Microsoft Word Dissertasiya M?h?mm?dli Nicat docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix17.09.2018
ölçüsü0,5 Mb.
#69036
1   ...   15   16   17   18   19   20   21   22   23

 

62 


 

1.Xərclərə  nəzarət  tipli  büdcələr  adətən  “xərc  mərkəzlərinə”  aid  edilir.Onlar 

bölmələrin maliyyə resurslarının sərt limitləsdirilməsini nəzərdə tutur. 

2.Xərclər üzərində çevik nəzarət tipli büdcələr diskrision xərc mərkəzlərinə 

aid edilir.əvvəlkindən fərqli olaraq bu tip büdcələr resursların əsaslandırılmış 

şəkildə artıq xərclənməsinə yol verir. Ən nəhayət “satış mərkəzləri”, ”mənfəət 

mərkəzləri” və “investisiya mərkəzləri” üçün elə büdcələr xarakterikdir ki, onlarda 

əsas  nəzarət  və  stimullaşdırıcı  göstərici  mənfəətdən  ibarət  olsun.  Funksional 

proqramların  cari  və  strateji  büdcələri  adətən  mənfəət  və  zərərlərin  maliyyə 

resursların mənbələri və istifadə istiqamətləri balans şəklində islənib hazırlanır. Bu 

zaman strateji büdcələr funksional büdcələri, ardıcıl qarşılıqlı təsirini onlar isə öz 

növbəsində bölmələrin büdcələrinin qarşılıqlı təsirini əks etdirir. 

Artıq qeyd olundugu kimi bazar iqtisadiyyatı getdikcə genişlənir, ölkələr 

balansı artır, nəzarətin obyektləri çoxalır və ölkədə maliyyə göstəricilərinin əsası 

nəzarətdən başlayırdı.Bu məqsədlə də ölkələr artıq mülkiyyət formalarının 

yaradılması ilə əlaqədar yeni siyasət isləyib hazırlamağa məcbur olurdu ki, maliyyə 

nəzarətində  yaradılan  bu  yeni  istiqamət  müəsisələr,  büdcə  idarə  və  təşkilatları, 

səhmdar cəmiyyətləri və s. üçün əlverişli oldu. 

Qeyd etdiyimiz kimi, bazar münasibətlərinin inkişafı və mülkiyyətin 

səhmdar formasının yaradılması xarici maliyyə nəzarəti institutunun auditin 

yaradılmasını tələb edir ki, bu da yoxlanılan müəssisələrlə pullu müqavilə partnyor 

münasibətlərinə  əsaslanır.  Səhmdar  cəmiyyətlərin  inkişafı  ilə  auditor  nəzarətin 

yaradılması arasında birbaşa əlaqə vardır. Səhmdarların, dövlət vergi 

müfəttişliyinin, bankların və başqa təşkilatların səhmdar cəmiyyətinə etibarla 

yanaşması onun işində askarlığın olması ilə təmin olunur ki, buna da onların 

maliyyə fəaliyyətinin nəticələrini əks etdirən və nəsr olunan hesabat balanslarının 

reallığı  ilə  nail  olmaq  olar.Səhmdar  cəmiyyətlər  bu  sənədləri  nəsr  etdirməkdən, 

sadəcə  olaraq  mövcud  ola  bilməzlər  çünki  bazar  şəraitində  heç  kim  belə 

kampaniyanı  ciddi  qəbul  etməz.  Buna  görə  də  partnyorların,  isgüzar  əlaqələrin 

qurulmasında  böyük  rol  oynayan  etibarını  qazanmaq  üçün  səhmdar  cəmiyyət 

auditor  firmanın  xidmətlərinə  müraciət  edir.  Auditor  firma  keçrilmiş  ilkin  təftiş 



 

63 


 

əsasında  dərc  edilmiş  balansın  maddələrinin  doğruluğuna  zəmanət  verir  və 

səhmdar  cəmiyyətin  bazar  mövqelərinin  etibarlılığı  barədə  rəsmi  rəy  verir. 

Sahibkarlıq  fəaliyyətinin  bir  növü  kimi,  audit  özündə  müəssisələrin  maliyyə 

hesabatlarının yoxlanılması və bunlarda mühasibat uçotu, maliyyə vergi 

qanunvericiliyi, bank və sığorta işi sahəsindəki maliyyə təsərrüfat fəaliyyətinin 

nəticələrinin  düzgün  əks  etdirilməsi  üzrə  xidmətlər  sistemini  cəmləşdirir  və  

sahibkarlığın və dövlətin əmlak maraqlarının aktiv müdafiə olunmasına sərait 

yaradır. 

Auditor nəzarətinin əsas məqsədi təkcə müəssisələrin maliyyə  hesabatlarının 

vəziyyətinin  keyfiyyətcə  qiymətləndirilməsi  barədə  məlumatların  bütün  maraqlı 

olan  müəssisələr  sifarişçilərə,  sahibkarlara  təqdim  edilməsindən  deyil  həm  də 

düzgün  və  səmərəli  təşkilinə  praktiki  yardım  göstərilməsində  uçot  və  maliyyə 

müəssisələri üzrə məsləhət və tövsiyyələrin verilməsindən ibarətdir. 

Audit üç növə ayrılır. 

1. Təsərrüfat fəaliyyətinin auditi 

2. Qəbul olunmus tələblərə uygunlugun auditi 

3. Maliyyə hesabatlarının auditi 

1.Təsərrüfat  fəaliyyətinin  auditi  zamanı  bütün  müəssisələrin  iqtisadiyyatı  və 

ya  onun  hər  hansı  xüsusi  qeyd  olunmuş  bölməsi  müntəzəm  olaraq  təhlil  edilir. 

Onda auditin bu növü zamanı müəssisənin fəaliyyətinin səmərəliliyi 

qiymətləndirilir, onun yaxşılaşdırılması üçün təkliflər hazırlanır həmçinin xərclərin 

azaldılması, əmək məhsuldarlığının artması həyata keçrilən əməliyyatların iqtisadi 

səmərəliliyi hesabına əldə olunan ehtiyatlar askar olunur. 

2.Qəbul olunmuş tələblərə uyğun auditin auditi zamanı müəssisələrin 

maliyyə təsərrüfat fəaliyyəti, onun müəyyən olunması və qəbul olunmuş tələblərə, 

şərtlərə  və  qanunlara  uyğun  olması  məqsədilə  təhlil  olunur.  Auditin  aparılması 

üçün  təlabat  meyarı  kimi  müəssisənin  rəhbərliyi  tərəfindən  təyin  olunmuş  daxili 

nəzarət  qaydaları,  kreditorlar  tərəfindən  müəyyən  olunmuş  kreditləşdirmə 

qaydaları, dövlət normativ aktları və s. götürülə bilər. Belə auditin nəticələri barədə 

meyarı etmiş verə bilər. 



 

64 


 

3.Maliyyə hesabatlarının hesabdarlığının ümumi qaydalarına uyğun olaraq 

sənədlərin düzgünlüyünün yoxlanılması məqsədilə hesabatlarda əks olunmuş 

maliyyə göstəricilərinin dərin və ətraflı təhlili özündə birləşdirir. Maliyyə 

hesabdarlığı müəssisənin maliyyə vəziyyətini əks etdirdiyi üçün yoxlamanın 

nəticələri xarici auditorlar tərəfindən müəssisənin maliyyə imkanları mənfəətliliyin 

və inkişaf perspektivləri barədə məlumat məqsədilə maraqlı şəxslər və təşkilatlara 

təqdim olunur. Maliyyə hesabatlarına aşağıdakılar aiddir. 

1. Mühasibat balansı 

2. Mənfəət və zərərlər hesabı 

Səhmdar cəmiyyətin maliyyə hesabatlarının yoxlanılması zamanı onların 

ayrı-ayrı  maddələrinin müqayisəsi yolu ilə alınmış müxtəlif növ nisbi göstəricilər 

təhlil  olunur  belə  ki,  mütləq  göstəricilər  heç  də  həmisə  müəssisənin  maliyyə 

vəziyyəti  haqqında  əyani  təsəvvür  yaratmır.Bunlardan  qərb  müəssisələrinin 

təcrübəsində daha çox yayılmışlarını göstərək. 

Ax.c =Adöv-Öc 

Xali cari aktivlər dövriyyə aktivlərindən cari öhdəliklər çıxmaqla alınır. 

Məs: əgər 11 ildə Adöv=47.000 min man ,2012-ci ildə Adöv=52.000 min 

man  və  həmin  illərdə  uyğun  olaraq  22.100  min  man  və  21.100  min  man  olarsa 

onda  2011-cı  ildə  Ax.c(47.000-22.100=24900)  24.900  min  man  2012-ci  ildə 

Ax.c(52.000-21.100=30.900) 30.900 min man olar.Cari ildən keçən ilə nisbətən bu 

aktivlərin  6.000  min  man  (30.900-24.9000)  artması  şirkətin  gələcəkdə  inkişafı 

üçün zəmin yaradır. 

Balans təhlili zamanı auditor ödəmə əmsalını tapır. 

əö= Adöv/Öc 

Bu əmsal dövriyyə aktivlərinin cari borclara bölünməsi yolu ilə 

hesablanır.Cari aktivlərin və öhdəliklərin həddindən artıq aşağı olması onun 

göstərir ki, səhmdar cəmiyyət öz hesablarını ödəyərkən bir sıra çətinliklərlə üzləşə 

bilərlər,  həddindən  artıq  yüksək  nisbət  isə  şirkət  daxilində  cari  aktivlərin  qeyri 

qənaətcil istifadə olunmasını nəzərdə tutur. Sənaye müəssisələrində ödəmə əmsalı 

2:1 nisbəti daxilində normal hesab olunur.Bizim misalımızda bu əmsal 2008-2012-



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə