Microsoft Word az law Police



Yüklə 311,89 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix14.04.2018
ölçüsü311,89 Kb.
#38399
1   2   3   4   5   6   7   8   9   ...   12

IV.  Hər  hansı  şəxsin  hüquq  və  azadlıqları  məhdudlaşdırıldıqda  polis  əməkdaşı 

məhdudlaşdırmanın əsaslarını və səbəblərini, habelə bununla əlaqədar həmin şəxsin hüquq 

və vəzifələrini ona izah etməlidir. 

V. Polis tutulan və ya həbsə alınan şəxsin hüquqlarının həyata keçirilməsini təmin edir. 

VI.  Şəxsin  hüquqları,  azadlıqları  və  qanuni  mənafeləri  polis  əməkdaşları  tərəfindən 

pozulduqda  polis  orqanı  həmin  şəxsin  pozulmuş  hüquqlarının,  azadlıqlarının  və  qanuni 

mənafelərinin  bərpa  olunması  üçün  zəruri  tədbirlər  görməyə,  vurulan  ziyanı  ödəməyə 

borcludur. 

VII.  Polis  əməkdaşlarının  qanuna  zidd  hərəkətləri  nəticəsində  vurulmuş  ziyan 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada ödənilir. 

M a d d ə   6 .

 Polisin fəaliyyətində aşkarlıq 

I.  Polis  öz  fəaliyyəti  haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyənləşdirilmiş qaydada dövlət orqanlarına və əhaliyə məlumat verir. 

II.  Polisə  dövlət,  ailə,  peşə  və  kommersiya  sirrini,  prokurorun,  müstəntiqin  və  ya 

məhkəmənin  müvafiq  icazəsi  olmadan  ibtidai  və  məhkəmə  istintaq  materiallarını,  habelə 

insanların  şəxsi  həyatına,  fiziki  və  hüquqi  şəxslərin  qanuni  mənafelərinə  toxunan,  onların 

ləyaqətini alçalda bilən məlumatları açıqlamaq qadağandır. 

vi[6]

 

III.  Fiziki  və  hüquqi  şəxslər  haqqında  polisin  yaydığı  məlumatların  həqiqətə  uyğun 



olmadığı  müəyyənləşdirildikdə  polis  bir  ay  müddətində  həmin  məlumatları  onların 

yayıldığı formada təkzib etməlidir. 

M a d d ə   7 .

 Polisin qanuni tələblərinin icrasının məcburiliyi 

I. Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət 

hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. 

II.  Azərbaycan  Respublikasının  ərazisində  olan  bütün  hüquqi  və  fiziki  şəxslər  polis 

əməkdaşının qanuni tələblərini icra etməlidirlər. 

III.  Polis  əməkdaşının  qanuni  tələblərinə  tabe  olmamaq,  ona  müqavimət  göstərmək  və 

zor  işlətmək  və  ya  onu  təhqir  etmək  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyən edilmiş məsuliyyətə səbəb olur. 

M a d d ə   8 .

 Polisin fəaliyyətinə müdaxilənin yolverilməzliyi 

Qanunla  səlahiyyət  verilmiş  şəxslərdən  başqa,  hər  hansı  şəxsin  istənilən  səbəbdən 

polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir 

və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur. 

M a d d ə   9 .

 Polisin tərkib hissələri və tabeliyi 

Polis  xidmətlərinin  yaradılması,  yenidən  qurulması  və  ləğvi,  polisin  fəaliyyətinə 

rəhbərlik,  polis  orqanlarında  vəzifəyə  təyin  və  vəzifədən  azad  etmə  Azərbaycan 

Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyənləşdirdiyi  qaydada  həyata 

keçirilir. 

M a d d ə   1 0 .

 Polisin vəzifələrinin yerinə yetirilməsində dövlət orqanlarının, yerli 

özünüidarəetmə orqanlarının və ayrı-ayrı şəxslərin iştirakı 

vii[7]


 

I.  Dövlət  hakimiyyəti  orqanları  və  yerli  özünüidarətmə  orqanları  polisə  öz  vəzifələrini 

yerinə yetirməkdə kömək göstərməlidirlər. 



II.  Hər  bir  şəxs  polisə  öz  vəzifələrini  yerinə  yetirməkdə  kömək  göstərə  bilər.  Polis, 

üzərinə  düşən  vəzifələri  yerinə  yetirmək  üçün,  heç  kəsi  əməkdaşlığa  məcburi  cəlb  edə 

bilməz. 

III. Hazırlanan, törədilən və ya törədilmiş cinayət barəsində xəbəri olan hər bir şəxs bu 

barədə  polisə  məlumat  verməlidir.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyənləşdirilmiş  hallarda  bu  məlumatların  verilməməsi  cinayət  məsuliyyətinə  səbəb 

olur. 

IV.  Polis  əməkdaşı  olmayan  dövlət  hakimiyyəti  orqanlarının  əməkdaşları  Azərbaycan 



Respublikasının  qanunvericiliyi  ilə  müəyyənləşdirilmiş  qaydada  ictimai  asayişin  və 

təhlükəsizliyin  təmin  olunması  işinə  cəlb edildikdə  bu  sahədə  polisin  vəzifələri  onların  da 

üzərinə qoyulur. Belə olduğu halda polis əməkdaşları üçün nəzərdə tutulan hüquqi, maddi 

və sosial təminatlar onlara da şamil edilir. 

V.  Yaşayış  yeri  üzrə  ictimai  asayişin  və  ictimai  təhlükəsizliyin  təmin  edilməsi  ilə  bağlı 

yaranan  sosial  problemlərin  birgə  həlli  üçün  ayrı-ayrı  şəxslər  könüllülük  əsasında  polis 

orqanları  tərəfindən  ictimai  asayişin  və  təhlükəsizliyin  təmin  olunması  işinə  cəlb  edilə 

bilərlər.  İctimai  asayişin  və  təhlükəsizliyin  təmin  olunmasında  könüllü  olaraq  iştirak  edən 

şəxslərin  fəaliyyətinin  əlaqələndirilməsi  üçün  yerli  polis  orqanlarının  yanında  ictimai 

şuralar yaradıla bilər.  

İctimai  asayişin  və  təhlükəsizliyin  təmin  olunması  üzrə  könüllü  ictimai  fəaliyyət 

aşağıdakı istiqamətlərdə həyata keçirilir:  

1)  hüquqazidd  və  cəmiyyətə  qarşı  hörmətsiz  davranışın  qarşısının  alınması  məqsədilə 

maarifləndirmə və təbliğat işinin aparılması;  

2)  narkomaniyanın  və  alkoqolizmin,  həmçinin  yetkinlik  yaşına  çatmayanların 

baxımsızlığının və hüquq pozuntularının profilaktikası;  

3) cinayətlərin və digər hüquqpozmaların qarşısının alınmasını və araşdırılmasını təmin 

etmək məqsədilə zəruri məlumatların polis orqanlarına verilməsi.  

Cinayət  törətdiyinə  görə  əvvəllər  məhkum  olunmuş,  psixi  xəstəliklə,  narkomanlıqla, 

alkoqolizmlə  bağlı  müalicə-profilaktika  müəssisələrində  qeydiyyatda  olan,  fəaliyyət 

qabiliyyətsizliyi  və  ya  məhdud  fəaliyyət  qabiliyyətliliyi  məhkəmənin  qanuni  qüvvəyə 

minmiş  qərarı  ilə  təsdiq  edilmiş  şəxslər  ictimai  asayişin  və  təhlükəsizliyin  təmin  olunması 

üzrə könüllü ictimai fəaliyyətə cəlb edilə bilməzlər. 

M a d d ə   1 1 .

 Polisin beynəlxalq əlaqələri 

Azərbaycan  Respublikasının  polis  orqanlarının  xarici  ölkələrin  polis  orqanları  və 

beynəlxalq  polis  təşkilatları  ilə  əməkdaşlığı  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq  müqavilələr,  xarici  ölkələrin  polis  orqanları  ilə  Azərbaycan  Respublikasının 

müvafiq 

icra 


hakimiyyəti 

orqanın 


bağladığı 

müqavilələr, 

habelə 

Azərbaycan 



Respublikasının üzv olduğu beynəlxalq polis təşkilatlarının nizamnamələri və əsasnamələri 

ilə tənzimlənir. 

M a d d ə   1 2 .

 Polisin fəaliyyətinə nəzarət 

I.Bu  qanunun  müddəalarının  icrasına  idarədaxili  və  idarədənkənar  nəzarət  həyata 

keçirilir. 

II.  Polisin  fəaliyyətinə  idarədaxili  nəzarəti  Azərbaycan  Respublikasının  qanunvericiliyi 

ilə  müəyyənləşdirilmiş  səlahiyyətlər  çərçivəsində  müvafiq  icra  hakimiyyəti  orqanı, 

idarədənkənar  nəzarəti  isə  müvafiq  icra  hakimiyyəti  həyata  keçirir.  Polis  orqanlarında 



Yüklə 311,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə