Microsoft Word az law Police



Yüklə 311,89 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix14.04.2018
ölçüsü311,89 Kb.
#38399
1   2   3   4   5   6   7   8   9   ...   12

I I I   f ə s i l

 

ŞƏXSİN AZADLIQ, MƏNZİL TOXUNULMAZLIĞI HÜQUQLARININ 

MƏHDUDLAŞDIRILMASI, FİZİKİ QÜVVƏNİN, XÜSUSİ VASİTƏLƏRİN VƏ 

YA ODLU SİLAHIN TƏTBİQİ İLƏ BAĞLI POLİS ƏMƏKDAŞININ 

SƏLAHİYYƏTLƏRİ 

M a d d ə   2 1 .

 Polis tərəfindən azadlıq hüququnun məhdudlaşdırılması

 

I.  Polis  əməkdaşı  şəxsin  azadlıq  hüququnu  hakimin  qərarına  əsasən  tutulma  və 



həbsəalma yolu ilə yalnız aşağıdakı hallarda məhdudlaşdıra bilər:  

KM

 



1) cinayət və ya inzibati hüquqpozma törədilməsində şübhəli olduqda, yaxud cinayət və 

ya inzibati hüquqpozma törətməsinə görə həbs olunduqda; 

2)  yetkinlik  yaşına  çatmamış  şəxs  üzərində  tərbiyəvi  nəzarət  həyata  keçirildikdə  və  ya 

səlahiyyətli orqana gətirildikdə; 

3)  yoluxucu  xəstəliklərin  yayılmasının  qarşısı  alındıqda,  habelə  ruhi  xəstələr, 

alkoqoliklər, narkomanlar və avaralıqla məşğul olanlar zərərsizləşdirildikdə; 

4) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısı alındıqda və ya şəxs ölkədən çıxarıldıqda, 

yaxud başqa dövlətə verildikdə; 

5)  təqsirləndirilən  şəxsin,  cavabdehin,  şahidin  məhkəmə  iclasına  gəlməsini  təmin 

etdikdə, atalığın müəyyənləşdirilməsi üçün test keçirildikdə, psixi müayinə aparıldıqda və 

ya  hər  hansı  öhdəliyin  yerinə  yetirilməsi  (müqavilə  öhdəlikləri  istisna  olmaqla)  təmin 

edildikdə. 

II.  Polis  əməkdaşı  hər  hansı  şəxsi  o  vaxt  tuta  və  ya  həbsə  ala  bilər  ki,  məhkəmənin 

(hakimin)  qərarında  məhz  həmin  şəxsin  azadlıq  hüququnun  məhdudlaşdırılması  nəzərdə 

tutulsun. 

III.  Polis  əməkdaşı  tərəfindən  məhkəmənin  (hakimin)  qərarı  olmadan  hər  hansı  şəxsin 

təxirəsalınmadan tutulmasına yalnız aşağıdakı hallarda yol verilə bilər: 

xvii[17]


 

1)  şəxs  cinayət  və  ya  inzibati  xəta  törədərkən,  yaxud  törətdikdən  bilavasitə  sonra 

yaxalandıqda; 

2)  hadisəni  bilavasitə  görənlər,  o  cümlədən  zərər  çəkmiş  şəxslər  məhz  həmin  şəxsin 

cinayət və ya inzibati xəta törətdiyini göstərdikdə; 

3)  şübhə  edilən  şəxsdə  və  ya  onun  paltarında,  ona  məxsus  digər  əşyalarda  və  ya 

mənzilində cinayətin və ya inzibati xətanın izləri tapıldıqda. 

IV. (Çıxarılıb) 

xviii[18]

 

V.  Şəxsin  qanunsuz  tutulmasına  və  ya  həbsə  alınmasına  yol  vermiş  polis  əməkdaşı 



Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır. 

M a d d ə   2 2 .

 Polis tərəfindən azadlıq hüququnun məhdudlaşdırılma müddətləri 

I.  Bu  qanunun  21-ci  maddəsinin  1-ci  hissəsində  nəzərdə  tutulmuş  hallarda  hər  hansı 

şəxsin azadlıq hüququnun məhdudlaşdırılma müddəti yalnız qanunla müəyyənləşdirilir. 

II.  Bu  qanunun  21-ci  maddəsinin  3-cü  hissəsində  nəzərdə  tutulmuş  hallarda  hər  hansı 

şəxsin  azadlıq  hüququnun  məhdudlaşdırılması  müddətləri  inzibati  xətanın  törədilməsi  ilə 

əlaqədar Azərbaycan Respublikasının inzibati xətalar haqqında qanunvericiliyi ilə, cinayətin 

törədilməsi  ilə əlaqədar isə  Azərbaycan  Respublikasının  cinayət-prosessual  qanunvericiliyi 

ilə müəyyənləşdirilir. 

xix[19]

 



M a d d ə   2 3 .

 Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı polis 

əməkdaşının vəzifələri 

I. Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis 

əməkdaşı: 

1)  zəruri  müdafiə  və  son  zərurət  halları  istisna  olmaqla  şəxsin  tutulması  və  ya  həbsə 

alınması zamanı təhlükəsiz üsul və vasitələrdən istifadə etməlidir; 

2)  tutulan  və  ya  həbsə  alınan  şəxsə  özünü  təqdim  etməklə  xidməti  vəsiqəsini 

göstərməlidir; 

3)  tutulmadan  dərhal  sonra  şəxsə  tutulmanın  əsaslarım  bildirməli,  özünə  və  yaxın 

qohumlarına  qarşı  ifadə  verməmək,  müdafiəçinin  yardımından  istifadə  etmək  hüquqlarını 

izah etməlidir; 

xx[20]

 

4) tutulmuş və ya həbsə alınmış şəxsi təxirəsalınmadan polis orqanına gətirməli, tutulma 



və ya həbsəalma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş 

qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, 

hər  bir  tutulma  və  ya  həbsə  alma  faktını  müvafiq  polis  orqanında  qeydiyyatdan 

keçirməlidir; 

5) tutulmuş və ya həbsə alınmış şəxsin yaxın qohumlarına, onun tələbi ilə iş və ya təhsil 

yerinə  tutulması  və  ya  həbsə  alınması  barədə  təxirəsalınmadan  məlumat  verməlidir 

(qocaların,  yetkinlik  yaşına  çatmayanların  və  psixi  vəziyyətinə  görə  imkanı  olmayan 

tutulmuş şəxslərin ailə üzvlərinə müvəqqəti saxlama yerlərinin müdiriyyəti öz təşəbbüsü ilə 

xəbər verir); 

xxi[21]


 

6)  tutulmuş  və  ya  həbsə  alınmış  şəxsin  tələbi  ilə  habelə  müdafiəçinin  iştirakı  məcburi 

olan  hallarda  həmin  şəxsin  müdafiəçinin  köməyindən  istifadə  etmək  hüququnu  təmin 

etməlidir;

 

xxii[22]


 

7)  tutulmuş  və  ya  həbsə  alınmış  şəxslə  davranışda  onun  şəxsiyyətinə  və  ləyaqətinə 

hörmətlə yanaşmalı, qadınlara, yetkinlik yaşına çatmayanlara, qocalara, xəstələrə və əlillərə 

xüsusi diqqət yetirməlidir; 

8)(çıxarılıb) 

 

9) (çıxarılıb)



 xxiii[23]

 

10) məhkəmənin (hakimin) qərarına əsasən, habelə tutulma və ya həbsəalma müddətləri 



keçəndən sonra tutulan və ya həbsə alınan şəxsi dərhal azad etməlidir. 

II.  Polis  əməkdaşı  tutulmuş  və  ya  həbs  edilmiş  şəxsin  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqlarını təmin edir. 

xxiv[24]


 

M a d d ə   2 4 .

 Polis tərəfindən mənzil toxunulmazlığı hüququnun 

məhdudlaşdırılması 

I.  polis  əməkdaşı  tərəfindən  hər  hansı  şəxsin  mənzil  toxunulmazlığı  hüququnun 

məhdudlaşdırmasına  və  mənzilə  orada  yaşayanların  iradəsi  ziddinə  daxil  olmasına  yalnız 

aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada yol verilir: 

xxv[25]


 

1) hakimin qərarı olduqda; 

2)  digər  şəxslərin  hüquq  və  azadlıqlarının  qorunması,  ictimai  qaydanın  və  ictimai 

təhlükəsizliyin  təmin  olunması  və  yaxud  ağır  cinayətlərin,  bədbəxt  hadisələrin,  təbii 

fəlakətlərin,  qəzaların,  epidemiyaların  və  epizootiyaların  qarşısının  alınması  və  onların 

nəticələrinin aradan qaldırılması məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirildikdə. 




Yüklə 311,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə