Microsoft Word Dissertasiya M?h?mm?dli Nicat docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix17.09.2018
ölçüsü0,5 Mb.
#69036
1   ...   15   16   17   18   19   20   21   22   23

 

56 


 

Təşkil  etmə  işlərinin  səmərəliliyi  tətbiq  edilən  məsrəflərin  uçotu  və 

məhsulların  maya  dəyərinin  kalkulyasiya  edilmə  metodlarının  əhəmiyyətli 

dərəcədə  öz  vaxtında  formalaşmasına  səbəb  olmuş  maya  dəyəri  haqqında 

informasiyalardan daha çox asılıdır. 

stehsalın  texnoloji  və  təşkil  etmə  xüsusiyyətləri,  istehsal  dövrünün 

uzunmüddətli  olması,  məhsulların  miqdar  və  keyfiyyət  xarakteristikası, 

idarəetmənin  məqsədləri  mənfəət,  qiymət,  maya  dəyəri  kimi  belə  bir  iqtisadi 

vasitələrdən düzgün istifadə edilməsinə imkan yaradan istehsal məsrəflərinin uçotu 

və  məhsulların  maya  dəyərinin  kalkulyasiya  edilməsinin  müxtəlif  qəbulu 

üsullarının  əlaqələndirilməsini  tələb  edir.  Bununla  əlaqədar  məhsulların  maya 

dəyəri  haqqında  dürüst  məlumatlar  almaq  məqsədi  ilə  məsrəflərin  uçotu  və 

məhsulların  maya  dəyərinin  kalkulyasiya  edilməsinin  düzgün  metodunu  seçmək 

lazımdır. Bu məsələlər elmi mübahisə doğurur. 

Bir  çox  müəlliflər  iqtisadi  ədəbiyyatda  məsrəflərin  uçotu  metodunu 

məhsulların  maya  dəyərinin  kalkulyasiya  edilmə  metodları  ilə  eyniləşdirirlər, 

onların ümumqəbul olunmuş təsnifatı isə hələ işlənib hazırlanmamışdır. 

stehsalın  müstəsnalığı  və  spesifikliyini,  həmçinin  məsrəflərin  uçotu  və 

məhsulların maya dəyərinin kalkulyasiya edilməsi sahəsində toplanılmış təcrübəni 

nəzərə  alaraq  məsrəflərin  uçotu  metodu  və  maya  dəyərinin  kalkulyasiya  edilmə 

metodu  anlayışlarını  məhdudlaşdırmaq  lazımdır.  Məsrəflərin  uçotu  metodu 

dedikdə istehsala məsrəflərin analitik uçotu vasitələri məcmu, kalkulyasiya edilmə 

dedikdə - kalkulyasiya edilmə obyektlərinin maya dəyərinin hesablanması qaydası 

və üsulların məcmu  başa düşülür. 

Bununla  əlaqədar    müəssisələrdə  məsrəflərin  uçotu  və  məhsulların  maya 

dəyərinin  kalkulyasiya  edilməsi  metodunun  aşağıdakı  təsnifatı  təklif  olunur. 

Əvvəlki sualımızda bu metodlardan bəziləri ( Sadə, Normativ və Sifariş metodu) 

tanış  olduq.  Kalkulyasiya  metodlarının  təkmilləşmiş  istiqamətlərindən  isə 

aşağıdakıları nəzərdən keçirək. 

Ə

lavə  məhsula  olan  məsrəflərin çıxılma  metodu  məhsulların  maya  dəyəri 

hesablandıqda tətbiq edilir və məsələ ondan ibarətdir ki, istehsal olunan məhsullar 



 

57 


 

özünün  tərkibinə  görə  əsas  və  əlavə  məhsula  bölünür.  Həm  də  nəzərə  almaq 

lazımdır ki, yalnız əsas məhsulların maya dəyəri kalkulyasiya edilir. Əlavə məhsul 

əvvəlcədən müəyyən olunmuş qiymətlə qiymətləndirilir və əsas məhsulların maya 

dəyəri  hesablanan  zaman  analitik  hesablar  üzrə  uçota  alınmış  ümumi  məsrəf 

məbləğindən çıxılır. Qalan məbləğ əsas məhsulların maya dəyərini təşkil edir. 

Bu  metoddan  istifadə  etdikdə  əlavə  məhsulun  öz  vaxtında  mədaxil  edilməsi 

və qiymətləndirilməsi çox əhəmiyyətlidir. 

Ə

msal  metodu  məhsulların  maya  dəyərinin  hesablanması  üçün  kənd 

təsərrüfatı  müəssisələrində  tətbiq  edilir.  Bu  metod  o  zaman  tətbiq  edilir  ki, 

məsrəflər bir obyekt üzrə uçota alınmış olsun və xərcləri bir neçə məhsul növləri 

arasında bölüşdürmək lazım gəlsin . Bu o halda olur ki, məsrəflərin uçot obyektləri 

kalkulyasiya  obyektləri  ilə  uyğun  gəlmir.  Buna  görə  məsrəflərin  bölüşdürülməsi 

üçün əmsallar müəyyənləşdirilir və onun köməyi ilə alınan məhsullar şərti məhsula 

çevrilir. Nəticədə şərti məhsulun, sonra isə natura şəklində olan məhsulların maya 

dəyəri hesablanır. 

Məhsulların  maya  dəyərinin  kalkulyasiya  edilməsinin  proporsional  metodu 

o halda tətbiq edilir ki, nə zaman istehsaldan bir neçə növ məhsul alınır və həmin 

məhsullar üçün əmsallar müəyyən edilmişdir. Bu halda məhsul növləri  

arasında faktiki məsrəfləri bölüşdürmək üçün baza satış qiymətləri, tutduqları 

sahə  və  s.  ola  bilər.  Məsrəflər  kalkulyasiya  obyektləri  arasında  seçilmiş  bazaya 

proporsional olaraq bölüşdürülür. 

Məhsulların  maya  dəyərinin  kalkulyasiya  edilməsinin  yenidən  bölüşdürmə 

metodu  kənd  təsərrüfatı  müəssisələrinin  sənaye  istehsalında  tətbiq  edilir.  Burada 

emal olunan xammal və materiallar ardıcıl olaraq bir neçə emal fazasından keçir. 

Bu, süd emalında, şərab istehsalında, kərpic istehsalında və s.də müşahidə edilir. 

stehsala məsrəflərin uçotu üzrə analitik hesab yenidən hazırlanma üzrə açılır. 

Xammal və materialların emalında texnologiyanın xüsusiyyətləri ilə əlaqədar 

kalkulyasiyasının yenidən bölüşdürmə metodunun yarımfabrikat və yarımfabrikatı 

olmayan variantları tətbiq edilir. 



 

58 


 

Yenidən  bölüşdürmə  metodunun  yarımfabrikat  variantı  sonuncu  istisna 

olmaqla hər bir yenidən hazırlanmada tətbiq edilir. Yarımfabrikat variantı özündə 

xammal  emalının  qurtarmış  mərhələsini  göstərir,  nəticədə  gələcəkdə  istehsalda 

istifadə etmək üçün və ya satış üçün hazırlanmış öz istehsalının yarımfabrikatları 

alınır.  Bu  halda  hər  bir  yenidən  hazırlanmadan  sonra  yarımfabrikatların  maya 

dəyəri  kalkulyasiya  edilir  ki,  bu  da  müxtəlif  mərhələlərdə  onların  emalı 

yarımfabrikatların  maya  dəyərini  aşkar  etməyə  imkan  verir  və  bununla  da 

məhsulun maya dəyərinə daha aktiv nəzarəti təmin edilir. 

Məhsulların  maya  dəyərinin  kalkulyasiya  edilməsinin  yenidən  bölüşdürmə 

metodunun  yarımfabrikatı  olmayan  variantda  yalnız  yenidən  hazırlanma  üzrə 

məsrəflərin  uçotu  nəzərdə  tutulur,  hər  bir  yenidən  hazırlamadan  sonra 

yarımfabrikatın  maya  dəyəri  hesablanmır,  ancaq  hazır  məhsulun  maya  dəyəri 

hesablanır. 



Məhsulların  maya  dəyərinin  kalkulyasiyasının  birləşdirmə  metodunda 

bir neçə metodun istifadəsi nəzərdə tutulur. 

stehsala  məsrəflərin  uçotunun  və  məhsulların  maya  dəyərinin  kalkulyasiya 

edilməsinin bu və ya digər metodunun düzgün tətbiq edilməsi idarəetmə heyətinə 

məhsulların  (işlərin,  xidmətlərin)  maya  dəyəri  haqqında  öz  vaxtında  obyektiv 

informasiya almağa imkan verir. 

 

 

 



3.3 Müəssisənin maliyyə nəticələrinin auditinin təkmilləşdirilməsi 

Müəsisədə maliyyə təsərrüfat fəaliyyətinə nəzarət hazırda mövcud olan 

bazar iqtisadiyyatının tələblərinə cavab vermir. Belə ki nəzarət orqanları inzibati 

amillərin idarə sistemində yaradılmışdır və onun strukturu və funksiyaları bu 

sistemin tələblərinə maksimum surətdə uyğunlaşdırılmışdır. Nəzarət təftiş işinin 

müasir vəziyyəti bir çox çatışmayan cəhətlərə malikdir ki, bunlar da maliyyə 

nəzarətinin  vahid  sisteminin  olmaması  və  nəzarət  orqanlarının  təşkilati 

strukturunun metodik təhcizatın qeyri mükəmməlliyi ilə bağlıdır. Məlumdur ki, 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə