Microsoft Word az law Police



Yüklə 311,89 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix14.04.2018
ölçüsü311,89 Kb.
#38399
1   2   3   4   5   6   7   8   9   ...   12

II. Hakimin qərarı olmadan polis əməkdaşı mənzilə orada yaşayanların iradəsi ziddinə 

aşağıdakı  əsaslardan  birinin  olduğu  barədə  dəqiq  məlumatı  və  ya  əsaslı  şübhələri  olduğu 

halda qanunvericiliklə müəyyən edilmiş qaydada daxil ola bilər: 

xxvi[26]


 

1)  mənzildə  şəxsiyyət  əleyhinə  ağır  cinayətin  və  ya  xüsusi  təhlükəli  dövləti  cinayətin 

törədilməsi; 

2)  cinayət  törətmiş,  həbsdən  və  ya  cəzaçəkmə  müəssisələrindən  qaçmış  şəxsin  həmin 

mənzildə gizlənməsi; 

xxvii[27]

 

3) cinayət törətmiş şəxsin bilavasitə "isti izlərlə" təqib edilməsi; 



4) mənzildə insan meyitinin olması; 

5)  mənzildə  insan  həyatı  və  ya  sağlamlığı  üçün  real  təhlükənin  olması,  habelə 

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə səbəb ola bilən 

əxlaqsız hərəkətlərin edilməsi. 

III. Məhkəmənin (hakimin) qərarı və ya bu maddənin 1 və 2-ci hissələrində göstərilmiş 

hallardan  və  əsaslardan  hər  hansı  biri  olmadan  mənzil  toxunulmazlığı  hüququnu 

məqsədəuyğunluq,  müvəqqəti  zərurilik  və  ya  digər  mülahizələrlə  məhdudlaşdırmaq 

qadağandır. 

IV. (Çıxarılıb) 

xxviii[28]

 

V.  Bu  maddənin  müddəaları  fiziki  və  ya  hüquqi  şəxslərə  məxsus  qeyri-yaşayış 



binalarına,  tikililərə,  torpaq  sahələrinə  və  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyənləşdirilmiş digər obyektlərinə daxilolma hallarına da şamil edilir. 

VI.  Mənzil  toxunulmazlığı  hüququnun  qanunsuz  məhdudlaşdırılmasına  yol  vermiş 

polis  əməkdaşı  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyənləşdirilmiş 

məsuliyyət daşıyır. 

M a d d ə   2 5 .

 Mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması ilə bağlı 

polis əməkdaşının vəzifələri 

I.  Mənzil  toxunulmazlığı  hüququnun  məhdudlaşdırılması  ilə  bağlı  səlahiyyətlərini 

həyata keçirən polis əməkdaşı: 

1)  Bu  Qanunun  24-cü  maddəsinin  1-ci  və  2-ci hissələrində  göstərilmiş hallar  və  əsaslar 

olmadan mənzilə orada yaşayanların iradəsi ziddinə əsassız daxil olmamalıdır; 

2)  mənzilə  daxil  olmazdan  əvvəl  orada  yaşayan  və  ya  müvəqqəti  qalan  başqa  şəxsə 

mənzilə daxilolmanın əsaslarını bildirməlidir; 

3) mənzilə daxilolma ilə əlaqədar mənzildə yaşayan şəxsə onun hüquqlarını, həmin şəxs 

mənzilə  daxil  olmağa  icazə  vermədikdə  isə  onun  qanuna  zidd  hərəkət  etdiyini  izah 

etməlidir; 

4)  mənzilə  orada  yaşayanların  iradəsi  ziddinə  daxilolma  zamanı  zəruri  müdafiə  və  ya 

son zərurət halları istisna olmaqla, təhlükəsiz üsul və vasitələrdən istifadə etməli, mənzildə 

olan şəxslərin şərəf və ləyaqətinə, həyatı və sağlamlığına, mülkiyyətinə hörmətlə yanaşmalı, 

zərurət olmadan zərər vurulmasına yol verməməlidir; 

5)  mənzilə  orada  yaşayanların  iradəsi  ziddinə  daxilolma  faktını  Azərbaycan 

Respublikasının 

qanunları 

ilə 

müəyyənləşdirilmiş 



qaydada 

təxirəsalınmadan 

protokollaşdırmalı və müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir; 

6) (çıxarılıb) 

xxix[29]

 

7)  mənzilə  daxilolma  ilə  əlaqədar  mənzildə  yaşayanların  şəxsi  və  ailə  həyatının  ona 



məlum olmuş hallarını açıqlamamalıdır. 

xxx[30]


 


II.  Polis  əməkdaşı  mənzil  toxunulmazlığı  hüququnun  məhdudlaşdırılması  ilə  bağlı 

Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  digər  vəzifələri  yerinə 

yetirməlidir. 

xxxi[31]


 

M a d d ə   2 6 .

 Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın 

tətbiqi 


I.  Polis  əməkdaşı  onun  qanuni  tələblərini  icra  etməyən  hər  hansı  şəxsə  qarşı  yalnız 

aşağıdakı hallarda fiziki qüvvə tətbiq edə bilər: 

1) hazırlanan və ya törədilən cinayətin qarşısı alındıqda; 

2) inzibati xətanı və ya cinayət törədən şəxs tutulduqda; 

xxxii[32]

 

3) hər hansı hüquqpozmanın törədilməsində güc işlədildikdə. 



II.  Polis  əməkdaşı  onun  qanuni  tələblərini  icra  etməyən  hər  hansı  şəxsə  qarşı  xüsusi 

vasitələri aşağıdakı hallarda tətbiq edə bilər: 

1)  insan  həyatına  və  sağlamlığına  real  təhlükə  yaradan  basqın  və  ya  digər  zorakılıq 

edildikdə; 

2) qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə; 

3) girov saxlanılan şəxs və ya zəbt olunmuş binalar, tikililər, qurğular, torpaq sahələri və 

nəqliyyat vasitələri azad edildikdə; 

4)  yaşayış  binalarına,  habelə  müəssisələrin,  idarələrin,  təşkilatların  binalarına  qrup 

halında basqın dəf edildikdə; 

5)  müqavimət  göstərən  və  ya  insan  həyatı  və  sağlamlığı,  habelə  mülkiyyət  əleyhinə 

cinayət törədən şəxs yaxalandıqda və ya qaçmağa cəhd göstərdikdə; 

6)  tutulan  şəxs  tərəfindən  silahlı  müqavimət  göstərildikdə  və  ya  göstərəcəyinə  ehtimal 

etməyə kifayət qədər əsas olduqda; 

7)  cinayət  törədilməsində  şübhələndiyinə  görə  tutulmuş,  barəsində  həbs  qəti-imkan 

tədbiri  seçilmiş  və  ya  müəyyən  müddətə  azadlıqdan  məhrum  etmə  yaxud  ömürlük 

azadlıqdan  məhrum  etmə  növündə  cəzaya  məhkum  olunmuş  şəxsin  həbsdən  qaçmasının 

qarşısını  aldıqda,  habelə  bu  şəxsin  qanunsuz  azad  edilməsi  üçün  kənar  şəxslər  tərəfindən 

güc işlədildikdə; 

xxxiii[33]

 

8) ictimai təhlükəli əməl törətmiş şəxsi tutub polisə gətirərkən onun müqavimət göstərə 



biləcəyi və ya qaçma ehtimalı olduqda; 

9) həbs olunanları müşayiət etdikdə; 

10)  şəxsin  təhlükəli  hərəkətləri  ilə  özünə  və  ya  ətrafındakılara  zərər  yetirə  biləcəyi 

ehtimalı olduqda; 

11) ictimai təhlükəli əməl törətmiş şəxs tutularkən onu binadan, nəqliyyat vasitəsindən 

çıxmağa məcbur etdikdə; 

12)  sürücü  öz  hərəkətləri  ilə  insan  həyatına  və  sağlamlığına  real  təhlükə  yaratdıqda, 

nəqliyyat vasitəsini dayandırmaq haqqında polis əməkdaşının aşkar olan dayanma tələbinə 

tabe  olmadıqda  və  onun  saxlanılmasına  başqa  imkan  olmadıqda  (məcburi  dayandırma 

vasitələri). 

III. 2-ci və 12-ci bəndləri istisna olmaqla bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş 

hallarda polis əməkdaşı xidməti itdən də istifadə edə bilər. 

IV.  Polis  əməkdaşı  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş 

qaydada aşağıdakı hallarda odlu silah tətbiq edə bilər: 

1)  bu  maddənin  2-ci  hissəsinin  1-ci,  2-ci,  3-cü  və  4-cü  bəndlərində  nəzərdə  tutulmuş 

hallarda ictimai təhlükəli əməl odlu silah işlədilməklə törədildikdə; 

2) bu maddənin 2-ci hissəsinin 7-ci bəndində nəzərdə tutulmuş hallar olduqda; 



Yüklə 311,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə