Himalay Ənvəroğlu __________________________
15
götürərək onun təməlini M.F.Axundov, C.Məmmədquluzadə,
N.Nərimanov və Ə.Haqverdiyev yaradıcılığında axtarır. Ədəbi
hadisələr məfkurə və "sosialist realizmi prinsipinə sədaqət" (88,
səh.230) əsasında qiymətləndirildiyi üçün "Bir gəncin manifesti"
əsəri otuzuncu illərdə yaranan Azərbaycan romanının ən
yüksək
mərhələsi (21, səh.20) hesab olunurdu. Çünki bu əsərdə "hər
şeydən çox nəzəri cəlb edən mövzu vüsəti" idi. Məqalə bu gün
Azərbaycan romanının müəyyən mərhələsinin yığcam xronikası
təsirini bağışlasa da, vaxtı ilə janrın tarixini, onun estetik-nəzəri
prinsiplərini öyrənən çox faydalı əsərlərdən biri kimi
qimyətləndirilmişdir.
"Azərbaycan ədəbiyyatında keçmişdə roman janrı inkişaf
etmədiyi üçün sovet romanları bu sahədə milli ənənələrdən,
demək olar ki, məhrumdurlar. Azərbaycan klassik nəsrində roman
olmamışsa da, yüksək sənətkarlıqla yaradılmış hekayə və
povestlər olmuşdur" (90, səh.418) deyən M.Arif məqalənin bütün
gücünü "Daşqın", "Şamo", "Yoxuşlar", "Dünya qopur",
"Abşeron", "Səhər" romanlarına sərf edir və son anda I.Şıxlının
"Ayrılan yollar" romanına münasibətini bildirir.
M.Arif Azərbaycan romanının "tarixini", "bünövrəsini"
məqalənin ilk cümləsindən qoyur: "N.Nərimanovun "Bahadır və
Sona", M.S.Ordubadinin "Bədbəxt milyonçu"
kimi roman
adlanan povestləri nəzərə almasaq, Azərbaycan ədəbiyyatında bu,
yeni janrdır və sovet ədəbiyyatının ən böyük nailiyyətlərindəndir"
(90, səh.417).
Göründüyü kimi, müasir Azərbaycan romanının tarixi təd-
qiqin "klassik nümunələrində" ideologiya üstün tutulmuş, nəzəri
konsepsiya yaratmaq tələbi unudulmuşdur. Bu isə öz nəticəsini
sonrakı tədqiqatlarda aydın göstərmişdir.
Ona görə də müasir
roman haqqında dövrü mətbuat səhifələrində gedən yazılarda
romanların konseptual təhlilindən çox süjet xəttini izləmək,
mövzunun aktuallığını sübut etmək, qəhrəmanların ideologiyası
ilə müəllif fikri arasında müştərək və fərqli cəhətlər axtarıb
tapmaq cəhdi bədii-sənətkarlıq məsələlərinin həllini üstələmişdir.
Bütün bunları inkişaf çətinlikləri də hesab etmək olar. Başqa
______________________
Азярбайъан романынын инкишаф проблемляри
16
sözlə, müasir Azərbaycan romanının tədqiqi tarixini prosesdə olan
tarix hesab etmək olar. Bu mənada onun hazır modeli, bitkin
komponentləri yoxdur. Ona görə də, predmetsiz, əsaslandırıl-
mamış, mücərrəd fikirləri konsepsiya
kimi qiymətləndirmək
mümkün deyil.
Bununla belə, son illərdə meydana çıxan bəzi tədqiqatlar
janrın nəzəriyyəsi və poetikasına konseptual yanaşma istiqamə-
tində ciddi axtarışlar kimi maraq doğurur. Bu mənada N.Paşa-
yevanın «Insan bədii tədqiq obyekti kimi» (2003), «Yeniləşən
ədəbiyyatın yeni insanı» (2004), «Insan, xarakter-ədəbiy-
yat”(2004, rüs dilində), T.Salamoğlunun «Müasir Azərbaycan ro-
manının poetikası (XX əsrin 80-ci illəri)» (2005), «Müasir
Azərbaycan romanı: janr təkamülü (XX əsrin 80-ci illəri)» (2007)
monoqrafiyalarını fərqləndirmək mümkündür.
Doğrudur, prof. N.Paşayevanın araşdırmaları bilavasitə ro-
man probleminə həsr olunmamışdır. Monoqrafiyada Azərbaycan
ədəbiyyatında insan konsepsiyası məsələsinə elmi baxış ön
plandadır. Tədqiqatçı bu son dərəcə ciddi
və aktual məsələni
Elçinin yaradıcılıq yoluna münasibət kontekstində gerçəkləşdirir.
Monoqrafiyanın «Müasir Azərbaycan romanı və qəhrəman
problemi» fəsli Azərbaycan ədəbiyyatşünaslığında roman nəzə-
riyyəsinə, tarixi və çağdaş poetikasına, tipologiyasına yeni elmi
və metodoloji baxış kimi dəyərləndirilə bilər. Romanı dünya
ədəbiyyatının ən aparıcı janrı hesab edən tədqiqatçı son dövr
ədəbiyyatşünaslığında ona yeni münasibətin əsas konturlarını
ümumiləşdirməyə nail olmuşdur. Onun araşdırmalarında «sərbəst
forma» və «dünya modeli» olaraq bu janra xas olan estetik prin-
siplər şərh olunur. Romanın fəlsəfiləşməsi və dünyanı öz içinə ala
bilmə imkanları-texnologiyası aydınlaşdırılır. Tədqiqatçı Elçinin
romanlarına da bu meyarlarla yanaşır, konkret elmi təhlil
nümunələri verir, «dünyanın ən böyük,
etiraf edilmiş roman
ustaları»ndan biri hesab etdiyi U.Folknerlə Elçin yaradıcılığını
müqayisəli təhlilə cəlb edir. Müqayisəli ədəbiyyatşünaslıq istiqa-
mətindəki bu təhlillər Azərbaycan romanının dünya ədəbiyyatına
inteqrasiyasındakı uğurlu təşəbbüslərin elmi təsdiqinə çevrilir.
Himalay Ənvəroğlu __________________________
17
T.Salamoğlunun tədqiqatlarında isə Azərbaycan romanının
on illik bir mərhələsi -80-ci illər əsas araşdırma obyektidir. 80-ci
illər Azərbaycan romanının tarixində zəngin bir mərhələdir.
Tədqiqat obyektinin düzgün seçilməsi janrın təkamül
prosesi haqqında ona yeni elmi qənaətlərə gəlmək imkanı verir.
80-ci illərin romanı bu monoqrafiyalarda mövzu və problematika,
süjet və kompozisiya, həyatı inikas və idrak üsullarının müxtə-
lifliyi, üslub təmayülləri və s. problemlər işığında ciddi araşdırma
obyekti olmuşdur. Azərbaycan romanının poetikasındakı təkamül
prosesi, «məhəlli mövzulardan milli problemlərin hərtərəfli inika-
sına, bəşəri, qlobal məsələlərin idrakına doğru»
istiqamətlənən
janr axtarışları T.Salamoğlunun tədqiqatlarının müasirliyini
şərtləndirən əsas keyfiyyətlər kimi nəzərə çarpır.
______________________
Азярбайъан романынын инкишаф проблемляри
18
I FƏSİL
ROMAN JANRININ NƏZƏRI-ESTETİK PROBLEMLƏRİ
VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ
zünə yol açıb forma yaradan hər bir ədəbi növ ger-
çəkliyin tələblərinə əsaslanır. "Həyatın tələbi" (5,
səh.48) ilə meydana çıxan ədəbiyyat özünə bu
tələbə uyğun gələn növ forması axtarır.
Janr forması dövrün ideya mübarizələri, yazıçının
yaradıcılıq üslubu və ədəbi ənənə ilə vəhdət təşkil edir. Ideoloji
şərait, dövrün estetikası və yazıçının mövqeyi də janr formasının
yaranmasında mühüm rol oynayır. Bədii forma ədəbiyyatın sabit
və təkrar olunan tərəfidir. Lakin o,
predmetləşmiş bədii məzmun
kimi gec dəyişir. Janr isə bədii forma kimi məzmunun bərkimiş
konstruksiyasıdır. Janr strukturu həyat və bədii tələbat nəticəsində
yaranır, dövrdən-dövrə, yazıçıdan-yazıçıya keçir. Aristotelin
fikrincə şairlər öz fabulalarının işləmək üsulunu sənət yolu ilə
deyil, təsadüfi olaraq tapıblar və həyat sonradan bədii məzmun,
"fabulanın işləməsi üsulu" olub. Aristotelin zamanında
sənətlə
həyat arasında hüdud qeyri-müəyyənliyi qalırdı və bunlar çox
asanlıqla bir-birinə "axır"dı.
Bizim zəmanəmizdə bədii strukturu oxşar həyat hadisələ-
rindən ayırmaq meyli güclüdür. Məsələn,"dram", "roman",
"idilliya" terminlərini fərqləndirmək çox da zəhmət tələb etmir.
O cümlədən, "bu ailə dramıdır", "bütöv bir romandır", "necə
də idilliyadır" ifadələri həm janr stixiyasını, həm də onun
konstruksiyasını bildirir. Ona görə də zaman-zaman formalaşan
janr sabit bədii forma kimi meydana çıxır. Təsadüfi deyil ki,
M.M.Baxtin janrı "Sənətin yaddaşı" (33, səh.142) hesab edirdi.
Bu,
o deməkdir ki, konstruksiyada yaradıcılıq təcrübəsi, sənətin
inkişafı və varlığı saxlanılır.
Hegel inkişafın tarixi mərhələsini janrların tipologiyası
baxımından qiymətləndirirdi. Onun fikrincə janr idrak
mərhələsinin bitkin əksi, estetik həqiqət əldə etmək formuludur.
Ö