Microsoft Word Avropa v? Amerika olk?l?ri tarixcavablar Benovse doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix14.03.2018
ölçüsü0,57 Mb.
#31423
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

ngiltərədə  hakimiyyətə  gəldi  və  bu  Stüartların  restavrasiyası  və  ya  məhdud 

monarxiyanın  bərpası  idi.  Onun 

oğlu  II  Yakov  (1658-1688)  katolik  idi.  Onlar 

Stüartların əvvəlki qeyri-məhdud hüquqlarını bərpa etməyə çalışırdılar. Lakin hər 

iki  kralın  yeritdiyi  siyasi  xətt  çox  tezliklə  ngiltərə  parlamentində  və  hakimiyyət 

elitasında  yeni  müxalifətin  meydana  gəlməsini  şərtləndirdi,  ölkədə  ictimai-siyasi 

vəziyyət yenidən olduqca kəskin xarakter aldı. 

Parlament  partiyaları  –  torilər,  viqlər  və  anqlikan  kilsəsi  Fransanın  dəstəyindən 

istifadə  edərək  Stüartların  qadın  xətti  ilə  qohumlarından  olan  II  Yakovun  qızı 

Mariyanın  əri  protestant  Oranlı  Vilhelmə  müraciət  edərək  onu  ngiltərəyə  kral 

taxtına dəvət etdilər. 1688-ci il dekabr ayında Vilhelm (1688-1702) Londona daxil 

oldu və II Yakov tələsik şəkildə Londonu tərk etmək məcburiyyətində qaldı. 

Beləliklə,  1688-ci  il  «şanlı  inqilabı»  adlanan  bu  hadisə  ilə  də  ngiltərə  burjua 

inqilabı  başa  çatdı.  ngilis  tarixşünaslarınının  «şanlı  inqilab»  adlandırdığı  epizod 

1688-1689-cu illərin hadisələri ilə bağlı olmuşdur. 

ngiltərə burjua inqilabının qələbəsi  ngiltərənin dünya birinciliyi yoluna çıxmasını 

təmin etmişdi.  ngiltərə tarixşünaslığı belə bir məsələdə həmrəydir ki, XVII əsrin 

sonları  üçün  inqilabdan  sonra  keçən  40  il  ərzində  ngiltərə  dünyanın  ən  böyük 

müstəmləkə dövlətinə çevrildi. 

 

25. 



Fransa burjua inqilabının ilkin şərtləri və səbəbləri 

XVII  əsrdə  mütləq  monarxiyanın  mövcud  olduğu  Fransa  Qərbi  Avropanın  ən 

güclü  dövlətlərindən  biri  idi.  Ölkədə  ali  hakimiyyət  krala  məxsus  idi.Baş  Ştatlar 

(parlament)  qanunvericilik  deyil,məhkəmə  və  inzibati  orqan  kimi  fəaliyyət 

göstərirdi. 

Feodal gerilik  onu müstəmləkələr uğrunda  ngiltərə ilə mübarizədə məğlubiyyətə 

uğratmışdı.Yeddiillik  müharibənin(1756-1763)  gedişində  ngiltərə  Kanadanı  ələ 

keçirmiş və Hindistanda üstünlüyə nail olmuşdu. 

Kral  hakimiyyəti  və  imtiyazlı  silklər-  zadəganlar  və  ruhanilər  hər  hansı  islahat 

keçirilməsinin qəti əleyhinə çıxırdılar. XVIII əsrin ortalarında Fransada sənaye və 

ticarət xeyli genişlənmişdi.Bu zaman istehsalda manufakturalar həlledici rola malik 

idi. 


XVIII  əsrin  ikinsi  yarısında  Fransanın  kənd  təsərrüfatında,  sənayesində  və 

ticarətində  məhsuldar  qüvvələrin  artmasına  mane  olan  köhnəlmiş  feodal 

qaydalarını ləğv etmək zərurəti yaranmışdı. 

XVIII  əsrdə  Fransada  sosoial  –iqtisadi  inkişafı  ləngidən  amillərdən  biri  əhalinin 

silklərə bölünməsi idi.Əhali üç silkə (təbəqəyə) bölünürdü: 

1.ruhanilər; 2.zadəganlar; 3.burjuaziya,kəndli,sənətkar, fəhlələr. 

ngiltərədə  hələ  inqilabdan  əvvəl  zadəganların  bir  hissəsi  sənaye  və  ticarətlə 

məşğul  olur,  istehsalda  muzdlu  əməkdən  istifadə  edirdi,  mütləqiyyətin 

məhdudaşdırılmasında  maraqlı  idilər.  Fransada  isə  ngiltərədən  fərqli  olaraq 

belələri azlıq təşkil edirdi. 

XVIII əsrin ikinci yarısında mütləqiyyətə qarşı güclü müxalifət qüvvələri meydana 

gəlmişdi  ki,  bunlar  da  müxtəlif  sosial  təbəqələri  əhatə  edirdi.Onların  qabaqcıl 

dəstəsi  güclənməkdə  olan  burjuaziya  idi.  Burjuaziya,  yəni  tacirlər,manufaktura 

sahibləri,bankirlər  iqtisadi  cəhətdən  güclü   olsalar  da  ,  onlar  silki  imtiyazlar 




sistemindən və hüquqsuzluqdan əziyyət çəkirdilər. Mütləqiyyətə qarşı mübarizədə 

burjuaziyanın müttəfiqləri kəndlilər, sənətkarlar və fəhlələr idilər. Həmçinin birinci 

və  ikinci  silklərdən  olan  bəzi  mütərəqqi  nümayəndələr   narazı  zadəganlar  və 

ruhanilərin  aşağı  hissəsi  də  islatların  keçirilməsini  tələb  edirdilər.  Üçüncü  silkin 

bütün təbəqələri ruhanilərin və zadəganların silki imtiyazlarının ləğv edilməsinə və 

kral hakimiyyətinin məhdudlaşdırılmasına çalışırdılar. 

Beləliklə,silki  quruluşun  və  mütləqiyyətin  ləğv  edilməsi  yetişməkdə  olan  burjua 

inqilabının qarşısında duran mühüm vəzifələrdən biri idi. 

 

26. " nsan və vətəndaş hüquqları bəyannaməsi" 

Geniş  xalq  kütlələrinin  inqilabi  əhvali-ruhiyyəsinin  yüksəlişi,burjuaziyanın 

qazanılmış  müvəffəqiyyətləri  möhkəmləndirmək  cəhdləri  tezliklə    Müəssislər 

Məclisi  tərəfindən  “ nsan  və  vətəndaş  Hüquqları  Bəyannaməsi”nin  işlənilib 

hazırlnmasına  gətirib  çıxartdı.  Mühüm  əhəmiyyətə  malik  olan  bu  sənəd  ABŞ-ın 

“ stiqlaliyyət  Bəyannəməsi”(1776)  nümunəsi  əsasında  hazırlanmışdı.  Müəssislər 

Məclisi bu sənədi 1789-cu il avqustun 26-da elan etdi. 

   Bəyannamədə: 

 1.Xalq,Millət bütün hakimiyyətin yeganə mənbəyi hesab olunurdu; 

 2.Söz,visdan və mətbuat azadlığı elan edilirdi; 

 3.Silki imtiyazlar və mütləqiyyət rədd edilirdi; 

 4.Qanunsuz həbslər qadağan edilirdi; 

 5.Mülkiyyət toxunulmaz və müqəddəs elan olunurdu; 

 6.Zülmə qarçı mübarizə müqavimət hüquqnu təntənəli surətdə elan edilirdi. 

  Beləliklə,”Bəyannamə” mövcud quruluşa qarşı mübarizədə çox böyük inqilabi və 

mütərəqqi əhəmiyyətə malik idi. O,Fransada geniş inqilabi yüksəlişə səbəb oldu və 

digər ölkələrdəki qabaqcıl adamlar tərəfindən  böyük sevinclə qarşılandı. 

“ nsan  və  vətəndaş  hüquqları  Bəyannaməsi”nin  qəbul



  edilməsi  Müəssislər 

Məclisinin xalq arasındakı nüfuzunu möhkəmləndirdi. 



 

27.Fransada 1791-ci il Konstitusiyası 

 Konstitutisiya  hələ  1789-cu  ilin    payızında  işlənilib  hazırlandı.  Lakin 

konstitutisiya 1791-ci ilin sentyabrında qüvvəyə mindi. 

     Bu Konstitutisiyaya görə: 

1. 

Fransada konstitutisiyalı monarxiya quruluşu bərqərar edilirdi; 



2. 

Kral  icraedici  hakimiyyətin  başçısı  elan  olunurdu.O,nazirləri  təyin 

edirdi və Nazirlər də ancaq kral qarşısında məsuliyyət daşıyırdı; 

3. 


Ali  qanunvericilik  hakimiyyət  Qanunverici  məclisə  verilirdi.Lakin 

kral hər  hansı qanunu dayandıra və təxirə sala bilərdi; 

4. 

Ancaq 


mülkiyyəti 

olan 


adamlar 

seçki 


hüququna 

malik 


olurdular.Milyonlarla yoxsul seçki hüququndan məhrum edilirdi; 

5. 


Senyorlar  məhkəməsi  andlılar  məhkəməsi  ilə  əvəz  olunurdu:  əhali 

tərəfindən  seçilən  bu  andlılar  məhbusun  günahı  olub-olmadığı  məsələsini  həll 

edirdi; 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə