Microsoft Word H?simzade Seyid Zeyn?b doc docx



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3667
1   2   3   4   5   6   7   8   9   ...   25

α

 

 



Qurğuşun-214 

26,8 dəqiqə 

β

 

 



Bismut-214 

19,7 dəqiqə 

β

 

 



Polonium-214 

0,000164 saniyə 

α

 

 



Qurğuşun-210 

22,3 il 


β

 

 



Bismut-210 

5,01 sutka 

β

 

 



Polonium-210 

138,4 sutka 

α

 

 



Qurğuşun-206 

stabil 


 

Müxtəlif  növ  şüalanmalar  bir-birindən  kəskin  fərqlənən  fiziki 

xüsusiyyətlərə  malikdir.  Rentgen  və    γ  şüaları  yüksək  enerjili  elektromaqnit 

dalğalarıdır [ 3].  

Bütün növ şüalanmalar onların elektromaqnit sahəli və yaxud yüklənmiş 

hissəciklərin  selindən  ibarət  olmasına  baxmayaraq  onlar  ümumi  bir  sıra 

qanunauyğunluqlara  malikdirlər.  Onlar  gözlə  görünmürlər,  çox  böyük  sürətlə 

yayılırlar və şüalanmanın qarşısını heç bir üsulla alına bilmir. Şüalanmanın canlı 

orqanizmə  nüfuz  etmə  dərinliyi  onun  növündən  asılı  olur.  Belə  ki  ,  α  şüalar 

nazik  təbəqə  tərəfindən  saxlandığı  halda, β  şüaları  bir  neçə  santimetr  dərinliyə 

nüfuz edə bilir. γ və kosmik şüalar isə hətta bir neçə metrlik qurğuşun təbəqədən 

də keçə bilir. 

Ş

üalanma dozası digər şüalanma növləri ilə eyni olan neytron şüalanması 



canlı  orqanizmlər  üçün  daha  çox  təhlükəlidir.  Bu  onunla  izah  olunur  ki, 

neytronların ölçüləri böyük, kinetik enerjiləri yüksək və onların elektrik yükünə 

malik  olmamasıdır.  Onlar  canlı  orqanizmin  hüceyrələrində  ciddi  pozuntular 

yaradırlar.  Lakin  neytronlar  ekoloji  cəhətdən  ciddi  təhlükəli  hesab  olunmur. 

Çünki  onlar  nüvə  reaktorların  yaxınlığında  və  nüvə  partlayışları  zamanı 

müşahidə olunurlar [ 3].  

 



 

 

α



 - şüalanması 

β

 -  şüalanması 



γ

 - şüalanması 

Şə

kil . Şüalanmanın təsiri. 



Yuxarıda  baxılan  bütün  şüalanma  növləri  ionlaşdırıcı  xüsusiyyətə 

malikdir,  belə  ki,  onlar  atomdan  elektronu  çıxarıb  onu  ionlaşdırmaq 

qabiliyyətinə malikdir. Bunun nəticəsində yaranmış ionlar kimyəvi cəhətdən çox 

aktiv olurlar və canlı hüceyrənin bir çox xassələrini dəyişirlər.  

Güclü şüalanma nəticəsində çoxsaylı ionlar yaranır ki, bunun nəticəsində 

də  hüceyrə  gec-tez  məhv  olur.  Zəif  şüalanmalar  hiss  olunan  dəyişikliyə  səbəb 

olmasa da hüceyrədə müvafiq struktur dəyişikliyi yaradır.  

Milyon  illər  ərzində  Yer  üzərində  bütün  canlılar  təbii  radiasiyaya 

uyğunlaşmışlar.  Yer  səthi  bir  çox  şüalanmaların,  o  cümlədən  γ    şüalarının 

mənbəyidir. 

Belə 

ki, 


Yer 

səthində 

təbii 

radioaktiv 



elementlər 

(uran,torium.radium,aktinium  və  başqaları)  mövcuddur.  Bunlardan  torpaq  və 

suda ekoloji cəhətdən böyük əhəmiyyət kəsb edən kalium (

40

K) və karbon (



14

C) 


geniş  yayılıb.  Bu  elementlər  aktiv  surətdə  orqanizmə  qəbul  edilir.  Nəhayət, 

atmosferdə  radiumun  parçalanma  məhsulu  olan  təsirsiz  qaz  radon  müşahidə 

olunur. 

Bütünlükdə  biosfer  kosmosdan  gələn  şüalanmanın  da  təsirinə  məruz 

qalır.Bunlara yüksək enerjili Günəş küləkləri və kosmik şüaları aid etmək olar. 

Kosmik şüalar orqanizmə təsir göstərməklə yanaşı atmosferin yuxarı qatlarında 

tritium və  

14

C  atomları yaradırlar.Onların yaranma səbəbi isə kosmik şüalarının 



azot atomu ilə toqquşma nəticəsində yaranır. 


Beləliklə,  Yer  üzərində  olan  bütün  canlı  aləm  xarici  və  daxili  (

40 


K,

 14


C) 

ş

üalanmalarının  təsiri  altında  olur.  Bu  təsir  regionlardan  asılı  olaraq  müxtəlif 



xüsusiyyətə və intensivliyə malik olur.  

Bu  təsirə  bəzən  fron  şüalanmaları  deyilir.  Son  50  ildə  nüvə  enerjisindən 

geniş istifadə olunması nəticəsində bir çox regionlarda fron radiasiyası qiyməti 

artıb.  


Nüvə parçalanmalarından Stronsium-90 və Sezium-137-nin parçalanması 

daha  təhlükəli  hesab  olunur.  Onlar  onurğa  beyninə  təsir  edərək  onun 

funksiyasını pozurlar. 

Udulmuş doza dedikdə orqanizmin hər bir vahid kütləsinə düşən şüalanma 

enerjisi başa düşülür. Beynəlxalq Vahidlər Sistemində Qreylə (Qr) ölçülür. Bir 

Qrey  dedikdə  orqanizmin  hər  bir  kiloqramına  düşən  enerji  (Coulla)  başa 

düşülür. 1 Qr = 1C/kq. Lakin bu kəmiyyət (udulmuş doza) şüalanma növündən 

(α,β,γ)    asılı  olaraq  şüalanma  təsirini  qiymətləndirməyə  imkan  vermir.  Buna 

görə  də,  şüalanmanın  təsir  xüsusiyyətlərini  qiymətləndirmək  üçün  xüsusi 

ə

msallardan  istifadə  olunur.  Məsələn,  α  –  şüalanması  digər  şüalanma 



növlərindən  iyirmi  dəfədən  çox  təsir  göstərir.  Bu  üsulla  hesablanan  dozaya 

ekvivalent doza deyilir. 

Ş

üalanmanın təsirini qiymətləndirdikdə onu da nəzərə almaq lazımdır ki, 



insan  bədəninin  müxtəlif  hissələrində  şüalanmaya  həssaslığı  müxtəlifdir. 

Məsələn,  eyni  bir  ekvivalent  dozada  ağ  ciyərdə  xərçəngin  baş  vermə  ehtimalı 

qalxanabənzər  vəziyə  nisbətən  daha  çoxdur,  digər  tərəfdən  cinsi  vəzilərin 

ş

üalanmaya məruz qalması genetik nöqteyi-nəzərdən daha təhlükəlidir [ 7].  



Təbiətdə  ionlaşdırıcı  şüalanmanın  mənbəyi  kimi  dağ  süxurlarında  olan 

radioaktiv  elementləri  və  yer  səthinə  düşən  kosmik  şüaları  göstərmək  olar  . 

onlaşdırıcı  şüalanmalar  buraxan  elementlərin  izotoplarına  radioaktiv  izotoplar 

deyilir. 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə