49
Auditor mənfəətin təyinatı üzrə istifadə olunmasının yoxlayarkən müəssisənin
mənfəətinin istifadə olunması, onun zərələrinin bərpa olunması mənbələri,
mənfəətin istifadəsində mülkiyyət sahiblərinin qərarlarının olması və həmin
göstəricilərin mühasibat uçotu yazılışlarda düzgün əks olunmasına da diqqət
verilməlidir.
3.1 müə ssisə nin mühasibat uçotunun və uçot siyasə tinin auditinin
tə kmilləş dirilmə si istiqamə tlə ri
Müəssisənin mühasibat uçotunun və uçot siyasətinin auditor yoxlamasının
məqsədi uçot siyasəti barədə məlumatların öyrənilməsi, təhlili və
qiymətləndirilməsini və mühasibat uçotunun aparılması və təşkilinin əsas
prinsiplərini etiva edən mühasibat uçotu sistemilə tanış olmaqdır.
Mühasibat uçotunun və uçot siyasətinin auditini apararkən ilk növbədə
50
“Mühasibat uçotu haqqında” qanunla və “Müəssisənin mühasibat uçotunun
hesablar planı və onun tətbiqinə dair təlimat”la tanış olmaq lazımdır.
Qarşıya qoyulan məqsədə uyğun olaraq müəssisənin təsərrüfat fəaliyyətinin
aşağıdakı tərəflərinin öyrənilməsi, təhlili və qiymətləndirilməsi üzrə vəzifələr
müəyyən edilir:
-
mühasibat vergi idarəetmə uçotu üçün uçot siyasəti və mühasibat
uçotunun aparılmasının əsas prinsipləri;
-
mühasibat uçotunun aparılmasına və mühasibat hesabatının
hazırlanmasına məsul olan bölmələrin təşkili strukturu;
-
uçotun aparılmasında və hesabatın hazırlanmasında iştirak edən işçilər
arasında vəzifə və səlahiyyətlərin bölgüsü;
-
təsərrüfat əməliyyatlarını əks etdirən sənədlərin hazırlanması, dövriyyəsi
və saxlanılmasının təşkili;
-
mühasibat uçotunun reqistrlərində təsərrüfat əməliyyatlarının əks
etdirilməsi qaydası, belə reqistlərin məlumatlarının ümumiləşdirilməsinin forma və
metodları;
-
mühasibat uçotunun məlumatları əsasında dövrü mühasibat hesabatının
hazırlanması qaydası;
-
uçotun aparılmasında və hesabatın hazırlanmasında hesablama texnikası
vasitələrinin rolu və yeri
-
səhvin baş verməsi, yaxud mühasibat uçotunun yüksək səviyyədə təhrif
olunması riskində uçotun tənqidi sahəsi;
-
uçot sisteminin ayrı-ayrı sahələrində nəzərdə tutulan nəzarət sistemi.
Auditor yoxlamasının planlaşdırılması və bilavasitə aparılması gedişində
auditor yoxladığı iqtisadi subyektin mühasibat uçotu sistemini mütləq başa
düşməlidir. Auditor yoxlamasının gedişində auditor təşkilati-iqtisadi subyektin
mühasibat uçotu sisteminin təşkilinin mövcud normativ sənədlərə uyğunluğunu
yoxlamalı, aşkar edilən nöqsan halları auditorun isçi sənədində əks etdirməlidir.
Nəzərə almaq lazımdır ki, əgər təsərrüfat əməliyyatlarının qeydə alınması
51
gedişində asağıdakı tələblər yerinə yetirilərsə, onda iqtisadi subyektin mühasibat
uçotu sistemini effektiv hesab etmək olar:
-
uçotda əməliyyatlar onların həyata keçirilməsi müddətini düzgün əks
etdirirlər;
-
uçotda əməliyyatlar düzgün məbləğdə qeyd olunur;
-
əməliyyatlar mövcud normativlərə və uçot siyasətinə uygun olaraq
mühasibat uçotu hesablarında düzgün əks etdirilir;
-
uçot və hesabat üçün mühüm əhəmiyyət kəsb edən əməliyyatların detalları
qeyd edilir;
-
sui-istifadə hallarının baş verməsi imkanları məhduddur.
Auditor yoxlaması gedişində təsərrüfat subyektinin mühasibat uçotunun
təşkili və aparılmasına aid daxili sənədlərlə tanış olmaq lazımdır. Yoxlamanın
nəticəsinə görə auditor daxili reqlamentlər haqqında nəticə çıxarır və onların
təkmilləşdirilməsinə dair əsaslandırılmış təkliflər verir.
Mühasibat uçotunun normativ tənzimlənməsi sisteminin dörd səviyyəsi
vardır. Bunlardan iqtisadi subyekt üçün ən əhəmiyyətlisi dördüncü (aşağı)
səviyyədir, hansıki özünə metodiki, texniki və təşkilati aspektlərdə uçot siyasətini
daxil edir. Uçot siyasəti mühasibat uçotunun aparılması üsullarının: ilkin
müsahidə, dəyər ölçülməsi təsərrüfat fəaliyyəti faktlarının cari qruplaşdırma və
yekun ümumiləşdirilməsi məcmusunu müəyyənləşdirir. Uçot siyasətinə riayət
olunmasının yoxlanılması auditor yoxlamasının bütün qalan mərhələlərini
qabaqlamalıdır.
Uçot siyasətinin əsas vəziyyəti müxtəlif auditor sənədlərinə, hər şeydən əvvəl,
auditor fəaliyyətinin qaydasına (standartına) toxunur, hansındakı uçot siyasətinə
birbaşa istinad olur. Belə istinadlar, məsələn “Auditin planlaşdırılması”, “Analitik
prosedurlar”, “Auditin gedişində mühasibat uçotu sisteminin və daxili nəzarətin
öyrənilməsi və qiymətləndirilməsi” kimi qaydalarda (standartlarda) olur.
Auditorun vəzifəsi uçot siyasətinin elementlərini təhlil etmək və qiymətləndirmək
52
və onu rəyin analitik hissəsində əks etdirməkdən ibarətdir. Uçot siyasətinin əsas
elementlərinə metodiki, texniki və təşkilati elementləri aid etmək olar.
Metodiki elementlərə aiddir:
-
əsas fondların, qeyri-material aktivlərin, xüsusi geyimlərin və xüsusi
inventarın amortizasiyası qaydası;
-
əvvəllər azqiymətli və tez aşınan əşyaların tərkibində hesablanan
obyektlərin əsas vəsaitlərin və materialların tərkibinə daxil edilməsi qaydası;
-
istehsal ehtiyatlarının qiymətləndirilməsi;
-
hazır məhsulun qiymətləndirilməsi;
-
gələcək dövr məsrəflərinin silinməsi;
-
gələcək məsrəflərin və ödənişlərin ehtiyatının yaradılması;
-
istehsal xərclərinin qruplaşdırılması və silinməsi;
-
satışdan mənfəətin tanınması;
-
sübhəli borclar üzrə ehtiyatların və xüsusi təyinatlı fondların yaradılması.
Texniki elementlərə aiddir:
-
işçi hesablar planı;
-
mühasibat uçotu forması;
-
əsas vəsaitlərin təmirinin uçotu;
-
əmtəə-material dəyərlərinin hərəkətinin analitik uçotu;
-
materialların silinməsi;
-
hazır məhsul buraxılışının uçotu;
-
istehsal xərclərinin və maya dəyərinin kalkulyasiyasının uçotu;
-
dolayısı məsrəflərin bölgüsü;
-
istehsal xərclərinin toplu uçotu;
-
inventarizasiyanın aparılması qaydası.
Təskilati elementlərə aiddir:
-
mühasibat xidmətinin təşkilati forması;
-
bölmələrin ayrıca balansa ayrılması;
-
istehsaldaxili nəzarət.
Dostları ilə paylaş: |