Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə37/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   33   34   35   36   37   38   39   40   ...   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
149
Dəyərli oxucular, biz Əli Fəhminin yuxarıda adlarını 
verdiyimiz  əsərlərdən  əldə edə bildiklərimizi bacardığı-
mız qədər təhlil edib, oxuculara məlumat verdik. 
 
Əli Fəhminin vəfatı 
 
Qeyd etdim ki, Əli Fəhmi Bakı milyonçularından 
olan Hacı  Gəncəli nəslindən idi. Pak və  təmiz bir nəslə 
mənsub olduğundan bir ocaq kəramətinə malik idi. Böyük 
Yaradanın ona bəxş etdiyi iti düşüncə vasitəsi ilə ölüm 
gününü, hətta saatını belə qabaqcadan bilirdi. Oğlu İlham 
Ələkbərov xatırlayır ki, ”1969-cu ildə anam Aliyə xanım 
xronoki ürək xəstəliyindən vəfat etdi. Atam şəhərdəki Ka-
mo küçəsindəki mənzilimizdə  tək yaşayırdı. Tənha ol-
duğundan qayğısına qalan olmurdu. O, ikinci dəfə ailə 
həyatı qurmalı oldu. Vaxtı ilə atamın tələbəsi olmuş, ata-
ma böyük hörmət bəsləyən Şəfiqə xanımla ailə həyatı qu-
rur”.“Atam həmişə mart ayından dad qılardı”-deyə İlham 
Ələkbərov bildirir. “Mart çıxdı dərd çıxdı”- deyərdi. “Kaz-
bek“ adlanan papiros çəkərdi.  Şəfiqə xanım hər dəfə ona 
siqareti tərgitmək istəyəndə, “az qalıb lap az qalıb”- dey-
ərdi. Elə bil tezliklə vəfat edəcəyi kişinin ürəyinə dammış-
dı.  Şəfiqə xanım xatırlayırmış ki, ”bu söhbətdən bir neçə 
gün keçdi. 1975-ci il martın 12-də işdən evə qayıtdı, iş pal-
tarını  dəyişdi, məni yanına çağırıb vəsiyyətini etdi. Ona 
dəfələrlə etiraz edib mane olmaq istəsəm də O, təkidlə 
”Qulaq as vaxtım azdır, məsələ ciddidir”- dedi. Ölüm qa-
bağı giley-güzarından da qalmadı. “4 övladın olsun biri də 
yanında olmasın?” Səhər saat 9-da uşaqlarımı çağırarsan-


Yeqzar Cəfərli  
 
 
150 
deyə Şəfiqə xanıma qəti tapşırıq verir. Sonra telefon kitab-
çasını götürüb özünə yaxın bildiyi bir neçə dostuna, o 
cümlədən Həkim Qəniyə, Fuad Qasımzadəyə, məşhur 
gülüş ustası  Əliağa Ağayeva zəng etdi.” Sabah saat 4 də 
bizdəsiniz”- dedi.Əliağa Ağayev heç nədən xəbərsiz Mə-
şədi İbadsayağı zarafat da etdi. 
”Hazır gəlim”? 
 Əli Fəhmi də öz zarafatından qalmadı. 
”Xeyr-xeyr, stolun üstündə  hər  şey olacaq, qabaqca-
dan tədarük görmə” 
Səhərisi saat 4-də  Əliağa Ağayev  Əli Fəhminin özü 
ilə deyil, tabutu ilə qarşılaşanda ağlayıb fəryad qopardı: 
”Sən məni dəfninə çağırıbsanmış”- dedi ,ürəyi getdi və ye-
rə  yıxıldı.  Ən dərdli insanlara belə doyunca gülüş  bəxş 
edən, onları ovunduran bu böyük səhnə ustasının ağlayıb 
fəryad qoparmasını təsəvvür edirsinizmi? 
Bütün həyatı xeyirxah əməllərlə  zəngin olan bu 
böyük alim heç kəsə  əziyyət vermək istəməmiş, ona görə 
də dəfninə ən yaxın dostlarını çağırmışdı. Həyat yoldaşına 
vəsiyyətində ”Qəzetdə elan verməyin, yoxsa insan selinin 
qarşısında dayana bilməyəcəksiniz”-demişdi.  Şəfiqə xanı-
ma demişdi “İndi mən Qurani-kərimdən bir neçə ayə 
oxuyacağam, elə ki, barmağımı dodağıma qoydum, daha 
məni dilləndirməyin”. Oğlu İlham Ələkbərov xatırlayır ki, 
”səhər saat 9-da atamın keçinmək xəbərini eşidəndə ailə 
üzvləri və atamın ən yaxın dostu, ailəmizə çox yaxın olan 
Həkim Qəni ilə birlikdə şəhərdəki mənzilimizə yollandıq. 
Hamımız məəttəl qaldıq. Atam ifadəli və sağlam üzü ilə 
bizə baxırdı, sanki heç keçinməmişdi” 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
151
Yaxınları danışır ki, Əli Fəhmi ölümü gülə gülə qarşı-
ladı. Niyə  də qarşılamasın? Axı, özü ilə saysız hesabsız 
xeyirxah əməllər aparırdı. Həzrəti Əli həmişə deyərmiş ki
”Ölümündən o insanlar qorxur ki, özü ilə aparacaq yaxşı 
əməlləri yoxdur”. Əli Fəhmi övladlarına tez-tez deyərmiş 
ki, ”İnsan dünyaya gələndə özü ağlayır, ətrafındakılar isə 
sevinib gülürlər. Hətta, uşaq ağlamasa belə ona balaca to-
xunub ağladırlar. Elə yaşamaq lazımdır ki, insan həyatı 
tərk edərkən özü gülsün, ətrafındakılar isə onu  itirdikləri-
nə görə ağlasınlar”. 
Həyatda çox böyük qəhramanlıqlar göstərmiş insan-
lar belə “ölüm” adlanan bu qorxunc kabusdan qorxur. İn-
san yaşayır, yaşadıqca yaşamaq istəyir. Ömür uzun ol-
duğu qədər də qısadır, belə olmasaa idi qədim zamanlar-
da 500 ildən yuxarı ömür sürən peyğəmbərlər belə bu 
ömrün bir anın içində  gəlib keçməsindən  şikayətlənməz-
dilər. Həyatda çox nadir insanlar olur ki, ölümdən qor-
xmasın. Məsələn: Əli Fəhmi kimi. 
Əziz oxucular! Yaşadığımız həyatın iki üzü var. 
Yumşaq və sərt üzü. Amansız həyat zaman-zaman verdiy-
ini bir gün geri alır. Fitri istedadı  və iti düşüncəsiylə 
ölümünü belə qabaqcadan duyan, hiss edən xalqımızın 
böyük alim oğlunu zalım dünya əlimizdən vaxtsız alıb, 
apardı, o biri dünyanı ziynətləndirmək üçün. O, hələ ədə-
biyyatımız üçün neçə-neçə dahilər yetişdirəcəkdi. Ölümü 
də möcüzələrlə müşaiyət olundu bu böyük insanın. Oğlu 
İlham  Ələkbərov xatırlayır ki, “Bizim bir yəhudi qonşu-
muz var idi, ailəmizə çox yaxın idi. Atamın dəfn günüün 
səhərisi qardaşıma gecə gördüyü yuxusunu danışdı 


Yeqzar Cəfərli  
 
 
152 
“Gördüm ki, rəhmətlik ananız ağappaq geyinib atanızı 
qarşılayır”. Eyni yuxunu heç nədən xəbərsiz bir qadın qo-
humumuz da danışdı. Bu söhbətlərdən təxminən iki saat 
sonra dayımın həyat yoldaşı bizə gəlib eynilə belə bir yu-
xunu danışdı: “ Gördüm Aliyə ağappaq geyimdə yer-yığış 
edir, səbəbini soruşdum. “Əli yanıma gəlir”- dedi. Bu da 
sirli- sehirli dünyanın daha bir möcüzəsi”. 
Məni  əhatə edən insanların  əksəriyyəti dindar ol-
duğundan kiçik yaşlarımdan dinin tələblərinə ciddi riayət 
etmək ruhunda tərbiyələnmişəm. Evimizdə olan zəngin 
dini kitabxanadan imkanım daxilində bəhrələnmişəm. Bu 
dini kitablardan müqəddəslərin dəfn günlərində  bəzi 
möcüzələrin baş verdiyi haqqında oxumuşam. Məsələn: 
Yazırlar ki, sevimli peyğəmbərimizin yaxın səhabələrin-
dən biri Səəd ibn Məazın dəfn günündə ərş titrəmişdi. Yə-
ni, bütün dünyada eyni vaxtda zəlzələ baş vermişdi.  Əli 
Fəhminin dəfn günündə də böyük bir tufan qopmuşdu. İl-
ham Ələkbərov danışır ki, “dəfn günü hava çox sakit idi. 
Mərhumun cənazəsini yumaq üçün Sabunçudakı evimizin 
ikinci mərtəbədən həyətə endirəndə qəfil bir gurultu qop-
du. Həyətimizdə iki adamın qucağına belə  sığmayan 
yoğun gövdəli bir ağac var idi. Ağacın budaqlarından biri 
küləyin təsirinə tab gətirməyərək sındı. Qəribə burası idi 
ki, ağacın evə  tərəf olan hissəsi qopub yerə düşsədə evə 
heç bir ziyan vurmadı”. Tabutu həyətdən çıxarana qədər 
bu budaq tabutu oxşadı, öpdü. Sanki budaq öz sahibi ilə 
vidalaşırdı. Külək isə  səngimək bilmir, toz-torpağı, xırda 
daşları dəfndə iştirak edən insanların başına, üzünə çırpır-
dı. Dəfni  Əli Fəhminin öz vəsiyyətinə görə yüksək dini 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə