Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə4/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   2   3   4   5   6   7   8   9   ...   64

Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 

Bunlardan sürünən inflyasiyada qiymət artışları çox cüzi oldu-
ğundan  insanların  yerli  pula  olan  etibarı  sarsılmaz.  Yığımların  yerli 
pul cinsindən aparılmasında bir xələl görülməz. Dörd nala və ya yük-
sək (xroniki) inflyasiyada qiymət artım hədləri iki rəqəmli olduğundan 
hətta  üç  rəqəmli  səviyyələrə  vardığından  istehlakçı  və  firmaların 
özlərini  pulun  dəyər  itirməsindən  qorumaları  çətinləşməkdədir. 
Yığımlar  əsasən  pul  olaraq  deyil,  ya  inflyasiyanın  üzərində  gəlir 
qaraniyası  olan  qiymətli  kağızlara  ya  da  uzun  ömürlü  istehlak 
mallarına getməkdədir. Hiperinflyasiyada da qiymət artışlarının hədsiz 
dərəcədə  yüksək  olması  səbəbiylə  yerli  pulun  qiymət  ölçüsü  olma 
xüsuiyyəti  ortadan  qalxmaqdadır.  Alqı-satqı  qızılla  və  ya  valyuta  ilə 
olmaqda,  barterə  doğru  yönəlməkdədir.
9
  Bunlardan  yüksək  (xroniki) 
inflyasiya,  hər  kəsi  narahat  edəcək  qədər  olsa  da,  məcburi  tədbirləri 
tətbiq edəcək qədər yüksək deyildir. Bu səbəblə xroniki inflyasiyadan 
yaxa qurtarmaq daha çətindir.
10
 
 
Đnflyasiyanın ortaya çıxmasında müxtəlif səbəblər vardır. Orta-
ya çıxış səbəblərinə görə inflyasiya tələb və məsrəf inflyasiyası olaraq 
ikiyə ayrılmaqdadır.
11
 1950-ci illərdə iqtisadçılar zamanlarının çoxunu 
tələb  (demand  pull)  və  məsrəf  (cost  push)  inflyasiyası  arasındakı 
fərqlilikləri müzakirə etməklə keçirmişlər. Əslində inflyasionist hadi-
sələr  hər  iki  növün  xüsusiyyətini  daşıdığından  bu  ayrım  üfiqidir. 
Dolayılı  olaraq,  inflyasiyanın  səbəbləri  qarşılıqlı  bir-birindən  asılı 
olmayan  səbəblər    deyildir.  Đnflyasiyanın  başlıca  səbəbləri:  büdcə 
kəsiri, pul artışı, tələb artışı, nisbi qiymət şokları, maaş-qiymət spiralı 
və ya məsrəf artışları və ehtimallardır.
12
  
 
Büdcə  kəsiri  ilə  inflyasiya  arasında  müsbət  bir  əlaqə  vardır. 
Mövzuyla  əlaqədar  aparılan  iqtisadi-riyazi  analizlərdə  də  bu  hal 
isbatlanmışdır.  Məsələn,  Haan  və  Zelhors  tərəfindən  17  inkişaf 
etməkdə  olan  ölkənin  1961-1985-ci  illəri  əhatə  edən  1990-cı  ildə 
apardıqları  araşdırmada  büdcə  kəsiri  ilə  inflyasiya  arasında  uzun 
                                                 
9
   Zeynel Dinler, Đktisada Giriş, Bursa, Ekin Kitabevi Yayınları, 1993., ss. 398-399. 
10
  Asaf Savaş Akat, “Kronik Enflasyonla Mücadele: Sorunlar, Çözümler, Tereddütler”, 
Banka ve Ekonomik Yorumlar, Yıl 29, S. 2, Şubat 1992, s. 6. 
11
  Gary  M.  Walton,  Frank  C.  Wykoff,  Understanding  Economics,  New  York,  A 
Division of the Mc-Draw Hill Companies, 1998, p. 382. 
12
  Paul Wachtel, Macroeconomics: From Theory to Practice, New York, Mc-Draw 
Hill Inc. 1989, p. 192. 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
10 
dönəmdə  güclü bir əlaqənin olduğu  ortaya qoyulmuşdur.
13
 Moneta-
rist düşüncəyə  görə inflyasiyanın ana səbəbi tələbdən çox artan pul 
emissiyalarıdır. Milton Friedman bu mövzudakı düşüncəsini: “inflya-
siya, hər zaman və hər yerdə istehsaldan daha çox miqdarda artan pul 
emissiyasının ortaya çıxardığı bir nəticədir” şəklində ifadə etmişdir.
14
 
Cari  qiymətlər  səviyyəsində,  ümumi  təklifin  ümumi  tələbi  qarşılaya 
bilməməsi  səbəbiylə  ortaya  çıxan  inflyasiyaya  tələb  inflyasiyası 
deyilir.  Təklif  və  tələb  əyrilərinin  kəsişdiyi  nöqtədə  bazarda  tarazlıq 
qiyməti ortaya çıxmışkən təklifdən daha sürətli artan tələb, qiymətləri 
daha  da  artıraraq  inflyasiyaya  səbəb  olmaqdadır.  Xüsusilə  istehlak, 
investisiya və dövlət xərclərindəki artım pul gəlirini artırdığından xalq 
daha artıq mal və xidmət tələb etməkdə, qiymətləri artırmaqdadır.
15
  
 
Bəzi  önəmli  malların  istehsalındakı  gözlənməyən  və ani dəyi-
şikliklər onların axınına və qiymətlərinə təsir etməkdədir. Qiymətlər-
dəki nisbi dəyişikliklər maaşlara və sözü gedən malları xammal olaraq 
istifadə edənlərin məsrəflərinə təsir edərək makroiqtisadi struktura ya-
yılmaqdadır.  Beləcə,  başlanğıcdakı  nisbi  qiymət  dəyişiklikləri  bütün 
iqtisadiyyata  təsir  etməkdədir.
16
  Əlavə  olaraq  inkişaf  etməkdə  olan 
ölkələrdə iqtisadiyyat tam  məşğulluq səviyyəsinə gəlməmiş olsa belə 
lazımi məlumat və texnologiya yetərsizliyi kimi səbəblərlə artan təla-
batın qarşılanması çətindir. Đnkişaf etməkdə olan ölkələrin strukturun-
dan qaynaqlanan bu cür inflyasiyaya struktur inflyasiya deyilir.
17
 Bir 
ölkədə xammal qiymətlərinin artması məs-rəflərin artmasına istehsalın 
azalmasına  səbəb  olur.  Həmkarlar  ittifaqlarının  işçi  tələbindən  asılı 
olmayaraq  maaş  artırması,  monopolya  gücünə  sahib  firmaların  daha 
artıq  mənfəət  əldə  edə  bilmək  üçün  istehlakçı  qiymətlərindən  asılı 
olmayan qiymət artırmaları, idxal mallarındakı tələbdən asılı olmayan 
qiymət  artışları,  təbii  qaynaqların  tükənməsi  ölkədə  istehsal  məsrəf-
lərini artıraraq məsrəf inflyasiyasına səbəb olmaqdadır.
18
  
                                                 
13
  Pierre-Richard  Agénor,  Peter  J.  Montiel,  Development  Macroeconomics,  New 
Jersey, Princeton University Press, 1996, p. 128. 
14
  Graham Dawson, a.g.e., p. 15. 
15
  Ralph T. Byrns, a.g.e., p. 141. 
16
  Paul Wachtel, a.g.e., p. 194. 
17
  Subrata  Ghatak, Monetary  Economics  in  Developing  Countries,  Second  Edition, 
London, Macmilan Pres Ltd., 1995, p. 98. 
18
  John  Soloman,  Economics,  Second  Edition,  New  York,  Wheatsheat Prentice  Hall, 
1994, p. 551. 


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə