Microsoft Word Dissertasiya M?h?mm?dli Nicat docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix17.09.2018
ölçüsü0,5 Mb.
#69036
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

 

46 


 

Müəssisəyə məxsus olan əsas vəsaitlərin satışı və sairə xaric olmaları (mənvi, 

silinməsi,  əvəsiz  olaraq  verilməsi  və  s.)  əməliyyatları  haqqında  məlumatlar  və. 

onların  satışından  maliyyə  nəticələrini  müəyyənləşdirmək  üçün  “Əsas vəsaitlərin  

satışi və sair ;xaric olmaları” hesabı müəyyən olunmuşdur. 

 “Əsas  vəsaitlərin  satışı  və  sair  xaricolmaları”  hesabının  debetində  xaric 

olmuş  əsas  vəsaitlərin  ilk  dəyəri,  həmçinin  əsas  vəsaitlərin  xaricolunması 

(binaların, qurğuların və avadanlıqların sökülməsi və s.) ilə əlaqədar xərclər də əks 

etdirilir.  “Əsas  vəsaitləin  satışı  və  sair  xaricolmaları”  hesabının  kreditində  xaric 

olunmuş  əsas  vəsait  obyektlərinə  xaricolma  vaxtınadək  hesablanmış  köhnəlmə 

məbləği, əmlakın satışından əldə edilən pul məbləği və onun silinməsi  lə əlaqədar 

mümkün  istifadə  yaxud  satış  qiymətləri  ilə  daxil  olmuş  material  qiymətlilərin 

dəyəri  əks  etdirilir.  Əmlakın  satılmasından  əldə  edilən  pul  məbləği  yeni  satılan 

əsas  vəsaitlər  üçün  müəssisəyə  çatası  məbləğ  “Əsas  vəsaitlərin  satışı  və  sair 

xaricolmalar”  hesabının  kreditində  “Müxtəlif  debitor  və  kreditorlarla 

hesablaşmalar” hesabının debetində əks etdirilir. 

 “Əsas vəsaitlərin satışı və sair xaricolmalar” hesabı üzrə debet (zərər), yaxud 

kredit  (gəlir)  qalığı  cari  hesabat  dövründə  “Mənfəət  və  zərər”  hesabına,  əvəzsiz 

olaraq verilməsi hallarında isə müəssisənin xüsusi vəsaitlərini uçota alan hesablara 

silinir. 

Qeyri-satış  əməliyyatlarından  daxil  olan  vəsaitlərin  mühasibat  uçotunda 

düzgün  əks  olunmasını  müəyyən  etmək  üçün  “Mənfəət  və  zərər”  hesabının 

dövriyyə məbləqləri yoxlamalıdır. 

Auditor  xatırlamalıdır  ki,  qeyri-satış  əməliyyatları  üzrə  mənfəət  birgə 

fəaliyyətdə  əldə  olunan  mənfəət,  valyuta  əməliyyatları  üzrə  məzənnə  fərqindən 

gəlir,  əmlakın  kirayəyə  verilməsindən,  cərimələr  və  digər  iddialar  daxil  olan 

mənfəətlər,  tələb  olunmayan  kreditor  borcları  vaxtı   keçmiş   depozitlərdən   daxil  

olan  vəsaitlər və  sair daxildir. 




 

47 


 

Auditor  mənfəətin  formalaşması  əməliyyatlarının  yoxlamasının  sonunda 

hesablar üzrə müxabirləşmələrin düzgün sxema üzrə aparılmasını müəyyənləşdir-

məlidir.  Müəssisənin  son  maliyyə  nəticəsinin  formalaşmasına  dair  informasiyalar 

“Mənfəət  və  zərər”  hesabında  əks  olunur.  Bu  hesabın  debetində  müəssisənin 

zərərləri,  kreditində  isə  mənfəəti  əks  etdirilir.  Hesabın  debet  və  kredit 

dövriyyələrinin müqayisəsi hesabat dövrünün son maliyyə nəticəsini göstərir. 

Mənfəətdən istifadə olunmasının auditi 

Auditor mənfəətinin təyinatı üzrə istifadə olunmasını Azərbaycan Respublikasının 

Vergi Məcəlləsi, respublika hökümətinin normativ sənədləri, Azərbaycan 

Respublikası Maliyyə Nazirliyi və müəssisənin təsis edici sənədləri əsasında 

aparılır. Müəssisələrdə hesabat dövrünün balans mənfəəti (zərəri) və onun 

istifadəsi balansda ayrıca əks etdirilir. Balansın pasivində alınmış mənfəət və onun 

avans olaraq istifadəsi, bölüşdürülməmiş mənfəət, balansın aktivində isə faktiki 

alınmış zərər göstərilir. Balansın yekununa ancaq hesabat ilinin və keçmiş illərin 

ödənilməmiş zərəri və bölüşdürülməmiş mənfəəti daxil edilir. Bütün bu prosseslər 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2006-ci il 18 aprel tarixli  -38 

nömrəli əmri ilə təsdiq edilmiş milli hesablar planına əsasən həyata keçirilir. Bu 

maliyyə hesabatının səkkizinci - Mənfəətlər zərərlər bölməsində göstərilir. Həmin 

hesablar planı aşağıdakı cədvəldə göstərilmişdir. 

Maliyyə 


hesabatının 

böməsi 


Maliyyə 

hesabatının 

maddəsi 

Hesabın 


nömrəsi 

Subhesablar  Digər 

subhesablar 

Hesabın adı 

MƏNFƏƏTLƏR (ZƏRƏRLƏR) 



 

80 


 

 

 



Ümumi mənfəət (zərər) 

 

 



801 

 

 



Ümumi mənfəət (zərər) 

 

81 



 

 

 



Asılı 

və 


birgə 

müəssisələrin 

mənfəətlərində 

(zərərlərində) pay 

 

 

811 



 

 

Asılı 



və 

birgə 


müəssisələrin 


 

48 


 

mənfəətlərində 

(zərərlərində) pay 

 

Hesabat  ilinin  mənfəətinın  həmin  il  ərzində  istifadə  olunması  haqqında 



məlumatları ümumiləşdirmək üçün mühasibat uçotu hesablar planında “Mənfəətin 

istifadəsi”  hesabı  nəzərdə  tutulmuşdur.  Hesabat  ilinin  sonunda  illik  mühasibat 

hesabının  tərtib  edilən  dövrdə  bu  hesab  bağlanır.  Yəni  “Mənfəətin  istifadəsi” 

hesabında toplanmış məbləğlər dekabr ayının sonunda həmin hesabın krediti üzrə 

yekun yazılışları aparılmaqla “Mənfəət və zərər” hesabının debetinə silinir. 

Auditor  yoxlama  apararkən  əldə  olunmuş  mənfəətin  istifadəsi  ilə  əlaqədar 

olaraq  Baş  Kitabda,  jurnal-orderlərdə,  digər  mühasibat  uçotu  yazılışlarında  olan 

informasiyaları  araşdırıb,  təhlil  etməklə  yanaşı    “Maliyyə  nəticələri  və  onların 

istifadəsi  haqqında  hesabat”  göstəricilərindən  istifadə  etməlidir.  Xüsusilə  mənfə-

ətdən  büdcəyə  ayırmalardan  sonra  ehtiyat  kapital  və  fondlarına,  yığının  fonduna, 

isıehlak fonduna xeyriyyə  məqsədlərinə və digər məqsədlərə ayırmaların mövcud 

qanunvericiliyə uyğun müəyyən olunmasına diqqət verilməlidir. 

Nəzərə  alınmalıdır  ki,  büdcəyə  vergilərlə  əlaqədar  olan  ödəmələrin  tə’min 

etdikdən  sonra  qalan  mənfəət  məbləğinin,  əgər  təsisedici  sənədlərdə  digər 

ayırmalar nəzərdə tutulmamışsa, müəssisələr mənfəətin istifadə olunması təyinatını 

özləri müəyyən ediriər. 

Hesabat  ilinin  bölüşdürülməmiş  mənfəətinin  məbləği    “Mənfəət  və  zərər” 

hesabı ilə müxbirləşdirilməklə, dekabrın yekun dövrüyyələri ilə “Bölüşdürülməmiş 

mənfəət  (ödənilməmiş  zərər)”  hesabının  kreditinə  sliinir.  Hesabat  ilinin  zərər 

məbləği  “Mənfəət  və  zərər”  hesabı  ilə  müxbirləşdirilməklə,  dekabrın  yekun 

dövrüyyələri ilə “Böiüşdürülmüş mənfəət (ödənilməmiş zərər)” hesabının debetinə 

silinir. 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə