Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə13/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   9   10   11   12   13   14   15   16   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

65



 

GEDİM 

 

Ayrılıq sözünü salma araya, 



Şəhla gözlərindən, gəl, öpüm, gedim. 

Namərd adam çatmaz haya, haraya, 

İzn ver, yoluna gül səpim, gedim. 

 

Mərdanələr saya salmaz çətini, 



İlqarından dönməz, kəssən ətini. 

Hicranın dərdini, yar həsrətini 

Çəksəm də, belimi az büküm, gedim. 

 

Vulkanlar püskürər odlu sinəmdən



Heç kəs ayırammaz, yar, səni məndən! 

Aydın kənar gəzməz nazlı sənəmdən, 

Küskün taleyimdən əl çəkim, gedim?! 



Aydın Çobanoğlu 

 

 



66

 

QOYMARAM 

 

Ömrümün günəşi, şəhla gözlü yar, 



Əğyar bildiyini edə, qoymaram! 

Dost-düşmən içində meydan oxuyub, 

Kama çata gədə-güdə, qoymaram! 

 

Fikir vermə hər nadanın sözünə, 



Lənət qanmazların sırtıq üzünə! 

Lazım gəlsə od qoymaram közünə

Gəlsələr də yüz min hədə, qoymaram! 

 

Aydınam, xəstəlik qəddimi əydi, 



Naşı sözdən qəlbə min yara dəydi. 

Darı sovulunca bildirçin bəydi, 

Qismət ola gülüm yada, qoymaram! 

 

Bakı şəhəri,  



1973-cü il 

 



Ömrün etməyəcək vəfa dedilər 

 

67



 

DEDİLƏR 

 

Bir şəhla gözlünün, şux baxışlının, 



Daha bəsdir, çəkmə nazın, – dedilər. 

Hicran dəftərinin vərəqlərinə 

Ayrılıq sözünü yazın, – dedilər. 

 

Elə bil, sinəmdə ocaq qalandı, 



Könlümün dəryası tamam bulandı. 

Eşitdiyim sözlər bəlkə yalandı?! 

Niyə qara gəldi yazın?! – dedilər. 

 

Aydın düşündükcə, səni andıqca, 



Təbəssümü dodağında donduqca, 

Pərdə-pərdə alışdıqca, yandıqca, 

Fəryad edir telli sazım, – dedilər. 



Aydın Çobanoğlu 

 

 



68

 

GÖZƏL 

 

Gecələr yuxuda, gündüz xəyalda 



Səninlə danışıb, gülürəm, gözəl! 

Xəyalda küsdürüb, könlün alıram, 

Hərdən göz yaşını silirəm, gözəl! 

 

Qəm-qüssə üstümə ayaq alanda, 



Kədər güc gələndə, fikrə dalanda, 

Qəlbimdə bir tikə sevinc olanda, 

Çağırıb səninlə bölürəm, gözəl! 

 

Sevda yolçusuyam, bir əhli-dərdəm



Mənim qəlbimdəsən hər saat, hər dəm. 

Hicrani könlünə yeganə həmdəm, 

İnan ki, bir səni bilirəm, gözəl! 



Ömrün etməyəcək vəfa dedilər 

 

69



 

ATAMA 

 

Gözümün işığı, mehriban ata! 



Dözəmmərəm bu hicranın dağına! 

Amandı, oxlama məlul könlümü, 

Gəl, qıyma ömrümün cavan çağına! 

 

Eşqin hikmətini sevənlər duyar, 



Yolumu gözləyir şəhla gözlü yar. 

Sevgisiz həyatın nə mənası var, 

Niyə qəsd edirsən sevda bağına?! 

 

Aydın son sözünü dedi əzəldən



Bay olar dünyada könül düzəldən. 

Çələng bağlasan da, min bir gözəldən, 

Dəyməz Nərgizimin bir dırnağına. 

 

1973-cü il 




Aydın Çobanoğlu 

 

 



70

 

GƏLMƏDİ 

 

Könlüm intizarda, gözüm yollarda, 



Harda qaldı, mehribanım gəlmədi. 

Vədə vaxtı ötdü, səbrim tükəndi, 

Şirin sözüm, xoş zəbanım gəlmədi. 

 

Həyat günəşimin rəngi saraldı, 



Şirin canı tuti dilli yar aldı. 

Yoxsa tufan qopdu, yolu qar aldı, 

Tora düşdü, ruh-rəvanım gəlmədi. 

 

Hicrani, bəd külək hayandan əsdi?! 



Yayıldı cismimə, dizlərim əsdi. 

Bəlkə də namərdlər yolunu kəsdi

Can sirdaşım, hər gümanım gəlmədi. 

 

 



 

Bakı şəhəri, 

1973-cü il


Ömrün etməyəcək vəfa dedilər 

 

71



 

GƏL 

 

O ağ saçlarına mən qurban olum, 



Tez yetir özünü, ay ana, gəl, gəl! 

Dizimdə qüvvət yox, tərpənmir qolum, 

Tez yetir özünü, ay ana, gəl, gəl! 

 

Girdimi yuxuna mənim əhvalım, 



Gördünmü saralıb, solub camalım?! 

Canımda taqət yox, pozulub halım, 

Tez yetir özünü, ay ana, gəl, gəl! 

 

Necə yazım, necə deyim bu dərdi, 



Dəniz nədir, inan, dərya qədərdir. 

Filə qoşsan, tək çəkəmməz bu dərdi, 

Tez yetir özünü, ay ana, gəl, gəl! 

 

Məcnunu olmuşam vəfalı yarın, 



Dağılıb bostanda dövlətim, varım. 

Bil ki, əldən gedir şahın şonqarı, 

Tez yetir özünü, ay ana, gəl, gəl! 

 

Saralıb baxçada gülü Aydının, 



Quruyub sonalı gölü Aydının. 

Tutulub dizləri, dili Aydının, 

Tez yetir özünü, ay ana, gəl, gəl! 



Aydın Çobanoğlu 

 

 



72

 

 



 

 

 



ADSIZ ŞEİR 

 

 Gözlərin şövqündən yandım, kül oldum



 Ümidim də sənsən, gözüm də sənsən. 

 Lalədən rəng alıb al dodaqların, 

  Əlim də, qolum da, özüm də sənsən, 

  Rəhm elə, ən şirin sözüm də sənsən.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Kürdivan kəndi, 

 

 

 

       03.07.1973  

 

 



 

 

 



 

 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə