Microsoft Word Aygun dissertasiya isi yekun doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix27.03.2018
ölçüsü0,71 Mb.
#35103
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

22 

 

1.2.



  Rusiya qiymətli metallar bazarının fəaliyyətinin xüsusiyyətləri 

     Qızıl  bazarı  müvafiq  ticarət  texnologiyasının  mövcudluğunu  tələb  edir.  Burada 

metal hesablar  mühüm  rol  oynayır,   onlar  qızıl və  digər  metalların  hərəkəti  ilə bağlı 

bütün əməliyyatları kəmiyyət və pul qiyməti baxımından nəzərə almağa imkan verir.    

Lakin eyni zamanda metal saxlandığı yeri tərk etmir və ya ticarət dövriyyəsində iştirak 

edən  miqdarı  ilə  müqayisədə  az  miqdarda  bir  xəzinədən  digər  xəzinəyə  köçürülür. 

Azərbaycanda  metal  hesabların  istifadənin  təkamülünü  öz  xüsusiyyətləri  olmuşdur. 

nkişaf etmiş ölkələrdə bu cür hesablar qiymətli metalların dövriyyəsinə münasibətdə 

asılı  rol  oynayır  və  artıq  formalaşmış  qaydanı  təsbit  edir,  lakin  Rusiyada  metal 

hesabların  meydana gəlməsi  və  bank  təcrübəsində istifadə olunması  hələ  mükəmməl 

qızıl  bazarının  formalaşmadığı  dövrdə  həyata  keçirilməyə  başlamışdı.  Bu,  ilkin 

mərhələdə  metal  hesablara  qızılla  dolayı  yolla  bağlı  olan  özünə  məxsus  maliyyə 

vasitəsi statusunu verdi.  

    Metal hesablar qızılın bank ehtiyatlarının likidliyinin artırılasına və onların mənfəət 

qazanmaq  məqsədi  ilə  dövriyyəyə  cəlb  edilməsinə  yönəlmiş  vasitələrdən  biri  kimi 

istifadə edilirdi. Eyni zamanda banklar qızılın ikitərəfli kotirovkalarını təqdim edirdi. 

Müştəri  üçün  hesab  aşılarkən  metalın  müəyyən  miqdarı  xüsusi  saxlama  rejiminə 

keçirilirdi;    yəni  hesab  sahibi  ilə  imzalanmış  müqaviləyə  əsasən,  qızıl  bankın  metal 

hesabından    müştərinin    anoloji  hesabına  köçürülürdü.  Bu  zaman  əməliyyat 

bütünlükdə rubl hesabları üzrə  əməliyyatlarla rəsmilləşdirildi.  

    Hal-hazırda  tərəfindən  işlənib  hazırlanmış  metal  hesabların  Azərbaycan  şəraitinə 

uyğun olaraq istifadəsi metodikası tətbiq edilir. Bu metodika bankla müştəri arasında 

metal  hesabın  açılması  haqqında  müqavilənin  imzalanmasını  nəzərdə  tutur. 

Ə

məliyyatın həyata keçirilməsi üçün iki növ hesab açılır:  



məsul saxlama hesabları; 

 sahibi göstərilməyən hesablar. 



        Məsul saxlama hesabları banka məsul saxlama üçün verilmiş qiymətli metalların 

uçotu  üçün  nəzərdə  tutulmuşdur.  Belə  hesablar  istifadə  olunarkən  bank  tərəfindən 




23 

 

qəbul  edilmiş  külçələrin  fərdi  xüsusiyyətləri  qeyd  edilir:  prob,  ölçü,  çəki,  istehsalçı, 



seriya nömrəsi və s.  

       Məsul  saxlama  hesabına daxil  edilmiş  qızıl  və ya digər  metallar onlarla hər hansı 

bir əməliyyatı  həyata keçirmək üçün bank tərəfindən istifadə edilə bilməz.  

Belə  hesab  açılarkən  hesab  üzrə  aparılan əməliyyatların  siyahısı,  metalın  hesaba  daxil 

edilməsi  və  hesabdan  silinməsi  şərtləri,  həmçinin  metalın  saxlanılmasına  görə 

mükafatın  məbləği  müştəri  ilə  bank  arasinda  bağlanan  müqavilədə  qabaqcadan 

şə

rtləşdirilir.  



     Sahibi göstərilməyən hesablar təyinatından asılı olaraq, bir neçə növə bölünür: 

 -  müddətli  hesablar:  bu  hesablara  müəyyən  müddət  keçdikdən  sonra  sahibləri 

tərəfindən geri alına bilən qiymətli metallar daxil edilir; 

 - tələbli hesablar: bu hesaba qəbul edilmiş metal müştəri tərəfindən istənilən vaxt geri 

götürülə bilər;  

- metal şəklində alınmış və ya verilmiş keditlərin uçotu üçün ayrı-ayrı hesablar;  

-  banklararası  müxbir  metal  hesablar:  müxtəlif  bankların  müştəriləri  arasında  həyata 

keçirilən  qızıl,  gümüş  və  platin  sövdələşmələri  bu  hesablardan  keçir.  Metal  hesabın 

tətbiqi  ilə  əlaqədar  faizlərin,  komision  yığımlarının  və  digər  mükafatların  verilməsi 

rublla  həyata  keçirilir.  Eyni  zamanda  faizlərin  qiymətli  metallarla  ödənilməsi  də 

mümkündür, əgər hesab sahibi və bank arasında bağlanmış müqavilədə bu hal nəzərdə 

tutulubsa.  

      Qızılla əməliyyat aparmaq üçün kommersiya bankları  Azərbaycan Bankından icazə 

almalıdır. 1993-cü ildə 100-dən artıq bank belə icazələrə malik idi, lakin kiçik həcmdə 

ə

məliyyatlar yalnız 15 bank tərəfindən aparılırdı. Bu onunla izah olunur ki, RF MB-



nin  icazəsi  aparılan  əməliyyatlar  siyahısını  məhdudlaşdırırdı:  fiziki  şəxslərlə  qzıl 

ticarəti  aparmaq  qadağan  edilirdi;  metal  hesablar  açmağa  icazə  verilmirdi,  onların 

olmaması  effektiv  banklararası  ticarəti  qeyri-mümkün  edir;  kommersiya  bankları 

xarici banklardan kredit almaq üçün qızıldan girov kimi istifadə edə bilməzdi. 1995-ci 

ilin  sonralarında  qızılla  əməliyyatların  aparılması  məqsədi  ilə  RF  Höküməti 

kommersiya  banklarının  imkanlarını  xeyli  genişləndirmək  qərarına  gəldi.  Yeni 




24 

 

şə



raitdə Rusiya Bankı əvvələr verilmiş icazələri yeni lisenziya ilə əvəz etməyə başladı. 

Bu  lisenziya  artıq  qızılla  geniş  əhatəli  əməliyyatların  aparılmasını  nəzərdə  tuturdu. 

Bank  əməliyyatları  standart  və  müəyyən  ölçülü  külçələrlə,  yerli  və  xarici  sikkələrlə 

aparıla  bilər.  Qiymətli  metallardan  hazırlanmış  digər  məmulatlar  bank 

ə

məliyyatlarının  predmeti  sayıla  bilməz.  Belə  məmulatlara,  məsələn,  zərgərlik 



məmulatları, məftil, lent, yarımfabrikatlar və istehsal təyinatlı əşyalar aiddir. Standart 

külçələrə  müəyyən  edilmiş  daxili  və  ya  beynəlxalq  standartlara  cavab  verən,  böyük 

çəkili  iri  külçələr  aiddir;  müəyyən  ölçülü  külçələrə  Azərbaycanın  saflaşdırma 

müəssisələri  tərəfindən  hazırlanmış  və  nişan  vurulmuş    (sahə  standartlarına  uyğun 

olaraq) qiymətli metallar aiddir, onların çəkisi 1 kq və daha az təşkil edir, tərkibində 

külçənin  liqatur  kütləsinin    99,99%-dən  az  olmayan  xalis  kimyəvi  əsas  metal 

mövcuddur. Çəkisi  və probu standart külçələrdən az olan kiçik külçələr də müəyyən 

ölçülü  külçələrə  aidddir.  Qızıl  bazarını  zənginləşdirmək  və  əhalini  alıcılar  qismində 

ticarətə  cəlb  etmək  məqsədi  ilə  çəkisi  100  qramdan    500  qramadək  olan  müəyyən 

ölçülü qızıl külçələrin hazırlanması barədə qərar qəbul edildi. 

      Kommersiya  banklarına  əsas  qiymətli  metal  satıcıları  kimi  yeraltı  sərvətlərin 

istifadəçiləri,  yəni  qiymətli  metalları  bilavasitə  hasil  edən  müəssisələr  çıxış  edirdi. 

Külçələri almaq üçün kommersiya bankları metal çıxaranlarla müqavilə  bağlayırdılar

         Kommersiya  bankları  külçələri  investotorlara  və  sənaye  müəssisələrinə  satırdı. 



Onlar da banklarla komissiya müqavilələri və ya tapşırıq müqavilələri bağlaya bilərdi. 

Komossiya  müqaviləsinə  əsasən,  bank  qızılın  alınmasını,  yaxud  satılmasını  öz 

adından,  lakin  müştərisinin  hesabına  həyata  keçirir.  Tapşırıq  müqaviləsinə  əsasən, 

bank öz müştərisi üçün müəyyən hüquqi tədbirlər görür. Məsələn, müştərinin adından 

qızılın alqı-satqısı ilə bağlı sövdələşməni rəsmiləşdirir və ya qiymətli metallarla bağlı 

olan  digər  tapşırıqları  yerinə  yetirir.  Belə  müqaviləyə  əsasən,    bilavasitə  bank 

müştərisinin hüquq və vəzifələri meydana gəlir. 

     Mərkəzi  Bankı  külçə  ticarətinin  fəal  iştirakçısıdır.  Banklararası  qiymətli  metallar 

bazarını  təşkil  etmək  məqsədi  ilə  Rusiya  Bankı  hər  gün  külçə  şəklində  olan 

saflaşdırılmış qızıl, gümüş, platin və palladin alqı-satqı kotirovkalarını müəyyən edir. 

Külçə  şəklində  olan  saflaşdırılmış  qızıl,  gümüş,  platin  və  palladinin  Rusiya  Bankı 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə