Microsoft Word Dissertasiya M?h?mm?dli Nicat docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix17.09.2018
ölçüsü0,5 Mb.
#69036
1   ...   15   16   17   18   19   20   21   22   23

 

59 


 

ölkəmizdə mərkəzləşdirilmiş planlaşdırma sistemindən irəli gələn maliyyə 

nəzarətinin strukturu son vaxtlara qədər dövlət idarə əlaməti üzrə təşkil olunurdu. 

darə  nəzarət  sistemində  qadağan  təşəbbüsün,  işgüzarlığın  qarşısının  alınması  öz 

fəaliyyətinin  yalnız  alınmış  göstərişlərin  yerinə  yetrilməsinin  yoxlanılmasından 

qapanması kimi istiqamətlər üstünlük təşkil edir.Buna görə də dövlət idarə nəzarəti 

qeyri  qənaətbəxş  işləyirdi  və  bugün  də  artmağa  meyli  olan  ağırlıq,  israfçılıq  və 

müəsisələrdəki digər sui istifadə hallarını doğuran amillərin aradan qaldırılmasına 

zəif  təsir  göstərirdi.  Müəsisələrin  daimi  fəhlə  və  xalq  nəzarəti  altında  olmalarına 

baxmayaraq ilkin həlqələrdə itkilər, zərərlər, qeyri məhsuldar xərclər sürətlə artdı. 

Bazar  iqtisadiyyatı  şəraitində  sayı  xeyli  artan  konsernlər,  assosasiyalar,  birlikər, 

səhmdar,  icarə  birgə  müəsisələr  üçün  də  dövlət  idarə  maliyyə  nəzarəti 

yolverilməzdir.  Ölkəmizdə  məhz  dövlət  idarə  strukturlarına  daxil  olmayan  və 

müxtəlif  mülkiyyət  formalarına  əsaslanan,  iqtisadi  cəhətdən  müstəqil  olan 

müəsisələrin  yaradılması  beynəlxalq  təcrübədə  çoxdan  və  geniş  şəkildə  istifadə 

olunan  sərbəst  xarici  maliyyə  nəzarətinin  auditin  təşkili  üçün  obyektiv  sərait 

yaradır. 

Bazar iqtisadiyyatı şəraitində idarə (metodunun) nəzarəti daxilində yalnız 

dövlət mülkiyyətində olan müəsisələr və büdcə təşkilatları qalacaqdır və yeni 

mülkiyyət formaları inkişaf etdikcə, müəsisələrin müstəqilliyi genişləndikcə onun 

fəaliyyəti azalacaq və sərbəst xarici maliyyə nəzarəti ilə əvəz olunacaqdır. 

Auditor nəzarətinin mahiyyətini aydınlaşdırmazdan əvvəl bazar 

iqtisadiyyatı  əməllərinin  təsəkkül  tapdığı  xarici  ölkələrin  təcrübəsinə  müraciət 

edək. Belə ki, bu ölkələrdə strateji və cari nəzarət bu maliyyənin strateji idarə 

edilməsinin  əsası  kimi  nəzərdən  keçrilir.  Bu  əsasda  bazar  iqtisadiyyatı  şəraitində 

planlaşdırma və nəzarət arasındakı nisbətə baxaq. 

ABŞ aparıcı mütəxəsislərinin fikrincə strateji idarəetmə sahəsində nəzarət 

elə bir prosesdir ki, onun köməyi ilə kooperasiya rəhbərliyi bütün resursların 

səmərəli, qənaətlə və təşkilatın ümumi məqsədlərinə uyğun şəkildə əldə edilməsi 

və istifadəsinə əmin olmalıdır. 

Öz növbəsində maliyyə nəzarəti, onun (nəzarətin) maliyyə resurslarının 



 

60 


 

yaradılması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar, maliyyə sahəsindəki strateji 

və  cari  məsələlərin  həlli  ilə  bağlı  olan  tərəflərdən  birinin  özündə  əks  etdirir. 

Maliyyənin  strateji  idarə  olunmasının  altsistemi  daxilində  maliyyə  nəzarətinin 

həyata  keçrilməsi  imkanı  müəsisələrin  funksional  büdcələri  və  maliyyə  ilə  təmin 

olunur.Burada  əks  olunan  göstəricilər  və  nisbətlər  maliyyə  sahəsində  strateji  və 

cari məsələlələrin, eləcə də onların səmərəli şəkildə həlli üçün zəruri olan sərtlərin 

spesifik  xarasteristikası  kimi  çıxış  edir.  Maliyyə  nəzarətinin  həyata  keçrilməsi, 

funksional  büdcələrin  və  maliyyə  planlarının  icrasının  nəticələrinin  həmin 

sənədlərdə  qeyd  olunan  tələblərlə  müqayisə  edilməsi  yolu  ilə  tənqidi  şəkildə 

qiymətləndirilməsini  və  əsassız  kənarlaşmalar  aşkar  edildikdə  təshihedici 

tədbirlərin yerinə yetrilməsini nəzərdə tutur. 

Strateji və cari maliyyə nəzarəti arasındakı nisbət onların maliyyənin strateji 

idarəedilməsinin altsistemindəki rolu ilə müəyyən olunur. Belə ki, strateji maliyyə 

nəzarəti  bütövlükdə  müəssisə  tərəfindən  maliyyə  strategiyasının  gözlənilməsinə 

yönəlmişdir  və  onun  obyektlərinə  strateji  büdcələrin  və  prespektiv  maliyyə 

planlarının yerinə yetrilməsinin nəticələri aiddir. 

Cari maliyyə nəzarəti isə bir qayda olaraq aralıq nəticələrin və müəsisələrin 

maliyyə fəaliyyətinin proqram istiqamətlərinin uzlaşdırılmasının təmin edilməsi 

lokal məsələlərini həll edir.  

Deməli maliyyə sahəsində strateji məsələlərin uğurla həll edilməsi bir çox 

cəhətlərdən cari maliyyə nəzarətinin səmərəli nəticələri ilə müəyyən olunur. 

Bununla əlaqədar olaraq onun həyata keçrilməsində adekvat şərtlərin təmin 

olunması və cari büdcələrdə müəyyən olunan nəzarət maliyyə göstəricilərinin 

seçilməsi mühüm əhəmiyyət kəsb edir. 

Amerika kooperasiyalarının təcrübəsində ayrı-ayrı bölmələrin büdcələri 

üzrə bu məsələ həmin bölmələrin fəaliyyətinin xarakteri və onlar arasında 

məsuliyyətin bölüşdürülməsinin müəyyənedici təsiri altında həll olunur.Bölmələrin 

(məsuliyyət  mərkəzlərinin)  beş  funksional  növü  və  buna  müvafiq  olaraq  onların 

fəaliyyətinə  nəzarət  etmək  üçün  istifadə  olunan  beş  qrup  maliyyə  göstəricisi  bir-

birindən fərqləndirilir.Birinci növə istehsal bölmələri aid edilir. Bunlara bəzən xərc 



 

61 


 

mərkəzləri  (standart  cost  centres)  də  adlandırırlar.Onlar  üçün  istehsal  olunan 

məhsulun bütün nomenklaturası üzrə material və əmək məsrəflərinin normativləri 

və  eləcə  də  əlavə  xərc  büdcəsi  müəyyən  olunur.  Əkinci  satış  bölmələri-  satış 

mərkəzləri (revenue centres) aid edilir. Onlar üçün əsas nəzarət göstəricisi satışın 

həcmidir.Onların maksimumlaşdırılması əvvəlcədən təsbit olunmuş qiymətlərin və 

satışın  ən  aşağı  həddi  ilə  və  resursların  həcmi  ilə  təyin  olunmalıdır  ki,  bunlar  da 

müvafiq bölmələrə verilir. 

Üçüncü növ- inzibati xidmətlər(dispresion mərkəzlər) (dispresion centres) 

aiddir.Onların  fəaliyyətinin  spesifikasıpraktik  olaraq,  xərclər  və  nəticələr 

arasındakı  nisbəti  müəyyən  etməyə  imkan  verir.Onların  büdcəsi  öz  çevikliyi  ilə 

fərqlənir,  bir  qayda  olaraq,  idarələrin  özləri  tərəfindən  müəyyən  olunur,  xidmət 

etmənin keyfiyyəti isə ekspert yolu ilə yoxlanır. 

Dördüncü növ-mənfəət mərkəzləri (profit centres) ən müxtəlif bölmələrin, 

məhsul istehsalı ilə məsğul olan müəssisələrdə isə praktiki olaraq hər seyi əhatə 

edir.Onlar üçün nəzarət göstəricisi hesablanma mənfəətindən ibarətdir.Bu göstərici 

mənfəətin  həddən  artıq  çevikliyini  kənar  edir  və  özündə  yalnız  müvafiq  bölmə 

tərəfindən nəzarət edilə bilən bölmələri cəmləyir. 

Bölmələrin  besinci  növü-investisiya  mərkəzlərindən  (invesment  centres) 

ibarətdir.  Onlar  maliyyə  fəaliyyəti  istifadə  olunan  resursların  həcmi  ilə 

əlaqələndirilmiş mənfəətin maksimumlaşdırılmasını nəzərdə tutur. Onların maliyyə 

fəaliyyətinin  əsas  göstəricisinə  (kapitala  qayıtma)  (return  on  investment)  və  ya 

istifadə olunmus kapitala vergini çıxmaqla düsən mənfəət aid edilir. 

Cari və strateji nəzarətin konkret vəzifələrinin həlli eləcə də müxtəlif 

səviyyəli funksional büdcələrin növ və formalarının səmərəliliyi ilə də təmin 

olunur.Bölmələrin büdcələri üçün onların üç əsas növü xarakterikdir. 

1. Xərclər üzərində ümumi nəzarət 

2. Xərclər üzərində çevik nəzarət 

3. Büdcə formaları və büdcələrin müəyyən modifikasiyasının nəzərə 

almaqla mənfəət satışın həcmi və kapitala qayıtma 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə