Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə62/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   58   59   60   61   62   63   64   65   ...   69

 
195
5. Yeni  beynəlxalq  strukturların  yaradılması. 

 Aparıcı  EÖ-in və  EOÖ-in makroiqitsadi siyasətini, xüsu-
sən  də  inflyasiyanın  aradan  qaldırılması  və  əhalinin  məşğul-
luğunun  təmin  olunmasını  koordinasiya  edən  ayrıcı  beynəlxalq 
institutların  yaradılması  və  ya  fəaliyyət  göstərən  beynəlxalq 
təşkilatlardan birinə yeni səlahiyyətlərin verilməsini təmin etmək. 

  Qlobal  miqyasda  əməliyyatlar  həyata  keçirən  institutların 
fəaliyyətinə nəzarət üçün vahid beynbəlxalq standartların hazırlan-
ması  məqsədilə  beynəlxalq  maliyyə  tənzimlənməsi  sisteminin  ya-
radılması. Bu istiqamətdə mühüm addım “böyük yeddilik” ölkələ-
rinin  maliyyə  sahəsinin  nümayəndələrinin  inkişaf  etməkdə  olan 
aparıcı ölkələrinin və beynəlxalq maliyyə təşkilatlarının tənzimlə-
mə siyasətənin həyata keçirilməsi ilə bağlı xüsusi forumu ola bilər-
di.  
 Əsas istiqamətləri: 
1.
 
Maliyyə risklərinin optimal idarə edilməsinə imkan ve-
rən  qlobal  maliyyə  arxitekturasının  yaradılmasında  beynəlxalq 
ə
məkdaşlıq; 
2.
 
Maliyyə  sistemləri  və  bazarlarının  sərt  tənzimləmə 
çərçivəsinin və şəffaflığının təmin olunması; 
3.
 
Hedc  fondlarının  fəaliyyətinə  nəzarətin  və  onların 
hesabatlığının artırılması; 
4.
 
Kredit 
reytinqi 
agentliklərinin 
reytinqlərinin 
dürüstləşdirilməsi və onların da tənzimləmə ilə əhatə olunması. 
 
 


 
196
TƏKL F VƏ TÖVS YƏLƏ
 
Maliyyə  bazarında  böhranların  tədqiqinə  dair  nəzəri  yanaş-
malar ümumiləşdirilməklə onların yaranmasının səbəbləri (makro-
iqtisadi,  maliyyə  və  pul-krediti  təzahür  formaları  və  nəticəli  qısa 
ifadə olunmuş və təhlil edilmişdir ki, bu da qloballaşma şəraitində 
həmin  böhranların  qarşısının  alınması    sisteminin  for-
malaşdırılması üçün zəruridir. 
Böhranın  yaranmasına səbəb olan bir çox amillər, iştirakçıla-
rın çoxluğu və iri miqyaslı zərərlər maliyyə bazarında yaranan böh-
ranı mürəkkəb, çox amilli hadisə kimi təsnif etməyə imkan verir. 
Maliyyə  bazarında  böhran  anlayışı  dəqiqləşdirilmişdir:  bu 
daxili və xarici amillərin təsiri altında yığılmış təhlükələrin həyata 
keçməsi nəticəsində maliyyə bazarının vəziyyətinin kəskin pisləş-
məsidir ki, bu da bazar fəaliyyətinin pozulmasına,  qiymət göstəri-
cilərin aşağı düşməsinə, satınalma qabiliyyətinin və maliyyə vasi-
tələrinin  keyfiyyətinin  pisləşməsinə,  bazar  iştirakçılarının  müflis-
ləşməsinə gətirib çıxarır. 
qtisadiyyatın  qloballaşmasının  maliyyə  bazarında  böhran-
ların  inkişafına  təsiri  müəyyən  olunmuşdur,  həmin  təsir  kapitalın 
beynəlxalq hərəkətinin güclənməsi və böhranların zəncirvarı reak-
siyasının  yayılması  mümkünlüyü,  maliyyə  bazarlarında  yaşanan 
beynəlxalq sarsıntılar şəraitində inkişaf edən ölkələrin maliyyə ba-
zarlarının yüksək zəifliyi, psixoloji amillərin ölkələr arasında kapi-
talın miqrasiyasına təsirinin güclənməsi ilə bağlı  risklərin ağırlaş-
masından ibarətdir.  
Dünya  təcrübəsində  maliyyə  bazarında  böhranların  qarşısı-
nın alınması istiqamətində istifadə olunan yanaşmaların sistemləş-
dirilməsi əsasında risklərin idarə edilməsi və erkən qarşısını alma 
ilə əlaqəli olan iki yanaşmanın üstünlüyü qeyd olunmuşdur. 
Sistem yanaşma əsasında maliyyə bazarının iştirakçıları (kre-
dit  riski,  müflisləşmə),  obyektləri  (valyuta  riski,  kurs  riski), 
seqmentləri  (sistem  riski)  və  infrastrukturası  (hesablaşma  və 


 
197
texnoloji risklər) ilə əlaqəli olan maliyyə bazarı risklərinin təsnifatı 
keçirilmiş,  risklərin  həyata  keçmə  mərhələləri  və  onlara  müvafiq 
olan xüsusiləşdirilmiş idarə etmə üsulları ayrılmışdır. 
Maliyyə  bazarında  böhrana  təsir  edən  amillərin  çoxluğunu 
və onunla bağlı zərəri, həmçinin bu növ riskin idarə edilməsi zəru-
riliyini  nəzərə  alaraq  həmin  böhranın  səbəblərinin  qiymətləndi-
rilməsinə  dair  yanaşmanı  onların  yaranma  riskinin  kompleks 
anlayışının tətbiqi yolu ilə dəyişdirmək təklifi əsaslandırılmışdır.  
Risklərin  ayrı-ayrı  növlərinin  idarə  edilməsi  üzrə  mövcud 
metodikalar sistem yox, lokal tədbirlər olmaqla maliyyə bazarında 
böhranların yaranma ehtimalının azaldılması məsələsinə tam cavab 
vermirlər,  bu  səbəbdən  maliyyə  bazarında  böhranın  yaranması 
riskinin kompleks anlayışı əsasında bu riski idarə etmək məqsədilə 
böhran  sarsıntılarının  qarşısının  alınması  üzrə  xüsusiləşdirilmiş 
sistemin istifadəsi zəruriliyi əsaslandırılmışdır. 
Təbii fəlakətlərin erkən qarşısının alınması sisteminin təcrü-
bəsinin öyrənilməsi əsasında həmin sistemin və maliyyə bazarında 
böhranların  qarşısının  alınması  sisteminin,  şok  amillərinin  səbəb 
olduğu və çox böyük sayda iştirakçıları əhatə edən miqyaslı zərə-
rin  qarşısının  alınmasına  sistem  yanaşmadan  ibarət  olan,  ümumi 
məqsədlərə malik olması əsaslandırılmışdır. 
Böhranların erkən qarşısının alınması və risklərin idarə edil-
məsi ilə bağlı yanaşmaların, risklərin həyata keçməsinə səbəb olan 
amillərin  miqdarından,  böhran  təzahürlərinin  miqyasından,  gözlə-
nilməyən  və  idarə  olunmayan  risklərlə  bağlı  olan  problemlərin 
həllinə  sistemli  və  geniş  şəkildə  yanaşmadan  ibarət  olan,  fərqləri 
müəyyən olunmuşdur. 
Təbii  fəlakətlərin  baş  verməsi  risklərinin  və  maliyyə  baza-
rında böhran riskinin oxşar və fərqli cəhətləri təhlil edilmişdir. Ox-
ş
arlıq  zərərin  miqyasından,  iştirakçıların  sayından,  yüksək  sürətlə 
həyata  keçmədən  və  gözlənilməzlikdən  ibarətdir,  fərqlilik  isə  on-
dadır ki, birinci, yəni təbii fəlakətlər, xarici mühitdə baş verir sonra 
isə dağıntıları və zərəri  cəmiyyətə  gətirir və cəmiyyətin daxilində 
yaranıb  həyata  keçən  maliyyə  bazarı  böhranlarından  fərqli  olaraq 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə