Microsoft Word Aygun dissertasiya isi yekun doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix27.03.2018
ölçüsü0,71 Mb.
#35103
1   2   3   4   5   6   7   8   9   ...   28

 

Fəsil I. Qızıl bazarı və onların formalaşmasının nəzəri-metodoloji əsasları 



1.1.

  Beynəlxalq valyuta sistemində tarixi inkişaf mərhələləri və onun mahiyyəti 

Beynəlxalq  valyuta  sistemi  əsası  19-cu  əsrin  əvvəllərində  qoyulan  qızıl 

standartlarına söykənir.  Bu sistemə bəzən sabit valyuta məzənnəsi sistemi deyilir. Bu 

sistemdə  milli  valyutanın  dəyəri  qızılın  çəki  vahidi  əsasında  müəyyən  edilirdi  və 

möhkəm  təsdiq  olunurdu.  Onun  yaradılması  beynəlxalq  sazişlərdə  və  dövlətlərarası 

müqavilələrdə təsdiqlənməmişdir. Qızıl standartının yaranması 19-cu əsrdə Avropa və 

Ş

imali  Amerikanın  iri  ölkələri  arasında  ticarət  hesablaşmalarını  təmin  etmək 



zərurətindən  doğmuşdur.  Qızıl  standartı  sistemi    sadə  qaydalara  əsaslanaraq  valyuta 

mərkəzlərinin  sabitliyinə  və  beynəlxalq  ödənişlərin  tarazlı  həyata  keşirilməsinə 

təminat verir. Qızıl standartı Birinci Dünya Müharibəsinədək (1914) beynəlxalq ticarət 

ə

laqələrində uğurla istifadə edilmişdir. 



lk  dünya  valyuta  sistemi  XIX  əsrin  sonu  sənaye  inqilabından  sonra  qızıl 

monometallizmi  əsasında  qızıl-pul  standartı  formasında  kortəbii  olaraq  quruldu. 

Hüquqi  şəkildə  o,  qızılı  yeganə  dünya  pulu  formasında  qəbul  edən  dövlətlərarası 

razılaşmaya  əsasən  1967-ci  ildə  Paris  konfransında  qanuniləşdirildi.  Paris  valyuta 

sistemi aşağıdakı struktur prinsipləri əsasında qurulmuşdur: 

1. Onun əsasını qızıl pul standartı təşkil edirdi. 

          2.  Hər  bir  valyuta  onun  tərkibindəki  qızılın  çəkisi  ilə  müəyyən  edilirdi.  Bu 

prinsip  1816-cı  ildə  ngiltərədə,  1837-ci  ildə  ABŞ-da,  1875-ci  ildə  Almaniyada  və 

1878-ci  ildə  Fransada  tətbiq  olunmuşdur.  Tərkibindəki  qızılın  çəkisinə  uyğun  olaraq 

valyutanın qızıl pariteti qurulurdu. 

3.  Valyuta  sərbəst  şəkildə  qızıla  konvertasiya  olunurdu.  Bank  biletlərinin  qızıl 

sikkələrə  dəyişdirilməsinə,  qızıl  külçələrdən  sikkələr  hazırlanmasına  icazə  verilirdi. 

Tökmə  qızıl  parçaları  sikkələrə  dəyişdirilir,  qızıl  sərbəst  idxal  və  ixrac  olunur  və 

beynəlxalq  bazarlarda  satılırdı.  Qızıl  və  valyuta  bazarları  əlaqəli  şəkildə  fəaliyyət 

göstərirdilər. 

4.  Qızıl  nöqtələr  hüdudları  daxilində  bazar  tələb  və  təklifi  nəzərə  alınmaqla 

sərbəst üzən valyuta kursu rejiminin qurulması. 



 

Valyuta dərəcələrinin və tədiyyə balansının sabitliyinin təmin olunmasında qızıl 



standartı  sistemi  mühüm  rol  oynamışdır.    Belə  ki,  bazarda  valyutaların  məzənnəsi 

onun  qızıl  paritetindən  kəskin  fərqlənən  hallarda  iqtisadi  agentlər  hesablaşmalarını 

qızılla aparmağa meyl edirlər. Məsələn: funt sterlingin dollara nisbətən bazar qiyməti 

də  onun  qızıl  pariteti  arasındakı  fərq  qızılı  ABŞ-dan  ngiltərəyə  göndərmək 

xərclərindən  çox  olduqda  ödənişi  funt  sterlinqlə  aparmalı  olan  amerikanlı  bu 

ə

məliyyatın  qızılla  aparılmasına  daha  çox  üstünlük  verməlidir.  Bu  cür  ixrac 



ə

məliyyatının  səmərəli  aparılmasına  imkan  verən  valyuta  məzənnəsi  ixracın  qızıl 

nöqtəsi adlanmışdı. Eynilə, idxalın qızıl nöqtəsi müəyyən edilir. Yəni, xarici valyutası 

olan və onu milli valyutaya çevirmək istəyənlər valyutanın məzənnəsinin aşağı olması 

üzündən  itkiyə  yol  verməmək  üçün  həmin  valyutanı  xaricdə  qızılla  dəyişib  qızıl 

şə

klində  ölkəyə idxal olunmasına üstünlük verirlər. 



Beləliklə,  ixracın  və  idxalın  qızıl  nöqtəsi  qızılın  maddi  transferti  ilə  əlaqədar 

nəqliyyat və sığorta xərcləri əlavə edilməklə və ya çıxılmaqla alınan milli valyutanın 

paritetini əks etdirir. 

Qızıl  standartı  eyni  zamanda  tədiyyə  balansının  uzun  müddət  tarazlığının 

saxlanmasına zəmanət verir. Doğrudan da, qızıl nöqtələrin hərəkəti nəticəsində mənfi 

xarici  saldoya  malik  olan  ölkə  qızılın  xaricə  axını  problemi  ilə  qarşılaşır.  Bu  da 

dövriyyədə milli valyutanın həcmini azaldır. 

Qızıl  standartının  tətbiqi  dünyada  valyuta  sabitliyinin  təmin  olunmasında 

mühüm rol oynamış, yüz il (1815-1914) ərzində dolların, funt sterlinqin və frankın öz 

qızıl tərkiblərini saxlamaq üçün əlverişli şərait yaratmışdır. Təkcə bir faktı göstərmək 

kifayətdir  ki,  qızıl  standartının  təsiri  nəticəsində  1850-ci  ildən  1914-cü  ilə  qədər 

beynəlxalq ticarətin həcmi 10 dəfə artmışdır. Birinci dünya müharibəsinin başlanması 

qızıl standartının yaratdığı sabitliyi pozdu. Müharibəni maliyyələşdirmək üçün Avropa 

dövlətləri iri həcmli kreditlər götürməklə yanaşı öz  valyutalarının qızıla  çevrilməsini 

dayandırmaq  məcburiyyətində  oldular.  Qızıl  ehtiyatları  ABŞ-ın  xeyrinə  dəyişdi. 

Müharibədə  iştirak  edən  hər  bir  Avropa  ölkəsində  pul  kütləsi  ilə  qızıl  ehtiyatları 

arasında nisbət kəskin surətdə dəyişir, hər yerdə inflyasiya sürətlə artır və Almaniyada 



 

bu proses 1923-cü ildə pul islahatına səbəb olur. Yaranmış ağır vəziyyətdən çıxış yolu 



kimi yenidən qızıl standartı sisteminə qayıtmaq təşəbbüsləri olundu. 

Birinci  dünya  müharibəsinin  yekunu,  nəticəsi  kimi  əmələ  gələn  valyuta 

qarışıqlığı  dövründən  sonra  qızıl deviz  standartı yaradıldı.  Beynəlxalq  hesablaşmalar 

üçün  təyin  olunan,  xarici  valyutada  olan  ödəmə  vəsaiti  deviz  adlanmağa  başlandı. 

kinci  dünya  valyuta  sistemi  dövlətlərarası  razılaşmaya  əsasən  beynəlxalq  Genuya 

iqtisadi konfransında hüquqi şəkildə 1922-ci ildə təsdiq edildi. Genuya valyuta sistemi 

aşağıdakı prinsiplər üzrə funksiyalaşdırılmışdır: 

1.  Onun  əsasında  qızıl  və  deviz–xarici  valyuta  dururdu.  Pul  sisteminin  həmin 

dövrü  üçün  30  ölkə  qızıl-deviz  standartına  əsaslanırdı.  Yerli  kreditlər  beynəlxalq 

ehtiyat  ödəmə  vəsaiti  kimi  istifadə  olunmağa  başlandı.  Müharibələrarası  dövrdə  hec 

bir  valyuta  ehtiyat  valyuta  statusunda  möhkəmləndirilməmişdi,  ancaq  bu  sahədə 

liderlik  funt  sterlinq  və  ABŞ  dollarında  idi.  (Beynəlxalq  ödəmə  və  ehtiyat  vasitəsi 

funksiyasını  yerinə  yetirən,  başqa  ölkələrin  valyuta  pariteti  və  valyuta  məzənnəsini 

müəyyən  edən  valyuta  rolunu  oynayan    ehtiyat  valyuta  dünya  valyuta  sisteminin 

iştirakçıları  olan  ölkələrdə  valyuta  məzənnəsinin  tənzimlənməsi  məqsədilə  valyuta 

müdaxiləsi (intervensiyası) üçün geniş istifadə edilir). 

2.  Qızıl  paritetinin  qorunması.  Valyutanın  qızıla  konversiyası  təkcə  bilavasitə 

həyata keçirilmirdi, həm də bilvasitə yəni, xarici valyuta vasitəsilə. 

3. Sərbəst tərəddüd edən valyuta kurslarının yaradılması. 

4. Valyuta tənzimlənməsi aktiv valyuta siyasəti, beynəlxalq konfranslar, iclaslar 

formasında həyata keçirilirdi. 

 Qızıl dönərli valyutalarla yanaşı beynəlxalq əməliyyatlarda hesablaşma vasitəsi 

kimi  istifadə  olunmağa  başlandı.  Lakin  30-cu  illərin    Böyük  depressiyası  qızıl 

standartı sisteminin bərpasına imkan vermədi. 



Bretton-Vuds  sistemi  (tənzimlənən  valyuta  məzənnəsi).  Keyns  və  Vayt 

planları.  Birinci  və  ikinci  dünya  müharibələri  dövründə  ABŞ  və  Avropa  ölkələri 

arasında  iqtisadi  qüvvələr  nisbətinin  ABŞ-ın  xeyrinə  dəyişməsi,  habelə  ölkələrarası 

ticarət  əlaqələrində  yaranmış  vəziyyət  beynəlxalq  maliyyə  sisteminin  tənzimlənməsi 

kimi çox vacib məsələni həll etmək zərurəti yaratdı. Bu məqsədlə ABŞ və Britaniya 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə