Microsoft Word az law Police



Yüklə 311,89 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix14.04.2018
ölçüsü311,89 Kb.
#38399
1   2   3   4   5   6   7   8   9   ...   12

qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində məhkəmələr 

və prokurorluq orqanları həyata keçirir. 

I I   f ə s i l

 

POLİS ƏMƏKDAŞININ SƏLAHİYYƏTLƏRİ



 

M a d d ə   1 3 .

 Polis əməkdaşının ümumi vəzifələri 

I.Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır: 

1)  Hazırlanan  cinayət  və  ya  digər  hüquqpozmaların  qarşısının  alınması  üçün 

təxirəsalınmaz tədbirlər görmək; 

2)  cinayət  və  ya  digər  hüquqpozmalar  törətmiş  şəxsin  tutulması  və  polisə  gətirilməsi 

üçün tədbirlər görmək; 

3)  cinayətin  baş  verdiyi  hadisə  yerinin  mühafizəsini  təşkil  etmək  və  şahidlərin 

müəyyənləşdirilməsi üçün tədbirlər görmək; 

4)  cinayətdən  və  digər  hüquqpozmalardan,  bədbəxt  hadisədən  zərərçəkmişlərə, 

həmçinin köməksiz, həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş şəxsə kömək və 

ilk tibbi yardımın göstərilməsini təmin etmək; 

5)  tutulmuş  və  ya  həbsə  alınmış  şəxsin  hüquqlarının  və  qanuni  mənafelərinin 

pozulmamasını təmin etmək; 

6) təbii fəlakətlər, qəzalar və digər fövqəladə hallar baş verdikdə insanların və əmlakın 

xilasetmə tədbirlərində iştirak etmək; 

6-1)  yetkinlik  yaşına  çatmayanların  hüquq  pozuntularının  qarşısının  alınmasına 

yönəldilmiş tədbirlər həyata keçirmək; 

viii[8]


 

7)  səlahiyyətlərini  həyata  keçirərkən  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək. 

II.  Polis  əməkdaşları  öz  vəzifələrini  həyata  keçirərkən  ayrıca  əmr  və  ya  göstəriş 

gözləmədən  əməkdaşlıq  etməyə,  qarşılıqlı  fəaliyyət  göstərməyə  və  bir-birinə  hərtərəfli 

kömək etməyə borcludurlar. 

III. Hər hansı şəxsə müraciət edərkən polis əməkdaşı adını, soyadını, rütbəsini bildirməli 

və xidməti vəsiqəsini göstərməklə özünü təqdim etməlidir. 

IV.  Polis  əməkdaşı  öz  səlahiyyətlərini  həyata  keçirərkən  bilavasitə  və  birbaşa  rəisinə 

tabedir. 

V. Polis əməkdaşı həmçinin tabeçilik üzrə yuxarı rəisin əmr və göstərişlərini icra etməyə 

borcludur. 

VI. Hər hansı vəzifələrin yerinə yetirilməsinə cəlb edildikdə, polis əməkdaşı xidmət üzrə 

tabeliyi olmayan polisin yuxarı rütbəli şəxsinin əmr və göstərişlərini icra etməyə borcludur. 

VII.  Polis  əməkdaşı  açıq-aşkar  qanuna  zidd  əmr  və  ya  göstəriş  aldıqda  qanunu  rəhbər 

tutmalı, bu barədə polisin rəhbərliyinə məlumat verməlidir. 

VIII. Açıq-aşkar qanunsuz əmri və ya göstərişi icra etməmək məsuliyyətə səbəb olmur. 

Belə  əmri  və  ya  göstərişi  icra  edən  polis  əməkdaşı  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır. 

M a d d ə   1 4 .

 İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin 

edilməsi sahəsində polis əməkdaşının vəzifələri 

İctimai  qaydanın  qorunması  və  ictimai  təhlükəsizliyin  təmin  edilməsi  sahəsində  polis 

əməkdaşının vəzifələri aşağıdakılardır: 




1) Hər bir şəxsin təhlükəsizliyini təmin etmək; 

2)  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  səlahiyyətlərinə  aid  edilmiş  inzibati 

xətalara dair işlər üzrə icraatı aparmaq; 

ix[9]


 

3)  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  hallarda  təhqiqat, 

istintaq orqanlarının və məhkəmələrin qərarlarını icra etmək; 

4)  qanunla  müəyyənləşdirilmiş  qaydada  tutulan  şəxsi  müvafiq  orqanlara  təhvil 

verilənədək saxlamaq; 

5)  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  əşyaların,  o 

cümlədən  odlu  silahın,  döyüş  sursatının,  zəhərli  maddələrin  və  sair  zərərli  materialların 

əldə edilməsi, saxlanması, gəzdirilməsi, daşınması üçün müəyyənləşdirilmiş qaydada icazə 

vermək, dövriyyəsinə nəzarət etmək, çoxaldıcı rəngli qurğuların (kseroksların) qeydiyyatını 

aparmaq; 

6) Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilən 

fövqəladə  və  ya  hərbi  vəziyyət  rejimini  təmin  etmək,  epidemiya  və  ya  epizootiya  zamanı 

karantin tədbirlərinin həyata keçirilməsində iştirak etmək; 

7) kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək; 

8)  müvafiq  dövlət  orqanlarına  və  vəzifəli  şəxslərə,  yaxud  qanuni  sahiblərinə  təhvil 

verilənədək  sahibsiz  əmlakın  və  dəfinələrin,  habelə  tapılmış  və  polisə  təhvil  verilmiş 

sənədlərin, əşyaların və digər əmlakın saxlanılmasını və mühafizəsini təmin etmək; 

9) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda qeydiyyat 

və uçot işlərini aparmaq; 

10)  digər  dövlət  orqanları  və  ictimai  təşkilatlarla  birlikdə  azyaşlılar  arasında  hüquq 

qaydasının pozulmasının və nəzarətsizliyin qarşısının alınmasında iştirak etmək; 

11) cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsini təmin etmək; 

12) hüquqi və fiziki şəxslərin əmlakını hüquqa zidd əməllərdən qorumaq; 

13)  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  digər  vəzifələri 

yerinə yetirmək. 

M a d d ə   1 5 .

 Cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və 

onların açılması sahəsində polis əməkdaşının vəzifələri 

Cinayətlərin  və  digər  hüquqpozmaların  qarşısının  alınması  və  onların  açılması 

sahəsində polis əməkdaşının vəzifələri aşağıdakılardır: 

1) cinayətin və digər hüquqpozmanın qarşısının alınması, baş vermiş cinayət hadisəsinin 

aşkara çıxarılması və onu törədən şəxsin müəyyənləşdirilməsi, cinayəti doğuran səbəblərin 

öyrənilməsi və aradan qaldırılması üçün tədbirlər görmək; 

2) cinayət və digər hüquqpozmalar haqqında daxil olan ərizələrin və məlumatların qəbul 

edilməsini,  qeydiyyatdan  keçirilməsini  və  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyənləşdirilmiş qaydada tədbirlərin görülməsini təmin etmək; 

3)  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyənləşdirilmiş  hallarda  və 

qaydada cinayət işlərini başlamaq, təhqiqat və istintaq aparmaq; 

4)  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyənləşdirilmiş  qaydada 

əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; 

5) bu maddənin 1-4-cü bəndlərində göstərilən məsələlər üzrə məhkəmənin (hakimin) və 

ya  prokurorun  qərarlarını,  habelə  müstəntiqin  və  ya  təhqiqatçının  qərarlarını  və  yazılı 

tapşırıqlarını icra etmək. 



Yüklə 311,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə