10
və hazırcavablığa, yeddinci
fəsli şairlərin həyat və
yaradıcılığına həsr edilmişdir. Sonuncu, səkkizinci fəsli
heyvanların dilindən danışılan hekayət və rəvayətlərə aiddir.
«Baharistan» dünyanın bir çox dillərinə tərcümə edilmiş
və Caminin şöhrətini daha da artırmışdır. 1846-cı ildə Vyanada
alman dilində tərcüməsi farsca orijinalı ilə birlikdə ixtisarla
nəşr edilmişdir. İki dəfə ingilis dilinə tərcümə olunmuşdur:
birinci dəfə 1887-ci ildə (Beneras), ikinci dəfə 1899-cu ildə
(Bombey). Bunlardan birincisi, məşhur fransız şərqşünası Anri
Masenin fikrinə görə, çox səthi tərcümə edilmiş və orijinalın
ruhunu özündə saxlaya bilməmişdir. 1925-ci ildə Anri Mase
«Baharistan»ı fransız dilinə bütünlüklə tərcümə etmiş, mənanın
dəqiqliyini saxlamaq xatirinə orijinalda şerlə olan yerləri də
nəsrlə vermişdir. İlk dəfə olaraq «Baharistan»ın on dörd
hekayəsi 1935-ci ildə K.Çaykin tərəfindən ruscaya tərcümə
edilmiş və ayrıca kitabça şəklində orijinalı ilə birlikdə çap
edilmişdir. Burada şerin şer, nəsrin nəsrlə tərcümə edilməsinə
baxmayaraq, K.Çaykinin etirafına görə, metrikaya, yəni vəzn
və bəhrə riayət edilməmişdir.
«Baharistan» ilk dəfədir ki, Azərbaycan dilində nəşr edi-
lir. Biz fikrin dürüstlüyünə, tərcümənin orijinala yaxın ol-
masına səy göstərmiş, imkan daxilində səc, qafiyə və sözlərin
ahəngdarlığının və beləliklə, əsərin məna sərrastlığı və uslub
dəqiqliyinin saxlanmasına çalışmışıq. Bundan əlavə, bizim
tərcüməmizdə bir çox ixtisarlar edilmiş və bunları göstərmək
üçün üç nöqtə (...) qoyulmuşdur. Yeddinci fəsli isə tamamilə
buraxılmış və bunun səbəbi kitabda göstərilmişdir.
Altı və səkkizinci rövzələrdəki şerlərin tərcüməsi M.Sol-
tanındır.
«Baharistan»da ixtisar olunan yerlər əsasən əxlaqi
cəhətdən namünasib və ya məzmunca təkrar edilən hekayə,
qitə, rübai və lətifələrə aiddir. Xatırlatmaq lazımdır ki, Cami
XV əsrdə yaşamış, nəqşbəndilər təriqətinin başçılarından biri
olmuşdur. Bütün mütərəqqi fikirlərinə baxmayaraq, onun
11
yaradıcılığında dövrünün məhdudiyyəti ilə əlaqədar olan
kölgəli cəhətlər, müasir tələblərə cavab verməyən hekayə və
rəvayətlər vardır. Lakin bunların heç biri Cami yaradıcılığının
mahiyyətini təşkil etmir. Cami yaradıcılığında bizim üçün
faydalı olan cəhət onun əsərlərindəki humanizm, ədaləti və
düzlüyü tərənnüm etmək motivləridir. Belə parçalar
«Baharistan»da çoxdur.
Dünya xalqları Caminin anadan olmasının 550 illik
yubileyini təntənə ilə qarşılamağa hazırlaşır. Biz də bu
münasibətlə Azərbaycan dilinə tərcümə olunan «Baharistan»
əsərini böyük tacik şairi, alim və musiqişünası Ə. Caminin yu-
bileyinə hədiyyə olaraq oxucularımıza təqdim edirik.
12
DİBAÇƏ
...İndiki ürəkaçan bir vaxtda, ürəyimin parçası oğlum
Ziyaəddin Yusif ərəb dilini yenicə öyrənməyə, ədəb elmini
təzəcə dərk etməyə başladığı bir çağda onu xatırlatmaq
istəyirəm ki, yeniyetmələr və zəhmətə alışmamış uşaqlar
ürəklərinə yatmayan, ağıllarına batmayan sözlər eşitdikdə
qəlblərinə bir dəhşət, beyinlərinə bir vəhşət çökür.
Onun başını qarışdırmaq, könlünü şənləndirib tədrisə
alışdırmaq üçün mən, bəzən, məşhur şeyx, böyük ustad
Müsləhəddin Sədi Şirazinin ən qiymətli və nəfis
təbərrüklərindən (hesab edilən) «Gülüstan»dan bir neçə sətir
oxuyardım.
Məsnəvi
Elə bir «Gülüstan» ki behişttək ürək açır,
Torpağı gül qoxuyur, yarpağı ətir saçır.
Babları da behiştin qapıları qədərdir
1
,
Şirin hekayələri sanki abi-kövsərdir.
Mənaları gizlənmiş, bürünərək pərdəyə,
Hurilər qibtə edir, ona «afərin!» deyə.
Şerinin sərv ağacı buludlara dayanmış,
Lütfünün şəbnəmindən böyük çaylar yaranmış.
Bu zaman birdən fikrimə gəldi ki, mən də onun qiymətli
fikirləri və lətif şerlərinə oxşar bu səpgidə bir neçə sətir, bu
üslubda bir neçə varaq yazım ki, hazırlar üçün bir dastan,
qaiblər üçün bir ərməğan olsun.
Fikrimə necə gəlmişdisə, elə də yerinə yetirildi.
1
Баблары да бещиштин гапылары гядярдир – Китабын
сяккиз фясилдян ибарят олдуьуна ишаря едилир. Дини
китабларын дедийиня эюря, бещиштин дя сяккиз гапысы
вардыр.
13
14
Q i t ə
!
Əgər Sədi yaratmış məndən əvvəl «Gülüstan»,
Səd ibni Zəngi
1
üçün vurmuş ona hər rəngi.
Mənsə «Baharistan»ı o şah üçün yazmışam,
Qul olmağa layiqdir ona Səd ibni Zəngi
2
.
Q i t ə
Gəlin tamaşaya «Baharistan»ı,
Siz orada «Gülüstan»lar görərsiz.
Gülüstanın hərəsinin lütfündən,
Çiçək yığar, sünbül, reyhan dərərsiz.
Bu «Baharistan» səkkiz rövzəyə
3
(fəslə), hər rəvzə isə
müxtəlif rəngli və müxtəlif ətirli ayəyə (bölməyə) ayrılmışdır;
nə xəzanın pozucu yeli onun rəngini soldura bilər, nə zamanın
dağıdıcı əli onun ətrini öldürə bilər...
Tikan, alaq, kol-kos, çör-çöpü olmayan bu bağa tama-
şaya gələnlərdən bircə şey xahiş olunur ki, mübarək
qədəmlərini buraya qoyub, etibarlı nəzərlərini buraya saldıqda,
onu əkib yetişdirməkdə ürəyinin qanını, bəsləyib böyütməkdə
şirin canını əsirgəməyən bağbana dua oxumaqla onu yad, səna
qılmaqla onu şad etsinlər...
1
Сяд ибн Зянэи – Атабяйлярдян олуб, 1195-1226-ъы
иллярдя
Ширазда
Щюкмранлыг
етмишдир.
Сяди
«Эцлцстан» ясяринин яввялиндя ону тярифляйир вя
китабыны онун адына йаздыьыны сюйляйир.
2
Гул олмаьа лайигдир она Сяд ибни Зянэи –
«Бащаристан» теймурилярин ян мяшщур щюкмдарларындан
бири Султан-Щцсейня итщаф едилмишдир. Эюрцнцр, Ъами
бурада Султан-Щцсейни (1469–1506) нязярдя тутур.
3
Рювзя – Бир нечя мянасы вардыр. Бурада «баь»
мянасында ишлянмишдир.
15