Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə66/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   61   62   63   64   65   66   67   68   69

 
207
valyutasının  m  valyutasına  nəzərən  məzənnəsi  -  n  valyutasının  
valyutasına nəzərən məzənnəsi.  
Çərçivə  alətləri-  Çərçivə  alətləri  Mərkəzi  Bank  tərəfindən 
həyata keçirilən bir günlük repo (vəsaitlərin cəlb olunması aləti) və 
bir 
günlük 
ə
ks-repo 
(vəsaitlərin 
yerləşdirilməsi 
aləti) 
ə
məliyyatlarıdır. Bir qayda olaraq çərçivə alətləri üzrə əməliyyatlar 
bankların  təşəbbüsü  ilə  müəyyən  olunmuş  faiz  dərəcələri  ilə 
aparılır. 
Dövriyyədə  olan  nağd  pul  Mərkəzi  Bank  tərəfindən 
dövriyyəyə  buraxılmış  nağd  pullardır.  Buraya  bank  sistemindən 
kənarda  olan  nağd  pulla  yanaşı  Mərkəzi  Bankın  və  kommersiya 
banklarının kassalarında olan nağd pullar da daxildir. 
Devalvasiya  Milli  valyutanın  xarici  valyutaya  nəzərən 
məzənnəsinin ucuzlaşdırılmasıdır. 
Dezinflyasiya  –  Qiymətlərin  artımı  prosesini  səngitmək 
üçün  dövlət  tərəfindən  həyata  keçirilən  tədbirlər  sistemidir.  O 
cümlədən  Mərkəzi  Bankın  pul  siyasətinin  sərtləşdirilməsi 
dezinflyasiya tədbirlərinə aiddir. 
Dollarlaşma – Milli valyutaya paralel olaraq sərbəst dönərli 
valyutanın daxili pul tədavülündə yer almasdır. Dollarlaşma səviy-
yəsini  ölçmək  üçün  müxtəlif  göstəricilərdən  istifadə  edilir.  Belə 
göstəriciyə  misal  olaraq  xarici  valyutada  əmanət  və  depozitlərin 
cəmi  əmanət  və  depozitlərdə  xüsusi  çəkisini  göstərmək  olar.  Bu 
göstərici  pulun  yığım  funksiyasının  dollarlaşma  səviyyəsini  
ölçməyə  imkan  verir.  Dollarlaşma  əvəzinə  bəzi  hallarda  valyuta 
ə
vəzləməsi terminindən də istifadə edilir. 
Dəhlizin  minimal  həddi  bir  günlük  vəsaitlərin  cəlbolunma 
(REPO)  faiz  dərəcəsi  ilə,  maksimal  həddi  isə  -  bir  günlük  vəsait-
lərin yerləşdirmə (Əks-REPO) faiz dərəcəsilə müəyyən olunur. 
Depozit - müvafiq müqavilə şərtləri ilə faizlər və ya komis-
yon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanət-
çilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini 
nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və 
ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir.  


 
208
Emissiya  Bütün  növ  pul  nişanlarının  və  qiymətli  kağızların 
dövriyyəyə  buraxılmasıdır.  Pul  nişanlarının  emissiyası  səlahiyyəti 
bir  qayda  olaraq  Mərkəzi  Banka  məxsusdur.  Qiymətli  kağızların 
emissiyası  isə  həm  dövlət  həm  də  kommersiya  qurumları 
tərəfindən  həyata  keçirilə  bilər.  Məhz,  bu  cəhətinə  görə  qiymətli 
kağızlar  dövlət  və  qeyri-dövlət  qiymətli  kağızları  qruplarına 
bölünür. 
Faiz dərəcələri dəhlizi Mərkəzi Bankın çərçivə alətləri üzrə 
faiz dərəcələri "faiz dərəcələri dəhlizi"ni təşkil edir. 
Fidusiar  vəzifələr  –  bankın  maliyyə  göstərijilərinə  nəzarət 
və  onların  qiymətləndirilməsi,  qanunlara,  digər  normativ  hüquqi 
aktlara riayət etməsinin təmin edilməsi, habelə Müşahidə Şurası və 
darə  Heyəti  tərəfindən  bankın  cari  və  gələcək  maraqlarının 
toqquşması hallarının qarşısını ala bilən vəzifələrdir. 
Korporativ  idarəetmə  –  bankın  strateci  baxışı  əsasında 
onun  strateci  vəzifələrinin  müəyyən  edilməsini,  bütün  idarəetmə 
səviyyələrində  dəqiq  vəzifə  bölgüsünün  aparılmasını,  idarəetmə 
orqanları  üzvlərinin  tutduğu  vəzifələrə  uyğunluğunu,  risklərin 
səmərəli idarə edilməsi məqsədi ilə müfəssəl nəzarət sistemlərinin 
tətbiqini,  habelə  idarəetmənin  şəffaflığına  nail  olmaq  üçün  daxili 
və  xarici  auditdən  istifadəni  təmin  edən  prudensial  idarəetmə 
üsuludur. 
nflyasiya  -  nflyasiya  qiymətlərin  ümumi  səviyyəsinin 
artımı  prosesidir.  Başqa  sözlə  desək,  inflyasiya  mal  və  xidmət 
qiymətlərinin  artması  ilə  müşayiət  olunan  pulun  dəyərsizləşməsi 
prosesidir.Ayrıca  götürülmüş  mal  və  ya  xidmətin  qiymətinin 
artması  inflyasiya  demək  deyil.  Yalnız  qiymətlərin  ümumi 
səviyyəsi qalxdığı zaman inflyasiya baş vermiş hesab olunur. 
nflyasiyanın  hədəflənməsi  Qiymətlərin  sabitliyinin  əsas 
hədəf  kimi  götürüldüyü  pul  siyasəti  rejimidir.  Bu  rejimin  tətbiqi 
zamanı Mərkəzi Bank qiymətlərin sabitliyi üçün  yüksək dərəcədə 
məsuliyyət daşıyır. 
stehlak Qiymətləri  ndeksi - ( Q ) Müəyyən vaxt intervalı 
çərçivəsində  əhali  tərəfindən  qeyri-istehsal  məqsədilə  istehlak 


 
209
edilən  mal  və  xidmətlərin  qiymətlərinin  ümumi  səviyyəsinin 
dəyişməsini  xarakterizə  edən  indeksdir.  Buraya  bütün  zəruri 
tələbat  malları  (ərzaq  və  qeyri-ərzaq)  və  xidmətləri  daxil  edilir. 
Hər bir mal və xidmətin bu indeks əsasında formalaşan səbətdə öz 
xüsusi çəkisi vardır və ayrı-ayrı komponentlərin qiymət dəyişməsi 
bu  çəkilərə  uyğun  olaraq  yekun  indeksin  formalaşmasında  iştirak 
edir.  stehlak  Qiymətləri  ndeksi  Dövlət  Statistika  Komitəsi 
tərəfindən hesablanır. 
Kredit  -  Bağlanmış  müqaviləyə  uyğun  olaraq  qaytarılmaq, 
müəyyən  müddətə  (müddətin  uzadılması  hüququ  ilə)  və  faizlər 
(komisyon haqları) ödənilmək şərti ilə, təminatla və ya təminatsız 
borc verilən pul vəsaitidir. 
Kredit  xətti  -  Bankın,  yaxud  digər  kredit  institutunun  borc 
alan  subyekt  qarşısında  kredit  vəsaitini  təqdim  etməklə  bağlı 
öhdəliyi,  yaxud  bu  öhdəliyin  hüquqi  rəsmiləşdirilməsidir.  Bu 
zaman  kredit  vəsaiti  bir  dəfəlik  deyil,  hisssə-hissə  təqdim  olunur 
və  borc  alan  subyektin  bütün  müqavilə  şərtlərinə  əməl  etdiyi 
təqdirdə  kreditor  kredit  məbləğinin  növbəti  hissəsinin  təqdim 
edilməsi ilə bağlı öhdəlik daşıyır. 
Likvid  aktiv  -  Ehtiyac  yarandığı  zaman  sərbəst  və  rahat 
şə
kildə nağd pul vəsaitinə çevrilən, reallaşdırıla bilən vəsait, aktiv. 
Pul özlüyündə likvid aktiv he sab olunur.  
Likvid  qiymətli  kağızlar  -1)  nvestor  tərəfindən  sahibi 
olduğu  qiymətli  kağızları  (səhmləri,  istiqrazları  və  s.)  əldə 
etdiyindən  daha  yüksək  dəyərə,  yəni  mənfəət  əldə  etməklə 
reallaşdıra  bilmə  qabiliyyəti.  Başqa  sözlə,  qiymətlikağızların 
likvidliyi onlara bazar tələbinin yüksək olmasını ifadə edir; 2) istə-
nilən  növ  qiymətli  kağızın  nağd  pul  vəsaitinə  çevrilə  bilinməsi 
imkanları,  qabiliyyəti.  Bu  zaman  gəlirliyin  təmin  olunması  şərti 
tələb olunmur. 
Maliyyə  fəaliyyəti  -  bankın  borc  vəsaitləri  və  kapitalının 
məbləğində  və  tərkibində  olan  dəyişikliklərə  gətirib  çıxaran 
fəaliyyətidir. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə