Microsoft Word az law Police



Yüklə 311,89 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix14.04.2018
ölçüsü311,89 Kb.
#38399
1   2   3   4   5   6   7   8   9   ...   12

6)  inzibati  qaydada  həbs  edilmiş,  inzibati  nəzarətdə  olan,  habelə  polisdə  profilaktika 

uçotunda olan şəxslərin fotoşəkilini çəkmək və qanunla müəyyən edilmiş hallarda barmaq 

izlərini götürmək; 

xiv[14]


 

7)  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyənləşdirilmiş  hallarda  və 

qaydada avaralıqla və ya dilənçiliklə məşğul olan şəxsi qəbuletmə-bölüşdürmə məntəqəsinə 

gətirmək; 

8) ictimai təhlükəli əməllərə görə məhkəmənin qərarı ilə təyin olunmuş tibbi xarakterli 

məcburi tədbirlərdən yayınan ruhi xəstələri, xroniki alkoqolikləri, narkomanları tutmaq və 

xüsusi tibb müəssisələrinə gətirmək; 

9) (çıxarılıb) 

xv[15]

 

10) hüquqi və fiziki şəxslər tərəfindən odlu silahın, döyüş sursatının, zəhərli maddələrin 



və  digər  zərərli  materialların  saxlandığı  və  istifadə  olunduğu  yerlərə,  habelə  onların 

dövriyyədə  olduğu  obyektlərə  (hərbi  obyektlər  istisna  olmaqla)  baxış  keçirmək,  bu  cür 

əşyaların,  maddələrin  və  materialların  istifadəsi  barədə  müəyyənləşdirilmiş  qaydaların 

pozulduğu  aşkar  edildikdə  qüsurların  aradan  qaldırılması  haqqında  icrası  məcburi  olan 

yazılı  göstərişlər  vermək  və  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə 

tutulan digər tədbirləri görmək; 

11) saxtalaşdırma əlaməti olan sənədləri, habelə mülki dövriyyədən çıxarılmış və xüsusi 

icazə  olmadan  saxlanılan  əşyaları,  maddələri,  materialları  və  qurğuları  götürmək,  sahibsiz 

əmlakın  saxlanılmasını  təmin  etmək  və  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyənləşdirilmiş  qaydada  onlar  barəsində  məsələnin  həll  edilməsi  üçün  tədbirlər 

görmək. 

M a d d ə   1 9 .

 Cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və 

onların açılması sahəsində polis əməkdaşının hüquqları 

Cinayətlərin  və  digər  hüquqpozmaların  qarşısının  alınması  və  onların  açılması 

sahəsində polis əməkdaşının aşağıdakı hüquqları vardır: 

1) hazırlanan və törədilmiş cinayətlər haqqında ərizə və məlumatları yoxlamaq; 

2)  cinayətin  açılması,  təhqiqatın  və  istintaqın  aparılması  ilə  əlaqədar  hüquqi  və  fiziki 

şəxslərdən,  dövlət  sirri  təşkil  edən  sənədlər  istisna  olmaqla,  zəruri  izahatlar,  məlumatlar, 

arayışlar,  sənədlər  almaq,  cinayət  törətməkdə  şübhələnilən  şəxslərin  barmaq  izlərini 

götürmək,  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyənləşdirilmiş  qaydada 

prosessual hərəkətləri həyata keçirmək; 

3)  əməliyyat-axtarış  fəaliyyəti  ilə  əlaqədar  Azərbaycan  Respublikasının  qanunvericiliyi 

ilə müəyyənləşdirilmiş hüquqları həyata keçirmək; 

4)  cinayətin  törədilməsi  şəraitinin,  onu  törədən  şəxsin,  zərərçəkənlərin  və  şahidlərin 

müəyyənləşdirilməsi,  gizlənən  cinayətkarların  və  xəbərsiz  itkin  düşmüş  şəxslərin  axtarışı 

üçün dövlət informasiya vasitələrinin imkanlarından pulsuz istifadə etmək. 

M a d d ə   1 9 - 1 .  Yetkinlik  yaşına  çatmayanların  hüquq  pozuntularının  qarşısının 

alınması sahəsində polis əməkdaşının hüquqları 

xvi[16]


 

Yetkinlik  yaşına  çatmayanların  hüquq  pozuntularının  qarşısının  alınması  sahəsində 

polis əməkdaşının aşağıdakı hüquqları vardır:  

1)  yetkinlik  yaşına  çatmayanları  cinayətkar  fəaliyyətə,  fahişəliyə  və  ya  digər  əxlaqsız 

əməllərə  cəlb  etmiş,  yaxud  yetkinlik  yaşına  çatmayanlar  barəsində  digər  qanunazidd 

əməllər  törətmiş  şəxsləri,  habelə  yetkinlik  yaşına  çatmayanların  tərbiyəsi,  təhsili  və 




saxlanılması  üzrə  öz  vəzifələrini  yerinə  yetirməyən  və  ya  lazımınca  yerinə  yetirməyən 

valideynləri  və  ya  digər  qanuni  nümayəndələri,  vəzifəli  şəxsləri  aşkar  etmək,  onlar 

barəsində  öz  səlahiyyətləri  daxilində  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

nəzərdə tutulmuş tədbirlər görmək;  

2)  yetkinlik  yaşına  çatmayanlar  tərəfindən  hüquq  pozuntularının  törədilməsinə  şərait 

yaradan  səbəb  və  halların  aradan  qaldırılması  üzrə  öz  səlahiyyətləri  daxilində  tədbirlər 

görmək,  bu  barədə  müvafiq  dövlət  orqanlarına,  idarə,  təşkilat  və  müəssisələrə  təkliflər 

vermək;  

3)  hüquq  pozuntuları  törətmiş  yetkinlik  yaşına  çatmayanlar  barəsində,  habelə  onların 

tərbiyəsi,  təhsili  və  saxlanılması  üzrə  öz  vəzifələrini  yerinə  yetirməyən  və  ya  lazımınca 

yerinə  yetirməyən  və  ya  onların  tərbiyəsinə  mənfi  təsir  göstərən,  yaxud  onlarla  qəddar 

rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr, yaxud vəzifəli şəxslər barəsində 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada  tədbirlər 

görmək,  habelə  müvafiq  təsir  tədbirlərinin  tətbiq  edilməsi  haqqında  müvafiq  dövlət 

orqanlarına təkliflər vermək;  

4)  qanunla  müəyyənləşdirilmiş  hallarda  və  qaydada  məhkəmənin  qərarına  əsasən 

yetkinlik yaşına çatmayan şəxsi saxlamaq və yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti 

təcridetmə mərkəzinə gətirmək, habelə qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsini icazəsiz 

tərk etmiş yetkinlik yaşına çatmayan şəxsin müəssisəyə qaytarılması üçün tədbirlər görmək.

 

M a d d ə   2 0 .



 Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis 

əməkdaşının hüquqları



 

Yol  hərəkəti  təhlükəsizliyinin  təmin  edilməsi  sahəsində  polis  əməkdaşının  aşağıdakı 

hüquqları vardır: 

1)  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyənləşdirilmiş  hallarda  və 

qaydada  nəqliyyat  vasitəsini  saxlamaq,  onu  idarə  edən  şəxsin  sürücülük  hüququna  dair 

sənədlərini və daşınan yükün sənədlərini yoxlamaq; 

2) nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş olub-olmadığını müəyyənləşdirmək üçün 

texniki vasitələrdən istifadə etmək və ya həmin şəxsin tibbi müayinəsini təşkil etmək; 

3) qanunla müəyyənləşdirilmiş hallarda və qaydada nəqliyyat vasitəsini idarə edən şəxsi 

və nəqliyyat vasitəsini yol hərəkətində iştirakdan kənarlaşdırmaq; 

4)  yol  hərəkəti  qaydalarını  pozanlardan,  yol-nəqliyyat  hadisəsinin  iştirakçılarından  və 

şahidlərindən izahat almaq və zəruri hallarda onları polisə çağırmaq; 

5)  yol  hərəkəti  qaydalarının  pozulmasına  görə  inzibati  tənbeh  tədbirləri  tətbiq  etmək, 

sürücülük hüququndan məhrum etmək barədə materialları məhkəməyə göndərmək; 

6) yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edilmədikdə yollarda təmir-tikinti və 

digər işlərin görülməsini məhdudlaşdırmaq və ya qadağan etmək; 

7) təbii fəlakətlər zamanı, habelə qəza təhlükəsinin aradan qaldırılması ilə əlaqədar yol 

hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək; 

8) texniki vəziyyəti müəyyənləşdirmiş tələblərə uyğun gəlməyən nəqliyyat vasitələrinin 

istismarını qadağan etmək; 

9)  nəqliyyat  vasitəsini  idarə  edən  şəxsin  və  onunla  birlikdə  olan  sərnişinlərin  cinayət 

törətdiyi  və  ya  törədilməsində  şübhələnilməsi  haqqında  dəqiq  məlumatı  olduqda,  habelə 

nəqliyyat  vasitəsinin  idarə  olunması  ilə  cinayət  törədilməsinə  real  təhlükə  yarandıqda 

nəqliyyat vasitəsini təqib etmək. 




Yüklə 311,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə