Microsoft Word ittht docx



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix27.10.2017
ölçüsü0,64 Mb.
#7034
1   ...   17   18   19   20   21   22   23   24   25

67 

 

3.3.



  şgüzar təşkilatlarda daxili münaqişələrin əlamətləri və onların 

aradan qaldırılması yolları 

 

Münaqişə  latın  sözü  olan  “konfliktus”  sözündən  yaradılıb  və  mənası 



ziddiyət,toqquşma  deməkdir.  şgüzar təşkilati münaqişə dedikdə adətən təşkilat 

çərçivəsində  baş  verən  və  onun  hər  hansıbir  spesifik  xüsusiyyətləri,  struktur 

özəllikləri,  digər  təşkilatlarla  qarşılıqlı  əlaqələri  ilə  əlaqədar  mövqelərin 

toqquşması nəzərdə tutulur. 

Münaqişəsiz  həyat  hər  insana,  hər  kollektivə  qismət  olmur.  Dəyərlər, 

iqtisadi  maraqlar  arasındakı  ziddiyətli  təzadlar,  bəzi  firma  və  şirkətlərdəki 

məhdud resurslar, məhdud imkanlar vaxtaşırı münaqişələrin yaranmasına gətirib 

çıxarır


31

.  Əslində  təşkilati  münaqişəni  təşkilat  daxilində  baş  verən  münaqişə 

kimi qeyd etmək daha məqsədəuyğun olardı: 

 



Şə

xsi münasibətlərin təşkilati münasibətlərə köçürülməsi mümkündür: 

insanlar  özləri  ilə  işə  ailə  münaqişələrini  gətirə  və  ya  şəxsi  fıikrinə  görə 

münaqişəyə girə bilər; 

 

Bir  çox  hallarda  münaqişəni  yerli  vasitələrlə,  daha  doğrusu  birbaşa 



həmin  təşkilatda  aradan  qaldırmaq  cəhdləri  həyata  keçirilir.  Halbuki  onun 

yaranmasına olan  əsaslar  təşkilatın  hüdudları  kənarında,  ümumi,  hətta  sistemli 

ola  bilər.  Belə  olduğu  halda  hər  bir  münaqişənin  ləğv  edilməsi  gözlənilən 

nəticəni verməyəcəkdir. 

Münaqişənin  həqiqətən  də  bitməsi  onun  həll  edilməsi  hesab  edilə  bilər. 

Bu  isə  rəqiblər  tərəfindən  mübahisənin  mənbəyinin  və  mahiyyətinin  analiz 

edilməsi prosesində əldə edilə bilər. Tərəflərin sabit tarazlığı münaqişəyə səbəb 

olmuş şəraitlərin nəticəsi kimi meydana gəlir, bu isə hər iki tərəfi razı salan yeni 

münasibətlər tarazlığı yaratmağa imkan verir. 

Beləliklə,  münaqişələrin  başa  çatdırılması  metodları  kimi  adətən 

aşağıdakılar qeyd edilir: 

                                                            

31

 

nsan resurslarının idarə edilməsi



Tofiq Quliyev, Bakı 2013, səh 773

 



68 

 



 

münaqişənin  boğulması  -  qeyri-effektik  metoddur,  belə  ki,  o,  yalnız 

müvəqqəti fasilə verə bilər, sonradan isə münaqişə daha da kəskinləşə 

bilər; 


 

münaqişənin  «ləğvi»  -  bu  metod  altında  mahiyyətinə  görə  qeyri-



mümkün olan ziddiyyəti kökündən məhv etmək deməkdir; 

 



münaqişənin həll edilməsi - sosial reallığı müvafiq olduğundan uğurlu 

nəticə verə biləcək yeganə metoddur. 



Münaqişənin həll edilməsi formaları 

aşağıdakılardan ibarət ola bilər: 

 

danışıqlar - birbaşa dialoq; 



 

vasitəçilik - üçüncü tərəfə müraciət edilməsi; 



 

arbitraj  -  üçüncü  tərəfə  könüllü  şəkildə  müraciət  edilməsi.  Bu  cür 



müraciət zamanı onun qərarının yerinə yetirilməsi mütləq hesab edilir. 

Bu  situasiya  hüquqi  institiların  bəzi,  ayrıca  olaraq  beynəlxalq 

münaqişələr çərçivəsində vəziyyətini xarakterizə edir; 

 



mütləq  arbitraj  -  bu  halda  iştirakçılar  üçün  yalnız  üçüncü  tərəfə 

müraciət  etmək  deyl,  həm  də  onun  qərarlarının  qəbul  edilməsi  də 

mütləqdir.  Bu,  münaqişənin  tənzimlənməsi  və  boğulması  hüdududur. 

Bu,  dövlət  idarə  formasının  qorunması,  beynəlxalq  münasibətlərdə 

sülhün qorunması üçün zəruri ola bilər. 

Münaqişə  nəzəriyyəsi  üzrə  ən  yeni  ədəbiyyatda  münaqişəni  həll  etmə 

problemi  əksər  hallarda  insanın  əsas  tələbatlarının  ödənilməsi  prizmasından 

nəzərdən  keçirilir.Bu  tip  tələbatlar  -  məsələn,  təhlükəsizliyə,  eyniliyə,  qəbul 

edilməyə,  sosial  mənsubiyyətə  olan  tələbatlar  yalnız  ayrı-ayrı  insanlara  deyl, 

həm  də  sosial  qruplara,  təşkilatlara,  etnik  törəmələrə,  bütöv  bir  dövlətə  də 

aiddir.  Bu  tip  yanaşma  tərzinin  əsasını  yalnız  insanın  mübahisə  mövzusu  olan 

və  rəqiblər  arasında  yeni  münasibətlər  yaradan  əsas  tələbatlarını  ödəyən 

cəhdlərin  həqiqətən  də  münaqişənin  başa  çatdırılmasına,  daha  doğrusu,  onun 

həllinə gətirib çıxara bilməsi haqqında tezis təşkil edir. 




69 

 

Münaqişələrin  qarşısının  alınması  üzrə  fəaliyyət  müxtəlifdir  və  yaranan 



münaqişənin  xarakterindən  asılıdır.  Münaqişələrin  qarşısının  alınmasının  ən 

effektli  forması  onların  səbəblərinin  aradan  qaldırılmasından  ibarətdir.  Bu 

fəaliyyət müxtəlif özünü səviyyələrdə göstərir. 

1)  Ümumsosial  səviyyə.  O,  sosial  həyatın  işini  pozan  mühüm  iqtisadi, 

sosial,  siyasi  faktorların  üzə  çıxarılması  və  aradan  qaldırılmasından  ibarətdir. 

Bu  tip  faktorlara  misal  olaraq  iqtisadiyyatda  baş  verən  natarazlığı,  müxtəlif 

sosial qrupların həyat səviyyəsinin kəskin şəkildə fərqlənməsini, siyasi və sosial 

nizamsızlığı, qeyri təşkilati və az effektiv idarə sistemi və s. 

Onların  qarşısının  alınması  cəmiyyətin  bütün  qruplarının  maraqlarına 

müvafiq  olaraq  sosial,  iqtisadi  və  mədəni  siyasətin  ardıcıl  şəkildə 

keçirilməsindən,  qayda-qanunun  və  qanuniliyin  möhkəmlənməsindən, 

cəmiyyətin  mədəni  səviyyəsinin  qaldırılmasından  ibarətdir.  Bütün  cəmiyyətin 

maraqlarının  həyata  keçirilməsinə  yönəldilmiş  sosial  proqramların  ardıcıl 

surətdə  realizasiyası  bütün  neqativ  təzahürlərin  universal  şəkildə  qarşısının 

alınmasıdır. 

Münaqişələrin qarşısının alınması sahəsində mühüm rolu şəxsin hüquq və 

azadlıqlarına olan hörmətin artırılması, etimadın möhkəmləndirilməsi, təcavüzlə 

mübarizə istiqamətində dəyərlərin dəyişikliklərə uğraması üzrə cəhdlər tutur. 

2)  Psixoloji  səviyyə.  Fərdi,  psixoloji  planda  münaqişələrin  səbəblərinin 

aradan  qaldırılması  münaqişə  aparan  tərəflərin  ilkin  aqressiv  niyyətlərini 

bloklaya bilən kontrmotivlərin təsiri və irəli sürülməsindən ibarətdir. 

Münaqişələrin  qarşısının  alınmasının  növbəti  və  kifayət  qədər  efektli 

forması əməkdaşğın qorunmasıdır. 

Ə

ksər  hallarda  qarşıdurmadan  öncə  tərəflər  neytral  münasibətlərə  malik 



olur və hətta ola bilsin ki, əməkdaşlıq da edirlər. Bu səbəbədən də artıq mövcud 

olan  hətta  minimal  olsa  belə  əməkdaşlığı  pozmamaq  və  artıq  yaranmış 

münasibətlərin  konstruktivliyini  qorumaq  və  artırmaq  böyük  əhəmiyyət  kəsb 

edir. 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə