Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə159/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   153   154   155   156   157   158   159   160   161

Dinin cəmiyyətdə yeri və rolu: dini ziddiyyətlər və onlarin sosial nəticələri 

425


münasibətdə müxalifət kimi meydana gəlir. Sektada mənəvi təkmilləşməyə  cəhd 

göstərmək meyli güclüdür. Onun üzvləri bərabər olub, mövcud normalara ciddi əməl 

edirlər. Denominasiya dini plüralizmin yayılması  nəticəsində meydana gələn 

təşkilatın müasir növüdür.  

Din insanların təbii və ictimai qüvvələrin qarşısında acizliyini yüngülləşdirmək 

məqsədilə meydana gəlmişdir. Din həm də dünyagörüşü funksiyasını yerinə yetirir. 

Onun mahiyyəti gerçəkliyin fantastik inikasında, fövqəltəbii qüvvələrin və varlığın 

real mövcudluğunu qəbul etməsində ifadəsini tapır. Nizamlayıcı funksiya insanların 

davranışını tənzimləyən sərvət və normaların müəyyən sistemini yaradarkən təzahür 

edir. Kommunikativ funksiya ibadət prosesində ünsiyyət zamanı həyata keçirilir.  

Sekulyarlaşma problemi hazırda xüsusi əhəmiyyət kəsb edir. İlk dövrlərdə bu 

termin kilsə  və monastır mülkiyyətinin dövlət xeyrinə müsadirə edilməsini ifadə 

edirdisə, hazırda o, insanın və cəmiyyətin dini təsirlərdən azad edilməsi prosesini əks 

etdirir. Məhz bu proses nəticəsində kilsənin sərvət və normaların yeganə  mənbəyi 

olması  məsələsi tədricən öz əhəmiyyətini itirir. Bu isə «dini plüralizm»in yaran-

masına səbəb olur. Sekulyarlaşma gizli və açıq formada təzahür edir. İctimai qrup və 

fərdi  şüurun sekulyarlaşması prosesində bir-birilə qarşılıqlı  əlaqədə olan üç 

istiqamətə diqqət yetirmək lazımdır:  

1. Sekulyarlaşma (tənqidi)  ənənəvi dinlərin (pravoslav, katolik, protestant

islam) struktur elementlərində baş verən böhran hallarını səciyyələndirir. Dini şüurda 

baş verən dəyişikliklər dini ideologiyanın təsirinin azalması ilə  əlaqədardır. Bu 

istiqamətin mühüm cəhəti şəriətin modernləşdirilməsidir.  

2. İkinci istiqamət (pozitiv) ictimai və fərdi şüurda elmi-ateist dünyagörüşünün 

elementlərinin qərarlaşması ilə  səciyyələnir. Ateist dünyagörüşünün yaranması mü-

rəkkəb prosesdir. Dinlə əlaqənin pozulması heç də həmişə cəmiyyətin ateistləşməsinə 

dəlalət etmir.  

3. Üçüncü istiqamət (ateist) dini laqeydliyin artması ilə bağlıdır. O həm dinin, 

həm də ateizmin problemlərinə etinasız münasibət bəsləyir, dini laqeydlik əhalinin 

dindar hissəsinin dindən uzaqlaşmasına səbəb olur. Bu, keçən  əsrin 20-30-cu illəri 

üçün səciyyəvi olmuşdur. Laqeydlik əhalinin ateistləşməsi prosesini ləngidir, sekul-

yarlaşmanın inkişafına mane olur.  

Etiqadın qeyri-ənənəvi formaları azad fikirliliklə bağlıdır. Bu təlimlər rəngarəng 

olduğu üçün kosmopolit səciyyə daşıyır. Plüralizm özündə pozitiv və praqmatik 

cəhətləri ehtiva edir. Bununla yanaşı plüralizm cəmiyyət həyatında xaos, qarşıdurma 

və anarxiya da yarada bilər. Bu gün tolerantlıq müasir dövrün səciyyəvi cəhəti, sosial 

ədalətin və siyasi azadlığın mühüm əlamətidir. Dini tolerantlıq nəticəsində qeyri-




 Vəsxanım Orucova  

426


ənənəvi dinlərin sosial funksiyası intensivləşmiş, emosional-psixoloji funksiyalarının 

rolu güclənmişdir.  

Bu gün vahabizmin dünyanın müxtəlif regionlarında, o cümlədən Qafqazda, 

Azərbaycanda yayılması müəyyən narahatlıq doğurur, dövlət üçün təhlükə yaradır.  

Cəmiyyətin həyat fəaliyyətinin bütün sahələrinin demokratikləşdirilməsi döv-

lətlə dini təşkilatlar arasındakı qarşılıqlı münasibətlərə  də toxunmuşdur. Kilsənin 

dövlətdən ayrılması (kilsənin siyasi hakimiyyətdən məhrum edilməsi) kilsənin 

cəmiyyətdən ayrılmasını göstərmir. Kilsə  və din müəyyən sosial funksiyalar yerinə 

yetirən sosial təsisat kimi fəaliyyət göstərir. Dövlətlə kilsənin qarşılıqlı münasi-

bətlərinin demokratik cəhəti siyasi birliyə, bir-birinin işlərinə müdaxilə etməməyə, 

ideoloji barışığa  əsaslanır. Avqustin kilsə hakimiyyətini mahiyyətinə görə dünyəvi 

hakimiyyətdən üstün saymış, onların bir-birinin işinə müdaxiləsini təhlükəli hesab 

etmişdir. Dövlətin bu prinsiplərə riayət etməməsi «dövlət tərəfindən ateistləşmə»yə, 

kilsə  tərəfindən riayət olunmaması isə klerikalizmin inkişafına səbəb olur. Kleri-

kalizm sosial təsisat olan kilsənin ideologiyası  və sosial-siyasi praktikasıdır. O, cə-

miyyətin siyasi və  mənəvi həyatında dinin rolunu və kilsənin mövqeyini möhkəm-

ləndirməyə yönəlmişdir. Dövlət siyasətinə münasibətdə klerikalizm 2 müxtəlif 

istiqamətə ayrılır. Birinci istiqamətə ekstremist əhval-ruhiyyəli dini biliklər aiddir ki, 

onların tələbləri və fəaliyyəti ibadət haqqında qanunvericilikdən kənara çıxır. İkinci 

istiqamətin inkişafı demokratiya və aşkarlığın, fikir plüralizminin inkişafı nəticəsində 

mümkün olmuşdur.  

Bu gün narahatlıq doğuran məsələlərdən biri dindən siyasi alət, terrorçuluq 

vasitəsi kimi istifadə etmək,  İslamı terrorçuluq vasitəsi kimi istifadə etmək,  İslamı 

terrorçuluqla eyniləşdirmək cəhdidir. Bu, İslam və Xristian dünyası arasında müna-

sibətləri gərginləşdirir, dinlərarası dialoqu çətinləşdirir və dini zəmində münaqişələri 

artırır. Odur ki, belə neqativ hallara qarşı mübarizədə kollektiv səylərdən istifadə 

olunmalıdır. 

Din azadlığı istənilən dini qəbul etməyi və ona ibadət etməyi nəzərdə tutur. 

Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, «heç kəs öz fikir və 

əqidəsindən dönməyə  məcbur edilə bilməz», «hər kəsin dinə münasibətini müstəqil 

müəyyənləşdirmək», «hər hansı dinə tək və ya başqaları ilə birlikdə etiqad etmək», 

«dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var». Lakin «dini 

etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır» (47-48-ci maddələr). 

 

 

 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə