Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə313/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   310   311   312   313   314   315   316   317   318

 

ßËÈ ÙßÑßÍΠ

 

976 


və informasiyanın mühafizəsi haqqında”, “Məlumat azadlığı 

haqqında”, “Elektron sənəd və elektron imza haqqında”, “İn-

formasiya  əldə etmək haqqında”, ”Telekommunikasiya haq-

qında”, “Dövlət sirri haqqında” və s. qanunların qəbul edilməsi 

bunun əyani sübutudur.

498 


 Bunlardan  əlavə, Azərbaycan Prezidenti tərəfindən 

“Azərbaycanın inkişafı naminə informasiya və kommunikasiya 

texnologiyaları üzrə Milli Strategiya (2003 – 2012-ci illər)”, 

“Azərbaycan Respublikasında rabitə  və informasiya texnolo-

giyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proq-

ramı”, “Azərbaycan Respublikasında kosmik sənayenin yara-

dılması  və inkişafı üzrə Dövlət Proqramı” və s. mühüm sə-

nədlər də təsdiq olunmuşdur. Strategiya çərçivəsində “Elektron 

Azərbaycan - 2005-2008-ci illər” və “Elektron Azərbaycan - 

2010-2012-ci illər” dövlət proqramları  qəbul olunmuş  və icra 

edilmişdir.

499 


 

Son llərdə Azərbaycanda  İKT-nin sürətli inkişafı ölkə 

çərçivəsində internetin imkanlarının genişlənməsinə  şərait ya-

ratmış  və müasir internet şəbəkəsi formalaşmışdır.  İKT-nin 

inkişafı yönündə aparılan məqsədyönlü dövlət siyasətinin 

nəticəsidir ki, 2008-ci ildə Davosda keçirilən Ümumdünya 

İqtisadi Forumunun hesabatında Azərbaycan  İKT sahəsindəki 

inkişaf səviyyəsinə görə MDB ölkələri arasında birinci yeri 

tutmuşdur. Ümumdünya İqtisadi Forumunun hesabatına görə, 

hazırda ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 70%-ni 

təşkil edir. Mili internet provayderinin sayı 40-a çatmışdır. Son 

illər genişzolaqlı sürətli internet istifadəçilərinin sayı 50 faizə 

yaxınlaşmışdır ki, bu da ümumdünya orta göstəricisindən 2 

                                                 

498

 Cm:http://e-qanun.az  



499

 Yenə orada 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 977


dəfə yüksəkdir. 5 ildə internet trafikinin giriş-çıxış  həcmi 40 

dəfə yüksəlmiş  və hazırda 200 GB-dən çoxdur. İnternet 

xidmətlərindən istifadə haqları region ölkələrindəki tariflərlə 

uyğunlaşdırılmışdır. Bölgələrdə internet istifadəçilərinin sayı 

12-15 dəfə çoxalmışdır. Ucqar kəndləri də  nəzərə almaqla 

Azərbaycanın bütün bölgələrində internetdən istifadə etmək 

üçün şərait yaradılmışdır. Bu gün 9 milyon əhalisi olan ölkədə 

2 milyona yaxın sosial şəbəkə, o cümlədən 1.2 milyon 

Facebook istifadəçisi, vardır. “AZ” domenində qeydiyyatdan 

keçmiş internet saytlarının sayı 20 minə çatmışdır. Ölkədə 

300-ə yaxın xəbər və analitik internet saytı fəaliyyət göstərir və 

onların sayı durmadan artır.  

2011-ci il mayın 23-də “Dövlət orqanlarının elektron 

xidmətlər göstərməsinin təşkili sahəsində  bəzi tədbirlər haq-

qında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı

500


 

imzalanmışdır. Fərmana  əsasən, dövlət orqanları öz fəaliyyət 

istiqamətlərinə uyğun olaraq bütün sahələrdə elektron xidmət-

lər təşkil etmişlər. Elektron xidmətlərin “bir pəncərə” prinsipi 

əsasında təşkilinin təmin edilməsi məqsədi ilə "www.e-gov.az" 

vahid elektron hökumət portalı yaradılmışdır. Nazirlər Kabine-

tinin 2012-ci il 22 oktyabr tarixli qərarı ilə dövlət orqanlarının 

göstərdiyi elektron xidmətlərin növləri hazırda 417-yə çatdı-

rılmışdır. Bununla yanaşı dövlət orqanları əhaliyə 300-ə yaxın 

elektron xidməti göstərir.  

Azərbaycanda  İKT sahəsi son illərdə sürətlə inkişaf edir. 

Bu illər ərzində İKT-yə ümumi investisiya qoyuluşunun həcmi 

təxminən 3 milyard ABŞ dolları  təşkil etmişdir. Ölkə  ərazi-

sində uzunluğu 1161 kilometr olan Trans-Asiya-Avropa (TAE) 

fiber-optik kabel magistralı çəkilmişdir. Bu şəbəkə daxili ehti-

                                                 

500

 Yenə orada



 


 

ßËÈ ÙßÑßÍΠ

 

978 


yatlar hesabına daha da genişləndirilmiş, ölkənin digər bölgə-

ləri magistral xəttə qoşulmuş  və  şimal sərhədinə  qədər optik 

xəttin tikintisi təmin edilmişdir. 

Azərbaycanda hazırda radio-televiziya proqramlarının 

peykdən yayımını təmin edən (TV-UP-Link) peyk rabitə stan-

siyaları ilə yanaşı, xarici ölkələrlə rabitənin təşkili, məlumatla-

rın ötürülməsi və  qəbulu, internet şəbəkələrinin və daxili kor-

porativ  şəbəkələrin yaradılması  məqsədi ilə müxtəlif peyk-

lər üzərindən peyk rabitə kanalları (daşıyıcılar) vasitəsi ilə bir 

neçə peyklə  işləyən yerüstü stansiyalar qurulub istifadə edilir. 

Əhaliyə, o cümlədən ölkə xaricində yaşayan azərbaycanlılara 

informasiya çatdırmaq üçün İKT-nin imkanlarından geniş isti-

fadə olunur. AzTV, İTV və digər milli televiziya kanalları, te-

leviziya və radio proqramları AZƏRSPACE-1 ilə yanaşı, iki 

digər peyk üzərindən də Asiya, Avropa və bütün dünya 

ölkələrinə yayımlanır.  

 Müasir informasiya cəmiyyətinin yaradılmasına, söz və 

məlumat azadlığının təminatına,  İKT-nin inkişafı  və milli in-

formasiya təhlükəsizliyi sahəsində görülən ciddi işlərə baxma-

yaraq, Azərbaycan bir çox göstəricilərə görə  hələ  də ümum-

dünya səviyyəsindən geri qalır. Odur ki, ölkədə informasiya 

cəmiyyətinin inkişafı, rabitə  və informasiya texnologiyala-

rının, eyni zamanda “İKT-nin inkişafı üzrə Milli Strategi-

ya”nın qarşısında dayanan vəzifələrin tam yerinə yetirilməsi 

hazırda həyata keçirilən dövlət siyasətinin mühüm vəzifə-

lərindən biri hesab olunur.  Bu məqsədlə 2 aprel 2014-cü 

ildə “Azərbaycan Respublikasında informasiya cəmiyyəti-

nin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategi-

ya” nın təsdiq edilməsi haqqında ölkə Prezidentinin Sərən-

camı imzalanmış  və ölkədə sayca ikinci milli fəaliyyət 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   310   311   312   313   314   315   316   317   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə