Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə3/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   2   3   4   5   6   7   8   9   ...   64

Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 

laşan  dünyada  satın  alma  gücü  və  faiz  tarazlığı  təsiriylə  beynəlxalq 
iqtisadi  əlaqələrə əks  olunmaqdadır.  Beləcə  daxili  bazarlardakı  taraz-
lığın pozulması xarici bazarlara da əks olunmaqdadır.  
 
Buna görə; ölkə iqtisadiyyatlarında ortaya çıxan inflyasiya, faiz 
həddi  və  valyuta  məzənnələrindəki  dəyişikliklər  daxili  bazar  əlaqələ-
rinə təsir etdiyi kimi, beynəlxalq iqtisadi münasibətlərə də təsir göstər-
məkdədir.  Qısaca,  qloballaşan  günümüz  dünyasında  ölkə  daxili  və 
beynəlxalq tarazlıq baxımından inflyasiya fərqliliyinə bağlı olaraq, faiz 
həddi və valyuta məzənnəsi arasında mütənasibliyin təmini əhəmiyyət 
daşımaqdadır. Bu səbəblə, bu dəyişənlərə təsir edən faktorlar ilə onla-
rın təsirlərinin müəyyənləşdirilməsi lazımdır.  
 
Bu  kitabda Đnflyasiya, Faiz Həddi  və Valyuta Məzənnələrinin 
ortaya  çıxışı,  iqtisadi  təsirləri  və  bir-birlərinə  olan  təsirləri  nəzəri 
olaraq  analiz  edildikdən  sonra,  Azərbaycan  iqtisadiyyatında  bu 
makroiqtisadi  göstəricilərin  inkişaf  tendensiyaları  araşdırılmışdır. 
Kitabın  sonunda  bu  üçlü  dəyişən  arasındakı  korelyasiya  əlaqələri 
müəyyən edilmiş və reqressiya analizi aparılmışdır. Azərbaycan iqti-
sadiyatındakı  makroiqtisadi  göstəricilərin  1996-cı  ildən  etibarən 
istiqrarlı bir dəyişmə  göstərməsi reqressiya analizi üçün  1996-2002-
ci  iləri  əhatə  edən  dövrü  almamıza  səbəb  olmuşdur.  Fəqət,  bu  altı 
illik müddət reqressiya analizi üçün yetərli müddət deyildir. Gələcək 
illərdə  bu  mövzuda  daha  tutarlı  araşdırmalar  aparılacaqdır.  Ancaq, 
aparılan bu analiz mövcud şəraitdəki imkanlarla əldə edilən bir nəticə 
olaraq dəyərləndirilə bilər.  
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 

 
 


 
 
 
 
 
 
 
 
 
BĐRĐNCĐ FӘSĐL 
 
ĐNFLYASĐYA, FAĐZ 
HӘDDĐ, VALYUTA 
MӘZӘNNӘSĐ VӘ 
QARŞILIQLI 
TӘSĐRLӘRĐ 
 


Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 

I. ÜMUMĐ OLARAQ ĐNFLYASĐYA, FAĐZ HƏDDĐ VƏ 
VALYUTA MƏZƏNNƏSĐ 
 
1. Đnflyasiya Anlayışı 
 
Đnflyasiya,  qiymətlər  ümumi  səviyyəsindəki  önəmli,  daimi 
artımlar və bunun səbəbi olaraq pulun dəyərindəki mütəmadi düşüş-
lərdir.
1
  Qiymələrdəki  bir  dəfəlik  artım  və  ya  sadəcə  bir  neçə  malın 
qiymətindəki artım inflyasiya olaraq dəyərləndirilə bilməz. Məsələn, 
futbol  biletlərindəki  artım  tək  başına  inflyasiya  deyildir.  Nisbi 
qiymətlərdə  dəyişimə  ola  bilər.  Bir  malın  qiyməti  düşərkən  digəri 
yüksələ bilər. Đnflyasiyanın olması üçün qiymətlərin ümumi və daimi 
olaraq yüksəlməsi vacibdir.
2
  
 
Đnflyasiyanın  nə  qədər  olduğunu  ölçmək  üçün  qiymətlərin 
ümumi  səviyyəsindəki  illik  faiz  dəyişməsini  hesablamaq  lazımdır. 
Məsələn  bu  ilki  qiymətlərin  ümumi  səviyyəsi  126  ikən  keçən  ilki 
qiymətlərin ümumi səviyyəsi 120 isə; 
Đnflyasiya həddi= (126–120) x 100 / 120 = 5 
illik inflyasiya həddi 5 % olur. Bu bərabərlik bizə inflyasiya həddi ilə 
qiymətlər  arasındakı  əlaqəni  göstərməkdədir.  Bu  halda  keçən  ilin 
qiymətlərinə  görə  bu  il  qiymətlər  nə  qədər  yüksək  olarsa  inflyasiya 
həddi bir o qədər yüksək və pulun dəyəri də o qədər az olacaqdır.
3
 
 
Đnflyasiyanı  hesablamaq üçün müxtəlif mal və xidmətlərin qiy-
mət  hərəkətlərini  tək  sıra  halında  müəyyənləşdirən  qiymət  indeks-
lərindən  istifadə edilməkdədir. Məsələn, Topdan Əşya Qiymət Đndeksi 
(TƏQĐ), Đstehlak Qiymətləri Đndeksi (TĐQĐ), Qismi ÜDM Deflyatoru və 
s.
4
 Bunlardan ən məşhur olanı Đstehlak Qiymətləri Đndeksi ilə Topdan 
                                                 
1
   Graham Dawson, Inflation and Unemployment, England Edward Elgar Publishing 
Ltd. 1992, p. 10. 
2
   Ralph  T.  Byrns,  Gerald  W.  Stone,  Economics,  Fifth  Edition,  New  York,  Harper 
Collins Publishers Inc. 1992, p. 134. 
3
   Michael  Parkin,  Melanie  Powell,  Kent  Matthews,  Economics,  Third  Edition, 
Edinburg, Eddision Wesley Longman Ltd., 1997, p. 736. 
4
   M.R.  Vane,  J.  L.  Thomson,  An  Introduction  to  Macroeconomics  Policy,  New 
York, Harwester Wheatsheaf Publıshed Inc. 1989, p. 107. 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 

Əşya Qiymət Đndeksidir. Đstehlak Qiymətləri Đndeksi, istehlakçılar tərə-
findən  geniş  ölçüdə  istifadə  olunan  qida,  mənzil,  yanacaq,  geyim, 
transport kimi bəlli sayıdakı mal və xidmət səbətinin qiymətlərindəki 
dəyişikliyi ölçməkdədir. Topdan Əşya Qiymət Đndeksi də yenə seçil-
miş  bəzi  mal  kategorilerinin  topdan  qiymətlərindəki  dəyişikliyi  ölç-
məkdədir.  TƏQĐ  bəzi  xammal  və  yarı  malları  da  əhatə  etdiyindən 
TĐQĐyə görə daha genişdir. TƏQĐ daha çox istehsal məsrəflərinə görə 
müəyyənləşdirilərkən, TĐQĐ daxili tələb tərəfindən müəyyən olunmaq-
dadır.
5
 
 
Đnkişaf etməkdə olan ölkələrdə 3-5 % həddindəki illik qiymət 
artımları inflyasiya olaraq adlandırılmaqdadır. James Tobinin illərcə 
əvvəl  dilə  gətirdiyi  aşağı  həddli  inflyasiyanın  iqtisadiyyat  üçün  ya-
rarlı  olması  fikri  bu  gün  George  A.  Akerlof,  Əilliam  T.  Dickens, 
George  L.  Perry  kimi  bəzi  iqtisadçıların  qələmə  aldığı  məqalələrdə 
yenidən  güncəllik  qazanmışdır.
6
  Qiymət  artışları  müxtəlif  ölkələrdə 
fərqli  olmaqla  yanaşı,  eyni  ölkədə  də  zamanla  çox  sürətli  dəyiş-
məkdədir. Hətta bəzən müharibə kimi fövqəladə hallarda bu artımlar 
1000%-lərin  üstünə  çıxmaqdadır.  Bu  fərqli  hallara  misal  olaraq; 
ABŞ-da 1960-cı illərdə 2.4 % olan illik qiymət artışları 1970, 1980 
və 1990-cı illərdə sırasıyla 6.7%, 5.0 % və 2.8% olmuşdur. 1998-ci 
ildə  illik  inflyasiya  həddi  ABŞ-da  1.0%  ikən  Rusiyada  50  %  idi. 
1923-cü illərin Almaniyasında ortalama aylıq inflyasiya artım həddi 
500 % olmuşdur.
7
 
 
Qiymətlərin ümumi səviyyəsindəki artım həddinə görə inflya-
siya  üç  kateqoriyaya  ayrılmaqdadır:  ♦  qiymətlərin  5%  ilə  10% 
arasındakı cüzi həddlərdə artdığı hala sürünən (creeping) inflyasiya, 
♦  qiymət  artışlarının  iki  rəqəmli  səviyyələrə  çatdığı  inflyasiyaya 
dörd nala (galloping) inflyasiya və ♦ qiymətlərin astronomik olaraq 
artdığı inflyasiyaya da hiperinflyasiya deyilir.
8
  
                                                 
5
   Richard Ruggles, “The Nature of Price Flexibility and the Determinants of Relative 
Price  Changes  in  the  Economy”  Pricing  Systems,  Indexes,  and  Price  Behavior, 
Northampton, Published by Edward Elgar Publishing Ltd. 1999, pp. 349-351. 
6
   Rudiger  Dornbusch,  Stanley  Fisher,  Richard  Startz,  Macroeconomics,  Seventh 
Edition, New York, Irwing McGraw-Hill, 1998, p. 150. 
7
   N. Gregory Mankiw, Macroeconomics, Forth Edition, New York, Worth Publishers, 
2000, p. 154. 
8
   Ralph T. Byrns, Gerald W. Stone, a.g.e., p. 140. 


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə