Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə316/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   310   311   312   313   314   315   316   317   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 985


Azərbaycanın informasiya təhlükəsizliyi siyasətinə toxu-

nan ölkə başçısı vurğulamışdır ki, hazırda bizə qarşı dünyada 

sistemli informasiya müharibəsi aparan qüvvələr mövcuddur. 

Elə ölkələr var ki, orada nəinki hər həftə, hər gün Azərbay-

canla bağlı böhtan xarakterli yazılar dərc edirlər. Təbii ki, bu, 

əlaqələndirilmiş bir anti-Azərbaycan siyasətidir. Bu işdə ilk 

növbədə, erməni lobbisinin fəallığını qeyd etmək lazımdır, 

onlar mütəmadi olaraq Azərbaycanın milli-mədəni dəyərlərini, 

real inkişafını və həqiqətlərini inkar edərək, onu geridə qalmış, 

antidemokratik, antixristian ölkə kimi dünyaya təqdim etməyə 

çalışır.

508


  

Ölkə başçısının fikirlərindən göründüyü kimi, informasiya 

təhlükəsizliyi Konsepsiyasında Ermənistan-Azərbaycan, Dağ-

lıq Qarabağ münaqişəsi ilə bağlı  həyata keçiriləcək informa-

siya siyasətinin  əsas istiqamətləri və bu sahədə qarşıda duran 

vəzifələr ayrıca  əks etdirilməlidir. Azərbaycan Prezidentinin 

qeyd etdiyi kimi, hazırda Azərbaycana qarşı  həyata keçirilən 

informasiya müharibəsində Ermənistan xüsusi canfəşanlıq gös-

tərir. Erməni diasporu müxtəlif ölkələrin informasiya vasitələ-

rində Azərbaycanın dünyada gündən-günə artan nüfuzuna, 

siyasi, iqtisadi, mədəni sahələrdə  əldə etdiyi uğurlarına kölgə 

salmağa çalışır. Bu məsələdə ermənipərəst xarici və daxili 

siyasi dairələr xüsusi aktivlik nümayiş etdirir. Ermənilərin və 

onlara himayədarlıq edən siyasi dairələrin əsas məqsədi nəyin 

bahasına olursa-olsun beynəlxalq ictimai rəydə Azərbaycanla 

bağlı mənfi fikir formalaşdırmaqdır.

509

 

Müasir informasiya təhlükəsizliyi sahəsində ölkənin milli 



maraqlarından irəli gələn bir çox vəzifələrə toxunan Azərbay-

                                                 

508

 Yenə orada 



509

 Bax: “Azərbaycan” qəzeti, № 82, 17 aprel 2012-ci il.s.4. 




 

ßËÈ ÙßÑßÍΠ

 

986 


can Prezidenti, bütün ölkə rəsmilərini və vətəndaşlarını, dünya 

azərbaycanlılarını erməni lobbisi ilə informasiya mübarizəsinə 

daim hazır olmağa səsləmişdir. Onun fikrinə görə, son illər bu 

sahədə  vəziyyət xeyli dərəcədə bizim xeyrimizə  dəyişmişdir. 

Azərbaycanın diaspor qurumları, qeyri-hökumət təşkilatları, 

xaricdəki səfirliklərimiz, ölkə ictimaiyyəti bu işə öz dəstəyini 

göstərir. Azərbaycanı dəstəkləyən insanların xarici mətbuat və 

informasiya vasitələrindəki çıxış imkanları  və mövqeləri 

getdikcə güclənir. Ancaq hələ ki, erməni lobbisi Avropada və 

başqa dünya dövlətlərində, xüsusən, böyük ölkələrdə kifayət 

qədər güclü və  təsirlidir. Onlar onilliklər, yüzilliklər boyu bu 

istiqamətdə  məqsədyönlü fəaliyyət göstərmiş, ciddi şəkildə 

təşkilatlanmış, çox aqressiv və  mənfi bir şəbəkə yaratmışlar. 

Azərbaycana qarşı  əksər mənfi informasiyaların təkanverici 

qüvvəsi məhz erməni lobbisidir.

510 

Müstəqillik qazanandan sonra ermənilər xarici ölkələrdə 

mövcud olan diasporalarının imkanlarından istifadə edərək 

Azərbaycana qarşı informasiya mübarizəsi aparan böyük bir 

şəbəkə yaradıblar. Bu şəbəkənin  əhatə  və  təsir dairəsi kifayət 

qədər genişdir. Bura müxtəlif ölkələrin aparıcı mətbu orqanla-

rında çalışan, bəzən öz mənşəyini gizlədərək başqa familiya-

larla çıxış edən erməni  əsilli jurnalistlər, diasporanın təsiri 

altında olan xarici mətbuat orqanları, informasiya vasitələri

teleradio kompaniyaları  və s. daxildir. Onların Azərbaycan 

fəaliyyəti məqsədyönlüdür və koordinasiya edilir. Bundan 

başqa, Azərbaycan  əleyhinə dünyada informasiya mübarizəsi 

aparan digər qüvvələr də mövcuddur ki, bunlar da əsasən 

erməni lobbisinin təsiri altında olan, onların pulu ilə maliy-

yələşən bəzi xarici ölkələrin qeyri-hökumət təşkilatları, tanın-

                                                 

510

 Yenə orada 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 987


mış  mədəniyyət və ictimai-siyasi xadimləri və s. qüvvələrdən 

ibarətdir. Onların çoxu açıq şəkildə, bir qismi isə gizli formada 

erməniləri dəstəkləyir, qondarma “Dağlıq Qarabağ Respub-

likası”nın yaşaması və tandılmasına səy göstərir, dünyada anti-

Azərbaycan təbliğatı aparır. Dünyada anti-Azərbaycan təbliğa-

tının qidalandığı üçüncü mənbə son illərdə bəzi ölkələrdə vüsət 

almış islamofobiya meyilləri hesab oluna bilər. Bu hal müasir 

dünyanın hazırda müşahidə olunan ən mənfi reallıqlarından 

biridir və Azərbaycan da bir islam ölkəsi kimi bu reallıqdan 

ciddi əziyyət çəkir. Dünyada islamofobiya meyilləri gücləndik-

cə müsəlman ölkələrinə münasibət də mənfi istiqamətə dəyişir. 

Hazırda ayrı-ayrı ölkələrdə islamofobiya xəstəliyinə yoluxmuş 

siyasətçilərin sayı günü-gündən artır və onlar müsəlman ölkə-

lərinə qarşı ciddi bir qüvvəyə çevrilir. Həmin qüvvələr öz müs-

bət inkişaf tendensiyaları ilə seçilən, müasirliyi, müstəqil siya-

səti və s. ilə  fərqlənən Azərbaycan kimi müsəlman ölkələrinə 

qarşı təsirli kompaniya aparırlar. Azərbaycana qarşı informasi-

ya müharibəsi aparan dördüncü qrupa isə sadəcə olaraq Azər-

baycanın müstəqil siyasətini qəbul etməyən insanlar, təşkilatlar 

və ölkələr daxildir. Bu qrupun təmsilçiləri elə hesab edir ki

Azərbaycan kimi kiçik ölkələr müstəqil siyasət yürütməməli, 

kiminsə “qanadının altına” keçməlidir. Prezident İlham Əliyev 

bununla bağlı qeyd etmişdir ki, Azərbaycanın müstəqil siya-

sətini qəbul etməyən həmin qüvvələr çalışırlar ki, fərqli-fərqli 

imkanlardan, informasiya texnologiyalarından və s. istifadə 

edib ölkəmizə qarşı  təxribat etsinlər, dünya ictimaiyyətinə 

müxtəlif yalan, böhtan xarakterli məlumatlar ötürsünlər. Əlbət-

tə, Azərbaycanın müstəqil siyasəti, hər bir beynəlxalq məsələ 

ilə bağlı ortaya qoyduğu qəti mövqe dünya birliyndə bizim 

etimadımızı artırır. BMT Təhlükəsizlik  Şurasına seçilməsi 

Azərbaycanın xarici siyasətinin böyük təntənəsi və  zəfəridir. 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   310   311   312   313   314   315   316   317   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə