Microsoft Word ittht docx



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix27.10.2017
ölçüsü0,64 Mb.
#7034
1   ...   17   18   19   20   21   22   23   24   25

64 

 

ifadə etmək olar: 2 + 2 = 5. Yalnız bu halda, yəni birgə və qarşılıqlı fəaliyyət 



nəticəsində ayrı-ayrı elementlərin aktivliyi yüksək məhsuldarlıq və səmərəliliyə 

nail olmağa imkan verir, daha doğrusu əldə edilmiş yekun nəticənin keyfiyyət 

ölçüsü  kəmiyyət  ölçüsündən  yüksək  olur.  Bu  hal  iqtisadi  ədəbiyyatlarda 

“sinergiya effekti” adlanır. 

Sinergiya  effekti  sayəsində  işgüzar  təşkilatların  fəaliyyətlərində  nail 

olunan nəticələrə aiddir: 

 

Mənfəətin əvvəlkinə nisbətən daha da artması; 



 

Ə

məliyyat məsrəflərinin azalması. 



ş

güzar  təşkilatların  tətbiq  etdikləri  sinergiya  strategiyası  nəticəsində 

meydana gələn sinergiya effekti özünü müxtəlif formalarda biruzə verir. Onlara 

aiddir: 


• 

Birləşdirmə və ya komanda effekti; 

• 

Miqyas effekti yaxud funksional sinergiya; 



• 

nteqrasiya effekti və ya məqsədli sinergiya. 

Biznes  mühitində  formalaşan  sinergiya  effektinin  təzahürünün  birinci 

formasına  “birləşdirmə  və  ya  komanda  effekti”  daxildir.  Nə  üçün  insanlar 

komandalar  şəklində  birləşirlər?  Bunun  başlıca  səbəbi  ondan  ibarətdir  ki, 

təşkilatda  işləyən  şəxslər  komanda  şəklində  birləşərək  təşkilatın  vahid 

məqsədləri  uğrunda  fərdi  şəkildə  hər  bir  şəxsin  əldə  edə  biləcəyindən  daha 

səmərəli  və  məhsuldar  nəticələrə  nail  olurlar.  Digər  səbəblərə  isə  aşağıdakılar 

aiddir: 

•  Təhlükəsizlik.  Komanda  iştirakçıları  özlərini  komanda  daxilində  daha 

təhlükəsiz hiss edirlər; 

•  Yoldaşlıq hissi. Bu, hər bir iştirakçıya kollektivə aid olma hissini aşılayır; 

• 

ndividuallıq. Komanda öz üzvlərinin şəxsi keyfiyyətlərinin daha da inkişaf 



etdirilməsini təqdir edir və həvəsləndirir; 


65 

 

• 



ftixar. Komanda iştirakçılar qazandıqları birgə nailiyyətlərə görə qürur hissi 

keçirirlər; 

•  Tanınma  və  qəbul  edilmə.  Xarici  mühit  ayrıca  fərdə  nisbətən  komandanı 

daha güclü və təsirli sosial vahid kimi qəbul edir. 

Sinergiya  effektinin  ikinci  təzahür  forması  “miqyas  effekti”  yaxud 

“funksional  sinergiya”  adlanır.  Sinergiyanın  bu  forması  işgüzar  əməliyyatların 

miqyasının  genişləndirilməsi  nəticəsində  meydana  gəlir.  Məsələn,  firma 

menecerləri çox gözəl başa düşürlər ki, kompaniya tərəfindən öz müştərilərinə 

təkcə  əmtəənin  özünü  deyil,  həm  də  əlavə  kompleks  xidmətlərin  (çatdırılma, 

satışdan sonra xidmət, səliqəli qablaşdırma və s.) təqdim olunması sayəsində bir 

sıra imtiyazlar əldə olunur. 

Sinergiya  effektindən  istifadə  edərək  istehsal  edilən  məhsulların 

nomenklaturasını  genişləndirmək  yolu  ilə  də  biznes  fəaliyyətində  maksimal 

effektivliyə nail olmaq mümkündür. Burada əsas ideya ondan ibarətdir ki, ayrı-

ayrı  istehsal  sahələrini  ümumi  sistemdə  birləşdirmək  lazımdır.  Bu,  istehsal 

miqyasına  əlavə  qənaət  hesabına  effektivliyin  yekun  göstəricilərini 

yaxşılaşdırmağa imkan verir. 

Beləliklə,  şirkət  rəhbərliyi  tərəfindən  yeni  məhsullarla  yeni  bazarlara 

çıxış  haqqında  qərarlar...

 

quraşdırılması  zamanı  məhz  miqyas  effekti  nəzərə 



alınır. 

Lakin  mütləq  yadda  saxlamaq  lazımdır  ki,  müəyyən  şəraitdə  miqyas 

effekti mənfi və ya əks təsirə malik ola bilər: 

Müəyyən  mərhələdə  menecerlərin  idarəetmə  diqqətinin  səpələnməsi 

(yayılması) hesabına itkilərin artması mümkündür; 

stehsalın  miqyasının  artırılmasından  sonra  digər  seqmentlərdə  başqa 

məhsulların satış effektivliyi kəskin şəkildə aşağı düşə bilər. (Belə bir vəziyyət 

o  halda  baş  verir  ki,  firmanın  marketinq  xidmətləri  bazarın  yeni  seqmentləri 

haqqında  öz  mövcud  biliklərini  artırmırlar  və  həmin  məhsulların  bazara 

yeridilməsi üçün yeni resurslar və yeni mütəxəssislər axtarmırlar.  




66 

 

Müəssisə  tərəfindən  buraxılan  məhsulların  çeşidinin  genişləndirilməsi 



istehsal  prosesini  mürəkkəbləşdirməklə,  texniki  və  təchizat  xidmətlərində  də 

analoji  proseslərin  mürəkkəbləşməsinə  səbəb  olur  ki,  bu  da  yekun  nəticəyə 

mənfi təsir göstərə bilər. 

Sinergiyanın  üçüncü  forması  “inteqrasiya  effekti”  və  ya  “məqsədli 

sinergiya”  adlanır.  nteqrasiya  –  hər  hansı  ümumi  məqsədə  nail  olmaq  üçün 

qüvvələrin  birləşdirilməsidir.  şgüzar  təşkilatın  ali  rəhbərliyindən  ən  sıravi 

işçisinə kimi hər bir üzvü təşkilatın fəaliyyəti, məqsədləri və vəzifələri haqqında 

aydın  təsəvvürə  malik  olmalıdır.  Yalnız  menecer-inteqrator  kompaniyanın 

məqsədli  fəaliyyətinin  bütöv  orientasiyasını  formalaşdıra  bilər.  Bu  zaman 

menecer tələsmədən, addımbaaddım idarəetmə sahəsində malik olduğu öz bilik 

və bacarıqlarından istifadə edərək təşkilatın hər bir üzvünə ümumi nəticəyə nail 

olmaqda onun fəaliyyətinin vacibliyini çatdırmalıdır. 

Sinergiya  effekti  yaradılmasında  liderin  rolu  çox  böyükdür,  O,  insan  və 

maddi  resursların  idarə  edilməsində  komandaya  “ağıllı  işgüzarlıq”  enerjisini 

gətirməlidir.  Eləcə  də  o,  digər  pozuntu  -  energetik  rollara  iddia  etməməlidir. 

Hətta onun özü bu rolları çox səmərəli şəkildə yerinə yetirməyə qadirdirsə, bu 

rolların tutulmasının komanda üzvləri üçün boş saxlamamalıdır. Bu komandada 

fəallığın  idarə  edilməsinin  mühüm  elementidir.  Komanda  üzvləri  səmərəli 

yerinə  yetirilən  hər  bir  rol  üçün  lider  tərəfindən  mükafatlandırma  imkanı 

qazanır. Bu rollar uğrunda hətta ağıllı rəqabət ola bilər, əlbəttə “ağıllı sahibkar” 

rolundan başqa. 

 

 



 

 

 



 

 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə