Microsoft Word az law Police



Yüklə 311,89 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix14.04.2018
ölçüsü311,89 Kb.
#38399
1   2   3   4   5   6   7   8   9   ...   12

M a d d ə   1 5 - 1 .  Yetkinlik  yaşına  çatmayanların  hüquq  pozuntularının  qarşısının 

alınması sahəsində polis əməkdaşının vəzifələri 

x[10]

 

Yetkinlik  yaşına  çatmayanların  hüquq  pozuntularının  qarşısının  alınması  sahəsində 



polis əməkdaşının vəzifələri aşağıdakılardır:  

1) yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası 

haqqında  qanunvericilikdə  göstərilmiş  yetkinlik  yaşına  çatmayanlar,  habelə  onların 

tərbiyəsi,  təhsili  və  saxlanması  üzrə  öz  vəzifələrini  yerinə  yetirməyən  və  ya  onların 

davranışına mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər 

qanuni nümayəndələr barəsində profilaktik iş aparmaq;  

2)  yetkinlik  yaşına  çatmayanların  qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisəsinə 

göndərilməsi  barədə  məhkəmənin  qərarını  yetkinlik  yaşına  çatmayanın  qapalı  tipli  xüsusi 

təlim-tərbiyə müəssisəsinə çatdırılması hissəsində icra etmək;  

3)  inzibati  məsuliyyətə  və  ya  cinayət  məsuliyyətinə  cəlb  olunması  üçün  

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  yaş  həddinə  çatmamış 

yetkinlik  yaşına  çatmayanlar  tərəfindən  ictimai  təhlükəli  əməllərin  törədilməsi,  habelə 

yetkinlik  yaşına  çatmayanların  tərbiyəsi,  təhsili  və  saxlanılması  üzrə  öz  vəzifələrini  yerinə 

yetirməyən  və  ya  lazımınca  yerinə  yetirməyən  valideynlər  və  ya  digər  qanuni 

nümayəndələr,  yaxud  vəzifəli  şəxslər  barəsində  müraciətlərə  öz  səlahiyyətləri  daxilində 

baxmaq;  

4)  müvafiq  dövlət  orqanlarına  və  müəssisələrə  yetkinlik  yaşına  çatmayanların 

baxımsızlığına,  qanunazidd  əməllər  törətməsinə  imkan  yaradan  səbəb  və  hallar  barədə 

məlumat vermək. 

M a d d ə   1 6 .

 Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis 

əməkdaşının vəzifələri 

Yol  hərəkəti  təhlükəsizliyinin  təmin  edilməsi  sahəsində  polis  əməkdaşının  vəzifələri 

aşağıdakılardır: 

1)  nəqliyyatın  və  piyadaların  hərəkətini  nizama  salmaq  sürücülər  və  piyadalar 

tərəfindən  yol  hərəkəti  qaydalarının  gözlənilməsinə  nəzarət  etmək,  yol  hərəkətinin 

təhlükəsizliyini təmin etmək; 

2)  yolların  təmiri,  tikintisi,  layihələşdirilməsi,  istismarı  və  onlara  xidmət  zamanı  yol 

hərəkəti  təhlükəsizliyinin  tələbləri  ilə  bağlı  qüvvədə  olan  qaydalara,  normativlərə  və 

standartlara  əməl  olunmasına  nəzarət  sahəsində  öz  səlahiyyətləri  daxilində  müvafiq 

tədbirlər görmək; 

3) nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək; 

4)  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq  bütün  müəssisələr,  idarələr,  təşkilatlar 

və  fiziki  şəxslər  tərəfindən  yol  hərəkəti  təhlükəsizliyinin  təmin  olunması,  avtonəqliyyat 

vasitələrinin  zərərli  tullantılarından  ətraf  mühitin  qorunması  sahəsində  qüvvədə  olan 

qaydaların,  normativlərin  və  standartların  tələblərinə  riayət  edilməsində  dövlət  nəzarətini 

təmin etmək; 

5)  yol  hərəkəti  qaydalarının  pozulması  və  yol  nəqliyyat  hadisələri  üzrə  təhqiqat 

aparmaq, səlahiyyətləri çərçivəsində inzibati tənbeh tədbirləri tətbiq etmək; 

6)  yol  hərəkəti  qaydaları  və  sürücülük  vərdişləri  üzrə  imtahanlar  qəbul  etmək  və 

nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrini vermək; 

7)  nəqliyyat  vasitələrinin  və  qoşquların  qeydiyyatını  aparmaq,  onlara  dövlət  nömrə 

nişanlarını vermək. 



M a d d ə   1 7 .

 Polis əməkdaşının ümumi hüquqları 

Üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının aşağıdakı hüquqları 

vardır: 


1) hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün 

təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək; 

2)  cinayət  və  ya  inzibati  xəta  törətməkdə  şübhə  edilənlərin  şəxsiyyətini 

müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq; 

xi[11]

 

3)  qanunvericiliklə  müəyyən  edilmiş  hallarda  və  qaydada  cinayət  və  ya  digər 



hüquqpozma törətmiş yaxud törədilməsində şübhələnilən şəxsi tutmaq; 

4)  cinayətin  və  digər  hüquqpozmanın  törədilməsinə  şərait  yaradan  halların  aradan 

qaldırılması üçün qanunla müəyyənləşdirilmiş qaydada dövlət və qeyri-dövlət orqanlarına, 

müəssisələrə, idarələrə, təşkilatlara, siyasi partiyalara, ictimai birliklərə, həmkarlar ittifaqları 

təşkilatlarına və vəzifəli şəxslərə baxılması məcburi olan təqdimatlar vermək; 

5) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada yaşayış binalarına və ya digər 

tikililərə,  torpaq  sahələrinə,  müəssisə,  idarə,  təşkilatların  ərazilərinə  və  tikililərinə  daxil 

olmaq; 


xii[12]

 

6)  xarici  dövlətlərin  diplomatik,  konsulluq  və  başqa  nümayəndəliklərinə,  beynəlxalq 



təşkilatlara məxsus olan və xüsusi təyinatlı nəqliyyat vasitələri istisna edilməklə, son zərurət 

vəziyyətində  hüquqi  və  fiziki  şəxslərə  məxsus  olan  nəqliyyat  vasitələrində  hadisə  yerinə 

getmək, təcili tibbi yardıma ehtiyacı olan şəxsləri tibb müəssisələrinə çatdırmaq və cinayət 

törətmiş şəxsləri təqib etmək üçün bu nəqliyyat vasitələrindən istifadə etmək (belə hallarda 

nəqliyyat  vasitələri  sahiblərinin  tələbi  ilə  onlara  dəymiş  ziyan  polis  tərəfindən 

ödənilməlidir); 

7) dəbilqə, qalxan, zirehli köynək və digər fərdi mühafizə vasitələrindən istifadə etmək; 

8)  bu  Qanunla  müəyyənləşdirilmiş  qaydada  və  hallarda  fiziki  qüvvə  işlətmək,  habelə 

xüsusi vasitələr və odlu silah saxlamaq, gəzdirmək və onları tətbiq etmək. 

M a d d ə   1 8 .

 İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi 

sahəsində polis əməkdaşının hüquqları 

İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının 

aşağıdakı hüquqları vardır: 

1)  inzibati  xətalara  dair  işlər  üzrə  Azərbaycan  Respublikasının  qanunvericiliyində 

nəzərdə tutulan tədbirləri görmək; 

2)  ictimai  qayda  və  ya  insanların  təhlükəsizliyi  üçün  təhlükə  yarandıqda  ərazilərə  və 

binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın 

hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək; 

3)  inzibati  xəta  törətmiş  şəxs  barəsində  protokol  tərtib  etmək,  şəxsi  baxış  keçirmək, 

əşyalarını  yoxlamaq,  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyənləşdirilmiş 

qaydada və müddətdə onu polisdə saxlamaq; 

4)  cinayət  və  ya  inzibati  xəta  törətməkdə  şübhələnilən  hərbi  qulluqçuları  tutub  hərbi 

patrullara,  hərbi  komendanta,  qoşun  hissələrinin  komandirlərinə  və  ya  hərbi  komissarlara 

təhvil vermək; 

xiii[13]


 

5) ictimai yerlərdə sərxoş vəziyyətdə olan və müstəqil hərəkət etmək qabiliyyətini itirən, 

özünə və ya ətrafdakılara zərər yetirə bilən şəxsi xüsusi tibb müəssisələrinə gətirmək; 



Yüklə 311,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə