40
HİKMƏT. Padşaha yaxın olanlar yüksək dağlara qalxan,
lakin nəticədə fələyin işi, zamanın gərdişi sayəsində o dağlar-
dan yerə yıxılan adamlara oxşarlar. Əlbəttə, təbiidir ki, daha
yüksəkdə olanların yerə dəyməsi daha ağır, aşağıda olanların
yıxılması daha yüngül nəticə verər.
Q i t ə
Şaha yaxın olanın uca olar eyvanı,
Oraya qalxan insan, yüksəklikdən qıl həzər.
Qorxuram ki, oradan yıxılasan bir zaman.
Bil ki, yüksəkdə olan yerə dəysə, bərk dəyər.
***
HİKMƏT. Padşahların nədimlərinin əli düz və sözü düz
olmalıdır ki, rəiyyətlərin və məmurların vəziyyəti haqqında
şaha doğru məlumat versinlər. Deyirlər ki, Ərdəşir Babəkan
1
hər şeydən xəbərdar şah imiş. Səhər nədimlər gəldikdə deyər-
miş ki, filankəs bu gecə nə yeyib, filan arvad və ya cariyə ilə nə
söhbət edib. Kim nə etmiş idisə, hamısını deyərdi, camaat elə
bilərdi ki, ona vəhy gəlir, göydən məlakələr xəbər gətirir.
Mahmud Səbüktəkin
2
də belə imiş.
Q i t ə
Xəbəri olmasa şahın ordudan,
Onun qəzəbindən qorxarmı qoşun?
Zülm üçün minlərlə bəhanə tapar,
Fisq üçün minlərlə düzəldər oyun.
1
Ярдяшир Бабякан – Сасани сцлалясинин баниси щесаб
едилир. 224/6-ъы иллярдя V Ярдявана гаршы чыхараг
ону мяьлуб етмиш вя Яшканиляр сцлалясиня сон
гоймушдур.
2
Сябцктякин – Гязнявиляр сцлалясинин баниси,
Солтан Мащмудун атасы.
41
***
HİKMƏT. Aristatalis
1
deyir: «Padşahların ən yaxşısı odur
ki, leş ətrafında dolanan quzğuna oxşasın, ətrafında quzğun
dolanan leşə oxşamasın; yəni o öz dövrəsində olanların
halından xəbər tutmalıdır, dövrəsində olanların isə bundan
xəbəri olmamalıdır, nəinki şah özü öz halından bixəbər,
ətrafındakılar isə onun halından xəbərdar... (olsunlar)».
***
Q i t ə
Şahlar gərək qartal kimi yaxşı görsün ətrafı,
Dövrə vurmuş quzğunların hər addımın izləsin.
Lakin gərək leş olmasın, dövrə vurmuş quzğunlar
Onu didib, sonra da ki, dimdiyin təmizləsin.
***
Hekayət.
Nuşirəvan
2
Novruz və ya Mehrcan
3
bayramında məclis
qurmuşdu. Gördü ki, orda iştirak edən qohumlarından biri qızıl
badələrdən birini götürüb qoltuğuna soxdu. Özünü görməməzli-
yə vurub heç nə demədi. Məclis qurtardıqda şərabdar
4
dedi:
1
Аристаталис – Мяшщур йунан алим вя философу
Аристотел нязярдя тутулур. (Ерамыздан яввял 384–
322).
2
Нуширяван – Сасани сцлалясинин ян эюркямли
щюкмдары олмуш, мяздякиляр щярякатыны йатыртдыгдан
сонра «адил» лягябини газанмыш вя бу ад иля дя
тарихдя шющрят тапмышдыр. (531–579).
3
Мещръан – Гядим Иран байрамларындан «Мещряэан»ын
ярябляшмиш формасыдыр. Новруз байрамындан сонра ян
бюйцк байрам щесаб едилярди Байрам пайызда
кечирилярди.
4
Шярабдар – Гядим шащ вя щюкмдарларын ейш-ишрят
мяълисиндя шяраб ишляриня бахан адам, саги,
сагибашы.
42
«Heç kəs çıxmasın, hamını axtaracağam, qızıl badələrdən biri
çatmır».
Nuşirəvan dedi: «Qoy (getsinlər), götürən verməyəcək,
görən də xəbərçilik etməyəcəkdir».
Bir neçə gün keçdikdən sonra həmin adam Nuşirəvanın
yanına gəldi, əynində təzə paltar, ayağında yeni çəkmə var idi.
Nuşirəvan paltarına işarə edərək dedi: «Bu ondandır?» Kişi
çəkmə üzərindən ətəyini çəkib əlavə etdi: «Bu da ondandır».
Nuşirəvan güldü və bildi ki, badəni ehtiyac üzündən
götürmüşdür. Sonra əmr etdi, ona yüz misqal
1
da qızıl verdilər.
1
Мисгал – Аьырлыг чяки ващиди, тягрибян 5 г.
43
Q i t ə
Əgər sənin günahından xəbər tutmuş adil şah,
Boynuna al, aman istə o adil padşahdan,
İnkar etmə, çünki inkar özü başqa günahdır,
Çox vaxt inkar ağır olur o əvvəlki günahdan!
***
Hekayət.
Məmunun
1
bir qulamı var idi. Taharət
2
suyunu
hazırlamaq onun öhdəsində idi. Hər
neçə gündən bir aftafa və
ya sətil itirdi. Bir gün Məmun ona dedi: «Kaş burdan apardığın
aftafa və sətili elə bizə sata idin». Qulam dedi: «Bundan sonra
belə edərəm. İndi bu sətili alın». Dedi: «Neçəyə satırsan?»
Dedi: «İki dinara».
Əmr etdi, ona iki dinar verdilər. Dedi: «Demək, bu sətilin
canı sənin əlindən qurtardı». Deli: «Bəli».
Q i t ə
Öz quluna əsirgəmə pulunu,
Tamah ölsün, gözü doysun hər zaman.
Mal verməklə qoru ondan canını,
Yoxsa sənə qəsd edər tamahından.
***
Hekayət.
1
Мямун – Ябцлаббас Ябдцллащ ибн Щарунярряшид.
Яббаси хялифяляриндян йеддинъисидир. 786/87-ъи
иллярдя анадан олмуш, 833-ъц илдя вяфат етмишдир.
Мямун дюврцндя бир сыра йунан китаблары яряб дилиня
тяръцмя едилмишдир.
2
Тащарят – Бир шейи пак етмяк, су иля юзцнц йумаг,
мурдар шейляри суйа чякмяк вя с.