Microsoft Word Aygun dissertasiya isi yekun doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix27.03.2018
ölçüsü0,71 Mb.
#35103
1   2   3   4   5   6   7   8   9   ...   28

10 

 

ekspertləri  beynəlxalq  valyuta  qaydalarının  hazırlanması  təşəbbüsünü  irəli  sürdülər. 



Bu məsələ 1-22 iyul, 1944-cü ildə keçirilən Bretton Vuds konfransında əsas müzakirə 

obyekti  oldu.  Beynəlxalq  valyuta  maliyyə  münasibətlərini  tənzimləyən  və  işlək 

valyuta  sistemi  yaratmaq  üçün  konfransa  iki  plan  təqdim  olundu.  Bu  planlar  ingilis 

lord Keyns və amerikalı Henri Vayt tərəfindən hazırlanmışdı. Təqdim olunan planların 

hər ikisində aşağıdakı əsas prinsiplər öz əksini tapmışdır: 

-  dünyada  sərbəst  ticarət  və  maliyyə  mübadiləsi  aparılması  qaydasının qəbul 

edilməsi, 

-  beynəlxalq  valyuta  sabitliyinin  əldə  edilməsi  və  onun  qaydalarının 

beynəlxalq sazişlərlə təstiq olunması, 

-  qızıl standartının qızıl valyuta standartı ilə əvəz edilməsi, 

-  valyuta  sisteminə  nəzarət  və  bu  sahədə  əməkdaşlıq  etmək  mexanizmini 

həyata keçirmək məqsədilə beynəlxalq valyuta təşkilatının yaradılması, 

-  xarici  ödənişlərdə  kəsirin  müəyyənləşdirilməsini  təmin  etmək  üçün 

beynəlxalq klirinq mexanizminin yaradılması. 

Bu  ümumi  prinsiplər  istisna  olmaqla  Keyns  və  Vayt  tərəfindən  hazırlanmış 

planlar  konseptual  baxımdan  bir-birindən  kəskin  fərqlənirdi.  Keyns  planının  əsas 

məqsədlərindən biri hər bir ölkənin valyuta pul siyasətinin onun milli iqtisadiyyatının 

inkişafına  xidmət  etməsini  təmin  etmək  üçün  bu  siyasətin  həyata  keçirilməsində 

ölkəyə  geniş  muxtariyyat  verilməsini  nəzərdə  tuturdu.  Eyni  zamanda  mənfi  saldosu 

olan  ölkələrə  xarici  valyuta  məhdudiyyətlərini  azaltmaq  məqsədilə  Keyns  həmin 

ölkələrə geniş beynəlxalq yardımın göstərilməsini təklif edirdi. 

Keyns planında ölkələrin iqtisadi və valyuta münasibətlərini tənzimləmək üçün 

yeni təşkilatların yaradılması təklifi irəli sürülür. Bu isə praktikada ölkələrin mərkəzi 

banklarının,  Dünya  Bankının  yaradılması,  beynəlxalq  pul  vahidinin  dövriyyəyə 

buraxılması, ölkələrin tədiyyə balansında baş verən pozuntuların tənzimlənməsi kimi 

mühüm  məsələlərin  həllini  nəzərdə  tutur.  Bu  tənzimləmə  mexanizminin  əsasında  

Beynəlxalq  Klirinq  ttifaqı  dururdu.  Keyns,  eyni  zamanda  Beynəlxalq  Klirinq 

ttifaqının öz valyutasının olmasını və onun bütün kitablarında bütün debet və kredit 

hesablarının  bu  valyutada  aparılmasını  təklif  edir.  Keynsə  görə  Beynəlxalq  Klirinq 



11 

 

ttifaqı  sülhü  təmin  edən  təşkilatları  maliyyələşdirməli,  qiymətlərə  və  xammaldan 



istifadəyə nəzarət etməli, onun nəzdində Xüsusi Yardım və Yenidənqurma Agentliyi, 

Beynəlxalq  nvestisiya Bankı və konyukturanı tənzimləyən təşkilatları yaradılmalıdır. 

Beləliklə  yuxarıda  deyilənlərdən  məlum  olduğu  kimi  Keynsin  təklifinin 

mahiyyəti    ayrı-ayrı    ölkələrdə  iqtisadiyyatın  inkişafına  təsir  göstərmək,  onu 

böhrandan çıxarmaq, ölkələrarası sıx iqtisadi əməkdaşlığı təmin etmək qabiliyyəti və 

güclü  maliyyə  imkanlarına  malik  olan  beynəlxalq  təşkilatların  yaradılmasından  və 

onların  vasitəsilə  dünyada  maliyyə  valyuta  münasibətlərinin  tənzimlənməsini  təmin 

etməkdən  ibarətdir.  Təklif  olunan  təşkilatların  mürəkkəb  struktura  malik  olması  və 

yaradılma çətinliyi layihənin qəbul olunmasında böyük maneəyə çevrildi. 

Keynsin  planı  ilə  müqayisədə  Vaytın  təqdim  etdiyi  plan  zahirən  sadə  və  işlək 

xarakter  daşıyırdı.  Bu  plan  çoxşaxəli  beynəlxalq  orqanın  əvəzinə  sabitləşdirmə 

fondunun  yaradılmasını  nəzərdə  tuturdu.  Ümumi  bir  kassanı  xatırladan  və  fondun 

üzvü  olan  dövlətlərin  depozitləri  hesabına  formalaşan  sabitləşdirmə  fondunun  əsas 

vəzifəsi  ayrı-ayrı  ölkələrə  müəyyən  şərtlər  daxilində  xarici  valyuta  vermək 

funksiyasını yerinə yetirmək idi. Bu plan beynəlxalq valyutanın yaradılmasını nəzərdə 

tutmurdu.  Vaytın  fikrincə,  əgər  belə  valyutanın  yaradılmasına  zərurət  yaranardısa,  o 

zaman  bu  valyuta  çox  ciddi  formada  və  daimi  olaraq  qızıla  bağlanmalı  idi.  Eyni 

zamanda,  milli  valyutaların  məzənnələri  bu  beynəlxalq  valyutaya,  həm  də  qızıla 

nisbətən müəyyən olumuş valyuta pariteti əsasında təyin olunmalı idi. 

Vaytın  planına  görə  zəif  valyutası  olan  ölkələrə  xarici  iqtisadi  əlaqələrini 

sağlamlaşdırmaq  məqsədi  ilə  valyuta  nəzarətinə  və  ya diskriminasiya  tədbirinə  meyl 

etmək  məsləhət  görülmürdü.  Lakin  daxili  iqtisadi  siyasətdə  qayda–qanun  yaratmaq 

üçün müvafiq tənzimləmə işlərinin aparılması çox vacib hesab edilirdi. 

Bretton-vuds  konfransında  Vayt  planı  əsas  kimi  qəbul  edildi.  Ingilis 

ekspertlərinin  səyləri  nəticəsində  aparılan  cüzi  dəyişikliklər  isə  onun  mahiyyətini 

dəyişdirmədi. 



Qızıl valyuta standartı. 1944-cü il iyulun iyirmi ikisində qəbul edilmiş Bretton 

–  Vuds  müqavilələri  beynəlxalq  valyuta  münasibətlərində  qızıl  valyuta  standartına 

keçidin əsasını qoymuşdur. Qızıl valyuta standartı sisteminin əsasını qızıl təşkil edirdi. 



12 

 

Bütün  ölkələr  özlərinin  qızıl  ehtiyatlarına  malik  olmaqla,  istənilən  zaman  onu 



beynəlxalq  hesablaşmalarda  istifadə  edə  bilərlər.  Qızıl  valyuta  standartının  tətbiqi 

iqtisadi  cəhətdən  zəif  inkişaf  etmiş  az  qızıl  ehtiyatları  olan  ölkələrə,  onların 

valyutalarının  məzənnəsini  sabit  saxlamaq  və  xarici  valyutalara  dönərliliyini  təmin 

etmək  üçün  öz  valyuta  ehtiyatlarını  xarici  valyutada  saxlamaq  hüququ  və  imkanı 

yaratdı.  Bu  imkan  verildikdən  sonra  bir  çox  ölkələrin  mərkəzi  bankları  özlərinin 

ehtiyat fondlarını dollarda yaratmağa başladılar və dollar qızılın əsas rəqibinə çevrildi. 

Qızılın  əlvan  metal  kimi  məhdud  olması  dolların  istifadə  imkanını  genişləndirdi. 

Beləliklə, Bretton – Vuds sistemi qızıl valyuta sisteminin təməlini qoydu. Yəni, dollar 

qızılla digər valyutalar arasında vasitəçi rolunu oynamağa başladı. 

Beynəlxalq  valyuta  münasibətləri  inkişaf  etdikcə  dolların  qızıla  nisbətən 

dönərliliyi  praktiki  əhəmiyyətini  itirmiş  və  ümumiyyətlə  maliyyə  məsələlərinin 

həllində  qızılın  rolu  xeyli  zəifləmişdi.  Dolların  beynəlxalq  rolunun  ildən-ilə 

möhkəmlənməsi  isə  dövriyyədə  onun  həcminin  sürətlə  artmasına  və  qızılın  sərbəst 

bazardan  sıxışdırılmasına  şərait  yaratmışdır.  Bu  da  öz  növbəsində  qızılın 

məzənnəsinin  onun  rəsmi  paritet  əsasında  dollarla  ifadə  olunmuş  dəyərindən  kəskin 

surətdə fərqlənməsinə səbəb olmuşdur. Həmçinin, bu dövrdə dollar qızıla konvertasiya 

olunan  yeganə  valyuta  idi.  ABŞ  dollarının  mövqeyi  beynəlxalq  iqtisadiyyatda  get-

gedə  güclənirdi.  Lakin  60-cı  illərin  bir  sıra  iqtisadi  prosesləri  və  Vyetnam 

müharibələri ilə əlaqədar dolların mövqeyi zəifləməyə nisbətən başladı. 

Beynəlxalq valyuta bazarlarında yaranmış gərginlik nəticəsində bir sıra ölkələr 

milli  valyutalarının  qızıla  və  ya  dollara  nisbətən  məzənnəsini  təyin  etmə  yolu  ilə 

müəyyən  edilməsi  praktikasından  imtina  edir  və  milli  valyutaların  məzənnələrinin 

bazar şərtləri əsasında sərbəst formalaşması üsuluna üstünlük verirdilər. Artıq 1971-ci 

ilin  may  ayında  markanın,  Kanada  dollarının,  avqust  ayında  isə  ABŞ  dollarının 

məzənnəsi sərbəst müəyyən olunmağa başlandı. Bütün bunlar Bretton-Vuds sisteminin 

dağılmasını sürətləndirirdi. 

1944-cü ildə əsası qoyulan və 60-cı illərin sonu böhranı başlanan Bretton-Vuds 

valyuta sisteminin prinsipləri artıq istehsalat şərtlərinə, dünya ticarət şərtlərinə uyğun 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə