Microsoft Word az law Police



Yüklə 311,89 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix14.04.2018
ölçüsü311,89 Kb.
#38399
1   ...   4   5   6   7   8   9   10   11   12

hörmətlə  yanaşmağa,  qanunçuluğa  ciddi  riayət  etməyə,  xidməti  vəzifələrimi  namusla  və 

vicdanla  yerinə  yetirməyə,  intizamlı  olmağa,  ictimai  qaydanı  və  ictimai  təhlükəsizliyi 

mərdliklə qorumağa və lazım gələrsə, həyatımı belə əsirgəməməyə and içirəm".

xxxvi[36]

 

II. Polis əməkdaşının səlahiyyətləri and içdiyi vaxtdan başlanır. 



III. Polis əməkdaşı andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır. 

M a d d ə   3 0 .

 Polis əməkdaşlarının xüsusi rütbələri 

I. 


Polis 

əməkdaşlarına 

Azərbaycan 

Respublikasının 

qanunvericiliyi 

ilə 


müəyyənləşdirilmiş xüsusi rütbələr verilir. 

II.  Polis  əməkdaşlarının  xüsusi  rütbələrinin  müəyyənləşdirilməsi,  verilməsi  əsasları  və 

qaydaları  ilə  bağlı  məsələlər  Azərbaycan  Respublikasının  daxili  işlər  orqanlarında  xidmət 

keçmə haqqında Əsasnaməyə uyğun həll edilir. 

xxxvii[37]

 

M a d d ə   3 1 .



 Polis əməkdaşının həvəsləndirilməsi 

I.  Polis  əməkdaşı  vəzifələrinin  nümunəvi  yerinə  yetirilməsinə  və  xidmətdə  əldə  edilən 

yüksək nəticələrə görə həvəsləndirilə bilər. 

II. Polis əməkdaşlarına aşağıdakı həvəsləndirmə növləri tətbiq edilir: 

1) təşəkkür; 

2) pul mükafatı; 

3) qiymətli hədiyyə ilə mükafatlandırma; 

4) fəxri fərman ilə təltif edilmə; 

5) fəxri döş nişanı ilə təltif edilmə; 

6) şəxsi silahla mükafatlandırma; 

7) vaxtından əvvəl növbəti xüsusi rütbə verilmə; 

8) xüsusi rütbənin vəzifə ştatında nəzərdə tutulduğundan bir pillə yuxarı verilməsi. 

III.  Həvəsləndirmə  tədbiri  kimi,  əvvəllər  verilmiş  intizam  tənbehinin  vaxtından  əvvəl 

çıxarılması tətbiq oluna bilər. 

IV.  Polisin  təhsil  müəssisələrində  bu  maddədə  göstərilən  həvəsləndirmə  növlərindən 

başqa  təqaüdün  miqdarının  artırılması  və  müdavimlərin  təhsil  müəssisəsinin  yerləşdiyi 

ərazidən növbədənkənar buraxılması kimi həvəsləndirmələr də tətbiq edilə bilər. 

V.  Polis  əməkdaşları  Azərbaycan  Respublikasının  Dövlət  mükafatları  ilə  təltif 

olunmasına təqdim edilə bilərlər. 

M a d d ə   3 2 .

 Polisdə xidmətlə bir araya sığmayan fəaliyyət 

I. Polis əməkdaşı heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və 

yaradıcılıq  fəaliyyətindən  başqa  heç  bir  sahibkarlıq,  kommersiya  və  digər  ödənişli 

fəaliyyətlə  məşğul  ola  bilməzlər,  əmək  haqqından,  habelə  elmi,  pedaqoji  və  yaradıcılıq 

fəaliyyətinə görə aldıqları vəsaitdən başqa məvacib ala bilməz. 

II.  Polis  əməkdaşı  siyasi  fəaliyyətlə  məşğul  ola  bilməz  və  siyasi  partiyanın  üzvü  ola 

bilməz. 

M a d d ə   3 3 .

 Polis əməkdaşının məsuliyyəti 

I. Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: 

1) xidmət apararkən hüquqa zidd hərəkət etdikdə; 

2) xidmət və icra intizamını pozduqda; 

3) polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə. 



4) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci 

maddəsində  müəyyən  edilmiş  tələblərə  əməl  etmədikdə  və  ya  həmin  Qanunun  9-cu 

maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti 

yaratmadıqda). 

xxxviii[38]

 

II. Polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 



1) məzəmmət; 

2) töhmət; 

3) şiddətli töhmət; 

4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 

5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 

6) xüsusi rütbənin bir pillə aşağı salınması; 

7) xidmətdən xaric edilmə. 

xxxix[39]

 

III.  Polis  təhsil  müəssisələrində  bu  maddənin  2-ci  hissəsində  göstərilən  intizam  tənbeh 



növlərindən  başqa  növbədənkənar  xidmət  naryadını  təyin  etmə  və  polis  təhsil 

müəssisəsindən xaric etmə tənbeh növləri tətbiq edilə bilər. 

IV.  Polis  əməkdaşının  intizam  məsuliyyətinə  cəlb  edilməsi  qaydası  Azərbaycan 

Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilmiş  əsasnamə  ilə 

tənzimlənir. 

V.  Polis  əməkdaşı  hüquqa  zidd  hərəkətlərinə  görə  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır. 

M a d d ə   3 4 .

 Polis əməkdaşının xidmətdən xaric edilməsi 

I. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 

1) öz arzusu ilə polisdə xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə; 

2) and içməkdən imtina etdikdə;  

3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi 

xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; 

4) polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; 

5) xidmətdə olmanın son yaş həddinə çatdıqda; 

6)  səhhətinə  görə,  o  cümlədən  uzunmüddətli  (dörd  aydan  artıq)  xəstəliyi  ilə  əlaqədar 

vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi həkim komissiyasının rəyi 

olduqda; 

7)  polisdə  xidmətə  tam  yararsız  olması  barəsində  attestasiya  komissiyasının  rəyi 

olduqda; 

8) 


başqa 

dövlətin 

vətəndaşlığını 

qəbul 


etdikdə, 

Azərbaycan 

Respublikası 

vətəndaşlığından çıxdıqda və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; 

9) polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə; 

10)  intizam  məsuliyyətinə  cəlb  edildikdən  sonra  xidmət  və  icra  intizamını  il  ərzində 

yenidən kobudcasına pozduqda; 

11) ştatlar ixtisar edildikdə; 

12)  fəaliyyət  qabiliyyətsizliyi  və  məhdud  fəaliyyət  qabiliyyəti  məhkəmə  qaydasında 

müəyyənləşdirildikdə; 

13) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. 

xl[40]


 

II.  Polis  əməkdaşı  xidmətdən  xaric  edilməsi  barədə  tabeliyi  üzrə  yuxarı  orqana  və  ya 

məhkəməyə müraciət edə bilər. 

III.  Polis  əməkdaşının  xidmətdən  xaric  edilməsi  qaydası  Azərbaycan  Respublikasının 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. 



Yüklə 311,89 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə