Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə311/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   307   308   309   310   311   312   313   314   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

970 


rəqqi qanunvericilik aktlarından hesab olunur. “İnformasiya əl-

də etmək haqqında” Qanun qəbul edildikdən sonra dövlət or-

qanlarında ictimaiyyətlə  əlaqələr idarələrinin və  mətbuat xid-

mətlərinin formalaşdırılmasına başlanmışdır. Qanunla müəy-

yən edilmiş bütün informasiya sahibləri, mərkəzi və yerli haki-

miyyət qurumları onlara məxsus internet informasiya resusları 

yaradaraq jurnalistlərin xidmətnə  təqdim etmişlər. Hazırda 

həmin resursların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə 

ardıcıl tədbirlər həyata keçirilir.  

 Dövlət orqanlarının fəaliyyətində  şəffaflığın artırılması, 

hesabatlılığın təmin edilməsi, qərarların qəbulu və idarəçilikdə 

ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni informasiya 

texnologiyalarının tətbiqi üçün Azərbaycan Prezidentinin 

2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə “Açıq Hökumətin 

təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” 

təsdiq edilmişdir.

495

 Sənəddə  İnformasiya  əldə edilməsinin 



asanlaşdırılması, dövlət orqanlarının öz fəaliyyəti barədə icti-

maiyyətə müntəzəm məlumat verməsi, normativ hüquqi aktla-

rın vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi, 

dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının ge-

nişləndirilməsi, elektron xidmətlərin təkmilləşdirilməsi, maliy-

yə  nəzarətini həyata keçirən orqanların fəaliyyətində, vergi 

nəzarəti və yoxlamaları prosesində, mineral ehtiyatların hasi-

latı ilə  məşğul olan sənaye sahələrində  şəffaflığın artırılması, 

açıq hökumətin təşviqi üçün görülən tədbirlərlə bağlı maarif-

ləndirmənin və  əməkdaşlığın həyata keçirilməsi nəzərdə 

tutulmuşdur.  

 Müstəqillik illərində Azərbaycanda söz və məlumat azad-

lığının təmin edilməsi, KİV-lərin maddi-texniki bazasının 

                                                 

495

 Yenə orada: http://e-qanun.az 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 971


möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin güclən-

dirilməsi istiqamətində ardıcıl qərarlar qəbul edilmiş, müvafiq 

fərman və  sərəncamlar imzalanmışdır. 1998-ci ilin sonunda 

KİV-lərin maddi-texniki bazasının yaxşılaşdırılması  məqsədi 

ilə ölkə prezdentinin Sərəncamı ilə  qəzet redaksiyaları  əlavə 

dəyər vergisindən azad edilmişdir. Vergi Məcəlləsində  KİV-

lərin inkişafının stimullaşdırılması, onların maliyyə durumu-

nun yaxşılaşdırılması  və maddi-texniki bazasının gücləndiril-

məsi üçün sərfəli güzəştlər nəzərdə tutulmuşdur. Azərbaycan 

Respublikası Prezidentinin 2001-ci il iyulun 20-də imzaladığı 

“Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə 

dövlət qayğısının artırılması sahəsində  əlavə  tədbirlər haqqın-

da” Fərmanla ölkəyə gətirilən qəzet kağızına gömrük rüsumları 

ləğv olunmuş, qəzetlərə uzunmüddətli və güzəştli kreditlər 

verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezi-

dentinin 5 sentyabr 2002-ci il tarixli Sərəncamı ilə Sahibkar-

lığa Kömək Milli Fondundan KİV sahəsində layihələrin maliy-

yələşdirilməsi üçün 600 min manat vəsait ayrılmışdır. 2003-cü 

il yanvarın 9-da Azərbaycan Prezidentinin Sərəncamı ilə  qə-

zetlərin “Azərbaycan” nəşriyyatına borcları 3 il müddətinə 

dondurulmuş, 2006-cı ilin martında isə onların 450 min ABŞ 

dolları həcmində borcunun dövlət büdcəsi hesabına ödənilməsi 

qərara alınmışdır.  

 Qeyd edilməlidir ki, 2000-ci ildən Azərbaycan milli mət-

buatının yubileyləri dövlət səviyyəsində qeyd olunur. 2005 və 

2010-cu illərdə yüzlərlə jurnalist fəxri adlar və dövlət mükafat-

ları ilə təltif olunmuşlar. Hər il ölkənin aparıcı qəzet redaksiya-

ları  və informasiya agentliklərinə dövlət tərəfindən birdəfəlik 

maliyyə yardımı ayrılır.  

 2008-ci il iyulun 30-da Azərbaycan Respublikası Prezi-

dentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi 



 

ßËÈ ÙßÑßÍΠ

 

972 


informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiya-

sı”nı təsdiq etmişdir.

496

 Kütləvi informasiya vasitələrinin inki-



şafına dövlət dəstəyinin əsas məqsədi vətəndaş cəmiyyəti quru-

culuğu prosesində  KİV-in rolunu nəzərə almaqla fikir, söz və 

məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasi-

tələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım me-

xanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni infor-

masiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaş-

dırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında 

səmərəli  əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığı-

nın və  məsuliyyətinin artmasına  şərait yaratmaq, sosial mü-

dafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil 

edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin 

potensialından səmərəli istifadə etməkdən ibarətdir.  

 2009-cu il aprelin 3-də Konsepsiyanın tələblərinə uyğun 

olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi 

İnformasiya Vasitələrinin  İnkişafına Dövlət Dəstəyi Fondu 

yaradılmışdır.

 497

 Fondun əsas vəzifəsi söz və məlumat azadlı-



ğının, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi üçün 

Konsepsiyada nəzərdə tutulmuş müddəaların həyata keçirilmə-

sini, habelə KİV-lərin proqram, layihə və digər tədbirlərini ma-

liyyələşdirməkdir. Fond müstəqil orqandır, onun fəaliyyətinə 

vətəndaş  cəmiyyəti institutlarının təmsil olunduğu Müşahidə 

Şurası nəzarət edir. 2009-cu ildən sonrakı dövrdə KİV layihə-

lərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən Fonda 15 

milyon manatdan artıq vəsait ayrılmışdır.  

                                                 

496


 Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına 

dövlət dəstəyi Konsepsiyası http://e-qanun.az 

497

“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi  İnformasiya 



Vasitələrinin  İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı http://e-qanun.az 




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   307   308   309   310   311   312   313   314   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə