Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə68/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   61   62   63   64   65   66   67   68   69

 
213
olar. Pul siyasəti alətlərinin avtonomiyası Mərkəzi Bankın qarşıya 
qoyulmuş  məqsədlərə  nail  olması  üçün  pul  siyasəti  alətlərini  sər-
bəst şəkildə seçməsidir. Yəni kənar orqanlar pul siyasəti alətlərinin 
tətbiqində Mərkəzi Bankın işinə müdaxilə etməməlidirlər.  
Pul  Siyasəti  Rejimi  -  Son  və  aralıq  hədəfləri  arasındakı 
kombinasiyadan, həyata keçirilməsi mexanizmlərindən asılı olaraq 
təsnifləşdirilən pul siyasəti formalarıdır. Pul Siyasəti Rejimləri bir 
çox  hallarda  əsas  hədəfə  nail  olmaq  üçün  aralıq  və  son  hədəflər 
üzrə  dəqiq  və  ya  orientir  kəmiyyət  göstəriciləri,  pul  siyasəti 
çərçivəsində həyata keçirilməsi planlaşdırılan tədbirlər sistemi əks 
etdirilir.  Pul  siyasətinin  pul  kütləsinin  hədəflənməsi,  məzənnənin 
hədəflənməsi,  inflyasiyanın  birbaşa  hədəflənməsi  kimi  rejimləri 
bir-birindən fərqləndirilir. 
Pul  siyasətinin  transmissiyası  -  Mərkəzi  Bank  tərəfindən 
qəbul  edilən  pul  siyasəti  qərarlarının  iqtisadiyyata  ötürülməsini 
prosesidir.  Müasir  dövrdə  pul  siyasətinin  faiz  dərəcələri, 
kreditlərin  verilməsi,  valyuta  məzənnəsi,  inflyasiya  gözləntiləri 
kimi  transmissiya  kanalları  mövcuddur.  Pul  siyasəti  qərarları  real 
iqtisadiyyata  bu  kanallar  vasitəsilə  dərhal  deyil,  müəyyən  zaman 
intervalından (laqdan) sonra təsir göstərir. 
Pulun  dövretmə  sürəti  -  Nağd  və  nağdsız  pul  nişanlarının 
hərəkətinin intensivliyini xarakterizə edən göstərici.   
Prudensial-  bankın  təhlükəsiz  fəaliyyətinin  təmin  edilməsi-
nə  istiqamətlənmiş  normativlərə,  qaydalara,  tələblərə  və  göstəriş-
lərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və nəzarət üsulu-
dur.  
Real  effektiv  məzənnə  -  (REM)  indeksi.  Manatın  ticarət 
partnyoru  olan  ölkələrin  valyutalarına  nəzərən  ikitərəfli  nominal 
məzənnələrinin  dəyişiminin  ticarət  xüsusi  çəkiləri  və  həmin 
ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortasını əks etdirir. 
REPO  -  Mərkəzi  Bank  (və  ya  bir  kommersiya  bankı) 
tərəfindən  qiymətli  kağızların  digər  banka  sonradan  geri  almaq 
şə
rti ilə satışıdır. 


 
214
Revalvasiya Milli valyutanın məzənnəsinin xarici valyutaya 
nəzərən bahalaşması prosesidir. 
Risklərin  idarə  edilməsi  prosesi  –  bankın  məruz  qala 
biləcəyi  riskin  müəyyənləşdirilməsi,  ölçülməsi,  təhlili,  idarə 
edilməsi, monitorinqi və hesabatlığını əhatə edən prosesdir. 
Risk  faktoru  –  bank  daxili  və  bankdankənar,  əvvəllər 
müşahidə  olunmuş  və  ya  bankın  fəaliyyətinə  potensial  təsir  edə 
biləcək, ölçülə bilən risklər üzrə faktorlardır. 
Risk  –  bankın  mənfəətinə  və  kapitalına  təsir  edən  göz-
lənilməz zərərin baş verməsi ehtimalıdır.  
Risklərin idarə edilməsi prosesi – bankın məruz qala bilə-
cəyi riskin müəyyənləşdirilməsi, ölçülməsi, təhlili, idarə edilməsi, 
monitorinqi və hesabatlığını əhatə edən prosesdir. 
Kredit  riski  –  borcalanın  banka  olan  borcunun  tam  və  ya 
qismən ödənilməməsi riskidir. 
Bazar  riski  –  bazarda  baş  verən  dəyişikliklərin  nəticəsində 
bankın  məruz  qala  biləcəyi  riskdir.  Bu  dəyişikliklərə  faiz  də-
rəcələri, valyuta məzənnələrinin, qiymətli kağızların dəyəri, habelə 
makro iqtisadi göstəricilərdə baş verən dəyişikliklər aid edilir.  
Ə
məliyyat  riski  –  qeyri-adekvat  və  ya  uğursuzluqla 
nəticələnmiş  daxili  proseslərdən,  insanlardan  və  ya  sistemlərdən, 
yaxud  bankdan  kənar  hadisələrin  baş  verməsindən  yarana  biləcək 
zərərdir.  Əməliyyat  riskinin  aşağıdakı  alt  kateqoriyaları 
mövcuddur:    insan  resursu  riski;  texnoloji  risk;  proses  riski; 
təşkilati risk; kənar risklər. 
Reputasiya  riski  –  bank  haqqında  mənfi  ictimai  fikirin 
yaranması riskidir. 
Strateji  risk  –  strateji  hədəflərin  düzgün  seçilməməsi 
nəticəsində bankın məruz qala biləcəyi riskdir. 
Likvidlik  riski  –  planlaşdırılmış  və  gözlənilməyən 
öhdəliklərin  vaxtında  və  effektiv  yerinə  yetirilə  bilməməsi,  əlavə 
likvid  vəsaitin  əldə  edilməməsi,  həmçinin  bankın  aktivlərinin 
minimal zərərlə dərhal satılması üzrə imkanların azalması riskidir. 


 
215
Risk  götürmə  qabiliyyəti  –  bankın  strateji  məqsədlərinə 
çatmaq üçün üzərinə götürə biləcəyi riskin həcmidir. 
Riskin  qəbul  edilməsi  –  kapitalın  adekvatlığına  dair 
tələblərə  riayət  etmək  şərti  ilə  bankın  kapitalının  hesabına 
mümkün  zərərin  qarşılanmasıdır.  Bank  qəbul  etdiyi  risklərə  qarşı 
yetərli kapitala malik olmalıdır. 
Riskin minimallaşdırılması – müxtəlif idarəetmə metodları 
ilə  risklərin  azaldılmasıdır.  Bu  metodlar  hər  bir  risk  kateqoriyası 
üzrə fərqli ola bilər. 
 Riskin ötürülməsi – bankın təhlükəli hesab etdiyi fəaliyyət 
və əməliyyatların bankdan kənar tərəflərə ötürülməsidir. 
Riskdən  qaçma  –  təhlükəli  hesab  edilən  əməliyyatların 
həyata keçirilməməsidir. 
Sərt  pul  siyasəti 
nflyasiyanın 
azaldılmasına 
və 
iqtisadiyyatda  hərarətlə-nmənin  azaldılmasına  yönəldilmiş  pul 
siyasəti  tədbiridir.  Bu  zaman  Mərkəzi  Bank  özünün  faiz 
dərəcələrini artırır ki, bu da iqtisadiyyatda həm əmanətlər, həm də 
kreditlər üzrə faiz dərəcələrinə artırıcı təsir göstərir. 
Stress test –  gözlənilməz, müstəsna, lakin mümkün şoklara 
bankın həssaslığının qiymətləndirilməsi alətidir.  
Son  instansiya  kreditoru  Əsasən  bankların  maliyyə 
vəziyyətinin  sağlamlaşdırılması  məqsədilə  kommersiya  bankları-
nın tələbləri əsasında Mərkəzi Bank tərəfindən verilən kreditlərdir. 
Sonuncu instansiya kreditlərinin şərtləri bir qayda olaraq Mərkəzi 
Bank tərəfindən müəyyən olunur. 
Sterilizasiya  əməliyyatları  Artmış  pul  kütləsinin  inflyasya 
potensiala malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəl-
dilmiş  əməliyyatlara  Mərkəzi  Bankın  sterilizasiya  əməliyyatları 
deyilir.  Bununla  belə  xarici  valyuta  bazarında  revalvasiya 
təhlükəsi yaradan artıq təklifin alınması əməliyyatlarını xarakterizə 
etmək üçün də sterilizasiya terminindən istifadə edilir. 
SVOP  (məzənnə  SVOP-u)  Məzənnə  riskindən  sığortalan-
maq  məqsədilə  müəyyən  müddətdən  sonra  yenidən  əksinə 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə