13
gəlmirdi. Bu səbəbləri bir-biri ilə qarşılıqlı şərtlənən faktlar zənciri formasında təqdim
etmək olar:
1. qeyri sabit və ziddiyyətli iqtisadiyyat. 1967-ci il böhranın başlanğıcı iqtisadi
inkişafın ləngidiyi bir vaxta təsadüf etdi. Dünya böhranı Qərb iqtisadiyyatını bürüdü;
1969-1970, 1974-1975, 1979-1983-cü illərdə.
2. inflyasiyanın sürətlənməsi dünya qiymətlərinə və rəqabət qabiliyyətli
firmalara mənfi təsir göstərdi, spekulyativ olaraq “isti” pul kütləsinin yerdəyişməsini
həvəsləndirdi. Inflyasiyanın müxtəlif ölkələrdə müxtəlif tempi valyuta kursunun
dinamikasına təsir göstərdi.
3. ödəmə balansının qeyri stabilliyi bəzi ölkələrin (Böyük Britaniya, ABŞ)
defisitli balansı, digərlərinin isə (Yaponiya) müsbət saldosu valyuta kurslarının
müvafiq olaraq aşağı, yuxarı tərəddüdünü gücləndirirdi.
Beləliklə, 20 ildən artıq ömür sürən Bretton-Vuds sisteminin müqəddaratı həll
olunmuş oldu.
Yamayka valyuta sistemi.
Ölkələrarası valyuta münasibətlərində qızıl standartı
və qızıl valyuta standartı sistemlərinin rolunun zəifləməsi beynəlxalq valyuta
sistemində yeni mərhələyə keçidin başlanğıcı kimi qiymətləndirilməlidir. Bretton-
Vuds valyuta sisteminin böhranı valyuta islahatı layihələri bolluğu doğurdu: kollektiv
ehtiyat valyuta vahidi yaradılması, dünya valyuta buraxılışı, qızıl və əmtəələrlə
təchizatdan tutmuş, qızıl standartlarına qayıdana qədər. Onların nəzəri əsasında
neokeynsçi və neoklassik konsepsiyalar dururdu. 60-70-ci illərdə keynsçilikdə böhran
meydana gəldi, hansı ki, əsasını Bretton-Vuds sistemi çərçivəsində valyuta
tənzimlənməsi təşkil edirdi. Həmin vaxt neoklassiklər fəallaşdılar. Onların bəzisi
beynəlxalq valyuta münasibətlərində qızılın rolunun qızıl standartına qədər
qaldırılmasına yönəlmişlər.
Monetarizmin tərəfdarları bazarın tənzimlənməsində dövlət müdaxiləsinə qarşı
çıxırdılar. Ödəmə balansının avtomatik özünütənzimləmə ideyasını yenidən ortaya
atdılar, üzən valyuta kursları rejimini təklif etdilər. Neokeynsçilər Keynsin əvvəllər
rədd edilmiş “bankor” tipli beynəlxalq valyutanın yaradılması ideyasına döndülər.
ABŞ-da dolların mövqeyini qorumaq məqsədilə qızılın tam demonetizasiyası və
14
beynəlxalq likvid vəsaitlərinin yaradılmasına istiqamət götürdülər. Qərbi Avropa,
xüsusilə Fransa dolların hegemonluğunu məhdudlaşdırmağa və BVF-nun kreditlərini
genişləndirməyə çalışırdı.
1976-cı ilin aprelində Yamayka müqaviləsi ilə müəyyən edilmiş valyuta
paritetlərindən imtina etmək barədə Beynəlxalq Valyuta Fondunun nizamnaməsində
dəyişiklik edildi. Bu təşkilatın nizamnaməsində ikinci dəyişiklik sayılan (birinci
dəyişiklik 1968-ci ilin may ayında SDR-in yaradılması ilə bağlı edilmiş və o, 1969-cu
ilin iyul ayında qüvvəyə minmişdir) və 1978-ci ilin aprelində qüvvəyə minən bu
qərarla milli valyutaların məzənnələrinin bazar şərtlərinə uyğun olaraq sərbəst
müəyyən olunmasının əsası qoyuldu. Bununla bütün ölkələr öz valyutalarının
məzənnəsini (“sabit” və ya “dəyişkən” məzənnə sistemi) müəyyən etməkdə tam
sərbəstlik əldə etdilər.
Lakin bu sərbəstlik heç də beynəlxalq valyuta sistemində özbaşınalığa yol
verilməsi, hər bir ölkənin bu sahədə öz istədiyi kimi hərəkət etməsi demək deyildir.
Yeni qaydalar BVF-nun üzvü olan ölkələr tərəfindən milli valyutanın sabitliyini təmin
edən məzənnələr sistemi yaradılmasını, bu məsələnin həllində BVF-u ilə və onun üzvü
olan digər ölkələrlə sıx əməkdaşlıq etməsini nəzərdə tuturdu. Bu məqsədlə hər bir ölkə
iqtisadiyyatın səmərəli inkişafına yönəldilmiş qiymət siyasəti aparmalı, ölkənin
tədiyyə balansının tənzimlənməsinə mane olan valyuta məzənnələri tətbiq etməməli və
bütövlükdə maliyyə sistemi sahəsində düşünülmüş və ölçülüb-biçilmiş siyasət həyata
keçirməlidir.
Kinqstondakı (Yamayka) BVF-nun ölkə üzvlərinin razılığı ilə BVF-nun
nizamnaməsinə ikinci düzəliş dördüncü dünya valyuta sisteminin aşağıdakı
prinsiplərini rəsmiləşdirmişdir:
1. Qızıl-deviz standartları əvəzinə SDR standartları yeridildi. Bu yeni
beynəlxalq valyuta hesab vahidinin (O.Emminqerin latihəsi üzrə) yaradılması
haqqında razılıq 1967- ci ildə BVF-nun ölkə üzvləri tərəfindən imzalanmışdır. SDR-in
buraxılışı ilə əlaqədar BVF-nun nizamnaməsinə birinci dəyişiklik 28 iyul 1969-cu ildə
qüvvəyə mindi.
15
2. Qızılın demonetizasiyasına hüquqi şəkildə son qoyuldu: onun rəsmi qiyməti,
qızıl paritetləri ləğv olundu, dolların qızıla dəyişdirilməsi dayandırıldı. Yamayka
razılaşmasına görə qızıl dəyər tədbiri və valyuta kurslarının hesablanma nöqtəsi olmalı
deyil.
3. Ölkələrə istədikləri valyuta kursu seçmək imkanı verilmişdi.
4. BVF-dan isə dövlətlərarası valyuta tənzimlənməsini gücləndirmək tələb
olunurdu.
Yamayka valyuta sisteminin aşağıdakı “üzən” valyuta rejimi mövcuddur:
ABŞ, Kanada, ngiltərə, Yaponiya və s. ölkələrin valyutaları valyuta
məzənnəsinin tələb və təklifindən asılı olaraq sərbəstdir.
Avropa birliyi üzvlərinin əksər ölkələri (Almaniya, Fransa, taliya,Hollandiya,
Belçika, Lüksemburq, rlandiya, Danimarka) öz aralarında valyuta mübadiləsinin
məzənnəsini müəyyən edirlər, özlərinin Avropa valyuta sistemini yaradırlar (EKYU);
üçüncü bir valyutaya nisbətdə onlar birlikdə “üzürlər” (qalxıb-enirlər).
Həmişə olduğu kimi yeni dünya valyuta sistemi ilə köhnə sistem arasında
varislik əlaqəsi saxlanılırdı. Bu qanunauyğunluq Yamayka və Bretton-Vuds valyuta
sistemlərini tutuşduranda ortaya çıxır. SDR standartı arxasında dollar standartı
gizlənir. Baxmayaraq ki, valyuta plüralizminə olan tendensiya güclənir, hələ ki,
aparıcı beynəlxalq ödəmə və rezerv vasitəsi kimi dolların alternativi yoxdur, qızıl
demonetizasiyalaşdırılmışdır, amma faktiki olaraq o, valyuta malı formasında öz
modifikasiyalaşmış formasını saxlayır: Bretton-Vuds sistemindən miras olaraq BVF-u
qalmışdır, hansı ki, dövlətlərarası valyuta tənzimlənməsini həyata keçirir. Mahiyyət
etibarilə, Yamayka valyuta sistemi Bretton-Vuds sistemindən daha mütəhərrik olmalı
idi, ödəmə balansları və valyuta kurslarının qeyri-stabilliyinə daha elastik surətdə
alışmalı idi. Amma ki, Yamayka valyuta sistemi periodik olaraq böhran sarsıntıları
keçirir, əsas valyuta problemlərinin həlli məqsədilə onun daha da müasirləşdirilməsi
yolları axtarılırdı. Qızılın demonetizasiyasının, yəni onun pul funksiyasını itirməsi
prosesinin Yamayka valyuta islahatı ilə başa çatması nəticəsində valyuta sisteminə
SDR (xüsusi borclanma hüququ) və EKÜ-nün (indi EURO) tətbiq edilməsini zəruri
etdi.
Dostları ilə paylaş: |