Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə67/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   61   62   63   64   65   66   67   68   69

 
210
Mərkəzi  Bankın  uçot  dərəcəsi  "faiz  dərəcələri  dəhlizi"nin 
bir parametri kimi çıxış edir. Faiz dərəcələri dəhlizinin parametrlə-
ri iki aydan bir ölkədəki makroiqtisadi durum və Mərkəzi Bankın 
inflyasiya hədəfi əsas götürülərək müəyyən olunur. 
Maliyyə Proqramlaşması - Maliyyə proqramı makroiqtisa-
di  məqsədlərə  nail  olmaq  üçün  əlaqələndirilmiş  iqtisadi  siyasət 
tədbirlər planı olub, makroiqtisadi siyasəti proqramlaşdıran və iqti-
sadiyyatın  bütün  sektorları  üzrə  inkişaf  parametrlərini  bir-biri  ilə 
uzlaşdıran  hesablama  modelidir.  Başqa  sözlə,  maliyyə  proqramı 
makroiqtisadi məqsədlərdən asılı olaraq müxtəlif siyasət simulya-
siyaları aparmağa imkan verən bir çərçivədir. Bu çərçivə iqtisadiy-
yatın  sektorları  (real  sektor,  xarici  sektor,  fiskal  sektor,  monetar 
sektor) arasındakı qarşılıqlı asılılıqlar maksimum nəzərə alınmaqla 
formalaşdırılmışdır. 
Məcburi  ehtiyatlar  -  Müəyyən  edilmiş  normalara  uyğun 
olaraq bankların depozit öhdəliklərinə görə Mərkəzi Bankda məc-
buri  qaydada  saxlamalı  olduqları  vəsait.  M.E.  dolayı  pul  siyasəti 
aləti  olmaqla  pul  kütləsinin  və  bank  sisteminin  likvidliyinin  tən-
zimləməsi məqsədilə tətbiq edilir. 
Mərkəzi  Bankın  müstəqilliyi  -  Mərkəzi  Bankın  əsas 
məqsədinə  nail  olmaq  üçün  fəaliyyətinin  hər  hansı  bir  kənar 
müdaxilədən qorunmasıdır. "Azərbaycan Respublikasının Mərkəzi 
Bankı  Azərbaycan  Respublikasın  ın  qanunu"nun  6-cı  maddəsinə 
görə "Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə 
müəyyən  edilmiş  funksiya  və  səlahiyyətlərini  həyata  keçirərkən 
Mərkəzi  Bank  müstəqildir  və  bu  zaman  hər  hansı  dövlət 
hakimiyyəti  və  yerli  özünüidarəetmə  orqanları,  fiziki  və  hüquqi 
şə
xslər onun fəaliyyətinə hər hansı bir səbəbdən bilavasitə, yaxud 
dolayı  yolla  məhdudiyyət  qoya  bilməz,  qanuna  zidd  təsir  və 
müdaxilə edə bilməz. 
Mərkəzi  Bankın  notları  -  Mərkəzi  Bank  tərəfindən  bir 
ilədək  müddətinə  buraxılan  adlı  sənədsiz  dövlət  güzəştli  qiymətli 
kağızlarıdır.  Qısamüddətli  notlar  dövriyyədə  olan  pül  kütləsinin 
tənzimlənməsi üçün nəzərdə tutulmuş pul siyasəti vasitəsidir. 


 
211
Monetar  şərait  indeksi  -  Monetar  şərait  indeksi  pul 
siyasətinin əməliyyat hədəflərində orta çəkili dəyişməni ifadə edir. 
Ə
məliyyat hədəfləri kimi bir qayda olaraq qısamüddətli faiz dərə-
cəsi və məzənnə götürülür. MŞ  aşağıdakı düstur vasitəsilə qiymət-
ləndirilir: Burada, və – müvafiq olaraq, hesabat və baza dövründə 
real faiz dərəcəsi; və – müvafiq olaraq, hesabat və baza dövründə 
mübadilə  məzənnəsi;  və  –  müvafiq  olaraq,  real  faiz  dərəcəsi  və 
valyuta məzənnəsi üzrə normallaşdırılmış xüsusi çəkidir. 
Monetizasiya  -  qtisadiyyatın  pulla  təminatı  səviyyəsini 
xarakterizə  edən  göstəriciləri  özündə  ehtiva  edir.  Məsələn,  pul 
kütləsinin  ÜDM-də  xüsusi  çəkisi  iqtisadiyyatın  monetizasiya 
səviyyəsinin göstəricisidir. 
Nominal  effektiv  məzənnə  -  (NEM)  indeksi  Əsas  iqtisadi 
tərəfdaş ölkələrin valyutalarına nəzərən manatın ikitərəfli nominal 
məzənnələrinin dəyişiminin çəkili ortasını əks etdirir. 
Pul  aqreqatları  -  Bir-biri  ilə  likvidlik  səviyyəsinə  görə, 
başqa sözlə nağd pul vəsaitinə daha tez çevrilə bilmə imkanlarına 
görə  fərqlənən  pul  vəsaitlərinin  növləri,  ölkədə  pul  kütləsinin 
struktur göstəriciləridir. Müxtəlif ölkələrdə pul aqreqatları və onla-
rın  tərkibi  fərqlənir.  AR-da  M0,  M1,  M2  və  M3  aqreqatlarından 
istifadə  olunur:  M0=ödəniş  vəsaiti  kimi  ani  istifadə  olunan  pul 
kütləsinin ən likvid hissəsi. Dövriyyədə olan banknot və sikkələr. 
M1=M0+tələb  olunanadək  əmanət  və  depozitlər;  M2=M1+ 
müddətli əmanət və depozitlər; M3=M2+sərbəst dönərli valyutada 
ə
manət və depozitlər. 
Pul  bazası-  Pul  kütləsinin  Mərkəzi  Bank  tərəfindən  qısa 
müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul baza-
sının  tərkibinə  dövriyyədə  olan  nağd  pul  və  bank  ehtiyatları 
(kommersiya  banklarının  Mərkəzi  Bankdakı  müxbir  hesablarının 
qalıqları) daxildir. 
Pul kütləsi- Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd 
ödəniş vasitələrinin məcmusudur. Maliyyə bazarları inkişaf etdikcə 
pul  kütləsinə  daxil  edilən  aktivlərin  sayı  artır.  Müasir  dövrdə 
likvidliyin  müəyyən  minimal  həddini  özündə  təcəssüm  etdirən 


 
212
maliyyə aktivləri pul kütləsinə daxil edilir. Likvidlik prinsipindən 
ə
lavə  adətən  pul  kütləsinə  maliyyə  aktivlərinin  elə  bir  qrupu  aid 
edilir ki, o pul siyasətinin hədəfi olmağa yararlı olsun. Azərbaycan 
praktikasında  pul  kütləsinin  3  növü  fərqləndirilir:  a)  dar  mənada 
pul  kütləsi  (M1),  b)  manatla  geniş  mənada  pul  kütləsi  (M2),  c) 
geniş mənada pul kütləsi (M3).  
Pul icmalı - Ölkənin maliyyə sektoru ilə digər sektorlar ara-
sında  olan  pul  münasibətlərini  əks  etdirən  göstəricilər  sistemidir. 
Pul  icmalı  ölkənin  Mərkəzi  Bankının  və  kommersiya  banklarının 
analitik  balanslarının  birləşdirilməsi  əsasında  formalaşır.  Analitik 
balanslar ölkənin Mərkəzi Bankının aylıq mühasibat balansının və 
kredit  təşkilatlarının  icmal  mühasibat  balansının  göstəricilərinin 
analitik qruplaşdırılması vasitəsilə hesablanır. 
Pul  kütləsinin  hədəflənməsi  -Mərkəzi  Bank  tərəfindən  pul 
kütləsinin  həcminin  tənzimlənməsini  nəzərdə  tutan  pul  siyasəti 
rejimidir.  Bu  zaman  Mərkəzi  Bankın  fəaliyyəti  pul  kütləsinin 
dəyişimi üzrə hədəfə nail olunmasına yönəldilir. 
Pul  multiplikatoru  -  qtisadiyyatın,  xüsusilə  də  bank 
sisteminin  pul  yaratmaq  qabiliyyətini  xarakterizə  edir  və  geniş 
mənada  pul  kütləsinin  (M2)  manatla  pul  bazasına  nisbəti  kimi 
hesablanır. 
Pul siyasəti - Pul siyasəti əsasən qiymətlərin sabitliyinin tə-
min edilməsi məqsədilə həyata keçirilən tədbirlər sistemidir. Mər-
kəzi Bank valyuta məzənnəsi, pul kütləsi və faiz dərəcələrini tən-
zimləmək vasitəsilə inflyasiya proseslərinə təsir göstərir. Azərbay-
canda  pul  siyasəti  Mərkəzi  Bank  tərəfindən  həyata  keçirilir  və 
onun son məqsədi öz səlahiyyətləri çərçivəsində qiymətlərin sabit-
liyini təmin etməkdən ibarətdir. 
Pul  siyasəti  alətləri  -  Mərkəzi  Bankın  qarşısına  qoyduğu 
hədəflərə nail olmaq üçün istifadə etdiyi iqtisadi dəyişənlərdir. Pul 
siyasəti alətləri birbaşa və dolayı alətlərə bölünür. Birbaşa alətlərə 
missal olaraq faiz dərəcələri üzərində nəzarət, kreditləşmə dəhlizi, 
birbaşa  və  ya  məqsədli  kreditlərin  verilməsini  göstərmək  olar. 
Dolayı  alətlərə  misal  olaraq  açıq  bazar  əməliyyatlarını  göstərmək 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə