19
1.2. Qızıl bazarının təş kilinin beynə lxalq prinsiplə ri və təşə kkül mə rhə lə lə ri
Ölkədə kredit-bank sisteminin effektiv fəaliyyət göstərməsinin obyektiv şərti
kimi qiymətli metallar bazarının yaradılması çıxış edir. Çoxiillik dünya praktikası
göstərir ki, qiymətli kağız, qiymətli metallar bazarının normal fəaliyyəti üçün
aşağıdakı şərtlərə əməl edilməlidir: müxtəlif qiymətli metal külçələrinin, həmçinin
belə metallardan hazırlanmış sikkə və zərgərlik məmulatlarının sərbəst alqı-satqısı;
banklar, müxtəlif müəssisələr və fiziki şəxslər də daxil olmaqla ticarət iştirakçılarının
geniş dairəsinin mövcudluğu. Eyni zamanda dövlət də öz səlahiyyətli orqanlarının
simasında qızıl ticarətinin iştirakçılarından biri kimi çıxış edir; metala olan tələb və
təklifdən asılı olaraq, qızılın qiymətinin sərbəst surətdə formalaşması; konyukturadan
asılı olaraq, qızıl qiymətlərinin kotirovkalarını müntəzəm surətdə dərc edəcək, birja
şə
klində və ya London fiksinqi yaxud Sürix puluna anoloji digər sistem şəklində
müvafiq infrastrukturun mövcudluğu; qızılın sərbəst idxalı və ixracı yolu ilə daxili və
beynəlxalq bazarların inteqrasiyası; qızıl nominasiyalı dövlət, korporativ və digər
qiymətli kağızların sərbəst dövriyyəsi; qızılla aparılan əməliyyatları məqsədi ilə
fyuçers opsion və digər müqavilələrin istifadə olunması; bazar iştirakçılarının
fəaliyyətinin dövlət tərəfindən lisenziyalaşdırılması və metalın keyfiyyəti üzərində
dövlət prob vurma nəzarəti. Birja ticarət əməliyyatlarında vasitəçi rolunu yerinə
yetirən təşkilat kimi qiymətli kağızlar bazarının fəaliyyətində mühüm rol oynayır.
Birja satıcılar və alıcılar arasında əlaqə Pul, ktredit, banklar 281qurulmasına və qızılın
bazar qiymətlərinin formalaşmasına yardım edir.
Birjaya, birincisi, real (fiziki) metal ticarətini təşkil edən idarə kimi, ikincisi, qızıla
dair fyucers və opsionlar şəklində müqavilələrin ticarətinin təşkilatçısı kimi yanaşmaq
olar. Birinci halda fəaliyyətin əsas növü kimi saflaşdırılmış standart külçələrin alqı-
satqısı sövdələşmələrinin həyata keçirilməsi üçün şərait yaradılması çıxış edir. Bunun
üçün müəyyən edilməş qaydlar üzrə açıq hərraclar təşkil edilir. kinci halda ticarət
müqavilələr, qızılın gələcəkdə alınıb satılmasına dair qiymətli kağızlarla həyata
20
keçirilir. Bu, risklərin sığorta olunması, gələcək qızıl hasilatının hecirləşmə üçün
zəruri şərait yaradır, həmçinin qızıl hasilatı sənayesinə qızıl hasilatı sənayesinə
investsiya yönəltmək məqsədi ilə kommersiya bankları və qeyri-büdcə mənbələrinin
ehtiyatlarının cəlb edilməsi üçün əlverişli şərait yaradır.
nkişaf etmiş müqavilə ticarəti inkişaf etmiş real metal ticarətinə əsaslanır. Bu ticarət
digər ölkələrin təcrübəsi nəzərə alınmaqla təşkil edilməlidir. Həmin ölkələrdə artıq
xeyli müddətdir ki, fiziki metal bazarı müqavilələr bazarı ilə qarşılıqlı surətdə
fəaliyyət göstərir. Rusiyada ilk qızıl birjası 1996-cı ilin sentyabr ayında yaranmışdır,
lakin bu, real metal birjası idi. Birjanın təsisçiləri arasında Rusiyanın qızıl hasil edən
müəssisələri, qızıl axtaranların iri artelləri, aparıcı kommersiya bankları, ərazisində
qızıl çıxarılan regionların administrasiyaları var idi. Qızıl bazarının təşəkkülü
prosesində qızılla təmin olunmuş qiymətli kağızlar bazarına da diqqət artdı. Qızıl
hasilatına investisiyaları stimulaşdırmaq məqsədi ilə «Qiymətli metallar və qiymətli
daşlar haqqında» Federal Qanuna əsasən qiymətli metallar kütləsində nominasiya
edilmiş dövlət qiymətli kağızların buraxılmasına icazə verildi. Hələ 1993-cü ilin
sentyabrında yerli dövlət qiymətli kağızlar bazarında yeni maliyyə vasitəsi – qızıl
sertifikatı meydana gəldi. Bu sertifikat bir il müddətinə buraxılır və həm rezidentlər,
həm də qeyri-rezidentlər, fiziki və hüquqi şəxslər tərfindən əldə edilə bilərdi. Qiymətli
kağızın nominalı 999 problu 10 kq qızıla bərabər idi. Hər rüb sertifikat üzrə faiz
ödənilirdi, bu faiz üçaylıq L BOR dərəcəsi, yəni London banklarının birinci dərəcəli
borc alanlara təqdim etdiyi qısamüddətli kredit dərəcəsi, üstəgəl 3% kimi hesablanırdı.
Faiz ödəmələri və qiymətli kağızın ödənişqiymətli kağızın ödəniş məbləği müəyyən
edilərkən nominalın dəyəri London Birjasındakı qızılın qiymətinə bərabər tutulurdu.
Lakin qızıl sertifikatların emissiyası qarşıya qoyulmuş məqsədləri doğrultmadı:
inflyasiyanın sürətinin azalmasına təsir göstərmək və qızılla təmin edilmiş qiymətli
kağızların ikinci bazarının fəaliyyətinin stimullaşdırılması. Birincisi, sertifikat olduqca
yüksək nominala malik idi. Bir sıra banklar tərəfindən həyata keçirilən parçalama
cəhədləri artıq dövlət qiymətli kağızları olmayan və vergi qoymada güzəşt hüququ
verməyən məxsusi istiqrazların buraxılmasını tələb edirdi. kincisi, banklararası
bazarda qızılla müntəzəm olaraq aparılan sövdələşmələrin və sertifikatların girov
21
qoyulması prosedurunu tənzimləyən normativ aktların olmaması şəraitində bu
qiymətli kağızlar likvid aktivlər hesab oluna bilməzdi. Üçüncüsü, sertifikatlarla
aparılan əməliyyatların hecirləşmə zamanı da da müəyyən problemlər yaranırdı, çünki
həmin dövrdə qızıl üçün müddətli vasitələr dövriyyəyə buraxılmamışdı. Ən nəhayət,
qüvvədə olan qiymətqoyma qaydası Rusiya investorlarına aid olan, beynəlxalq
maliyyə bazarlarının konyukturasını bilməyi tələb edən və böyük gəlir vəd edən
anlayışlara (L BOR dərəcəsi, qızılın London qiyməti) əsaslanırdı. «Qiymətli metallar
bazarı» anlayışı ilk dəfə 1993-cü ildə, Rusiya Prezidentinin Fərmanı ilə iqtisadiyyatda
işlənməyə başladı. Hökümət qiymətli metellarla sövdələşmələrin aparılmasını
qanunverici şəkildə təsdiq etdi. Qızılla və aparılan sövdələşmələr aşağıdakı formalarda
həyata keçirilə bilərdi: standart və müəyyən ölçülü külçələr; mineral və tərkibində
qızıl və gümüş olan ikinci xammal; tərkibində qızıl və gümüş olan, zərgərlik və digər
məişət məmulatlarına aid olmayan məmulatlar; tərkibində qızıl və gümüş olan
məmulatların hazırlanması üçün istifadə olunan, tərkibində qızıl və gümüş olan
yarımfabrikatlar; sikkənin tərkibində olan qiymətli metallar. Platin və platin qrupu
metalları ilə aparılan sövdələşmələrin tənzimlənməsi xüsusi olaraq həyata
keçirilməlidir (Platin sikkələrlə aparılan sövdələşmələr istisna edilməklə).
Sövdələşmələrin keçirilməsi mexanizi külçə şəklində olan qiymətli metalların
dövriyyəsi sistemində üç əsas subyektin ayrılmasını nəzərdə tuturdu: 1) yeraltı
sərvətlərin istifadəçiləri; 2) Rusiya Qiymətli Metallar Komitəsi və RF Mərkəzi Bankı
simasında dövlət; 3) kommersiya bankları. Rusiya Qiymətli Metallar Komitəsinə, RF
Mərkəzi Bankına və səlahiyyətli kommersiya banklarına yeraltı sərvətlərin
istifadəçilərindən külçə almaq hüququ verildi. Bununla belə, Rusiya Qiymətli Metallar
Komitəsinə üzünə məxsus dövlət sifarişi çərçivəsində hökümət tərəfindən müəyyən
edilən həcmdə külçə almaq müstəsna hüququ verildi. Qızılın yerdə qalan həcmi
kommersiya bankları sisitemi tərəfindən satın alınmalı idi. Banklar öz hesabına,
həmçinin müştərilərin tapşırığına əsasən bir-biri ilə, RF MB, sənaye istehsalçıları və
investorlarla külçə şəklində olan qızıl və gümüş sövdələşmələri aparmaq imkanı
qazandı.
Dostları ilə paylaş: |