Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə314/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   310   311   312   313   314   315   316   317   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 979


proqramı  qəbul olunmuşdur.

501

 Bundan  əvvəl qəbul olun-

muş Milli Strategiya 2003–2012-ci illəri əhatə edirdi bu sa-

hə üzrə milli fəaliyyət proqramının əsas vəzifə və istiqamət-

lərini, həyata keçirilməsinin əsas prinsiplərini və prioritet-

lərini müəyyənləşdirmişdi. 

Cəmiyyət həyatının İKT-nin müasir tələbləri çərçivəsində 

inkişafı, dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi və şəf-

faflığının artırılması, yeni-yeni milli informasiya ehtiyatlarının 

yaradılması  və  təhlükəsizliyiin təmin edlməsi, müasir elmi bi-

liklərə  əsaslanan iqtisadiyyatın inkişafı, bütün sahələrdə yeni 

texnologiyaların geniş  tətbiqinə nail olunması, informasiya 

təhlükəsizliyi və azadlığının müdafiəsi, qlobal informasiya fə-

zasına inteqrasiyanın genişləndirilməsi ölkədə informasiya 

cəmiyyətinə keçidi təmin edəcək fəaliyyətin tərkib hissə-

ləridir. 

Azərbaycan dövlətinin 2013-cü ildə özünün 

AZƏRSPACE-1 video-informasiya ötürücü peykini yeraltı 

orbitə  çıxarması  və regionda Rusiya, Türkiyə ilə birlikdə 

kosmik ölkəyə çevrilməsi onun həm informasiya fəaliyyəti və 

təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamış, 

həm də ölkəyə İKT sahəsində yaxın gələcəkdə böyük uğurlar 

qazandırmağa şərait yaratmışdır.  

Göründüyü kimi, müstəqillik illərində Azərbaycan Res-

publikasında yeni informasiya fəaliyyətinin təşkili, fikir, söz 

və məlumat azadlığı sahəsində qazanılmış uğurlar milli dövlət 

quruculuğu siyasətinin və əldə olunmuş demokratik nailiyyət-

lərin mühüm tərkib hissəsi olmuşdur. Azərbaycan hökuməti 

bundan sonra da demokratiyanın inkişaf etdirilməsi sahəsində 

üzərinə düşən vəzifələri yerinə yetirmək əzmindədir.  

                                                 

501

 Bax: “Azərbaycan” qəzeti, 3 aprel 2014-cü il. 




 

ßËÈ ÙßÑßÍΠ

 

980 


İnformasiya təhlükəsizliyi siyasəti 

 

Qeyd etmək lazımdır ki, informasiya təhlükəsizliyinə xa-



rici və daxili təhdidlər, onların qarşısının alınması metodları və 

s. kimi məsələlər milli təhlükəsizliyin bütün sahələri üçün 

əsasən ümumi xarakter daşıyır. Lakin bu sahələrin (iqtisadi, si-

yasi, hərbi, sərhəd və s.) hər biri özünəməxsus xüsusiyyətlərə 

malik olduğuna görə. Mütəxəssislərin fikrinə görə, onların təh-

lükəsizliyinin təmin olunması metodları bir-birindən fərqlənir. 

Azərbaycanda informasiya təhlükəsizliyinin təmin olun-

ması məsələləri yuxarıda adı çəkilən bir çox qanunlarla yanaşı 

ümumi formada Milli Təhlükəsizlik Konsepsiyasında və Azər-

baycan Respublikasının “Milli Təhlükəsizlik haqqında” qanu-

nunda da öz əksini tapmışdır. Milli Təhlükəsizlik Konsepsiya-

sında ölkənin informasiya təhlükəsizliyinə təhdidlər ümumi və 

qısa formada öz əksini tapmışdır. Konsepsiyada qeyd olunur 

ki, Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi si-

yasəti dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorun-

masına, habelə informasiya sahəsində milli maraqların müda-

fiəsinə yönəlmiş  tədbirlər kompleksinin həyata keçirilməsin-

dən ibarətdir.

502

 

Konsepsiyada Azərbaycan Respublikasının informasiya 



sahəsində milli təhlükəsizliyinin təmin olunması  məqsədi ilə 

ölkədə informasiyanın, həmçinin dövlət informasiya ehtiyatla-

rının müdafiəsi sahəsində milli sistem və informasiya infra-

strukturunun inkişaf etdirilməsi və möhkəmləndirilməsi zəru-

rəti qeyd olunur. Bundan başqa, dövlət orqanları  və  vəzifəli 

şəxslər tərəfindən qərarların qəbul edilməsinin informasiya 

                                                 

502


 Bax:  Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası // 

http://e-qanun.az 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 981


təminatının həyata keçirilməsi məqsədi ilə obyektiv və mühüm 

məlumatların toplanması təklif edilir. 

 Sənəddə ümumi formada ölkənin kəşfiyyat və  əks-kəş-

fiyyat fəaliyyətinin uzlaşdırılması və səmərəliliyinin artırılması 

zərurəti, habelə  məxfi informasiyanın mühafizə olunmasının 

koordinasiyasının milli təhlükəsizlik sektorunun əsas məsələ-

lərdən biri olduğu vurğulanır və qeyd edilir ki, Azərbaycan 

bundan sonra da öz milli kəşfiyyat və əks-kəşfiyyat qabiliyyə-

tini artıracaq, dövlət sirrinə aid edilmiş  məlumatların müha-

fizəsi ilə bağlı fəaliyyətini davam etdirəcəkdir.

503

  

İnformasiya təhlükəsizliyi siyasəti "Milli təhlükəsizlik 



haqqında" Azərbaycan Respublikasının Qanunda da ümumi 

formada öz əksini tapmışdır. Qanunda Azərbaycan Respub-

likasının informasiya sahəsində əsas milli maraqları aşağıdakı 

sahələr üzrə təsnif olunur:  

  məlumatların qanuni yolla əldə edilməsi, ötürülməsi, 

hazırlanması  və yayılması kimi vətəndaşların konsti-

tusiya hüquqlarının təmin edilməsi; 

  informasiya ehtiyatlarının qorunması  və inkişaf etdi-

rilməsi;  

  informasiya məkanının formalaşdırılması  və onun 

qorunmasının təmin edilməsi; 

  dünya rabitə və informasiya sisteminə daxil olma.

504

 

Qanunun 15-ci maddəsində Azərbaycan Respublikasının 



milli təhlükəsizliyinin  əsas sahələri qismində iqtisadi, hərbi, 

sosial, informasiya, ekologiya, elm, mədəniyyət, mənəviyyat 

və digər sahələr qeyd olunur.

505


 

                                                 

503

 Yenə orada  



504

 Bax: http://www.mns.gov.az/nslawcp1_az.htm 

505

 Yenə orada 




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   310   311   312   313   314   315   316   317   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə