32
xəstəliyi və qəm-qüssənin çoxluğu»; Büzurcmehr dedi: «Ölümə
yaxınlaşmaq və yaxşı əməldən uzaqlaşmaq».
Hamı Büzürcmehrin sözü ilə razılaşdı...
HİKMƏT. Bir alimdən soruşdular: «Adam nə vaxt yemə-
yə can atar?» Dedi: «Dövlətli acanda, kasıb tapanda»...
***
HİKMƏT. Bir alim öz oğluna deyirdi: «Səhər ağzına bir
şey qoymamış evdən çıxma, çünki toxluq səbr və təmkin nişa-
nəsi, aclıq əsəbilik və qanıqaralıq əlamətidir».
Q i t ə
Oruc tutmaqla, xacə, gəl olma tündxasiyyət,
Həlimliyin hüsnünü unutmamaq yaxşıdır.
O oruc ki gətirir tündlük, süstlük, nasazlıq,
O orucu tutmaqdan heç tutmamaq yaxşıdır.
***
HİKMƏT. Süfrə sahibi dəstərxanın qırağında oturub özü-
nü onun ortasında görərsə, ciyərin qanını yemək onun çörəyini
yeməkdən, ürəyinin qanını içmək onun qəndabını içməkdən
yaxşıdır.
Q i t ə
Çörək mənim, süfrə mənim deyənin,
Uzaq olun evindən, həyətindən.
Bostandakı tərəvəzin xoş olar
Onun təzə, əmlik quzu ətindən.
***
HİKMƏT. Kimə beş şey verilibsə, yaxşı yaşamağın
cilovu da onun əlindədir:
Birinci – möhkəm sağlamlıq, ikinci – daimi əmin-aman-
lıq, üçüncü – nemət, dördüncü – sədaqətli dost, beşinci – əbədi
33
rahatlıq. Kimi bunlardan məhrum ediblərsə, yaxşı yaşayış
qapılarını da onun üzünə bağlayıblar.
34
Q i t ə
Bütün dünya alimləri bu fikrə olmuş şərik,
Xoş güzəran, bol həyatın yalnız beşcə şərti var:
Əmn-amanlıq, can sağlığı, kafi maaş, bir də ki,
Sədaqətli, səmimi dost, xoşxasiyyət gözəl yar.
***
HİKMƏT. Ölümlə birlikdə zavala uğrayan neməti ağıllı
adamlar nemət hesab etməmişlər. Ömür nə qədər uzun olur
olsun, elə ki, sona çatdı, o uzunluqdan nə fayda?! Nuh
1
Əleyhissəlam min il ömür sürmüşdür və indi də beş min ildir
ki, ölmüşdür.
O nemət qiymətlidir ki, əbədi olsun, zavalın pozucu əli
ona çatmasın.
Q i t ə
Arif üçün nemət odur dünyada,
Ömür boyu şən yaşaya bir insan.
Qızıl-gümüş nemət deyil, sən ölsən,
Fərqlənməz ki, onlar qəbir daşından.
***
HİKMƏT. Büzürcmehrdən soruşdular: «Ən pakizə şah
kimdir?» Dedi: «Odur ki, təmiz adamlar ondan arxayın
olsunlar, xainlər isə ondan qorxsunlar».
B e y t
Şah odur ki, başda ağıl, ürəyində hiss ola,
1
Нущ – Мяшщур яфсаняви Нущ нязярдя тутулур. Дини
китаблар да «Нущун туфаны» бунун ады иля баьлыдыр.
Яфсаняйя эюря йашы беш йцзя чатдыгда туфан баш
вермишдир. Йягин Ъами дя щямин яфсаняйя эюря Нущун
500 ил щюкм сцрдцйцнц йазыр.
35
Yaxşılarla yaxşı ola, pislər ilə pis ola!
***
36
Hekayət.
İskəndər öz məmurlarından birini böyük və şərəfli bir
işdən götürüb, kiçik və hörmətsiz bir vəzifəyə qoydu. Bir gün
İskəndər o adama rast gəldi və soruşdu: «İşlər necə gedir,
vəzifəndən razısanmı?» Cavab verdi: «Şahın ömrü uzun olsun,
adamı vəzifə böyüdüb şərəfli edə bilməz, bəlkə adamına görə
vəzifə böyük və şərəfli hesab edilər. Deməli, nə vəzifə olur
olsun, orda xoşxasiyyətlilik, ədalət və insaf olmalıdır».
Bu söz İskəndərin xoşuna gəldi, onun əvvəlki vəzifəsini
özünə qaytardı.
Q i t ə
Sənə böyük mənsəb, məqam gərəksə,
Çalış elmə, fəzilətə çatasan.
Heç bir insan mənsəb ilə yüksəlməz,
Mənsəbi yüksəldən insandır, insan.
HİKMƏT. Üç iş üç cür adama yaraşmaz: şahlara xəbislik,
alimlərə varlanmaq üçün hərislik, dövlətlilərə xəsislik.
Q i t ə
Üç şey eybdir üç kəsdə:
Hökmdarda – xəbislik,
Alimdə – tamahkarlıq,
Dövlətlidə – xəsislik.
***
HİKMƏT. Ağıllı adamlar deyiblər ki, dünya ədalətlə
abad, zülmlə bərbad olar. Ədalət sarayı min fərsəng
1
məsafəyə
işıq saçar, zülm evi min fərsəng sahəyə qaranlıq yayar.
1
Фярсянэ – Мясафя ващиди, тягрибян 6 –7 км-я
бярабярдир.
37
38
Q i t ə
Çalış ədalətə ki, sübh tək tülu etsin,
Cahana nur yayılsın onun şüasından.
Ədaləti buraxıb zülmə adət etsən əgər,
Qaranlığa bürünər, dəhr olar qara zindan.
***
Hekayət.
Bir qeyrətli dərviş bir qüdrətli şahla dostluq edir və tez-
tez onun görüşünə gedirdi. Bir gün şahdan özünə qarşı bir
soyuqluq hiss etdi, ha fikirləşdi, tez-tez görüş və çox-çox
söhbətdən başqa bir səbəb tapmadı. Gediş-gəliş ayağını kəsdi,
söz-söhbət büsatını yığdı.
Bir gün şah həmin dərvişə rast gəldi, dayandırıb dedi:
«Ey dərviş! Səbəb nədir ki, bizdən qaçırsan, söhbətə gəlmirsən,
qapı açmırsan?!»
Dərviş dedi: «Səbəbi odur, bilirəm ki, «nə üçün
gəlmirsən» sualı «nə üçün gəlirsən» sorğusundan yaxşıdır».
Q i t ə
Bir dövlətli bir dərvişə dedi ki:
«Bəs çoxdandır neçin bizə gəlmirsən?!»
Cavab verdi: «Belə deməyin xoşdur
Hiddət ilə «neçin gəldin» deməkdən».
39
ÜÇÜNCÜ RÖVZƏ (BAĞ)
HİKMƏT. Şahların varlığı insaf və ədalət üçündür, cəlal
və əzəmət üçün deyildir...
Hekayət.
Tarixdə yazılmışdır ki, dünyanın hakimiyyəti beş min il
mağların və atəşpərəstlərin əlində olmuşdur. Səltənət ona görə
bu xanədanın əlində bu qədər çox qalmışdır ki, onlar rəiyyətə
zülm etməmiş, onlarla ədalətlə rəftar etmişlər...
Q i t ə
Ədalətlə insaf gərəkdir şaha,
Fərq eləməz kafir olsun, ya dindar.
Mömin olan zalim şahdan yaxşıdır
Adil olan dinsiz, kafir hökmdar!
***
HİKMƏT. Padşahın yaxın adamı bilikli həkim
1
olmalı,
zarafatcıl nədim
2
olmamalıdır; çünki birincisindən kamal,
ikincisindən zaval artar.
Q i t ə
Alimlərin hər mənalı sözü gövhər kimidir,
Xoş ona ki, mücrü etmiş sinəsin bu gövhərə
Ariflərin ürəkləri hikmət xəzinəsidir,
Yaxşı saxla, qoyma getsin xəzinə uzaq yerə.
1
Щяким – Классик Шярг ядябиййатында философ,
щикмят сащиби, алим мянасындз ишлядилир.
2
Нядим – Гядимдя, шащ сарайларында хцсуси вязифя
сащибиня дейярдиляр. Нядимляр шащын ян йахын
адамлары
щесаб
едиляр,
онун
мящряманя
сющбятляриндя, ейш-ишрят мяълисляриндя иштирак
едярдиляр.
Dostları ilə paylaş: |