Microsoft Word cobanli elshad docx



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix22.05.2018
ölçüsü0,86 Mb.
#45397
1   ...   22   23   24   25   26   27   28   29   30

 

 

78 



 

qapaqları  olan  rezervuarlardan  və  neft  məhsullarının  buxarlarının  örtürülməsi  üçün 

ş

lanqlardan, tutumların daxilindəki təzyiqi tənzimləyən qaztənzimləyici sistemlərdən 



və  s.  istifadə  olunur.  Sızma  nəticəsində  olan  itkilərin  baş  verməməsi  üçün  neft 

məhsullarının  daşınması,  qəbulu,  verilməsi  və  saxlanmasına  ciddi  nəzarət  müəyyən 

edilir. Bu zaman bütün əsas yükləmə-boşaltma və daşınma əməliyyatlarında müəyyən 

olunmuş itki normalarının aşılmasına yol verilmir. 

tkilərin azaldılmasına neft məhsullarının sisternlərdən, rezervuar və çənlərdən 

təmamilə boşaldılması da təsir göstərir, belə ki, yağların yüksək özlülüyü səbəbindən 

tutumlarda məhsulun nəzərə çarpacaq miqdarı qalır. Neft məhsullarının itkisi onların 

tutumların  altından  boşaldılması,  mükəmməl  doldurma  avadanlığının  istifadə 

olunması  və  s.  hesabına  azalır.  Məsələn,  tutmların  əllə  doldurulması  (vedrə  və  ya 

krujka  ilə)  zamanı  neft  məhsullarının  itkisi  10%-ə,  yağ  ötürən  şlanqlı  və  kranlı 

nasosdozator  istifadə  edildikdə  isə  0,5-0,7%-ə  çatır.  Plastik  sürtkülərin  itkisini 

azaltmaq  üçün  onları  çəllək  və  barabanlarda  deyil,  birdəfəlik  istifadə  üçün  nəzərdə 

tutulmuş  kiçik  bükülü  şəklində  daşımaq  məqsədəuyğundur.  Daşınma  və  saxlanma 

proseslərində  neft  məhsullarının  çirklənmə  və  nəm  çəkmə  səbəbindən  keyfiyyətinin 

pisləşməsi onların sərfinin xüsusi çəkisini artırır ki, bu da yolverilməzdir. 

stismar  prosesində  neft  məhsullarının  mühərriklərin  karterlərinin  və  qapaq-

larının  ara  qatlarında  (prokladkalarında),  salniklərdə,  şlanq  birləşmələrində,  ötürücü 

borularda və digər sistemlərdə itkilərini azaltmaq üçün dayaqların bərkidilməsi, sıx-

laşdırıcı  ara  qatların,  halqalrın  və  s.  əvəz  olunması  həyata  keçirilir.  Neft  məhsul-

larının itkisinin azaldılmasının effektiv üsullarından biri müəyyən edilmiş müddətdə 

işlənmiş sürtkü materiallarının toplanması və regenerasiyasıdır (keyfiyətinin bərpası). 

Onların  təkrar  xammal  kimi  istifadəsi  həm  ölkənin  istilik-energetika  resurslarının 

artırılmasına  imkan  yaradır,  həm  də  ətraf  mühitin  çirklənmsəinin  qarşısını  alır. 

ş

lənmiş yağların keyfiyyətini təyin edərkən əsas qiymətləndirilmə (saf-çürük edilmə) 



göstəricisi  kimi  onların  özlülüyü,  qələvi  ədədi,  həll  olunmayan  çirklınmə  məhsul-

larının və suyun miqdarı və s. götürülür (cədvəl 3.6).  

 

 



 

 

79 



 

Cədvəl 3.6 

ş

lənmiş motor yağlarının qiymətləndirilmə (saf-çürük edilmə) göstəriciləri 

Göstəricilər  

Karbürator mühərrikləri üçün 

Dizel mühərrikləri üçün 

Özlülüyün dəyişməsi, %-lə 

artması 


azalması  

 

25,0 



20,0 

 

35,0 



20,0 

Benzində həll olmayan 

qarışıqların miqdarı, %-lə 

1,0-a qədər 

3,0-a qədər 

Qələvi ədədi, mq/q 

0,5-2,0-a qədər 

1,0-3,0-a qədər 

Alışma temperaturunun 

azalması, ºS 

20,0-a qədər 

20,0-a qədər 

Suyun miqdarı, %-lə 

0,5-a qədər 

0,3-ə qədər 

Yanacağın miqdarı, % 

0,8-ə qədər 

0,8-ə qədər 



 

“ şlənmiş  neft  məhsulları.  Ümumi  texniki  şərtlər”  QOST-a  əsasən  bütün 

işlənmiş neft məhsulları üç qrupa bölünür: işlənmiş motor yağları (MMO), işlənmiş 

sənaye  yağları  (M O)  və  işlənmiş  neft  məhsullarının  qarşığı  (SNO).  Yağların 

regenerasiyası  qismən  və  tam  (bütün  xassələr  bərpa  olunur)  ola  bilər.  Tam 

regenerasiya neft sənayesinin ixtisaslaşmış müəssisələrində həyata keçirilir.  şlənmiş 

yağların  aşağıdakı  regenerasiyası  üsulları  vardır:  fiziki,  fiziki-kimyəvi,  kimyəvi  və 

kombinə  olunmuş.  Ən  geniş  yayılmış  və  daha  əlçatan  fiziki  üsul  işlənmiş  yağların 

çökdürülməsi və mexaniki qatışıqlardan və sudan filtrasiyasıdır. 

Fiziki-kimyəvi  üsullar  koaqulyasiya  (pıxtalaşma)  və  adsorbsiya  proseslərinə 

ə

saslanır.  Koaqulyasiya  zamanı  molekulyar  qüvvələrin  təsiri  altında  hissəciklərin 



genişləndirilməsi  nəticəsində  oksidləşmə  məhsulları,  qatranlı  və  asfalt  maddələri 

kənarlaşdırılır,  adsorbsiya  zamanı  isə  adsorbentin  səthində  turşu  birləşmələrinin, 

asfalt  və  qatranlı  maddələrin  və  yağın  köhnəlməsinin  digər  məhsullarının  böyük 

hissəsi cəmlənir. 

Regenerasiyanın əsas kimyəvi üsulu kükürd turşusu və qələvi ilə təmizləmədir. 

Regenerasiyanın  kombinə  edilmiş  üsulu  yağların  təmizləməsində  daha  böyük 

effektə  nail  olmaq  üçün  tətbiq  olunur  və  regenerasiyanın  müxtəlif  üsullarının 

birləşdirilməsinə nəzərdə tutur. Regenerasiya nəticsində əsas yağların 75-85%-i qədər 

çıxış  əldə  olunur  ki,  bu  da  mövcud  yağlara  əlavə  kimi  və  əmtəə  yağlarının  yeni 

növlərinin alınması üçün istifadə olunur. 

 



 

 

80 



 

3.3. Respublikada istehsal olunan texniki mayelərin keyfiyyətinin 

ekspertizası 

 

Yanacaq və sürtkü materialları ilə yanaşı maşın və avadanlıqların istismarında 



müxtəlif  texniki  mayelər  geniş  tətbiq  olunur:  hidravlik  sistemlərdə  və  amortiza-

torlarda  (zərbəni  azaldan  qurğu) tətbiq  olunan  hidravlik  mayelər;  mühərrikləri,  dəz-

gahların və digər avadanlıqların soyutma sistemlərinə doldurulan soyuducu mayelər; 

ə

yləc qurğularının hidroötürücülərində tərbiq olunan əyləc (tormoz) mayeləri. 



Hidravlik  mayelər  (yağlar)  praktiki  olaraq  sıxılmırlar  və  işci  cisim  rolunu 

yerinə  yetirirlər.  Eyni  zamanda  onlar  maşınların  bir-birinə  qoşulu  detallarını 

korroziya  və  aşınmadan  qoruyur,  artıq  istiliyi  kənarlaşdırır,  detalları  çirkənmədən 

təmizləyir,  amortizator  kimi  istifadə  olunurlar.  Hidravlik  mayelərə  yüksək  istismar 

tələbləri qoyulur: aşağı bərkimə temperaturu (ətraf mühitə nisbətən 15-20 oS aşağı), 

böyük  temperaturun  (-40  °S  –dən  +  100°S-yə  kimi)  və  təzyiqin  (10  MPa-dan  40 

MPa-ya kimi) dəyişikliklərinə davam gətirmək qabiliyyəti və s. Hidravlik mayeləri az 

özlülüklü neft distillatlarına özlülüklü, korroziyaya, aşınmaya və oksidləşməyə qarşı 

aşqarlar  əlavə  etməklə  alırlar.  Texnikada  daha  geniş  yayılmış  az  özlüklü  hidravlik 

yağlar olan MQE-10A, bütün mövsümlərdə istifadə olunan hidravlik VMQZ yağı AU 

cəhrə yağı, MQ-30 hidravlik yağı və bir sıra motor yağları qrupuna göstərmək olar. 

Soyuducu  mayelər  mühərrikdə  yanacağın yanması  zamanı  və  ayrı  ayrı  mexa-

nizmlərdə baş  verən sürtünmə  nəticəsində  ayrılan  izafi  (artıq)  istiliyin kənarlaşdırıl-

ması  üçün  nəzərdə  tutulmuşdur.  Bu  cür  mayelər  yüksək  istilik  tutmuna  və  istilik 

keçiriciliyinə, yüksək qaynama temperaturuna və aşağı bərkimə temperaturuna malik 

olmalı, ucuz və insan üçün zərərsiz olmalı, çöküntü (ərp) əmələ gətirməməlidir. Ən 

geniş yayılmış soyuducu maye yüksək istilik tutumuna və istilik küçiriciliyinə malik, 

olan,  az  özlülüklü  sudur.  Lakin  su  bir  soyuducu  maye  kimi  bir  sıra  çatışmazlıqlara 

malikdir:  qaynama  temperaturu  aşağıdır,  donarkən  həcmi  genişlənir  və  tərkibində 

müxtəlif  duzlar  olması  səbəbindən  ərp  əmələ  gətirir.  Həll  olmuş  duzların  miqdarı 

suyun  sərtliyi  ilə  müəyyən  olunur.  Ərpin  əmələ  gəlməsini  azaltmaq  üçün  sərt  suyu 

trinatriumfosfatla və kalsiumlaşdırılmış soda ilə emal edir, ayrı-ayrı hallarda yumşaq 




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə