Microsoft Word H?simzade Seyid Zeyn?b doc docx



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3667
1   2   3   4   5   6   7   8   9   ...   25

məhsuludur.  Bu  elementlər  əsasən  ona  görə  təhlükəli  hesab  olunurlar  ki,  onlar 

nüvə  partlayışları  və atom  elektrik  stansiyalarının  istismar  qaydalarının  (yaxud 

texniki nasazlıq) pozulması nəticəsində ətraf mühitə böyük miqdarda yayılırlar. 

Elmi-texniki ədəbiyyatdan məlumdur ki, müxtəlif növ orqanizmlər güclü 

radiasiya şüalanmalarına qarşı müxtəlif dözümlülüyə malik olurlar. Şəkil 2-də 3 

növ orqanizmlər qrupuna məxsus canlıların müəyyən dozalı rentgen və yaxud γ 

ş

üalanmasına  həssaslığı  göstərilmişdir.  Orqanizmlərin  kiçik  müddət 



(dəqiqə,saat) ərazində qəbul etdikləri böyük dozaya – kəskin doza, böyük zaman 

ə

rzində  kiçik  dozalar  qəbul  etməsinə  -  xroniki  doza  deyilir.  Sol  tərəfə 



istiqamətlənmiş  oxa  uyğun  gələn  şüalanma  qiyməti  onu  göstərir  ki,  bu 

qiymətdən  böyük  qiymətlərdə  həyat  eşqi  pozula  və  yaxud  məhv  ola 

bilər.Məsələn, 200 rad qiymətindəki doza bir sıra həşəratların embrionunu məhv 

edir.  5000  rad  tam  toxumsuzluğa  gətirib  çıxarır.  Radiasiyaya  daha  dözümlü 

növlərin  hamısını  məhv  etmək  üçün  isə  100000  rad  tələb  olunardı.  Şəkildən 

görünür  ki,  digər  orqanizmlərə  nisbətən  mikroorqanizmlər  radiasiya 

ş

üalanmalarına daha davamlı olurlar [ 8]. 



 

     ıı                 ıııHeyvanlar       

                                      Həşəratlar 

                                 ııı      

          ııı 

                                                                                     Bakteriyalar 

                                                                             ııı     

ııı 


 

 

10



2                                     

10

3                                      



10

4                               

10

5

                     10



6

 

Doza,rad 



Şəkil 2 .

 Üç müxtəlif qrup orqanizmin rentgen və ya γ şüalanmasına   

həssaslığının müqayisəsi. 


Aşağı  dozalı  xroniki  təsirləri  ölçmək  olduqca  mürəkkəbdir.  Çünki  belə 

ş

üalanmaların təsiri özünü on illər ərzində yavaş-yavaş göstərir. Bir çox hallarda 



bu  genetik  xüsusiyyətlərin  dəyişməsinə  gətirib  çıxarır.Məsələn,  müəyyən 

olunmuşdur ki,  (Sparrod,1962) şam ağacını 10 il müddətində sutka ərzində bir 

rentgen  şüalanmaya  məruz  qoyduqda  onun  boy  artmasına  olan  təsir  dozanın 

kəskin qiymətində olan (sutkada 60 R) təsirlə eyni olur. 

Ali  bitkilərdə  ionlaşdırıcı  şüalanmaya  həssaslıq  hüceyrə    nüvəsinin 

ölçüləri  ilə  daha  dəqiq  desək  xromosomun    yaxud  DNK-nın    həcmi  ilə  düz 

mütənasibdir.Təyin  olunmuşdur  ki,  xromosomun  həcminin  dəyişməsi  onların 

ş

üalanmaya olan həssaslığını üç dəfə artırır. 



Xromosomun  həcmi  ölçüləri  böyüdükcə  ,onun  şüalanma  hissəcikləri  ilə 

toqquşma ehtimalını qat-qat artırır. 

Ali  heyvanlarda  bitkilər  üçün  yuxarıda  göstərdiyimiz  qanunauyğunluq 

qeydə  alınmayıb.  Yəni  ,onların  radiasiya  həssaslığının  qiymətinin  hüceyrə 

strukturundan  asılılığı  müəyyənləşdirilməyib.  Ali  heyvanlar  üçün  əsas  amil 

onların  ayrı-ayrı  orqanlarının  şüalanmaya  həssaslığıdır.  Məsələn,  müəyyən 

edilmişdir  ki,  heyvanların  onurğa  beyninə  təsir  göstərən  zəif  şüalanmalar  belə 

onlar üçün ciddi nəticələr verir.  

Orqanizmlər  təbii  şüalanmanın  təsirinə  məruz  qaldıqları  üçün  onlar  bu 

təsirin nəticəsinə də bir növ öyrənirlər.  

Təbii  radiasiyanın  (radiasiya  fonu)  əsas  üç  səbəbi  vardır  :1)  kosmik 

ş

üalar; 2) canlı orqanizmlərin tərkibinə daxil olan kalium- 40 elementi; 3) torpaq 



və dağ süxurlarında rast gəlinən təbii radioaktiv maddələr. Göstərilən üç mənbə 

tərəfindən  müxtəlif  sahələrdə  yaradılan  radiasiyanın  illik  qiymətinin 

hesablanması  nümunəsi  aşağıda  göstərilmişdir  (qiymətlər  mikroradianlarla 

verilmişdir) [ 15]. 




Dəniz səviyyəsində olan çöküntü  süxurlarda : 35+17+23=75. 

Qeyd  etmək  lazımdır  ki,  dəniz  səviyyəsindən  yüksəkliyə  qalxdıqca  təbii 

ş

üalanmaların  təsirində  əsas  yeri  kosmik  şüalar  tutur.  Kosmik  şüaların  çox 



böyük  hissəsi  atmosfer  tərəfindən  udulduğundan  yer  səthinin  hər  kvadrat 

santimetrinə bir saniyədə bir hissəcik düşür. Bunun da 90%-i protonlar,7 %-i α 

hissəciklər,qalanı  isə  ağır  nüvələrin  hesabına    düşür.Hündürlük  artdıqca  bu 

ş

üalanmanın təsiri artır.Məsələn, müəyyən olunmuşdur ki,8 saat təyyarədə uçan 



şə

xs 50 mikrozivertə yaxın şüalanma alır. 

Yer səthində mövcud olan radiasiya fonunun yarıdan az hissəsini kosmik 

ş

üalar  təşkil  edir.  Ümumiyyətlə.Yer  kürəsinin  elə  bir  nöqtəsi  yoxdur  ki,oraya 



kosmik  şüalar  təsir  göstərməsin.  Bu  təsirin  qiyməti  qütblərdə  daha  yüksəkdir. 

Çünki  ekvatorda  və  onun  ətrafında  Yerin  mqnit  sahəsi  güclü  olduğundan  bu 

ş

üaların  Yer  səthinə  düşmə  ehtimalı  azalır  (maqnit  sahəsi  yüklü  hissəcikləri 



səpələyir).  Ölçmələr  əsasında  müəyyən  olunmuşdur  ki,  dəniz  səviyyəsinə 

nisbətən  12000  metr  hündürlükdə  kosmik  şüaların  təsirindən  radiasiya 

ş

üalanmalarının  qiyməti 20-25 dəfə artır. 



Məlumdur  ki,Mendeleyev  cədvəlində  83-cü  elementdən  sonra  bütün 

kimyəvi  elementlər  radioaktiv  xassəyə  malikdir.  Bununla  yanaşı  83-cü 

elementdən qabaqkı bir çox elementlərin də bəzi izotopları radioaktivdir. 

Radioktiv  şüalanma  zamanı  maddələrin  kütləsi  zamanı  keçdikcə  həndəsi 

silsilə  qanunu  ilə  azalır.  Hər  hansı  bir  müddət  ərzində  radioizotopun  kütəsinin 

iki  dəfə  azalmasına  yarımparçalanma  müddəti  deyilir.Müxtəlif  maddələr  üçün 

yarımparçalanma  müddəti  bir-birindən  kəskin  fərqlənir.  Məsələn,  Arqon-41 

izotopu üçün bu müddət iki saat təşkil etdiyi halda ,Uran-238 üçün bu müddət 

4,47 milyard il təşkil edir [ 4]. 

Bu  amildən  fundamental  ekoloji  nəticə  alınır,yəni  radioaktivliyin  təcrübi 

ləğvinin  yeganə  imkanı  radioaktiv  elementə  öz-özünə  parçalanmasına  imkan 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə