hər bir monoqrafiya və məqalə 
bir alim adını almağa kifayət etsə  də  O,  elmi  dərəcələr, 
fəxri titullar almağa əsla səy göstərmədi. Onu yaxından ta-
nıyayanlar söyləyirlər ki, bu böyük şəxsiyyət heç bir 
dünya malına  əsla etina etməyən gözü, könlü tox, sözün 
həqiqi mənasında gözəl bir  şəxsiyyət idi. Amma müdafiə 
edib elmi ad almaması onun böyük alim adlanmasına qə-
tiyyən mane olmur. Çünki, bir insanın böyük alim adlan-
ması üçün xalqın onu sevməsi, qəbul etməsi kifayət edər, 
Məgər, qədim dünyanın nəhəng alimləri olan Aristotel, Bi-
runi, Fərabi, İbn Sina müdafiə edib elmi ad almışdılarmı? 
Lakin onlar yüzlərlə alimin birlikdə sahib olacaqları bir 
əbədiyyət qazanmışlar. Bu baxımdan  Əli Fəhmi xoşbəxt 
alimdir, çünki onu sevənlərin xatirəsində əbədi yaşayacaq. 
Lakin  əsil elm fədaisi olan bu görkəmli  şərqşünas,  ədə-
biyyatşünas alimin əməyinin  əsla qiymətləndirilməməsi 
dərin təəssüf doğurur. 
 1975-ci  ildə  Əli Fəhminin ölümü ilə bağlı Elmlər 
Akademiyasınım və ADU-nun bir qrup alimi Əli Fəhmini 
xatirəsini əbədiləşdirmək, ADU-nun qarşısında onun hey-
kəlini ucaltmaq məqsədi ilə Azərbaycan KP MK-ya 
müraciət etdilər. Çox təəssüf ki, H.Əliyev bu zaman xarici 
səfərlə bağlı olaraq ölkədə yox idi. MK katiblərindən biri 
alimləri hörmətlə  qəbul etmiş, onların təklifini bəyənmiş 
lakin,  Əli Fəhmi kommunist olmadığından ona heykəl 
ucaltmağın mümkün olmadığını, amma adına qəsəbə, 
kənd, küçə verməyin mümkün olduğunu bildirmişdi. La-


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
155
kin alimlərin bu arzusu kommunist dövrünə xas olan 
süründürməçilik ucbatından həll edilməmiş qaldı. O za-
manlar MK katibini bəlkə də başa düşmək olardı. Bəs in-
di? İndiki kommunist rejimi yoxdur. Azad müstəqil ölkə-
miz, xeyirxah prezidentimiz var. Bir də Heydər  Əliyev 
fondu var. H.Əliyev  deyərdi “Tarix həmişə hər şeyi öz ye-
rinə qoyur”. Axı, Əli Fəhmi bütün yaradıcı gücünü ADU-
da sərf etmişdi. ADU-nun qarşısında onun heykəlinin 
ucaldılması tamamilə düzgün və ədalətli qərar olardı. Axı, 
Əli Fəhmi həm də BDU- ilə yaşıddır, hər ikisi dünyaya 
1919-cu ildə qədəm qoymuşdu. 
2009- cu ildə Əli Fəhminin 90 yaşı tamam oldu. Onu 
yubileyi dövlət səviyyəsində qeyd olunmasa da, bu onun 
ümumxalq məhəbbətinə heç bir təsir göstərə bilməz. On-
suz da  alimlərin ən böyük qiymətini sevimli peyğəmbəri-
miz vermişdir. “Alimlər peyğəmbərlərin varisləridir”-
deməklə alimlərin müqəddəslər sırasında peyğəmbərlər-
dən sonra gəldiyini təsdiq etmişdir. 
Zənnimcə, alimin xatirəsini  əbədiləşdirməklə bağlı  
məsələnin həllinin indi əsil vaxtıdır. İlk əvvəl onu qeyd et-
mək istəyirəm ki, ölkəmizdə H.Əliyevin adını daşıyan 
küçələr, bağlar, məktəblər bir sözlə hər şey vardır, amma 
onun adını daşıyan rayon yoxdur. Sabunçu rayonuna 
H.Əliyevin adını vermək  ədalətli bir iş olardı. Çünki, bu 
rayonun hər bir kiçik, böyük müvəffəqiyyəti H. Əliyevin 
adı ilə bağlıdır. Bir tələbə olaraq belə bir təklifdə bulun-
maq istəyirəm. Sabunçu rayonuna H.Əliyevin, Əli Fəhmi-
nin doğulub boya-başa çatdığı Sabunçu qəsəbəsinə isə Əli 
Fəhminin adı verilsin. Bu arzu böyük alimin ailəsinin  ən 


Yeqzar Cəfərli  
 
 
156 
böyük arzusudur. Bu arzu həyata keçəcək, ya keçməyəcək 
bilmirəm. Amma çox gözəl bilirəm ki, bu arzunun həyata 
keçməsi həm H.Əliyevin, həm də Rəhbərin onun mərdliyi-
nə, gözütoxluğuna görə həmişə hörmət bəslədiyi Əli Fəh-
minin ruhuna böyük ehtiram olardı. Ona görə də alimi ta-
nıyan hər kəsdən, onun rəhbər vəzifələrdə çalışan tələbə-
lərindən və xüsusilə də Təhsil Naziri Misir Mərdanovdan 
bu xeyirxah arzuya dəstək olmalarını xahiş edirik. Mən 
varlığım qədər inanıram ki, bu arzu hörmətli prezidenti-
mizə çatdırılsa həmişə xeyirxah işlərə dəstək olan hörmətli 
prezidentimiz bu məsələni müsbət həll edəcəkdir. 
 
Əli Fəhminin məzarı  
üstündə düşüncələrim 
 
“Sağlığında xalqın sevimlisi olan ölümündən sonra 
adı tarixin bəzəyi olmaq dünyada ən böyük səadətdir”. 
M. F. Axundov. 
 
Əli Fəhmi haqqında son sətirlərimi onun məzarı 
üstündə yazmağı  qərara aldım. Budur, bu əvəzsiz  şəx-
siyyətin məzarı üzərində durub dərin düşüncələrə dalıb 
düşünürəm. Bu dünyada küləklərin, tufanların zərbindən 
çox möhtəşəm abidələr uçulub dağılıb. Görəsən sənin də 
qəbir abidən haçansa uçulub dağılacaqmı?. Heç şübhəsiz 
dağılacaqdır. Amma sənin  ən  böyük abidən Azərbaycan 
xalqının ürəyindədir.  Onu isə heç bir külək heç bir tufan 
uçurub dağıda bilməz. Qədirbilən xalqımız səni halal var-
dövləti kimi irsən, nəsildən-nəsilə ötürəcək, yaşadacaq, 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə