53
Müəssisənin uçot siyasətində vergiqoyma məqsədi üçün vergi uçotunun
aparılması qaydası müəyyən edilir. Vergiqoyma məqsədi üçün uçot siyasətinin
auditi auditor təşkilatının ən önəmli vəzifəsi sayılır. Vergiqoymanın optimal
sisteminin yaradılması üçün uçot siyasətinin əsaslandırılmış şəkildə hazırlanması
təklif edilir.
Auditor uçot siyasətinin təsdiqlənməsi haqqında müəssisə rəhbərinin əmrinin
(sərəncamının) olmasını yoxlayır. Müəssisənin təsdiq olunmuş uçot siyasəti onun
yaradılması günündən ləğv edildiyi tarixədək ardıcıllıq prinsipinə əsasən tətbiq
olunur.
Bir qayda olaraq uçot siyasəti iki bölmədən ibarətdir: ümumi və xüsusi.
Ümumi bölmədə təşkilati-texniki məsələlər, yəni vergi uçotunun aparılması
qaydası, vergi uçotunun aparılması zamanı sənəd dövriyyəsinin qaydası, struktur
bölmələrdə vergi uçotunun aparılması qaydası və məlumatların baş ofisə təqdim
edilməsi ilə bağlı məsələlər əks etdirilir. Xüsusi bölmədə vergi bazasının
formalaşması qaydası göstərilir.
Uçot siyasətinin auditində vergi uçotunun məlumatlarının formalaşmasının
əsaslandırılması səviyyəsini yoxlamaq lazımdır. Vergi uçotunun məlumatlarının
analitik uçotu vergi bazasının formalasması qaydasını açıqlamalıdır. Auditor üçün
vergi uçotunun təsdiq olunmuş məlumatları aşağıdakılardır:
-
ilkin uçot sənədləri;
-
vergi uçotunun analitik reqistri;
-
vergi bazasının hesablanması
Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanununa uyğun
olaraq təskilat tərəfindən aparılan bütün təsərrüfat əməliyyatları təsdiqləndirici
sənədlərlə tərtib edilməlidir. Bu sənəd mühasibat uçotunun aparılması üçün ilkin
uçot sənədləri hesab edilir.
Vergiqoyma məqsədi üçün qəbul olunmuş məsrəflərin əsaslandırılmasını
yoxlayarkən auditor mühasibat uçotu məqsədi üçün istifadə olunan ilkin uçot
sənədlərini qəbul edə bilər. Vergi uçotunu qurmaq üçün təşkilat vergi uçotunun
analitik reqistrlər sistemindən istifadə etməlidir.
54
Müəssisənin mühasibat uçotunun və uçot siyasətinin təşkilinin auditor
yoxlamasının nəticələrinə görə auditor rəyinin bölməsi kimi auditor şəhadətnaməsi
tərtib edilir. Onda mühasibat uçotu sistemilə tanışlıq, uçot siyasətinin
qiymətləndirilməsi, mühasibat uçotunun və sənəd dövriyyəsinin aparılması və
təşkili prinsipləri şərh edilir.
Auditor mühasibat uçotunun aparılmasına və mühasibat hesabatının
hazırlanmasına, uçotun aparılmasında və hesabatın hazırlanmasında iştirak edən
işçilər arasında vəzifə və səlahiyyətlərin bölünməsinə görə məsuliyyət daşıyan
bölmələrin təşkilati strukturunu təqdim edir.
Auditor mühasibat uçotu reqistrlərində təsərrüfat əməliyyatlarının, mühasibat
uçotunun məlumatları əsasında dövrü mühasibat hesabatının hazırlanması
qaydasının, məlumatların ümumiləşdirilməsinin forma və metodlarının əks
etdirilməsi qaydasını şərh etməlidir.
3.2
stehsal
xərclərinin
və
məhslun
maya
dəyərinin
kalkulyasiyasının metodlarının təkmilləşdirilməsi istiqamətləri
Geniş dairədə idarəetmə vəzifələrinə cavab tapmanın əsasında məhz
məhsulların (işlərin, xidmətlərin) maya dəyəri durur. Təşkil etmə işlərinin
səmərəliliyi maya dəyərinin formalaşması haqqında informasiyalardan daha çox
asılıdır.
Məhsulların (işlərin, xidmətlərin) maya dəyərini kalkulyasiya edilməsinin
köməyi ilə müəyyən etmək olar. Kalkulyasiya edilmə ayrı-ayrı növ məhsul (iş,
xidmət) vahidinin maya dəyərinin hesablanması iqtisadi sistemini özündə əks
etdirir. Kalkulyasiya olunma prosesində istehsala olan məsrəflər buraxılan
məhsulların miqdarı ilə ölçülür və məhsul vahidinin maya dəyəri müəyyən edilir.
Kalkulyasiya edilmənin vəzifəsi – məhsul vahidinə düşən yəni satış üçün, eləcə də
daxili istehlak üçün nəzərdə tutulmuş məhsul vahidinə düşən xərcləri müəyyən
etməkdir. Kalkulyasiya edilmənin son nəticəsi kalkulyasiyanın tərtib edilməsidir.
55
Müəssisənin yaxud cavabdehlik (istehsal vahidləri) mərkəzinin qəbul etdiyi
planın yerinə yetirilməsinin qiymətləndirilməsinin əsasında müasir kalkulyasiya
edilmə durur. O, maya dəyəri üzrə plan tapşırıqlarında kənarlaşmanın səbəbinin
təhlili üçün lazımdır. Faktiki kalkulyasiyanın məlumatları maya dəyərinin sonrakı
planlaşdırılması üçün, müasir texnoloji proseslərin seçilməsi, məhsulların
keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlərin aparılması üçün, gələcəkdə
məhsulların, yerinə yetirilən işlərin buraxılışının məqsədəuyğunluğunun proqnozu
üçün istifadə olunur
Beləliklə, hesabat kalkulyasiyalarında maya dəyəri haqqında olan
informasiyalar, istehsalı idarə etməyə və proqnozlaşdırmağa imkan verir. Faktiki
maya dəyəri əmtəənin istehlak dəyəri ilə yanaşı məhsullara (işlərə, xidmətlərə)
satış qiymətinin müəyyən edilməsi üçün baza hesab olunur. Nəhayət kalkulyasiya
edilmə transfer qiymətqoymanın əsasıdır.
Transfert (daxili) qiymə t – bu müəssisə daxili bir cavabdehlik mərkəzinin
digər cavabdehlik mərkəzinə (digər istehsal vahidinə) verilən məhsulların (işlərin,
xidmətlərin) dəyərini müəyyən etmək üçün istifadə olunan qiymətdir.
Kalkulyasiya edilmə müəyyən olunmuş metodun köməyi ilə həyata keçirilir.
Kalkulyasiya edilmə metodu – məhsulların faktiki maya dəyərini müəyyən
edilməsini təmin edən istehsal məsrəflərinin əks etdirilməsi, eyni zamanda
xərclərin məhsul vahidinə aid edilməsi üsuludur. Kalkulyasiya edilmənin müxtəlif
metodları mövcuddur. Onların ümumqəbul olunmuş təsnifatı hələlik yoxdur.
Bununla yanaşı onlara aşağıdakı metodları daxil etmək olar: sadə, əlavə məhsula
düşən xərclərin çıxılması metodu, əmsal metodu, proporsional, birləşdirilmiş
metod. Onları tətbiq etməklə istehsal prosesinin xüsusiyyətləri, məhsul istehsalının
xarakteri, onun tərkibi və s. müəyyən edilir.
Bunların sonunda bu və digər kalkulyasiya edilmə metodlarını düzgün tətbiq
etmək mühümdür, ona görə ki, faktiki maya dəyəri məbləği bundan asılıdır.
Bununla da məhsullara qiymət qoyulur.
Müəssisələrində geniş dairədə idarəetmə vəzifələrinə cavab tapmanın
əsasında məhz məhsulların (işlərin, xidmətlərin) maya dəyəri durur.
Dostları ilə paylaş: |