Microsoft Word ittht docx



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix27.10.2017
ölçüsü0,64 Mb.
#7034
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

52 

 

Ş



irkətlərin  çoxunun  idarəetmə  strukturunda  maliyyə  direktoru  vəzifəsi 

olur.  Qərbdə  buna  maliyyə  meneceri,  yaxud  baş  maliyyə  məmuru  deyirlər. 

Maliyyə  vəzifələrini,  adətən,  iki  şəxs  –  xəzinədar  və  nəzarətçi  yerinə  yetirir. 

Rusca ədəbiyyatda bəzən buna müfəttiş də deyirlər. Onlardan hər birinin xüsusi 

məsuliyyət sahəsi var. Sxemdən aydın olar ki, xəzinədar, əsasən, maliyyə vəsaiti 

tapıb onu idarə edir, nəzarətçi isə bu vəsaitdən daha səmərəli istifadə olunmasını 

təmin edir və yoxlayır. 

Təşkilatda  təkrar  istehsal  dəyəri  mövcud  olan  əsas  kapitalı,  yeni 

maşınları, avadanlığı, qurğuları və başqa fiksasiyalanmış aktivləri dəyişdirmək 

üçün  tələb  olunan  məbləği  bildirir.  Fəaliyyətdə  olan  müəssisənin  əsl  dəyərini 

təyin  edərkən  təkrar  istehsal  strukturundan  mühüm  bir  meyar  kimi  istifadə 

olunur.  

ş

güzar  təşkilatlarda strukturun təsnifatlaşdıran  zaman  aşağıdakı  mühüm 



prinsiplərə diqqət etmək lazımdır. 

Səmərəlilik  prinsipi

.  Təşkilatda  hədəflərin  müəyyən  edilməsində 

səmərəlilik  prinsipinin  mahiyyəti  odur  ki,  kapital  ən  səmərəli  obyektlərə 

qoyulmalıdır.  Obyektin  səmərəliliyi  müəyyənləşdirilərkən  əsas  meyar  onun 

gəlirliliyi, yəni obyektin istifadəyə verilməsindən sonra nə qədər məhsul istehsal 

ediləcəyi, son nəticədə nə qədər gəlir götürüləcəyidir. 



Vaxtında  özünüödəmə  prinsipi

.  Obyektin  maliyyələşdirilməsinə  sərf 

olunan  vəsaitin  özünüödəmə  müddəti  nəzərdə  tutulur.  nvestisiyalaşdırma 

zamanı işlərin dəqiq plan əsasında görülməsinin dürüst vaxtı müəyyən edilir. Bu 

müddət  başa  çatdıqdan  sonra  investisiya  özünü  ödəməyə  və  əlavə  gəlir 

gətirməyə başlamalıdır.  



Ardıcıllıq  prinsipi

.  Bu  prinsip  müvafiq  maliyyə  vəsaitlərinin  əldə 

saxlanmasını, 

iş 


qrafikinin 

düzgün 


qurulmasını 

və 


obyektin 

maliyyələşdirilməsində  onlardan  ardıcıl,  tədricən  istifadə  olunmasını  nəzərdə 

tutur. Yəni obyektin maliyyələşdirilməsində fasilələr olmamalıdır. 



53 

 

Nəzarə



prinsipi

Təşkilatda 



iş 

fəaliyyəti, 

investisiyaların 

maliyyələşdirilməsi  onların  mənbə  və  istiqamətlərindən  asılı  olmayaraq  daim 

nəzarət  altında  olmalıdır.  Bu  nəzarəti  həm  rəhbər,  həm  maliyyələşdirici,  həm 

podratçı  təşkilatlar,  həm  də  bank  həyata  keçirir.  Belə  çoxşaxəlilik  iş 

proseslərindən  başqa  məqsədlərə  yönəldilmiş  kənarlaşmaların  qarşısını  alır  və 

onlardan məqsədəuyğun və səmərəli şəkildə istifadə olunmasını təmin edir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




54 

 

Fəsil 3.  şgüzar təşkilatlarda effektiv idarəetmənin təşkili mexanizminin 



inkişaf aspektləri 

3.1.

   Təşkilatda asılılıqlar və təşkilati mədəniyyətin qurulması 

 

Təşkilatda insanların əxlaqına və qərarların çıxarılmasına milli mədəniyyət 



–  əsas  mənəvi  dəyərlər  bu  və  ya  digər  ölkənin  insanlarını  xarakterizə  edən 

ə

xlaqi  xüsusiyyətlər  əhəmiyyətli  təsir  edir.  Bir  tərəfdən  ölkələr  arasında 



iqtisadiyyatın  və  ictimai  həyatın  müxtəlif  sferalarında  beynəlxalq  iqtisadi 

ə

laqələrin  və  əməkdaşlığın  inkişafının  genişləndirilməsi  tendensiyasının 



gücləndirilməsi  baş  verir,  təşkilatların  inkişaf  strategiyasının  istehsal 

texnologiyasında,  innovasiya  proseslərinin  inkişafında  inteqrasiya  güclənir; 

digər tərəfdən, müxtəlif ölkələrin mədəni dəyərləri, idarəetmə sistemində onlara 

məxsus olan fərqləri qorunub saxlanır.  

Mədəniyyət  cəmiyyətin  üzvlərinin  qiymətli  dünyagörüşü  və  davranış 

vəziyyətini formalaşdıran mexanizmi təşkil edir

27

. Təşkilatda mədəniyyət xarici 



mühitin  dəyişikliklərinə  işçi  qüvvəsinin  uyğunlaşmasının  təkamül  mexanizmi 

kimi  yarandılır.

 

Ə

mək  bölgüsü,  müxtəlif  səviyyələrin  alt  sistemlərinin 



yaranması  müxtəlif  işçi  qrupları  arasında  qeyri-bərabər  səviyyələrdə 

mədəniyyətlərin  ayrılmasına  gətirib  çıxartmışdır.

 

Belə  vəziyyətin  yaranması 



mühitin  rəsmiləşdirməsinə  şərait  yaratdı  ki,  təşkilati  mədəniyyətin 

formalaşmasına səbəb oldu. 

ş

çi  heyətinin  idarə  edilməsində  kadr  idarəetməsinin  qabaqcıl  üsullarının 



təşkilati  mədəniyyətinin  yetkinlik  səviyyəsinin  müəyyənliyi  yerli  kadr 

xidmətlərinin  təcrübəsində  kadr  işinin  ən  effektiv  vasitəsinin  süni 

köçürülməsinin qeyri-mümkünlüyünü izah edir

28



  Təşkilat mədəniyyətinin təşkilata təsiri daha böyükdür. Təşkilatın mədəni 

səviyyəsi, kollektivin etika və peşəkarlığı da daxil olmaqla, onun effektivliyinin 

                                                            

27

 



Организационная

  Культура Учебное пособие Ульяновск 2007, səh 8 

28

 Heyətin idarə edilməsi  T. Y.Bazarov, B.L. Yereminin redaktorluğu ilə (tərcümə) Bakı 2012, səh 10 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə