Microsoft Word az law Police



Yüklə 311,89 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix14.04.2018
ölçüsü311,89 Kb.
#38399
1   ...   4   5   6   7   8   9   10   11   12

3)  insan  həyatına  qəsd  olunduqda  və  məcburi  dayandırma  vasitələrinin  tətbiqi  nəticə 

vermədikdə; 

4) şəxs yaxalanarkən silahlı müqavimət göstərdikdə; 

5) insan həyatına real təhlükə yaradan cinayətin qarşısı alındıqda; 

6) odlu silahın digər şəxs tərəfindən ələ keçirilməsinin qarşısı alındıqda; 

7) insana hücum edən və ya real təhlükə yaradan heyvan məhv edildikdə. 

V. Bu maddənin 4-cü hissəsində müəyyən edilən hallardan başqa, həmçinin təhlükə və 

ya  xəbərdarlıq  siqnalı  verildikdə,  habelə  yardım  çağırıldıqda  odlu  silahdan  istifadə  edilə 

bilər. 

VI. Bu qanunun tələblərinə uyğun olaraq fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu 



silahın tam zəruri hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır. Fiziki qüvvənin, 

xüsusi  vasitələrin  və  ya  odlu  silahın  tam  zəruri  hallarda  tətbiqi  zamanı  hər  hansı  şəxsin 

həyatdan məhrum edilməsi yaşamaq hüququnun pozulması kimi qiymətləndirilə bilməz. 

VII.  Polis  əməkdaşı  tərəfindən  fiziki  qüvvənin,  xüsusi  vasitələrin,  odlu  silahın  tətbiq 

edildiyi  hər  bir  halda  müvafiq  polis  orqanında  xidməti  yoxlama  aparılmalı  və  fiziki 

qüvvənin,  xüsusi  vasitələrin,  odlu  silahın  qanunauyğunluğu  barədə  müvafiq  rəy 

verilməlidir. 

VIII. İnsanın anatomik bütövlüyünə müxtəlif dərəcəli xəsarətlər yetirməklə dağıdıcı təsir 

göstərə  bilən  və  ya  özünü  doğrultmayan  yüksək  təhlükə  mənbəyi  olan  xüsusi  vasitələrin 

polisin sərəncamına verilməsi qadağandır. 

IX. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın qanunsuz tətbiqinə yol verən polis 

əməkdaşı  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyənləşdirilmiş  məsuliyyət 

daşıyır. 

M a d d ə   2 7 .

 Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi ilə bağlı 

polis əməkdaşının vəzifələri 

I. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi ilə bağlı vəzifələrini həyata 

keçirən polis əməkdaşı: 

1) insana qarşı fiziki qüvvə, xüsusi vasitələri və ya odlu silahı yalnız son zərurət və ya 

zəruri  müdafiə  vəziyyətində,  bütün  digər  təsir  imkanlarından  istifadə  lazımi  nəticə 

vermədikdə, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı 

olaraq tətbiq etməlidir; 

2) odlu silah işlətməklə basqın edildiyi və ya silahlı müqavimət göstərildiyi hallar istisna 

olmaqla,  fiziki  qüvvə,  xüsusi  vasitələr  və  odlu  silah  qadınlara,  azyaşlılara,  yanında  azyaşlı 

olan,  əlilliyi,  sağlamlıq  imkanlarının  məhdudluğu  və  digər  fiziki  və  psixi  qüsurları  aşkar 

bilinən  şəxslərə  qarşı,  habelə  insanların  toplaşdığı  yerlərdə  kənar  şəxslərin  zərər  çəkə 

biləcəyi hallarda odlu silahı tətbiq etməməlidir; 

xxxiv[34]

 

3) yalnız real təhlükənin qarşısı alınarkən odlu silah tətbiq edə bilər; 



4)  odlu  silahı  tətbiq  etməzdən  əvvəl  şifahi  xəbərdarlıq  etməli  və  ya  xəbərdarlıq  atəşi 

açmalıdır (qəfil, yəni birdən-birə gözlənilməz hücum baş verərsə, habelə hücum üçün odlu 

silahdan,  mexaniki  nəqliyyat  vasitəsindən,  təhlükə  yaradan  yırtıcı,  vəhşi  və  ya  başqa 

heyvandan  istifadə  olunarsa,  polis  əməkdaşı  xəbərdarlıq  etmədən  odlu  silahı  tətbiq  edə 

bilər); 

5)  fiziki  qüvvənin,  xüsusi  vasitələrin,  odlu  silahın  tətbiq  edilməsi  nəticəsində 

zərərçəkənlərə tibbi yardımın göstərilməsini təmin etməlidir; 

6) odlu silahın tətbiq edildiyi yerin dəyişdirilməmiş saxlanılmasına çalışmalıdır; 




7)  fiziki  qüvvə,  xüsusi  vasitələr  və  odlu  silah  tətbiq  etdiyi  hallar  barəsində  polis 

əməkdaşı  dərhal  xidmət  etdiyi  və  ya  odlu  silahın  tətbiq  edildiyi  ərazinin  polis  orqanına 

yazılı məlumat verməlidir; 

8) fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edilməsi barədə 24 saat ərzində 

müvafiq prokurora yazılı məlumat verməlidir. 

I V   f ə s i l



 

POLİSDƏ XİDMƏT KEÇMƏNİN ƏSASLARI



 

M a d d ə   2 8 .

 Polis əməkdaşının xidmətə qəbul edilməsi 

I.  Polisdə  xidmətə  könüllülük  əsasında,  şəxsi  və  iş  keyfiyyətlərinə,  fiziki  hazırlığına, 

sağlamlıq  vəziyyətinə  və  təhsil  səviyyəsinə  görə  polisin  üzərinə  düşən  vəzifələri  yerinə 

yetirməyə qadir olan, hərbi xidmət keçmiş və ya polis təhsil müəssisələrini bitirmiş, yaşı 20-

dən  aşağı  olmayan  və  Azərbaycan  Respublikasının  dövlət  dilini  sərbəst  bilən  Azərbaycan 

Respublikasının vətəndaşları qəbul olunurlar.

xxxv[35]

 

II.  Polisdə  xidmətə  qəbul  edilən  şəxsin  fiziki  hazırlığı  və  sağlamlığı  Azərbaycan 



Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyənləşdirdiyi  qaydada 

yoxlanılmalıdır. 

III.  Polisə  xidmətə  qəbul  edilmiş  şəxslər  Azərbaycan  Respublikası  müvafiq  icra 

hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hazırlıq kursları keçməlidirlər. 

IV.  İkili  vətəndaşlığı,  digər  dövlətlər  qarşısında  öhdəlikləri  olan  şəxslər,  din  xadimləri, 

fəaliyyət  qabiliyyətsizliyi  və  ya  məhdud  fəaliyyət  qabiliyyəti  məhkəmə  tərəfindən 

müəyyənləşdirilmiş,  cinayət  törətdiyinə  görə  əvvəllər  məhkum  edilmiş,  habelə  barəsində 

cinayət  işinin  icraatına  bəraətverici  əsaslar  olmadan  xitam  verilmiş,  əvvəllər  işdə  ciddi 

nöqsanlara,  polisdə  xidmətlə  bir  araya  sığmayan  fəaliyyətlə  məşğul  olmasına,  polisdə 

xidmətə tam yararsız olmasına, polis əməkdaşının adına ləkə gətirən ləyaqətsiz hərəkətlərə 

görə polisdən və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə xidmətə 

qəbul edilə bilməzlər. 

V. Daxili işlər orqanlarının digər əməkdaşları, polis təhsil müəssisələrinin müdavimləri 

ictimai  qaydanın  və  ictimai  təhlükəsizliyin  təmin  edilməsinə  cəlb  edildiyi  halda  polis 

əməkdaşı sayılırlar. 

VI.  Polisdə  xidmətə  qəbul  edilmiş  şəxslər  və  polis  təhsil  müəssisələrinin  müdavimləri 

hərbi  mükəlləfiyyət  qeydiyyatından  çıxarılır  və  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. 

VII.  Hər  bir  polis  əməkdaşına  nümunəsi  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti tərəfindən təsdiq edilən xidməti vəsiqə verilir. 

VIII.  polisdə  xidmətə  qəbul  və  xidmət  keçmə  qaydaları  Azərbaycan  Respublikasının 

müvafiq qanunu ilə təsdiq edilən əsasnamə ilə tənzimlənir. 

M a d d ə   2 9 .

 Polis əməkdaşının andı 

I. Polis əməkdaşı vəzifəsinin icrasına başlamazdan əvvəl təntənəli şəraitdə şəxsi heyətin 

yığıncağında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and 

içir: 

"  Mən,  polisdə  xidmətə  başlayan  andan  Azərbaycan  Respublikasına  və  Azərbaycan 



xalqına  sədaqətlə  xidmət  etməyə  və  daim  sadiq  qalmağa,  Azərbaycan  Respublikasının 

Konstitusiyasını  və  digər  qanunlarını  rəhbər  tutmağa,  insan  hüquq  və  azadlıqlarına 




Yüklə 311,89 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə